Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə23/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

 
93 
onlara nəvaziş etdi. Düşməni də Atil çayına qədər izlədi. Qoyzıcan 
Urusxan oğlunu Qıpçaq səltənətinə oturtdu. Toxtamış xan bir neçə 
nəfərlə dağlara və meşələrə qaçdı. 
Əmir Teymur rus ölkəsinin cənub tərəfini Oka çayına qədər 
viran etdi. Mərkəzdən uzaq düşməsi və qışın yaxınlaşması münasi-
bətilə qayıtdı. Qara dəniz sahilində Azaq şəhərini aldı. Çərkəz və 
Əlbürzkuh (Qafqaz) ölkələrində  də  bəzi qələbələr çalıb, Qum 
keçidində qışladı. Qışın ortasında gedib Hacı Tərxanı qarət etdi və 
yandırdı. Sonra İrana qayıdarkən, Dağıstanda bəzi qalaları və kənd-
ləri də xarab etdi, müqavimət göstərənləri layiqincə  cəzalandırdı. 
Dağıstan  əhalisindən bir çoxunun dediyinə görə  Əmir Teymur 
Terek ilə Sulaq arasında yaşayan Qumuq tayfasını itaəti altına aldı. 
Sonra Mıçıqıçın ortasından keçərək, yeddi min evdən ibarət Almaq 
şəhəri üzərinə  gəldi. Buranı çox şiddətli müharibədən sonra alıb 
viran etdi; bu şəhərin yerində indi təqribən 100 evdən ibarət bir 
kənd durur. Oradan, Salatav dağları üzərindəki dağ yolu ilə (bu yol 
indi «Teymurşah yolu» adlanır) Salatav əhalisinin sığındığı Bərktav, 
Əlxastav, Çobantav və Batluq adlı  çətin keçidli qalalar və  kəndlər 
üzərinə gəldi. Bu yerlərin qəribə və əcaib asarı indi də mövcuddur. 
Bu yerləri aldıqdan sonra, əhalisini köçürüb aranlıq yerlərdə yerləş-
dirdi. Onlar da get-gedə dağıldılar. Onların çoxu bir çirkab yerində 
Çirkay kəndini bina edib oturdular. 
Əmir Teymur Axat keçidindən Qoysu çayını keçib, təqribən 7-8 
min evdən ibarət böyük Ğədər  şəhərini mühasirəyə aldı. Yerin 
çətinliyindən onu almaq imkansız görünürdü. Axırda, sülh məsələ-
sini ortaya atdı, töhfə və hədiyyə adı ilə şəhərə, içində silahlı əsgər 
olan bir çox sandıq göndərdi; daxildən və xaricdən hücum edərək 
şəhəri aldı  və  xərabəzarə çevirdi. Ğədər  şəhəri,  Şamxal mülkündə 
indi də 400 evdən ibarət kənddir. Bu zaman Qumuğun keçmiş 
əmirləri nəslindən bir gözü kor Kübdən adlı bir əmir öküzə minib 
Teymurun hüzuruna gəldi və dedi: «Mən korun sən axsaqdan bir 
sualı vardır, biz kimik ki, sənin kimi iqtidarlı bir padişah bizimlə 
müharibəyə gəlsin və nəyimiz var ki, bizdən alsın?» Əmir Teymura 
 
94
onun sadə danışmağı xoş gəldi. Kübdən kəndinin bütün əmlakını 
ona verdi. O da öz eli ilə dağlardan köçüb, adına bir kənd və məs-
kən saldırdı. Onun nəsli və qəbilələri Qaraçıbəgan adı ilə məşhur-
dur. Onlardan bəziləri Qarabudaqkənd və sairdə yurd salmışlar. 
Qüdrətli Əmir Teymurun bu ölkədə qoyub getdiyi əsərlərdən 
ən məşhuru bir torpaq səddir. Bu yer, Axsaq Teymurun ori (Teymur 
Ləngin səddi) adı ilə  məşhurdur. Bu sədd, Dərbənd  ətrafından 
başlayıb Tərəkəmə mahalında təpələr  şəklində davam edərək, 
Ütəmiş səhrasına gəlib çatır. Buradan bir sədd şəklində, Buynaq və 
Tarxu altından Teymur-Quyuya gedir; Sulaq çayından və  İndirinin 
aşağısından keçərək Mıçıqıçın ortası ilə Nasran və Qaraçay mül-
kündən ötür; buradan başqa bir Teymur-Quyu adlı yerə, oradan da 
Qurban çayına yetişir. Bəzilərinin dediyinə görə isə o, Qara dənizə 
qədər uzanıb gedir. Bu böyük abidənin nə məqsədlə tikildiyi mə-
lum deyilsə  də, güman etmək olar ki, Əmir Teymur bununla sər-
həddi təyin etmək, öz qüvvət və qüdrətini göstərməkdən başqa bir 
şey nəzərə almamışdır. 
Xülasə, Əmir Teymur Dağıstan işlərini mümkün qədər yoluna 
qoyduqdan sonra, Buynaq yuxarısındakı  məşhur düşərgəsindən 
hərəkət edib, hicri 798-ci (=1396) ilin baharında Dərbəndə  gəldi. 
Buradan da Ermənistana hərəkət etdi. Kür kənarına çatdıqda, bu 
səfərdə ona yoldaşlıq edən  Şirvan valisi Əmir  İbrahim,  Əmir Tey-
murun şərəfinə bir neçə gün davam edən böyük bir ziyafət verdi, 
ləyaqətli hədiyyələr təqdim etdi. Özü də Sahibqranın lütf və əna-
mına nail olaraq mürəxxəs oldu. Əmir Teymur Qarabağa gəlib Ağ-
dam adlı yerdə, Dərbənddən Bağdada və Həmədandan Rum sər-
həddinə  qədər olan bütün əyalətlərin idarəsini oğlu Miranşaha 
tapşırdı. Özü də Sultaniyyədən keçərək Səmərqəndə getdi. Bu-
radan Hindistana hərəkət etdi. Hicri 801-ci (=1399 ildə Dehli şəhə-
rinin xaricində, bu ölkənin padişahları ilə böyük müharibələr edib 
qalib gəldi. Məqsədinə çataraq Səmərqəndə qayıtdı. Hicri 802-ci 
(=1400) ildə yenə  İrana hərəkət etdi. Hicri 803-cü (=1401) ildə, 
Şam valisi Məlik Fərəci məğlub edərək, bütün Şam ölkəsini  ələ 


 
95 
keçirdi. Buradan da Sultan Əhməd Cəlayirini cəzalandırmaq üçün 
Bağdada hərəkət etdi. O, keçmişdə Bağdadı Teymur qoşunlarına 
tərk edib Ruma qaçmışdı. Onlar getdikdən sonra yenə Bağdadı 
almışdı. Sultan Əhməd bu dəfə yenə qaçıb Rum sultanı İldırım Ba-
yəzidə  pənah apardı. Sahibqran bir neçə gün mühasirədən sonra 
Bağdadı hücumla alıb xaraba qoydu və əhalisinin qılıncdan keçiril-
məsinə  fərman verdi. Rum sultanına da düşmənanə bir məktub 
yazıb Sultan Əhməd və türkmən Qara Yusifi ondan tələb etdi. Bun-
ların verilməməsi Rum müharibəsinə səbəb oldu. 
Sahibqran buradan qayıdıb Qarabağda qışladı və hicri 804-cü 
(=1402) ildə Rum ölkəsinə  hərəkət etdi. Sultan Bayəzid mühari-
bədə məğlub olub əsir düşdü. Rum ölkəsi də bu qüdrətli padişahın 
hakimiyyəti altına keçdi. Hicri 806-cı (=1404) ildə  Əmir Teymur 
yenə Gürcüstana qayıtdı. Bəzi qələbələrdən sonra bu ölkənin valisi 
Məlik Gürgin, Teymurun hüzurunda olan Şirvan valisi Əmir İbrahi-
min vasitəsilə hədiyyələr təqdim edərək ciziyə verməyə razı oldu. 
Teymur yenə Qarabağa gəlib orada qışladı. Miranşahın başına ha-
va gəldiyi üçün, ona tapşırılan vilayətləri alıb oğlu şahzadə Ömərə 
verdi. İraqi-Ərəb, İraqi-Əcəm və Fars əyalətlərini idarə edən şahza-
dələrə tapşırdı ki, onun buyurduqlarına tabe olsunlar. Ölkəni idarə 
etmək xüsusunda da (Şahzadə Ömərə) gözəl tapşırıqlar verdi... 
Qarabağda ibni-Firuzi-Sasani tərəfindən bina edilən Bəyləqan  şə-
həri, Hülaku xan tərəfindən bir müddət mühasirədən sonra hü-
cumla alınıb xarab edilmişdi. Əmir Teymur bu şəhərə çox möhkəm 
bir hasar çəkdirdi. O, bu şəhəri abad etmək fikrində idi, lakin 
ilanların çoxluğundan bu iş baş tutmadı. 
Dövlətşah Səmərqəndi, hicri 900-cü (=1495) ildə, «Təzkirətüş-
şüəra»sında yazır: Şahrux ibn-Əmir Teymur bu şəhəri abad etmək 
istəyirdi. Lakin ölkənin məlumatlı adamları, bu şəhərin dəfələrlə 
zəlzələdən xaraba qaldığını söyləyib onu bu fikirdən daşındırdılar. 
Amma o, Bəyləqan arxını işə saldı. Bu arxın kənarında salınan də-
yirmanlar indi də durur. Müəllif deyir: bu şəhərdə, sultanların qə-
birləri üzərində iki uca minarə var imiş. Bunlardan birisi yarım xara-
 
96
ba halında indi də mövcuddur. Buna görə, xalq Bəyləqanı Millər 
deyə adlandırır. 
Sahibqran bu tədbirlərdən sonra Ərdəbilə gəlib Şeyx Səfi türbə-
sini ziyarət etdi. Bir çox kənd və əkin yerləri alıb o həzrətin türbəsinə 
vəqf etdi. Buradan paytaxtı Səmərqəndə qayıtdı. Bir neçə gün ke-
çəndən sonra, qışın  şiddətli vaxtında Çin səfərinə  hərəkət etdi. 
Ətrar adlı yerdə xəstələnərək hicri 807-ci (=1405) ildə vəfat etdi... 
O, böyük işlərilə məşğul olmasına baxmayaraq, bir dəqiqə də 
olsun, elm və maarif sahiblərini himayə etməkdən geri durmazdı. 
Öz övladı üçün qoyub getdiyi düsturüləməl, onun dünyanı idarə 
etməkdən nə dərəcədə ehtiyatlı, cahangirlikdə nə sayaq əzm sahibi 
olduğunu bildirir. 
O zaman hüzurunda olan böyük övladı  Xəlil sultan ibni 
Miranşah, 20 yaşında taxta çıxdı. O, dövlət və ordu işlərinə fikir 
verməyib arvadının təsiri altına düşdü. Buna görə, səltənətin əsası 
gündən-günə sarsılaraq vilayətlərin çoxu bu xanədanın  əlindən 
çıxdı. Onların əlində yalnız Mavəraünnəhr və Xorasan qaldı. Daha 
sonra, bunların səltənəti Hindistana keçdi. 
«Gülşəni-xüləfə»də yazılmışdır: Rum ölkəsi alındıqdan sonra, 
Sultan  Əhməd və Qara Yusif, Misirə qaçmışdılar. Misir Sultanı 
onları  həbsə alıb  Əmir Teymurun hüzuruna göndərmək istəyirdi. 
Bu zaman onun vəfat xəbəri Misirə çatdı. Sultan Əhməd Bağdada 
gəlib  Əmir Teymurun nəvəsi  Əbubəkr mirzəni valilikdən çıxartdı. 
Buradan Qara Yusif Qara Məhəmməd oğlu ilə Azərbaycana Miran-
şah və şahzadə Ömərin müharibəsinə getdi və onlara qalib gəldi. 
Miranşah bu müharibədə öldürüldü, şahzadə Ömər isə, qaçıb qur-
tardı. İran ölkəsinin bir çox hissəsi yenə Sultan Əhmədin ixtiyarına 
keçdi. Axırda onunla Qara Yusif arasına ziddiyyət düşdü. Sultan 
Əhməd hicri 813-cü (=1411) ildə Azərbaycanda olan müharibə 
nəticəsində məğlub olub əsir düşdü və Təbrizdə Qara Yusifin oğlu 
Əmir İsfəndiyarın əlində öldürüldü. Səltənət bu sülalədən, Qaraqo-
yunlu padişahlarına keçdi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə