Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   21   22   23   24   25   26   27   28   29

 

86 


bir sevgi ilişgimizin mümkünsüzlüyünü dərk edirdim. Bilirdim ki, sabah səhər, işdi, 

təsadüfən  həyətdə  rastlaşsaq,  Ay  qızı  bu  gecəni  nəinki  xatırlamayacaq,  onun 

gerçəkdə  olduğunu  ağlına  belə  sığışdırmayacaqdı.  Mənə  baxıb  xoş,  amma  ögey, 

biganə və yabançı təbəssümlə gülümsəyəcəkdi.  

Oyada  bilərdim  onu.  Burda  otağın  içində  fiziki  təhlükə  yoxdu,  yıxılacağından 

qorxmurdum. Amma oyansa hansı hissləri keçirəcəkdi, mənə hansı gözlə baxacaqdı. 

Onun bəlkə də xəstəlik sayılacaq  bu halının şahidi olmuş  insanı bir daha heç vaxt, 

heç  yerdə  görmək  istəməyəcəkdi,  yəqin.  Onu  oyatmaq,  bu  əsrarəngiz  yuxusundan 

ayıltmaq günahdı.  

Bu  görünməmiş,  inanılmaz  Ay  rəqsini  seyr  etdikcə  seyr  etmək...  sonsuzacan 

seyr  etmək...  kaş  heç  vaxt  bitib  tükənməsin,  maşın  dənizə  çatmasın,  buludlar  Ayın 

qabağını tutmasın, Aydan oyanıb həyatın reallığından utanmasın.  

Pişik də divanın bir küncündə qıvrılıb uzanmışdı. Elə bil o da bu rəqsi seyr edir, 

mənim eşitdiyim xəyali musiqini o da dinləyirdi.  

Musiqi  qaçılmaz  bir  labüdlüklə  sona  doğru  gedirdi...  Hər  gözəl  şeyin  axırı 

olduğu kimi, əfsus, bu rəqs də bitməliydi... bitirdi... Aydan qollarını havada quş kimi 

yellədərək, yaralı durna təkin çırpına-çırpına otaqdan eyvana çıxdı, karnizlə - dar-dar 

- öz mənzillərinə tərəf getdi. Pişik də onun ardınca otaqdan çıxıb öz eyvanlarına tərəf 

gedirdi.  

Musiqi daha səslənmirdi. 

 

ON ALTINCI FƏSİL 

ŞEŞ SƏ, ÇAHAR DÜ, PƏNC QOŞA 

 

“Mütləq şər yoxdur. Pislik də şərti anlayışdır. Birisiyçün 



ayaq  olan,  başqasıyçün  qandal  ola  bilər.  Zəhər  ilançün 

həyatdır,  insançün  ölüm.  Balıqlarçün  dəniz  yaşamaq 

mühitidir,  yer  üzündə  ömür  sürənlərçün  boğulub  batmaq 

girdabı...” 

 CƏLALƏDDİN RUMİ 


 

87 


 

“Qədim  və  dəqiq  qanunlardan  imtina  edən  insan  nəyin 

Xeyir, 

nəyin 

Şər 

olduğunu 

artıq 

yalnız 

özü 

müəyyənləşdirməlidir”.  

 F. M. DOSTOYEVSKİ, «Karamazov qardaşlırı», 

«Böyük inkvizitor» fəslindən  

 

8-ci  mikroraynda  soldan  üçüncü  döngədə  20  nömrəli  evin  dəmir  darvazası 



qarşısında  durmuşdum.  Zəngi  basdım,  darvaza  açıldı  və  məni  qarşıdakı  evə  tərəf 

apardılar.  Geniş  həyətin  hər  iki  tərəfində  xarici  maşınlar  düzülmüşdü.  Məni  ikinci 

mərtəbəyə ötürdülər. Geniş salona daxil oldum. İki kişi - biri çox qoca, biri nisbətən 

cavan - nərd oynayırdılar. Heç birini tanımırdım. Nərd atanlardan biri - ağ köynəkli, 

lampaslı şalvarlı, ayağında şap-şuplar olan kişi ayağa durub əlini uzatdı. 

-Polkovnik Qasım Şeydayev, - dedi. 

Bura onun evi idi və məni bura o dəvət etmişdi. Nərd atan ikinci kişi yerindən 

durmadan  əlini  mənə  uzatdı.  Üzünü  mənə  tərəf  çevirəndə  sol  yanağında  iri  çapığı 

gördüm.  Nərd  oyununa  davam  edirdilər.  «İndicə  Qasım  şeş  sə  atacaq»  deyə 

düşündüm və polkovnik şeş sə atdı. «Bu biri də çahar dü atacaq». Çahar dü atdı.  

Qara paltarı, başına qara şal atmış qadın qarşı qapıdan içəri daxil oldu, Əlində 

tutduğu  podnosda  üç  stakan  çay  vardı.  Çayları  qarşımıza  qoyub  dinməz  -söyləməz 

çıxıb getdi.  

Qasım oyundaşına: 

-Bir pənc qoşa atsaz, marsam, - dedi.  

«Pənc qoşa atacaq» - deyə düşündüm. Zərləri atdı: pənc qoşa.  

Qasım: 

- Çayınızı soyutmayın, - dedi, - indi gəlirəm.  



Otaqdan çıxdı.  

Çapıq dərhal mətləbə keçdi: 

-Sizi mən çağırmışam, - dedi. - Polkovnikə dedim ki, sizi dəvət etsin. Gərək ki, 

tanışsınız...  




 

88 


-Yox, ilk dəfə görürəm onu. 

-Amma mənə demişdilər ki, haçansa qonşu olmusunuz. 

Bir şey demədən başımı buladım.  

-  Dəxli  yoxdur,  -  dedi,  -  sizinlə  bir  məsələdən  danışmaq  istəyirəm.  Hüsü 

Qafarzadəni tanıyırsız...  

-Tanıyıram, - dedim, - görkəmli alimlərimizdəndir.  

-Bəli. Həm də qədim, çox qiymətli və sirli naxışları olan bir xalının sahibidir.  

-Bunu bilmirdim.  

-Amma mənə məlumat vermişdilər ki, sizin bilmədiyiniz şey yoxdur.  

- Çox şişirdirmişlər bunu sizə deyənlər. 

-Nə  isə...  Hər  halda,  Qafarzadənin  qədir-qiymətini  siz  də  bilirsiniz.  Odur  ki, 

təklifimi başa düşəcəksiniz. Qafarzadəni qorumalıyıq.  

- Qorumalyıqıq? Kimdən? Nədən?  

-Yaman  gözdən.  Bəli,  təəccüb  qalmayın.  Qafarzadənin  başının  üstünü  çox 

böyük  təhlükə  alıb.  Sözlərim  sizə  qəribə  gələcək,  amma  bu,  təəssüf  ki,  həqiqətdir. 

Qafarzadəyə qarşı okkult qüvvələr işə salınıb.  

-Okkult qüvvələr?  

-Bəli.  Təəssüf  ki,  bizim  hamımızın,  materialist  tərbiyəsiylə  yetişən  insanların 

indiyəcən  ciddiyə  almadığımız  və  saya  salmadığımız  belə  qüvvələr  də  var,  özü  də 

yetərincə güclüdürlər. Alimin başı dərddədir. Hamısı da bu xalının ucbatından 

-Xalçanı oğurlamaq istəyirlər?  

-Oğurlamaq istəsəydilər dərd yarıydı. Daha dəhşətli şeylər düşünürlər.  

-Nə kimi?  

-Bağışlayın, bunu sizə deyə bilmərəm.  

-Yaxşı, məndən nə istəyirsiz?  

- Sizin cadunu, göz dəyməni xurafat və boş şey kimi deyil, ciddi problem kimi 

dəyərləndirdiyinizi bilirik. Elə deyilmi?  

-Müəyyən mənada. 

-Olsun.  Bu  sahədə  illərdi  araşdırmalar  aparırsınız.  Bu  barədə  də  məlumatım 

kifayət qədərdir. Onu da bilirik ki, qeyri-adi suqqestiya qabiliyyətiniz var.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə