Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   21   22   23   24   25   26   27   28   29

 

83 


-Bəlkə, bir nərd ataq, qisasımı alım, nə deyirsiz, general?  

Çapıq:  


-Yox,  getməliyəm.  Qisas  qiyamətə  qalsın,  -  deyə  Əhlimanı  mənalı  baxışlarla 

süzdü.  


 Amma  salondan  birinci  Əhliman  çıxdı.  Qapıçı  onu  darvazayacan  ötürdü. 

Düyməni  basdı,  darvaza  açıldı,  Əhliman  küçəyə  çıxdı.  Uzaqda  iqamətgahın  böyük 

salonunda  Çapıqla  polkovnikin  danışdıqlarını  elə  aydın  eşidirdi  ki,  elə  bil  lap 

qulağının dibində danışırdılar.  

-Necə oldu, razılaşdı?  

-Məncə, hə. İşin görsün, sonra özünü aradan qaldırmaq asandı.  

Əhlimanın  özü  də  çox  uzaqda  edilən  söhbətləri  belə  aydın  eşitməsinə  mat 

qalırdı.  Bunu  izah  da  edə  bilmirdi,  amma  düşünürdü  ki,  əgər  biz  telefon,  radio 

vasitəsiylə ən uzaq məsafələrdən səsləri eşidə biliriksə, nədən insan qulağının da belə 

imkanları  olmasın.  Hər  halda,  bəzi  insanların  belə  qabiliyyəti  ola  bilər.  Güman  ki, 

mən özüm də elə nadir insanlardanam. Hər halda, gözümün təsir gücünə inanan tək 

bir  özüm  deyiləm,  bunu  bilən  və  bundan  istifadə  etmək  istəyənlər  də  varmış.  Qoy 

onlar  öz  oyunlarını  oynasınlar,  mən  də  öz  oyunumu  oynayacam.  Görək  kim  kimə 

kələk  gələcək.  Bu  işdə  məni  cəlb  edən  məsələ  başqadır.  Məni  arxadan 

bıçaqlayanların  çoxusu  cəzalarına  çatdı,  indi  növbə  Qafarzadənindi.  Fürsəti  fötə 

vermək olmaz.  



ON BEŞİNCİ FƏSİL 

AY RƏQSİ 

 

“Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi



Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi”. 

 NİZAMİ GƏNCƏVİ  

 

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi, 

Heç bilmirəm ömrüm necə gəldi, necə getdi”.  

 AĞA BƏYİM AĞA 


 

84 


 

Ay qızının gəlişindən bir ay keçmişdi. Bu müddətdə görməmişdim onu. Həyətə 

hər  girəndə  gözlərim  onu  axtarsa  da,  bir  dəfə  də  olsun  rastlaşmamışdıq.  Bəlkə, 

xəstələnib  ya  valideynləri  qızlarının  qəribəliyindən  duyuq  düşüb  onu  müalicə 

etdirirlər. Çətinlik ondaydı ki, onlarla bu barədə danışmağa da ürək eləmirdim.  

Ürəyimin  dərinliyində  onunla  gün  işığında  qarşılaşmağı  da  istəmirdim.  O,  Ay 

adamı  kimi  bənzərsizdi,  gün  işığında  gözəlliyinə  rəğmən,  adidən  adi  başqalarından 

biri olardı.  

Ay  bədirlənmişdi.  Bilirdim  ki,  Ay  məhz  bu  fazasında  ay  adamlarını  - 

somnambulaları cazibə qüvvəsinə çəkir, ən risqli hərəkətlərini tənzimləyir. 

...  və  qəribə  bir  istəklə  gözləməyə,  gözləməyə  və  gözləyə  -  gözləyə  eyvan 

qapısını  açıq  qoydum.  Gözümə  yuxu  getmirdi.  Eyvan  qapısıyla  üzbəüz  yumşaq 

kürsüdə əyləşib gözləyirdim. Nəyi gözləyirdim, kimi gözləyirdim? Bilmirdim, amma 

gözləyirdim.  Bəlkə  də  ömrüm  boyu  həsrətiylə  yaşadığım  möcüzənin  təkrarını 

gözləyirdim. Bəlkə, gözlədiyim bir gecənin aldanışı, bir gecəlik təsəllisi idi.  

Zənnimdə yanılmamışdım. Yenə də dördə düz on dəqiqə işləmiş Aydan eyvan 

qapıma yanaşdı. Bu səfər onunla bərabər pişiyi də gəlmişdi. Pişik açıq qapıdan içəri 

girdi,  mıyoldadı.  Aydan  da otağa  daxil oldu.  Gözləri  qapalıydı.  Topuğunacan uzun 

çəhrayı  gecə  paltarındaydı.  Şəffaf  paltarının  içində  bədəninin  bütün  əzaları,  incə 

cizgiləri aydın sezilirdi. Otaqda hərəkət etməyə başladı. Elə hərəkət edirdi sanasan bu 

otağa  çoxdan  bələd  idi  -  bir  yerə  toxunmadan,  bir  şeyi  yerindən  dəbərtmədən... 

belədən  -  belə  keçirdi.  Bu,  adicə  hərəkətlər  deyildi,  rəqs  idi  və  bu  rəqsi  otağıma 

düşən  Ay  şüalarından  kənara  çıxmadan  edirdi.  Musiqisiz  rəqs  edirdi,  amma  adama 

elə gəlirdi ki, həzin bir melodiyanın müşayiətiylə süzür.  

...  Qürüb  çağı  Mərdəkan  tərəfdən  dənizə  sarı  gedirik.  Buludlar  badımcan 

rəngində...  Qərib  Abşeron  axşamının  kövrək  qüssəsi  çöküb  aləmə...  Üstü  açıq 

maşındayıq, sükan arxasındayam. Külək yanımda oturan gözü qəm dolu qızın qumral 

saçlarını  üzümə  çırpır.  Gözləri  -  qaranlıq  gecə  rəngində,  gecədən  dammış  kimi... 



Gözləri  iki  qara  şanı  giləsi...  Qız  -  Aydandır.  Üzümü  yoldan  çevirib  ona  baxıram. 


 

85 


Gülümsəyir,  ağ  dişlərinin  işığı  gözlərimi  qamaşdırır...  Qolunu  boynuma  salır, 

yanağını yanağıma yapışdırır.  

İçim  ən  nəvazişli,  ən  isti  sözlərlə  doludur.  Sözlər  meyvə  kimi  sulanır,  yetişib 

dəriləcəyi anı gözləyir. Ömrüm boyu kiməsə demək istədiyim və heç vaxt heç kəsə 

demədiyim sözlər içimdə quş kimi çırpınır, qəfəsdən çıxa bilmir.  

Kimə deyəcəm bu sözləri? Yanımda ki, heç kəs yoxdu.  

Heç  vaxt  üstü  açıq  maşınım  olmayıb.  Heç  vaxt  sükan  arxasına  keçib  maşın 

sürməmişəm. Heç vaxt heç bir külək heç bir qızın saçlarını üzümə çırpmayıb. Amma 

bilirəm  ki,  bu  qız  ömrüm  boyu  gözlədiyim  və  bu  gecə  otağıma  qəfil  gələn 

Aydandır... Azı otuz il əvvəl xəyali maşınımda xəyali sürücülüyümlə xəyali dənizə 

tərəf gedən, xəyali küləyin saçlarını üzümə çırpdığı qızdır.  

Vaxt anlayışı yoxdur bu gün otağımda. Uzaq xəyallarımdan bu günkü gerçəkliyə 

qədər heç bir VAXT keçməyib. VAXT donub qalıb.  

Rəqs  edən  qızın  əllərinin  xəfif  titrəyişi  qulaqlarımı  musiqiylə  doldururdu... 

Tommazo  Albinioninin  “Adajiosu”nu  dinləyirdim  sanki  -  əbədi  ayrılıq  qorxusu, 

səadət günlərinin belə az olmasından doğan təəssüf və qüssə melodiyası. Balerinalar 

sayaq,  puantlardaymış  kimi,  barmaqlarının  ucuyla  addımlayırdı.  Yenə  də  Dədə 

Qorqud təşbehi: «yer basmayıb yeriyən»...  

Aydanın  rəqsi  anımlar  oydırdı,  Süfilərin  cəzvi,  fırlanan  dərvişlərin  hərəkətləri 

gəlirdi  ağlıma.  Ancaq  indi  göyçək  körpələrə  nədən  «ay  parçası»  deyildiyinin  dərin 

mənasını anlamağa başlamışdım. Ay parçası idi Aydan. Ay kimi sirli, Ayın sehrini, 

cazibəsini  zərif  vücuduna  hopdurmuş  rəqqasə...  Fırlandıqca  gecə  paltarının  küləyi 

vururdu üzümə, başım hərlənirdi, havalanırdım. Durub bu balaca qonağımı bağrıma 

basmaq, saçlarını qoxlamaq istəyirdim, yumulu olanda belə, qəmli gözlərini öpmək, 

dodaqlarından arılar kimi şirə çəkmək istəyirdim.  

Amma  bilirdim,  ona  toxunmaq  olmaz.  Toxunsam,  oyadardım.  Aya  bağlı,  heç 

kəsin agah olmadığı qapalı dünyasından dartıb bizim adi olduğu qədər bayağı, bayağı 

olduğu qədər adidən adi dünyamıza zorla çəkib gətirərdim onu. 

Hər  şeyi  başa  düşürdüm,  bu  gecə  tamaşasının  bir  anormallıq,  az  qala  xəstəlik 

olduğunu  anlayırdım,  aramızdakı  yaş  fərqinin  fərqindəydim,  real  aləmdə  hər  hansı 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə