Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 

65 


-Dayısı mənim atam idi, o da bu il rəhmətə getdi.  

-Səni ona oxşatdım.  

-Hə,  hamı  deyir  ki,  atama  yaman  oxşayıram.  Elə  bil  bir  almanı  iki  bölüblər  - 

deyillər. Atamı tanıyırdın?  

-Tanıyırdım, - dedim, - Dağyünus əfsanəsi?  

-Nə?  


-Heç. 

Küncdəki masadan çığırdılar: 

-Mədət, çayın nə oldu?  

Divara üç rəngli bayraq asılmışdı.  

-Bu nə bayraqdı belə?  

Mədət maddım-maddım üzümə baxdı: 

-Sən hardan gəlmisən, a kişi, fil qulağında yatmısan? 

-Yox, - dedim, - Əshabi - Kəfdə yuxuya getmişdim.  

Mədət heç nə demədi, üzümü çevirəndə güzgüdə gördüm ki, şəhadət barmağını 

gicgahına qoyub fırlayır. Bir az aralı 50  -55 yaşlarında bir kişi də dayanmışdı. Üzü 

mənə tanış gəlirdi.  

Birdən ağlıma gəldi ki, bu da, yəqin, mənəm.  

 

ON BİRİNCİ FƏSİL 

QIRMANC 

 

“Əgər  bir  dəfə  kiminsə  qəlbini incitmisənsə,  sonralar bu 



adama yüz yaxşılıq elə, yenə də o incikliyinin qisasını alacaq 

səndən.  Çünki  ox  yaradan  çıxarılır,  amma  yara  özü  qalır 

axı...” 

SƏDİ ŞİRAZİ 

 



 

66 


Əhliman O günə xüsusi hazırlaşmışdı. Üç ay qabaqdan aldığı qara kostyumu O 

günə qədər bir dəfə də geyməmişdi. İki gün əvvəl isə, ağ köynək,  məndilli qırmızı 

saya qalstuk, çəkmə və hətta təzə corab almışdı.  

Dünən  saçını  vurdurmuş,  bu  gün  səliqəylə  üzünü  qırxmış,  duş  qəbul  etmiş, 

odekalonla ətirlənmişdi. Geyinib- kecinib bədənnüma güzgünün qabağında duranda 

özü-özünü  bəyənmişdi,  «düşmənlərin  gözü  çıxsın»  -  deyə  məmnun  -  məmnun 

gülümsəmişdi.  

Əlbəttə,  düşmənlərinə  göz  dağı  onun  pal-paltarı  deyil,  bu  gün  şəksiz-şübhəsiz 

qazanacağı elmi qələbəsiydi. O qədər paxılları, həsəd çəkənləri, gözü götürməyənləri 

vardı  ki.  Əslində,  onun  özünün  də  gözü  götürmədiyi  adamlar  az  deyildi.  Bu  gün 

hamısının xoruzlarını qoltuqlarına verəcəkdi.  

Düzdü,  danılmaz  elmi  dəlil-sübutlara  rəğmən,  8  şura  üzvündən  üçü  -  ən  qatı 

yağıları  əleyhinə  danışacaqdılar.  Qalanların  elmi  vicdanlarına  inanırdı.  Rübabə  də 

onların  sırasındaydı.  Əslində,  Rübabə  Elmi  şuraya  elə  Əhlimanın  tövsiyyəsiylə 

salınmışdı.  Doğrudu,  bu,  “Nizami”  kinoteatarındakı  o  bədnam  əhvalatdan  qabaq 

olmuşdu.  O  vaxt  Rübabədən  yaman  kəsirdi.  Elə  indi  də  kəsir.  Amma  o  “Nizami” 

kinosundan  sonra  araları  bir  az  soyumuşdu.  Rübabənin  ayağı  sınıb  xəstəxanada 

yatanda heç ona baş da çəkməmişdi. Üzü gəlmirdi.  

Sonralar  tez-tez  bir-birləriylə  qarşılaşsalar  da,  heç  vaxt  o  kinoteatrdakı 

məsələylə bağlı anlaşmağa çalışmamışdılar. Nə Rübabə, nə Əhliman... «Qəribədir bu 

qadınlar, - deyə düşünürdü, - böyük iş olub, əlimi dizinin üstünə qoymuşam. Əslində, 

qadın  fəxr  etməlidir  ki,  seksual  cəhətdən  cazibəlidir.  Bizim  qadınlar  isə,  sanki 

bundan  utanırlar,  xəcalət  çəkirlər  ki,  kiminsə  onlara  tamahı  düşüb.  Riyakarlıq,  tam 

bir riyakarlıq».  

Axı,  qadınların  doxsan  faizi  -  Freydin  və  freydist  alimlərin  təcrübələrindən  də 

bəlli olurdu bu- şüuraltı istəklərində üstlərində erkək yükünü hiss etməyi arzulayırlar. 

Bu ifadənin hər mənasında. Ya da əksinə, erkəyi öz yuküylə yükləməyi.  

Kitabxanasının  rəfləri  arasında  saxladığı,  ara-sıra  vərəqlədiyi  özəl  kitabların 

illüstrasiyalarında erkək-qadın ilişgilərinin yüz cür ağlasığmaz pozaları vardı.  



 

67 


Hər nəysə, indi beynini bu gərəksiz şeylərlə doldurmamalıdır. Görünməmiş elmi 

zəfəri arzuladığı qadınların da qəlblərini onun üzünə açacaqdı.  

Hər  şey  düşündüyü  və  planlaşdırdığı  kimi  gedirdi.  Məntiqinin  və  bəlağətinin 

bütün  imkanlarını  işə  salaraq  parlaq  bir  çıxış  etdi.  Bəlkə  də  ilk  dəfə  Elmi  şurada 

məruzədən  sonra  uzun  zaman  susmayan  gurultulu  alqışlar  qopdu.  Qocaman  alim 

Qafarzadə çıxışında: 

-Çox  dəyərli  tədqiqatdır,  -  dedi,  -  ilk  dəfə  okkultizmə  belə  ciddi  münasiət 

sərgilənir.  Sovet  dönəmi  olsaydı,  bunu  idealizm,  xurafat  kimi  damğalayardılar. 

Amma indi, şükür ki, hər məsələyə elmi cəhətdən yanaşır, ayıq gözlə baxa bilirik.  

Hamı  bir-bir  yanaşıb  əlini  sıxır,  təbrik  edirdi,  daha  məhrəm  olanlar  ziyafətin 

ünvanını soruşurdu.  

Səsvemə  gizli  idi  və  yarım  saatdan  sonra  sayıcı  nəticəni  elan  etdi:  8  nəfərdən 

səkkizi  də  əleyhinə  səs  vermişdi.  Yəqin  ki,  hər  birisi  düşünürmüş:  mən  pozum, 

qurdumu öldürüm, o birilər pozmaz, inşallah, ziyafətdən məhrum olmarıq.  

Hamıdan  çox  tərif  deyən  qocaman  alim  Qafarzadə  də  pozmuşdu  onu,  Rübabə 

də... Şuraya saldırdığı Rübabə!  

Səsvermənin nəticələri elan olunan anda Əhliman birdən kürəyində acıdan - acı 

ağrı  hiss  etdi.  Bu  göynəm-göynəm  göynədən,  yandırıb  yaxıcı  qırmanc  zərbələrinin 

ağrısıydı.  Atası  dəmir  blyaşkalı  meşin  kəməriylə  balaca  Əhlimanın  kürəyini 

qırmanclayanda  eynən  belə  ağrı  hiss  edərdi.  Atası  onu  kəmərlə,  anasını  yumruqla, 

şilləylə döyərdi. Anası yalvarardı: qurban olum, vurma, qabağında ölüm, vurma. Özü 

döyüləndə də, oğlu döyüləndə də bu sözləri deyərdi. Yalvarışları hələ də Əhlimanın 

qulağındaydı.  Balaca  Əhliman  isə,  çıqqırını  da  çıxarmazdı.  Bu,  atasını  cin  atına 

mindirirdi:  

-Nə  zilləmisən  gözünü  üzümə,  küçük...  -Kəmər  kəmər  dalınca  («vurma, 

qurbanın  olum,  balacadı,  tifildi,  bilməyib,  qələt  eləyib,  yazığın  gəlsin,  day  eləməz, 

vurma»). 

Zolaq-zolaq olmuş körpə kürəyi.  

-Nə  baxırsan  üzümə,  qancığın  törəməsi...  nə  pis  gözün  var  ə  sənin,  sən  bunun 

hikkəsinə bax e, səsini də çıxarmır. Al gəldi köpək oğlu...  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə