Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   21   22   23   24   25   26   27   28   29

 

74 


deyib  durmamağı  öyrədirdisə,  insanın  öz  iradəsiylə  seçimini  və  davranışını  təsdiq 

edirdisə,  bunlardan  nəticə  çıxarıb  yaman  gözdən  qorunmağın  yollarını  axtarmağa 

başladım.  Ekstrasenslərlə  və  onların  üsullarıyla  tanış  oldum,  hipnoz  və  tilsim 

haqqında  dərindən  düşünməyə  başladım,  pirlərin  hikməti  haqqında  araşdırmalar 

apardım, cadu-pitiyə qarşı xalq inanclarını bir daha yada salıb təhlil etdim. 

Bəzi uğurlar da qazandım. Bir neçə qəzanın qarşısını aldım, bir-iki adamı yaman 



gözün bəlasından xilas  edə  bildim.  Mənə  elə gəlirdi ki, ilkin səbəbi  -  nifrət, hikkə, 

kin, paxıllıq, həsəd kimi müzür insani keyfiyyətləri özündə toplayan yaman  gözdən 

qorunmağın çarəsini tapmağıma bircə addım qalır. İstifadə etdiyim üsullardan yazıb 

pis  gözlü  adamları  duyuq  salmaq  istəmirəm.  Uğuruma  bircə  addım  qalırdı,  bir  son 

addım...  

ON ÜÇÜNCÜ FƏSİL 

AYDAN 

 

“Məhəbbət  -əvvəl-əvvəl  zarafatdır,  amma  sonucda  çox 



ciddi  işdir.  Gözəlliklə  rastlaşanda  qəlb  ona  diqqət  verməyə 

başlayır, özünə yaxın cəhətləri görəndə qovuşmaq istəyi oyanır 

və  həqiqi  məhəbbət  yaranır.  Məhəbbət  insanı  əldən  salan 

xəstəlikdir, amma onun dərmanı, əlacı da elə özündədir”.  

İBN HƏZM, XI əsr ərəb mütəfəkkiri,  

«Göyərçin həmayili» əsərindən 

 

“Qəlbdə  eşq  necə  yaranır?  Birinci  heyranlıq  hissi  baş 

qaldırır. İnsan düşünür: onu öpmək, onun sənə busə verməsi 

nə  böyük  səadət  olardı.  Ümid  belə  yaranır.  Bu,  məhəbbətin 

siftəsidir.  

Özü  haqqında  xatirələr  yaşatmayan  xoşbəxtlik  - 

xoşbəxtlik deyil... ” 

STENDAL, fransız yazıçısı,  

«Məhəbbət haqqında» 


 

75 


 

Məni Ay işığı oyatdı. Çarpayımın yanında qoyduğum saata baxdım  - gecə saat 

dördə  on  dəqiqə  işləyirdi.  Bədirlənmiş  Ayın  ziyasıyla  çarpayımın  qarşısındakı 

divardan asılmış iri göz muncuq işıqlanırdı.  

Birdən elə bil kimsə məni yatağımdan durub eyvan qapısına tərəf apardı. Eyvan 

qapısına  çatıb  baxdım,  diksindim.  Bağlı  şüşə  qapının  o  biri  tərəfində  adam 

dayanmışdı,  sifəti  şüşəyə  yapışmışdı,  eybəcərləşmişdi.  Əyri  əyləncə  aynalarında 

olduğu  kimi,  ağzı,  burnu,  çənəsi  yastılanmışdı,  amma  dərhal  tanıdım  -qonşumuzun 

qızı  Aydan  idi.  Arabir  həyətdə  rastlaşıb  kəlmə  kəsmədən  xoş  təbəssümlə 

salamlaşardıq. Təəccübüm bir an çəkdi, bir an sonra hər şeyi anladım.  



Gözləri  qapalıydı.  Demə  bu  qız  somnambula  -  Ay  adamıymış.  Mənimlə  eyni 

mərtəbədə olan mənzillərindən bura Ay işığının cazibəsiylə gəlib. Eyvandan eyvana 

beş qarışlıq dar keçidlə gəlib. Keçid elə dar idi ki, iki adam yan-yanaşı dura bilməzdi. 

Bir ayaq- bir ayaq gəlib.  

Hələ də yuxudaydı. Qapını açıb qızı içəri dartmaq, oyatmaq, sonra dəhlizlə öz 

mənzillərinə  gətirmək  istədim,  amma  dərhal  başa  düşdüm  ki,  qapını  açsam,  o  saat 

oyana bilər, oyansa, üçüncü mərtəbədən, Allah eləməmiş, yıxıla bilər. Ancaq şüşənin 

bu  tərəfindən  o  tərəfinə  bir-birimizə  baxmağımız  qalırdı.  Daha  doğrusu,  mən 

baxırdım.  Onun  gözləri  yumuluydu.  Bir  az  şüşədən  aralandı,  yastılanmış  sifət 

cizgiləri adi halına qayıtdı və indi yenə həmişə gördüyüm kimi qənirsiz gözəl idi. Bu 

qəribə təşbeh hardan gəldi ağlıma, İlahi, onu tərsinə çevilmiş nida işarəsinə oxşatdım. 

Arıq,  düm-düz,  şümal  qaməti  və  iriləşmiş  nöqtə  kimi  başı...  Zil  qara  saçları  şəlalə 

kimi  təpəsindən  çiyinlərinə  axırdı.  Gözləri  açıq  olanda  bir  az  qəmli,  bir  az  dalğın 

ifadəsi  vardı.  Həyətdə  onu  görəndə,  becid  addımlarla  quş  kimi  «səkdiyinə» 

heyranlıqla  baxanda  Dədə  Qorqud  bənzətmələri  yadıma  düşürdü:  «Evdən  çıxıb 

yürüyəndə  sərv  boylum,  topuğuna  sarmaşanda  qara  saçlım,  qar  üzünə  qan  dammış 

kimi  al  yanaqlım,  qoşa  badam  sığmayan  dar  ağızlım».  Öz  -  özümə  onu  Banuçiçək 

adlandırırdım, halduki bilirdim, adı Aydandı.  




 

76 


Qorxurdum.  Dua  edirdim  ki,  ayılmasın,  Ay  işığıyla  gəldiyi  kimi  mənzillərinə 

qayıtsın.  Sabah  mütləq  valideynləriylə  danışaram.  Bir  əlac  tapsınlar...  Görəsən, 

qızlarının bu qəribəliyindən xəbərləri varmı?  

Bir  neçə  dəqiqə  üz-üzə  dayandıq.  Yanağımı  şüşəyə  söykədim.  Gözlərimi 

yumdum. Şüşənin sopsoyuqluğu məni ipisti gözəllikdən ayırdı. Bilirdim ki, şüşənin o 

tərəfində yanaqları bu şüşə kimi hamar və sərindir. Hardan gəldi bu misralar ağlıma: 

«Yanaqların qar dadır, dodaqların arıları aldadır»? Doğrudan da ağzı gül ləçəklərini 

andırırdı, arıları cəlb edən ləçəkləri.  

Şüşədən aralanıb gözlərimi açdım: tərpənməz dayanmışdı. Görəsən, yuxusunda 

nə görür, ümumiyyətlə, bu halda yuxu görürlərmi? Bu anlar, bu möcüzəvi, inanılmaz 

anlar uzandıqca uzanaydı kaş... Bu qədər yaxın, bu qədər uzaq... Ayın özü kimi. Ayın 

bir gecəlik mənə hədiyyə göndərdiyi əfsanəvi varlıq... Ay qızı...  

Qorxurdum, yamanca qorxurdum, ayılacağındanmı, çıxıb gedəcəyindənmi, qəfil 

gələn gizli sevinci qəfildəncə itirəcəyimdənmi.  Göz qapaqlarım ağırlaşmışdı elə bil, 

daha  baxa  bilmirdim.  Gözlərimi  yuma  da  bilmirdim  ki,  gözlərim  bağlı  olan  anda 

birdən ayılar... Allah göstərməsin, fəlakət baş verər.  

... Sonra qapıdan aralandı, ehmallıca təzə ayaq açan uşaqlar kimi - dar-dar - beş 

qarışlıq keçidlə eyvanlarına tərəf addımladı. Üzümü şüşəyə dirəyib ardınca baxdım-

baxdım... . Üsulluca öz eyvanlarına keçəndən sonra nəfəsimi dərib sakitləşdim...  

Eyvanımın qapısını açdım. Otağıma təzə çalınmış ot qoxusu doldu. Bu, Aydanın 

qoxusuydu, hər hansı dəbdə olan parfümdən uzaq təbii qoxusu. Qapı tərəfdən gəlirdi. 

Ay qız özü getmiş, ətri qalmışdı.  

Qapının Aydanın nəfəsindən isinmiş şüşəsini sığallayır, Aya baxırdım. Guya ki, 

laqeyd-laqeyd  yer  kürrəmizi  sezən, gah kəsilmiş  dırnaq  kimi  nazilən, gah  fətir kimi 

dolan  bu  yaxın-uzaq  göy  cisminin  nə  qədər  açılmamış  sirri  var.  Elə  bil  Aydan  da 

Aydanın həniri gəlirdi.  

Nə idi bu, İlahi? Qəfil və inanılmaz, görünməmiş gəliş... Hansısa sirli  - sehirli 

dünyadan təşrif buyurmuş qonaq.  

Tərəddüdlər içinəydim. Sabah valideynləriylə danışım - danışmayım? Şübhəsiz, 

qızın müalicəyə ehtiyacı var. Belə davam etsə, xata çıxa bilər. Amma düşünəndə ki, 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə