Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 

71 


ayrıymış. Bu Aləmdə nə Keçmiş, nə Gələcək, nə İndi varmış... Ümümən Vaxt yox 

imiş...  Vaxtın  fövqündə  dürani  Əbədiyyət  varmış.  Başa  düşdüm  ki,  varlığı,  həyatı, 

kainatı,  dünyanı  yalnız  məntiqlə izah  etmək  qeyri-mümkündür.  İnsanı  anlamaq  isə, 

heç mümkün deyil.  

Bağdad darülfünunun, bizim bugünkü təbirlə desək, kafedra müdiri, professoru 

Əl Qəzali günlərin bir günü iş yerini tərk edir, bütün rütbələrindən, mənsəblərindən 

vaz  keçərək,  təsəvvüfün  həqiqətinə  tapınır,  dünyanı  yalnız  ağılla  deyil,  fəhmlə  də 

duymağın vacibliyinə inanır və inandırır.  

Şərqin  iki  böyük  siması  məşhur  sufi  şeyxi  Əbu  Seyid  dahi  alim  və  təbib  İbn 

Sinayla  görüşündən  sonra:  «Mənim  gördüyümü  o  bilir»-  deyib.  İbn  Sina  da  bu 

görüşdən sonra: «Mənim bildiyimi o görür» - söyləyib.  

İslam zəkanı inkar etmir, amma yalnız ağla yox, duyğuya da əsaslanır, dünyanı 

dərk etməyin iki yolunu göstərir - arifliyi və aşiqliyi.  

Oxuduğum  kitablar  içində  məni  ən  çox  cəlb  edən  qədim  hind  fəlsəfəsinin 

KARMA anlayışı oldu... Karmanı qəzavü-qədər kimi də çevirmək olar, amma bu tam 

dəqiq  tərcümə  deyil.  Karma  -  bədəl,  əvəz  qanunudur,  səbəb  və  nəticə  qanunudur, 

bəlkə  də  varlığın  ən  əsas  və  təməl  qanunudur.  Karmaya  görə  insan  bütün 

hərəkətlərinin bədəlini ödəyir. İndiki həyatında ya hansısa başqa yaşayışında gördüyü 

Xeyir  ya  Şər  əməllərin  əvəzi  çıxır  qarşısına.  Bu  qanunu  qəbul  etsən,  hər  şey  izah 

olunur.  İndiki  ömründə  rastlaşdığın  hər  naqislik,  sənə  qarşı  edilmiş  hər  haqsızlıq 

haçansa başqa həyatda sənin özünün kiməsə ya kimlərəsə etdiyin haqsızlığın, zülmün 

bədəlidir.  Əvvəlki  yaşayışında  etdiyin  yaxşı  ya  pis  hərəkətlərin  nəticəsi  başqa  bir 

həyatda üzə çıxır. Bir söz: «Nə əkərsən, onu biçərsən» ...  

Qalır bir şeyə də inanmağın - hər bir canlının ölümüylə həyatının bitməməsinə. 

Monoteist  dinlər  bizə  Qiyamət  gününü,  Dirilməni  və  başqa  bir  aləmdə  cənnəti  və 

cəhənnəmi  vəd  edir.  Hinduizmin  və  buddizmin  təməl  inancı  -  reinkarnasiya 

anlayışıdır  -  hər  bir  canlının  müxtəlif  şəkillərdə,  çeşidli  biçimlərdə  bir  çox  həyat 

yaşamasına inam.  

Ekzistensializmə  görə,  insan  taleyini,  qədərini  özü  müəyyənləşdirir.  Son  seçim 

onun  özünündür.  Onda  belə  bir  sual  meydana  çıxır:  İNDİKİ  həyatında  düzgün 




 

72 


yaşayırsansa,  yüksək  amallarla  ömür  sürürsənsə,  nəyə  görə  hansısa  başqa  həyatda 

etdiyin bəd əməllərin cəzasını çəkməlisən? Tövbə - əgər səmimidirsə - insanı haçansa 

etdiyi  səhv  hərəkətlərin  təkrarından  saqındırır,  amma  başqa  bir  həyatda  gördüyü 

yamanlıqların məsuliyyətindən qurtara bilmir.  

İnsan kiməsə pislik edirsə, özünə, və deməli, bütün bəşəriyyətə yamanlıq edir. 

Bu  qanun  yalnız  ayrı-ayrı  fərdlərə  deyil,  dövlətlərə,  ölkələrə  də  aiddir.  Bir  başqa 

xalqa  təcavüz  edən  məmləkət  öz  dövlətinin,  öz  millətinin  başına  bəla  açır.  Əhdi  - 

ətiqdə  düşmən  saydığın  bütün  irqlərə,  xalqlara  qarşı  qəddarlıq,  amansızlıq  təlqin 

edilir.  Amma  bu  dözümsüzlük  bu  inanca  tapınanlara  baha  başa  gəldi,  özləri  tarix 

boyu min bəlaya düçar oldular.  

Karma  mənə  tək  insan  ömrünün  deyil,  ümumən  varlığın  məntiqini,  tarixin 

gedişatını  izah  edirdi,  amma  keçmiş  günahlardan  nə  sayaq  xilas  olmağın  yollarını 

göstərmirdi.  

«Balığı  at  dəryaya,  balıq  bilməsə  də  Xalıq  bilər»  prinsipiylə  davranmaqmı? 

Dzen-buddizmdə  mənəviyyatın  daha  yüksək  dusturunu  tapdım:  əgər  sən  yaxşılıq 

edərkən  yenə  də  Xalıqın  bunu  biləcəyini,  və  deməli,  dəyərləndirəcəyini 

düşünürsənsə, deməli, hərəkətin tam təmənnasız deyil. Tam təmənnasız yaxşılıq odur 

ki, bunun hətta Xalıq tərəfindən belə qiymətləndirələcəyini ağlına gətirməyəsən.  

Bilmirəm  haçansa  yaşamışam  ya  yox,  bilmirəm  həyatımın  müəyyən  illəri 

yaddaşımdan  büsbütün  silinibsə  -  bu  elə  yenidən  yaşamaqdır  ya  yox,  bildiyim  bir 

odur ki, indi yaşadığın ömürdə yalnız Xeyrə xidmət eləməlisən.  

Bəs  ta  uşaqlığımdan  rastlaşdığım  zülm,  məktəb  illərində  pisikdirilməyim, 

institut  vaxtınlda  tənhalığım,  qadınların  biganəliyi  ya  məkri,  dostların  etibarsızlığı 

necə olsun? Axı, onları ki, unutmamışam, nə qədər cəhd etsəm də, yaddaşımdan silib 

ata  bilmirəm  heç  birini.  Kimsə  nə  yaxşı  deyib  -  sənə  edilən  pislikləri  unut,  amma 

onları  edənlərin  adlarını  unutma.  Bəziləri  bədən  yaddaşımda  indiyəcən  incidir, 

ağrıdır  məni  -  sazaqlı  bir  gündə  başıma  tökülən  soyuq  su,  kürəyimdə  qırmancların 

göynərtisi. Yaxud mənəvi zədələr - üzümə gülüb, əlimi iki əllə sıxanların namərdliyi, 

ən  yaxın  bildiyim  tələbəmin  dönüklüyü,  atamın  əzazilliyi,  anamın  yalvarışları, 



 

73 


həyatım boyu rastlaşdığım yalanlar, böhtanlar, ömrümü qısaldan haqsızlıqlar, hər gün 

qanıma zərrə-zərrə yeridilən zəhər... bütün bunların əvəzini çıxmamalıyam?.. 

Hər  fürsətdə  məni  sadistcəsinə  alçaldan,  başıma  su  əndərən  Nəsibdə  heyfim 

qalmadı ki? Bir anın içində dəhşətli şəkildə məhv oldu getdi. Bəzən mənə elə gəlirdi 

ki,  bu  qəzaya  səbəb  mən  oldum.  Atam  də  həmişə  deyərdi:  «Ə,  sənin  nə  pis  gözün 

var?!»...  

Elə  o  vaxtdan  göz  haqqında,  gözün  xüsusiyyətləri  və  təsir  gücü  haqqında 

düşünməyə başladım: pis göz, yaman gözgöz dağı, göz dəymək, gözü götürməmək, 



gözə  gətirmək,  gözdən  salmaq,  gözdən  uzaq,  könüldən  iraq.  Əbəs  deyilməyib  ki, 

bütün bunlar...  

Bayatıda  «üzündə  göz  izi  var,  sənə  kim  baxdı  yarım»  sətirlərini  indi  orijinal 

təşbeh kimi yox, hansısa gerçək baxışın təsiri kimi mənalandırmağa başladım. Dünya 

ədəbiyyatında da gözün təsiri haqqında deyilənlər diqqətimi çəkməyə başladı. XII əsr 

Avropa  inkvizisiya  rahibləri  Henrix  İstitorisin  və  Yakob  Şprengerin  kitabı  əlimə 

keçdi. Kitabın bir yeri məni xeyli düşündürdü: 

«Bəzi  adamların  xəstəlikləri  onlara  nifrət  bəsləyənlərin  onlara  pis  gözlə 

baxmalarıyla əlaqədardır. Duyduqları kin-nifrət gözlərində toplanır, çünki göz insan 

hisslərinin  və  xəyallarının  ən  həssas  yeridir.  Gözün  ifadəsi  insanın  ovqatının 

göstəricisidir.  Bəzi  adamların  anadangəlmə  yaman  gözləri  var,  bəziləri  bu 

xüsusiyyəti  sonradan  qazanırlar.  Yaman  göz  yalnız  zilləndiyi  yerə  yox,  müəyyən 

məkanın  bütün  ab-havasına  pis  təsir  göstərir.  Yaman  gözün  təsir  qüvvəsi  çox 

böyükdür.  Hətta  bir  baxışla  dəvəni  yıxa  bilir.  Bu  keyfiyyətlərə  malik  olan  insanlar 

müəyyən fərdə - zərər vermək istədiyi şəxsə baxarkən özlərinin də bütün vücudunda 

bir gərginlik duyurlar və bu gərginlik gözlərinə təsir edir. Belə anlarda bu pis gözün 

təsiri  müəyyən  məsafədən  belə,  hədəf  seçdiyi  varlığın  ölümünə,  bədbəxtçiliyinə, 

sağalmaz mərəzinə, gözlənilməz qəzaya düşməsinə səbəb ola bilər».  

Rahiblərin  kitabını  oxuyarkən  başqa  bir  ifadə  də  yadıma  düşdü:  «Allah  səni 

yaman gözdən qorusun». 

Deməli,  yaman  gözdən  qorunmaq  da  mümkündür,  bu  bəlanın  çarəsi  də  var. 

Hinduizm və dzen - buddizm, ekzistensializm fəlsəfəsi məni yalnız Allaha təvəkkül 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə