Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   21   22   23   24   25   26   27   28   29

 

80 


üzünə  baxmırdı.  Amma  Əhlimanın  çayını  qoyanda  üzünə  baxdı,  birdən-  birə  halı 

dəyişdi, stəkan əlindən düşüb çilik-çilik oldu, çay Əhlimanın üstünə dağıldı. Qadın 

dodaqaltı nə isə deyirdi. Əhliman aydınca: 

-qatil, qatil... - sözlərini eşidirdi, - bircə balamın qatili...  

Kəskin çevrililb otaqdan çıxdı. Heç çayı üstünə dağıtdığı üçün üzr də istəmədi. 

Əvəzinə  Qasım  üzrxahlıq  etdi.  Amma  nə  polkovnik,  nə  general  qadının  əcaib 

hərəkətlərindən təəccüb qalmışdı. Qasım:  

-  Fikir  verməyin,  -  dedi,  -  çox-çox  illər  əvvəl  balamızı  avtomobil  qəzasında 

itirdik,  anası  hər  təzə  gördüyü  adamı  onun  qatili  sayır.  Bir  pənc  qoşa  -  dərmandır, 

general.  

General zərləri qoşalayıb atdı: 

-Bu da pənc qoşa.  

-Əhsən, bərəkallah, general, təbrik. Yenə mars oldum.  

Nərd-taxtanı qatlayıb qırağa qoydu. Qapı açıldı - bu səfər cavan qız - güman ki, 

qulluqçuları idi - bir stəkan çay gətirib Əhlimanın qabağına qoydu.  

-Day  hansı  həkimə  getmədik,  burda,  Moskvada,  Türkiyədə,  İranda,  hətta 

İsraildə, - bilmirdin Qasım bu sözləri kimə deyir, Əhlimana, Çapığa ya hər ikisinə - 

nicatı yoxdu. Harda ayna gördü, deyir aynada balamı görürəm. Dip-diri.  

Əhliman  yalnız  indi  diqqət  elədi  ki,  sağ  divardakı  iri  bədənnüma  güzgünün 

üstünə qara örtük salınıb.  

Polkovnik ayağa durdu: 

-Bağışlayın, - dedi, - gedim bir hovur xanımı sakitləşdirim.  

Otaqdan çıxdı. Çapıq Əhlimana tərəf çevrildi, indi üzünün çapığı görünmürdü.  

-Polkovnik  sizi  mənim  xahişimlə  çağırıb,  -  dedi.  -  Sizin  haqqınızda  bəzi 

məlumatlarımız var. Bəzi kolleqalarınızdan, xüsüsilə professor Qafarzadədən yanıqlı 

olduğunuzu da bilirik.  

Əhliman  diqqətlə  dinləyirdi.  Sözünün  başını  hara  bağlayacağını  hələ  də 

kəsdirmirdi.  

-Qafarzadənin  atası  Zəlim  kişiylə  bir  yerdə  işləyirdik.  Əlbəttə,  o  vaxt  o  yaşlı 

adam,  mən  cavan  uşaq  idim.  İndi  rəhmətə  gedib,  odur  ki,  məsələni  açmaq  olar. 




 

81 


Təşkilatımızın ən gizli şöbəsinin əməkdaşı idi. Özü də həddən ziyadə qəddar adamdı. 

Adını da Zəlim yox, Zalım qoymuşduq. Odur ki, oğluna da Zəlim oğlu yox, Zalım 

oğlu deyirdik.  

Əhliman bunu bilmirdi, amma Qafarzadəyə Zalım oğlu deyilməsindən xoşlandı. 

Yeri gələndə bundan istifadə etmək olardı. Çapıq davam etdi: 

-Məsələ ondadı ki, Zalımoğluna atasından çox qiymətli bir miras qalıb. Qiyməti 

elə böyükdür ki, heç bir valyutayla ölçmək olmaz. Çox, belə çooox qədim bir xalıdır. 

Deyilənə görə, hətta Şumer dövründən qalıb. Doğrusu, buna inanmaq çətindir, çünki 

dünyada  ən  qədim  Pazırıq  xalısı  min  yaşındadır,  bu  ondan  da  qədimdirsə,  olsun, 

tutalım, min iki yüz, min üç yüz il. Bu tarix hara, Şumer hara?.. Nə isə... mühüm olan 

bu deyil. İngilis dilini bilirsiz?  

-Bilirəm.  

-ABŞ-da  bir  kitab  buraxıblar.  Bu  xalçanın  kimdən  -  kimə  keçdiyini  bir-bir 

göstəriblər. Əlbəttə, çox qədim dövrlər haqqında onların da məlumatı yoxdur. Bizim 

isə, son dövrlərdə xalçanın hansı əllərdən keçdiyi haqqında dəqiq məlumatımız var. 

Keçən əsrin əvvəllərində bir Bakı milyonçusu Təbriz bazarında alıb bu xalını, Bakıya 

gətirib. 20-ci illərdə bolşeviklər bu milyonçunu güllələyib, bütün əmlakını müsadirə 

ediblər. Xalçanı da 25 yaşlı çekist Zəlim Qafarzadə qamarlayıb.  

Əhliman  divarların  Şərq  hamamları  üslubunda  yaradılmış  zövqsüz  naxışlarına, 

yüz  lampalı  ağır,  büllür  çıl-çırağa,  servanta  düzülmüş  qızıllı-gümüşlü  qab-qacağa, 

servantın  üstünə  qoyulmuş  şahə  qalxmış  at  heykəlciyinə  baxır  və  heç  cür  anlaya 

bilmirdi ki, bu xalça söhbətinin ona nə dəxli var və bu çapıq general bütün bunları nə 

məqsədlə danışır. 

-Bunları  sizə  niyə  danışıram...  Bu  saat  izah  edəcəm.  Sizin  hipnozla  məşğul 

olmağınızdan  və  gözlərinizin  əlahiddə  təsir  gücündən  xəbərimiz  var.  Bu  mənim 

fikrim  deyil,  dünyanın  bir  çox  görkəmli  mütəxəssisi  təsdiq  edir  ki,  bu  xalçanın 

naxışları - başqa heç bir xalçaya bənzəməyən naxışları - çox böyük sirlərin açarıdır. 

Bir sözlə - bu yerdə, - Çapıq pıçıltıya keçdi, - bu naxışlarda dünyanın sonu haqqında 

məlumat  verilir.  Mayyaların  təqvimində  dünyanın  axırı  çatdığı  haqqında  söz-

söhbətin dünyada necə ajiotaj, qalmaqal yaratdığı yadınızdadır, yəqin. Əldə etdiyimiz 




 

82 


agentura  məlumatlarına  görə,  Qafarzadə  uzun  illərin  araşdırmaları  əsasında  bu 

naxışların  sirrini  açmaq,  yəni  dünyann  axırın bəyan  etməyin  ərəfəsindədir.  Əlbəttə, 

başa düşürük ki, bu cəfəngiyyatdır, amma axı, buna inananlar olacaq. Məlum deyil, 

nə  deyəcəklər,  bu  tarix,  bu  hadisə  haçan  olasıdır,  yuz  ildən,  min  ildən  sonramı,  ya 

yaxın bir ayın, on günün içindəmi... İndi düşünün, dünyanın sonuna, tutalım, bir ay 

qalıb xəbəri yayılır, görün cəmiyyətdə nə zəlzələlər, nə vəlvələlər başlayır. Onsuz da 

bir-birinin  ətini  yeməyə,  qanını  içməyə  hazır  olan  adamlar  kimisə  öldürməyə, 

kiminsə  var-dövlətini  mənimsəməyə,  kimisə  zorlamağa  girişəcək.  «Onsuz  da 

dünyanın axırıdır da», - deyəcəklər. Bunumu istəyirsiz?  

-Əlbəttə, yox, - dedim, amma ürəyimin dərinliyində bu ehtimaldan məmnun da 

qalmışdım  hətta,  qoy  bir-birinin  boğazını  üzsünlər,  haramzadalar,  insanlar  bundan 

artığına  layiq  deyillər.  Bir  yandan  baxanda,  -  deyə  düşünürdüm,  -  elə  xalçasız  -

flansız  da  dünyanın  axırıdır  da...  Bu  qədər  zülm,  ədalətsizlik,  yalan,  riyakarlıq, 

pozğunluq  içində  yaşamaq  insanların  ən  böyük  günahı  və  ən  böyük  cəzası  deyil 

məyər?  

-Məndən nə istəyirsiz? -soruşdum.  

-Bilirəm, sizinçün bu çətin olacaq, amma bir bəhanə tapıb Qafazadəylə görüşün. 

Onu zərərsizləşdirin, iradəsini ram edin, fikirlərini, hərəkətlərini, davranışını, verdiyi 

qərarları özünüzə tabe edin. Əsrlər boyu insanlara zülm, ölüm və iztirab gətirmiş o 

məşum xalça da məhv edilməlidir. Qiyməti nə qədər olur-olsun, insan ömründən ki, 

qiymətli deyil. Həm də söhbət tək bir insandan deyil, bütün insanlardan, insanlıqdan 

gedir.  Hələ  məsələnin  beynəlxalq  tərəfini  demirəm.  Bizə  düşmən  olan  yabançı 

qüvvələrin  bundan  istifadə  edib  ölkəmizdə  necə  ara  qarışdıracaqlarını  adam  heç 

ağlına da ğətirmək istəmir, amma bu da istisna olunmur. İndi hər şey sizdən asılıdır, 

biz  bu  məsələnin  ayrı  çözümünü  görmürük.  Qafarzadə  dünya  mediasının, 

ölkəmizdəki  səfirliklərin  də  diqqət  mərkəzindədir.  Sizdən  başqa  onu  ələ  keçirməyə 

başqa yolumuz yoxdur.  

Qasım otağa daxil oldu. Görünür, o da söhbətmizin bitdiyini duymuşdu.  

-Çaylarınızı təzələsinlər?  

-Yox, sağ olun.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə