Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   21   22   23   24   25   26   27   28   29

 

77 


bu  möcüzə  bir  daha  heç  vaxt  təkrar  olunmayacaq,  daha  heç  vaxt  sifəti  şüşəyə 

yapışmayacaq, təzə çalınmış ot qoxusu bir də heç zaman dolmaycaq otağıma, qəribə 

bir  nisgil  hissi  duyurdum.  Səhərəcən  gözümə  yuxu  getmədi...  Aydanı  haçansa 

həyatıma  daxil  olmuş  ya  çıxıb  getmiş  qızlarla,  qadınlarla,  ümumiyyətlə,  indiyəcən 

tanıdığım  bütün  başqa  insanlarla  müqayisə  edirdim  və  indiyəcən  heç  bir  vaxt 

keçirmədiyim  hissləri  yaşayırdım.  İçim  ən  zərif  qoxularla,  ən  incə  musiqi 

nəvalarıyla,  ən gözəl  şeir  misralarıyla  lim-həlim  dolurdu.  Elə bil  kimsə  həzin  səslə 

qulağıma kiminsə haçansa yazdığı sətirləri pıçıldayırdı: 

Ümidsizlik anında  

Gəldi bu qəfil sevinc...  

Taleyin hədiyyəsi..  

Gözlənilməz nəticə...  

Məni bədbəxt eyləyən,  

xoşbəxt eyləyən gecə. 

 

ÖN DÖRDÜNCÜ FƏSİL 

ÇAPIQLA GÖRÜŞ 

 

“İldırım,  şimşək  çaxacaq,  möhtəşəm  zəlzələ  olacaq, 



insanlar  dünyada  yaşayandan  bəri  belə  dəhşətli  zəlzələ 

olmayıb.  Böyük  şəhər  üç  bölünəcək,  böyük  ada  qeyb  olacaq, 

dağlar  uçub  dağılacaq.  O  günlərdə  insanlar  ölümü 

axtaracaqlar,  tapmayacaqlar,  ölmək  istəyəcəklər,  ölə 

bilməyəcəklər.  Yeni  səmanı  və  yeni  torpağı  gördüm,  çünki 

köhnə səma və köhnə torpaq artıq yoxdu, dəniz də yoxdu”.  

 BİBLİYA. Apokalipsis 

 

“Şairlərin  yaratdıqları  təşbeh  də  bununla  bağlıdır. 

Niobeya  əvvəlcə  yeddi  oğlunu,  sonra  yeddi  qızını  itirərək 

qayaya  çevrilir.  Bununla  şairlər  demək  istəyir  ki,  çəkilməz 


 

78 


dərd  insanı  nəinki  müc  edir,  dilini-ağzını  qurudur,  o,  hətta 

dönüb  daşa,  qayaya  da  çevrilə  bilər.  Qəlbimizi  ən  dözülməz 

dərd, ağrı çuğlayanda danışa bilmirik, hisslərimizi ah-fəğanla, 

harayla, fəryadla ifadə etməkdən acizik. Belə anlarda insanın 

qəlbi  yalnız  dərindən  dərin  sükuta  qərq  olur.  Sözlə  ifadə 

olunan,  başqalarıyla  bölüşülən,  yerli-yataqlı  danışılan  dərd 

səmimi ağrı deyil. Əsl ağrının dili laldır”.  

MİŞEL MONTEN, fransız filosofu,  

Esselər (Təcrübələr) 

 

“Rahatlıq və hətta ölüm insana Xeyirlə Şər arasında azad 

seçimdən daha əzizdir”.  

 F. M. DOSTOYEVSKİ. «Karamazov qardaşları», 

«Böyük inkvizitor» fəslindən 

 

Səhər  10  radələrində  Əhlimanın  cib  telefonuna  SMS  gəldi.  Polkovnik  Qasım 



Şeydayev bu telefona zəng etməsini xahiş edirdi. Polkovnikin adı və famili Əhlimana 

tanış  gəldi,  amma  kim  olduğunu,  nə  qədər  çalışsa  da,  yadına  sala  bilmirdi.  Hər 

ehtimala qarşı, ekrana çıxan nömrəni telefonuna yazdı, yığdı. Cavab dərhal gəldi: 

-Hər vaxtınız xeyir, Əhliman müəllim. 

-Salam. Mənə SMS göndərmisiniz. 

-Bəli. Çox vacib bir məsələylə bağlı sizinlə görüşməliyik. 

-Kim, siz?  

-Görüşəndə bilərsiniz. Axşam 6-da bizə gələ bilərsiniz? Ünvanı indi mobilinizə 

göndərirəm.  

Cavab gözləmədən telefonu asdı. Az sonra ekranda ünvan çıxdı.  

Axşam 6-ya on dəqiqə qalmış Əhliman dalanın çıxmazında iri dəmir darvazanın 

qarşısındaydı. Zəngi basdı, videofonda kiminsə başı göründü: 

-Əhliman müəllim?  

-Bəli 



 

79 


-Buyurun.  

Darvazanın iki layı relslər üstündə o tərəf - bu tərəfə çəkildi. Əhliman içəri girdi. 

Həyətin  geniş  meydan  adlandırıla  biləcək  sahəsində  əcnəbi  maşınlar  düzülmüşdü: 

“Rols-Roys”,  “Pejo”,  “Nissan”,  “Ford”,  “Fiat”,  “Mersedes”,  “Bentli”,  “Şevrole”, 

“BMV”. Əhliman saydı - doqquz maşın idi.  

Həyətin  o başında üçmərtəbəli iqamətgah ucalırdı.  İqamətgah  -  bu binaya  ayrı 

ad  vermək  olmazdı.  Müxtəlif  səviyyəli  eyvanlar,  şüşəbəndlər,  erkerlər,  lodjiyalar... 

Qapıda  bayaq  videofonda  sifətini  gördüyü  adam  dayanmışdı.  Əhlimanı  qarşılayıb 

ikinci mərtəbəyə apardı. Geniş foyedən keçib ondan da geniş salona girmədən əvvəl 

nərd-taxta və atılan zərlərin səsini eşitdi.  

Salonda  biri  çox  qoca,  biri  nisbətən  cavan  (o  da  altmış-altmış  beş  yaşlarında 

olardı) iki kişi nərd atırdılar. Əhliman, deyəsən, qocanı haçansa görmüşdü, yaddaşını 

qurdalayıb  dumanlı  şəkildə  olsa  da  xatırladı.  Gərək  ki,  haçansa  ev  qonşularıydı. 

Əhlimana  zəng  edən  polkovnik  də  elə  o  idi.  Polkovnik  ağ  köynəkdəydi,  lampaslı 

şalvarını  saxlayan  kəmərlər  çiynindən  asılmışdı,  ayaqları  yumşaq  mixəyi  məstlərin 

içindəydi. Tərəfdaşı tünd göy kostyumdaydı, eyni rəngli qalstuk taxmışdı.  

Əhliman içəri girən kimi hər ikisi ayağa durdu. Qoca əlini uzadıb: 

- Polkovnik Qasım Şeydayev, - dedi, - biz gərək ki, tanışıq.  

O biri kişi ayağa duranda Əhliman onun sağ yanağında iri çapığı gördü. Əlini 

uzatdı, amma adını, familini demədi. Qasım: 

- Əyləşin, - dedi, - bu saat generalın dərsini verim - sonra söhbətə keçək.  

Bu sözləri deyəndə irişdi, yersiz, şit zarafat etmiş adam kimi mağmın-mağmın 

generalın üzünə baxdı. Generalın tükü də tərpənmədi, o sözlərə də məhəl qoymadan: 

-At görək, - dedi. - Elə dedi, elə bil əmr verirdi.  

-Aha, şeş sə...  

Oynadı.  

-Çahar dü...  

Yan qapı cırıltıyla açıldı, qara geyinmiş, başına qara şal bağlamış qadın, əlində 

üç stəkan çay, mürəbbə, konfet, qənd və limon qoyulmuş podnos, içəri girdi. Çayları 

podnosdan  götürüb  Qasımın,  Çapığın  qabağına  qoydu,  başını  qaldırıb  heç  birinin 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə