Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə6/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   2   3   4   5   6   7   8   9   ...   158

13 
 
edirlər. Alim fikrini əsaslandırmaq üçün Tağı Şahbazi Simürğün “Aldanmış ümid” 
və  Hacıbaba  Nəzərlinin  “Satqın”  hekayələrindən  misal  gətirərək  qısa  cümlələrin 
ifadəyə canlılıq, elastiklik və  aydınlıq verdiyini göstərir.  Ancaq bununla  yanaşı, o 
hesab edir ki, “qısa cümlə nəsrimizin yeganə və ideal əsası ola bilməz. Dərin təhlil 
və ətraflı təsvirin ifadəsi üçün uzun cümləyə sahib olmaq da zəruridir”. 
B.Çobanzadə  yeni  dövr  nəsrində  artıq  köhnə  obraz  və  epitetlərlə  birlikdə 
köhnə  lüğətin  də  ortadan  qalxdığını,  bu  prosesin  davam  etdiyini,  dialoq  nəsr 
ünsürlərinin möhkəm surətdə yer tutduğunu diqqətə çatdırır. 
Sovet dövrünün birinci və ikinci onilliklərində nəsr dilində meydana çıxan 
yeni  keyfiyyətlər  barədə  B.Çobanzadənin  mülahizələri  müasir  filologiyanın 
qənaətləri  ilə  təsdiq  olunur.  Məsələn,  Xalq  yazıçısı,  ədəbiyyatşünas  alim  Elçin 
“Sosrealizm  bizə  nə  verdi?”  məqaləsində  yazır:  “Son  dərəcə  əhəmiyyətli 
hadisələrdən  biri,  bəlkə  də  birincisi  bu  oldu  ki,  sosrealizm  müasir  Azərbaycan 
ədəbi  və  bədii  dilinin  formalaşmasında  fövqəladə  rol  oynadı.  “Molla  Nəsrəddin” 
ilə “Füyuzat” dili, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Sabir ilə Əli 
bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağayev,  Məhəmməd  Hadi  dili  arasındakı 
pərakəndəlik  içində  olan  ədəbi-bədii  dilimizin  sintaktik  və  estetik  prinsipləri 
təşəkkül tapdı...” (9,87). 
B.Çobanzadə yeni dövrün nəsr dilində müvəffəqiyyətlərlə yanaşı nöqsanlar 
da  müşahidə  etmiş  və  bunları  üç  qrupa  ayırmışdır:  1)  Leksikon  kasıblığı;  2) 
Sinonimikaya  çox  az  diqqət  verilməsi;  3)  Qrammatika  və  stilistikanın  əsaslarına 
lazımınca riayət edilməməsi. 
Onun  müşahidələrinə  görə,  nəsr  əsərlərinin  dilindəki  nöqsanlar  əsas 
etibarilə  qrammatika  və  üslubiyyata  aiddir.  O,  cümlənin  quruluşundakı 
nöqsanlardan  danışarkən  S.  Hüseynin  “Yeni  həyat  yollarında”  kitabındakı  bir 
hekayədən
*
    misal  gətirərək  yazıçının  bir  səhifə  yarım  mətn  içində  ”idi”  (“-di”) 
hissəciyi  ilə  düzələn  fel  formasını  təqribən  50  dəfə  təkrar  etdiyini,  bunun  isə 
ifadəyə ətalət və durğunluq verdiyini göstərir. 
B.Çobanzadə  eyni  zamanda  nəsr  əsərlərində  obrazlı,  epitetli  dilin  nisbətən 
az  inkişaf  etdiyini  də  qeyd  edir.  Müəllif  məqalənin  sonunda  Mehdi  Hüseynin, 
Əbülhəsənin  və  Hacıbaba  Nəzərlinin  hekayələrində  rast  gəldiyi  bəzi  dil  və  üslub 
qüsurlarını ayrı-ayrı müəlliflər üzrə qruplaşdıraraq izah edir. 
Prof.  B.Çobanzadənin  nəzərdən  keçirilən  tədqiqatları  göstərir  ki,  dilçiliyin 
bir neçə sahəsi üzrə eyni dərəcədə uğurla fəaliyyət göstərmiş görkəmli alim bədii 
dil  məsələlərinin  öyrənilməsi  ilə  də  ardıcıl  şəkildə  məşğul  olmuş,  indiyədək  elmi 
əhəmiyyətini  saxlayan  qiymətli  fikirlər  söyləmiş,  bu  istiqamətdə  aparılan  sonrakı 
araşdırmalar üçün möhkəm zəmin yaratmışdır. 
 
ƏDƏBİYYAT 
1. Çobanzadə B. Seçilmiş əsərləri. 5 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007,   336 s. 
                                                           
*
Misal kimi verilmiş parça S.Hüseynin “Bir küçənin tarixi” hekayəsindəndir. 


14 
 
2. Quluzadə M. Füzulinin lirikası. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1965,   476 s. 
3. Çobanzadə B. Füzuli və onun yeri // Məhəmməd Füzuli. Elmi-tədqiqi məqalələr. 
Bakı: Azərb. Dövlət Nəşriyyatı, 1958, s. 364-374. 
4. Çobanzadə B. Seçilmiş əsərləri. 5 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2007, 368 s. 
5. Çobanzadə B. Yazıçılarımızın dili haqqında (nəsr) // İnqilab və mədəniyyət. 1933, 
№ 1, s. 27-32. 
6. Köçərli F. Azərbaycan ədəbiyyatı. 1-ci cild. Bakı: Elm, 1978, 598 s. 
7.  Hənifə  xanım  Məlikova-Abayevanın  xatirələri  (Həsən  bəy  Məlikov  Zərdabinin 
bioqrafiyası). Həsən bəy Zərdabi və “Əkinçi”. Bakı: Adiloğlu, 2005, 126 s. 
8.  Məmmədquluzadə  C.  Əsərləri.  3  cilddə.  3-cü  cild.  Bakı:  Azərb.  SSR  EA 
nəşriyyatı, 1967, 902 s. 
9.  Elçin.  Sosrealizm  bizə  nə  verdi?  //  Humanitar  elmlərin  müasir  durumu  və 
ədəbiyyatşünaslığın  nəzəri-metodoloji  məsələləri.  Beynəlxalq  elmi  konfransın  materialları. 
Bakı: Elm, 2010, s. 58-100. 
 
Ramiz Əskər

 
 
BEKİR ÇOBANZADE’NİN BEDİİ ESERLERİ 
 
Bekir Çobanzade, Türklüğün şaheseri Divanü Lugati’t-Türk yazarı Kaşgarlı 
Mahmut’tan ve Rusya Bilimler Akademisinin Demidov ödülünü dört kez kazanan 
Mirza  Kâzımbey’den  sonra  Türk  dilciliğinin  en  ünlü  ismidir.  1915’ten  hayatının 
sonuna  kadar  dil  tarihi,  karşılaştırmalı  dilcilik,  gramer,  imla,  alfabe,  pedagoji, 
diyalektoloji,  terminoloji  ve  diğer  konularda  yazdığı  150  civarında  bilimsel  eser, 
bugün de güncelliğini ve önemini korumaktadır.  
Bir bilim adamı olarak Bekir Çobanzade’nin sahip olduğu temel özellikler 
şunlardı:  1)  Son  derece  yetenekli  ve  zeki  bir  insandı.  2)  Bilimsel  uğraşı  alanına 
bütün  Türk  dünyası  dahildi.  3)  Avrupa  standartlarında  yetişmiş  ilk  dilcimizdi.  4) 
Mükemmel  derecede  Türkçe,  Arapça,  Farsça,  Rusça,  İngilizce,  Almanca  ve 
Macarca  biliyor  ve  bu  dilleri  ustaca  kullanıyordu.  5)  Yaşadığı  ağır  ve  karmaşık 
dönem bir bilim adamı olarak parlamasına elverişli ortam oluşturmuştu.  
Bekir  Çobanzade’nin  doğum  tarihi  ve  yeri  üzerine  çeşitli  fikirler  ileri 
sürülmüş,  fakat  kendisince  doldurulan  ankete  göre  15  Mayıs  1893’te  Kırımın 
Karasubazar  şehrine  yakın  Argın  köyünde  doğduğu  kabul  edilmiştir  (1)  İsmail 
Otar. Kırımlı Türk Şair ve Bilgini Bekir Sıdkı Çobanzade. İstanbul, Lebib Yalkım 
yayımları, 1999, s. 13. 
Bekir  Çobanzade  fenomeninin  diğer  bir  yönü  onun  aynı  zamanda 
yetenekli  bir  şair  ve  yazar  olmasıdır.  Edibin  milli  şiirleri  ve  duygulu  hikâyeleri, 
edebiyat  üzerine  özgün  düşünceleri  bilim  dünyasında  maalesef  yeterince 
bilinmemektedir.  
                                                           

Əskərov Ramiz – Bakı Dövlət Universitetinin Türk xalqları kafedrasının müdiri, filologiya 
üzrə elmlər doktoru, professor. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə