Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə4/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   2   3   4   5   6   7   8   9   ...   158


 
dili  haqqında  qiymətli  fikirlər  söyləmişdir.  Onun    Füzulinin  dili  haqqında 
mülahizələri Füzuli  lirikasının görkəmli  tədqiqatçısı M. Quluzadənin də  diqqətini 
cəlb  etmişdir:  "Prof.  B.  Çobanzadə  M.  Füzulinin  bədii  dil,  forma  sahəsində 
Azərbaycan  şe'rinə  gətirdiyi  yeniliklərdən  danışaraq  onun  XVI  əsrə  qədər  yazılı 
ədəbiyyatda  olmayan  xalq  sözləri  işlətdiyini,  ifadəsinin  həm  sadə,  açıq,  həm  də 
qüvvətli və təsirli olduğunu, Azərbaycan bədii dilinin inkişafındakı mühüm rolunu 
da yüksək qiymətləndirmişdir" (2, 108). 
B.  Çobanzadəyə  görə,  Füzulinin  dilində  ərəb  və  fars  sözlərinin  nisbəti  nə 
qədər çox olsa da ( "yüzdə doqsanı varmaqla bərabər" ) , onun dili yenə də sadədir. 
O,  Füzuli  dilinin  sadəliyini  şərtləndirən  bir  neçə  səbəb  göstərir  ki,  bunlardan 
bəzilərinə  diqqət  yetirmək  vacibdir.  B.  Çobanzadə  qeyd  edir  ki,  Füzuli  ərəb,  fars 
sözlərinin qulağımıza ən çox alışıq, hafizəmizə tanış, zövqümüzə yaxın olanlarını 
işlətmişdir.  Müəllifə  görə,  Füzuli  bu  cəhətdən  digər  klassik  şairlərdən  fərqlənir:     
"Ərəbi,  farsi  sözlərini  digər  klassik  şairlər,  hətta  Tövfiq  Fikrət  və  Hamid  kimi 
qamuslar  və  lüğətlərdən  toplamayıb,  çox  vəqt  o  vəqtdəki  münəvvər  təbəqənin 
ağzından  almışdır  ki,  bu  surətdə  ondakı  ərəbcə  və  farsca  tə'birlərin  yarısından 
ziyadəsi bu gün bilxassə cənub türk xalqlarının ağzında işlənməkdə və lüğətlərində 
qullanılmaqdadır" (3, 372). 
 
 
 
 
 
 
B.  Çobanzadə  Füzulinin  özünə  qədər  ədəbiyyata  gətirilməmiş  xalq 
sözlərini  işlətməsini  onun  bədii  dilinin  sadəliyini  şərtləndirən  mühüm  bir  faktor 
kimi nəzərə çarpdırır: "Qullandığı türkcə sözlər, az olmaqla bərabər, digər şairlərdə 
olduğu  kimi  yalnız  fellər  olmayıb  bunlar  arasında  bir  çox  da  Füzuliyə  qədər 
ədəbiyyata çıxmamış xalq sözləri də vardır" (3, 372). 
 
 
 
Məqaləsinə  ingilis  şərqşünası  E.Gibbdən  gətirdiyi  "Füzuli  Şərqin 
yetişdirdiyi  ən  səmimi,  ən  həssas  şairdir"  epiqrafı  ilə  başlayan  B.  Çobanzadə 
bütünlükdə Füzuli sənətinə yüksək dəyər verərək onun yerini bütün Yaxın Şərqin 
yetişdirdiyi "ölməz böyüklər" sırasında görür və öz fikirlərini "İstiqbal Füzuli kimi 
səmimi şairlərindir" cümləsi ilə yekunlaşdırır. 
 
 
 
 
B.  Çobanzadənin  "Mirzə  Fətəli  Axundovda  azəri  ləhcəsi"  (  1928)  adlı 
məqaləsində  böyük  sənətkarın  dram  və  nəsr  əsərlərinin  bəzi  dil  xüsusiyyətləri 
araşdırılır.  M.  F.  Axundzadənin  dilini  XIX  əsrin  ortalarında  türk  xalqları 
ədəbiyyatında  yeni  bir  dil  kimi  səciyyələndirən  müəllif    belə  hesab  edir  ki,  onun 
dili  Azərbaycan  ədəbi  dilinin  xalqa  yaxınlaşmasına  çox  böyük  təsir  göstərmişdir. 
O,  Mirzə  Fətəlinin  dilini  bəzi  digər  türk  xalqlarının  ədəbi  dilləri  ilə  müqayisə 
edərək yazır: "Türkiyədə bu kibi dil ilə heç bir mühərrir və yaxud şair olmamışdır - 
desək  yanılmayız.  Şünasi-Kamal,  hətta  Məhəmməd  Əmin  dilləri  xalqa  doğru 
getməklə  bərabər,  hənuz  xalqın  qulağına  yetişməmişdir.  Mirzə  Fətəlinin  dili  isə 
əsas etibarilə xalq ağzından alınmış və azəri ədəbi dilinin xalqa yaxınlaşmasına çox 
böyük təsir bağışlamışdır" (4,306).  
 
 
 
 
 
B.Çobanzadə məqalənin əvvəlində Mirzə Fətəli Axundzadə dilinin tədqiqi 
məsələsinə  də  toxunmuşdur.  Onun  yazdığına  görə,  ilk  dəfə  Karl  Foy           
"Azərbaycan  dili  tədqiqi"  (  "Azerbayganische  Studien"  )  adı  ilə  1903-  1904-  cü 


10 
 
illərdə  Berlində  nəşr  etdirdiyi  əsərinin  ikinci  hissəsində    "Aldanmış  kəvakib"in 
dilini müəyyən dərəcədə araşdırmışdır (4, 306-307).   
 
 
 
B.  Çobanzadəyə  görə,  "mühərririn,  ədib  və  yaxud  şairin  dilinə  iki 
nöqtədən  baxmaq,  yanaşmaq  mümkündür:  həyəcani  və  ifadəvi  (емоциональное 
выразительн.)  və  lisani,  ləhcəvi  (диалектологигекси-  лингвист.)"  (4,307). 
Bu  məqalədə  müəllifin  əsas  məqsədi    M.  F.  Axundzadə  dilini    yalnız  dil 
xüsusiyyətləri  baxımından  araşdırmaq,  Mirzə  Fətəlinin  əsərlərindən  Azərbaycan 
dilinin  bəzi  mühüm  və  canlı  xüsusiyyətlərini  öyrənməyin  mümkün  olduğunu,  bu 
əsərlərin dilçilər üçün də qiymətli bir mənbə olduğunu göstərməkdir.   
 
B.  Çobanzadə  Mirzə  Fətəli  Axundzadənin  1859-cu  ildə  Tiflisdə  ərəb 
əlifbası  ilə  çap  edilmiş  "Təmsilat"ına  əsaslanaraq  onun  əsərlərinin  bəzi  dil 
xüsusiyyətlərini  tədqiq  edir.  O,  Mirzə  Fətəlinin  əsərlərində  assimilyasiya 
hadisəsinin xalq dilində olduğu kimi əks olunduğunu qeyd edir: durallar(durarlar) 
sallam( salaram), allatmak(aldatmaq) və s.  
 
 
 
B. Çobanzadə söz əvvəlində qapalı saitlərdən əvvəl  y  səsinin düşməsi ha-
disəsinə  tarixi  baxımdan  yanaşır,  əvvəlcə  bu  xüsusiyyətin  XI  əsrdə  M.Kaşğari 
tərəfindən  oğuz-qıpçaq  ləhcəsində  qeydə  alınmasını  xatirladır,  sonra  isə  Mirzə 
Fətəlinin  əsərlərində  işlənmiş  üz,  ilxı,  ürək,  uca,  ulduz  sözlərini  digər  türk  dillə-
rindəki formalarla müqayisədə izah edir. Mirzə Fətəlinin dilində bəzi arxaizmlərin 
də işlənməsi müəllifin diqqətindən yayınmır (dışqarucadu- pitik və s.).  
 
M.  F.  Axundzadənin  dili  üçün  səciyyəvi    olan  bir  cəhət  -  bəzi  ərəb 
sözlərinin  xalq tələffüzündə  olduğu  kimi işlənməsi də  B. Çobanzadənin diqqətini 
cəlb etmiş, belə sözlərin iştirak etdiyi cümlələri misal kimi göstərmişdir. Müəllifin 
göstərdiyi  cümlələrdə  muğayat,  əleyksalam,  meçit  kimi  ərəb  sözləri  var.  B. 
Çobanzadə  Mirzə  Fətəlinin  əsərlərində  bəzi  sözlərin  xalq  tələffüz  formasında 
işlənməsini türk-  Azərbaycan sözlərində də  müşahidə etmişdi. Onun fikrinə görə, 
M.  F.  Axundzadə  könül  sözünü  kööl  şəklində  yazmışdır:  Şölə  xanım  bir  kööldən 
min köölə ona aşiq və giriftar olub (4,311).   
 
 
 
 
Nəhayət,  müəllif  Mirzə  Fətəlinin  dilində  həm  xalq  dilindən  götürülmüş 
qüvvətli ifadələrin, həm də xalq dilindən uzaq, ağır, fars dilinin sintaksisinə uyğun 
cümlələrin işləndiyini qeyd edir.   
 
 
 
 
 
B.  Çobanzadə  bədii  dildən  danışarkən  onun  sadə  və  anlaşıqlı  olmasını 
mühüm  bir  məziyyət  kimi  ön  plana  çəkir.  Məhz  bu  cəhətinə  görə,  o,  Simurqun 
hekayələrinin  dilini  təqdir  edir:  "Bir  çox  mühərrirlərin  arayıb  da  bulamadıqları 
Azərbaycan ədəbi dilini Simurq öz hekayələri üçün tapa bilmişdir. Bu dil kəndli ilə 
şəhərlinin, ziyalı ilə savadsızın başa düşəcəyi bir dildir" ("Simurqun hekayələri" ) 
(4,278).   
 
 
 
 
 
 
 
 
B. Çobanzadənin Azərbaycan ədəbi dilinin ayrı- ayrı dövrləri və XX əsrin 
20-30-cu  illərində  fəaliyyət  göstərmiş  bəzi  yazıçıların  dili  haqqında  fikirləri         
"Yazıçılarımızın  dili  haqqında"  (1933)  məqaləsində  öz  əksini  tapmışdır  (5). 
Məqalədə  diqqəti  cəlb  edən  bir  cəhət  alimin  Azərbaycanda  yeni  nəsr  dilinin 
yaranması məsələsinə toxunmasıdır.   
 
 
 
 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə