Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə5/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   2   3   4   5   6   7   8   9   ...   158

11 
 
 
B.  Çobanzadəyə  görə,  Azərbaycan  ədəbiyyatında  yeni  nəsr  XIX  əsrin 
əvvəllərində  A.  Bakıxanovun  əsərlərində  təzahür  edir.  O  yazır  ki,  Azərbaycan 
ədəbiyyatında  birinci  dəfə  olaraq  Bakıxanov  köhnə  dilin  "qarışıq  və  mətləbləri 
uzun"  olduğunu  və  yeni  dil  yaratmaq  lüzumunu  anlamışdır.  Müəllif  yeni  nəsrin 
nümunəsi kimi A. Bakıxanovun uşaqlar üçün yazdığı " Kitabi- nəsihət" əsərindən 
aşağıdakı parçanı misal göstərir: " Hər kəsə ki, yetişdin salam ver, əgər sənə söz 
desə,  ona  ədəb  və  hörmətlə  cavab  ver,  ta  hamı  səni  dost  və  əziz  dutsun.  Çün 
bir adəmi möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdən 
müzayiqə eləmə, tainki özgələr də ehtiyac vaqtında sənə kömək eləsinlər" (5, 
28-29). Yeri gəlmişkən qeyd edək ki, A. Bakıxanovun "Nəsayeh" əsəri Azərbaycan 
filologiyasında  uzun  müddət  Azərbaycan  dilində  yazılmış  bir  əsər  kimi  qəbul 
edilmişdir.  Bu  fikrin  ədəbiyyatşünaslıqda  yayılmasında,  görünür  ki,  Firidun  bəy 
Köçərlinin  A.Bakıxanovun  “Kitabi-nəsihət”  əsərinin  (yəni  “Nəsayeh”  əsərinin) 
Azərbaycan  dilində  yazılması  barədəki  məlumatı  əsas  olmuşdur  (6,293).  Yalnız 
çox  sonralar  M.Aslanovun  “Nəsihətlər”  haqqında  həqiqət”  adlı  məqaləsində 
(“Azərbaycan” jurnalı, 1971, № 2) sübuta yetirilmişdir ki, A.Bakıxanov “Nəsayeh” 
əsərini  farsca  yazmış,  1907-ci  ildə  isə  həmin  əsər  qubalı  Seyid  Rza  Mirhüseyn 
tərəfindən  azərbaycancaya  tərcümə  edilmişdir  (6,564).  B.Çobanzadənin  yeni  dil, 
yeni nəsr nümunəsi kimi təqdim etdiyi mətn parçası da məhz həmin tərcümədəndir. 
Ancaq  burası  maraqlıdır  ki,  B.Çobanzadə  A.Bakıxanovun  “Kitabi-nəsihət” 
əsərindən  sadə  Azərbaycan  dilində  yazılmış  bir  əsər  kimi  bəhs  etsə  də,  misal 
gətirdiyi  nümunədə  fars  dilinə  məxsus  sintaktik  ünsürlər  görür:  “Bu  nəsri 
Bakıxanov fars nəsrinə təqlid edərək meydana gətirir. Onun işlətdigi nəhvi ünsürlər 
ya  doğrudan-doğruya  farscadır  və  ya  farscadan  tərcümədir:  “hər  kəsə  ki”,  “ta 
hamı”, “çün bir adəm”, “ta inki...” (5,29). 
Azərbaycan  nəsrinin  tarixi  inkişafı  haqqında  məlumat  verən  B.Çobanzadə 
belə hesab edir ki, Mirzə Fətəli Axundzadənin ədəbi nəsr məsələsindəki ən böyük 
yeniliyi canlı dili ədəbiyyata gətirməkdən ibarət olmuşdur. Müəllif çox haqlı olaraq 
belə bir fikir irəli sürür ki, M.F.Axundzadə dram əsərlərində öz canlı tiplərini canlı 
danışıq  dilləri  ilə  səhnəyə  gətirməklə  yeni  nəsr  üçün  zəngin  və  həyati  material 
verir. 
B.Çobanzadə  yeni  nəsrdən  danışarkən  qəzet  dili  məsələsinə  də  toxunur, 
lakin  onun  milli  mətbuatımızın  banisi  Həsən  bəy  Zərdabinin  “Əkinçi”  qəzetinin 
dilinə  verdiyi  qiymət  obyektivlikdən  uzaqdır:  “Həsən  bəy  Zərdabi  Melikov, 
Azərbaycanda  birinci  qəzet  mühərriri  olaraq,  yeni  qəzet  dili  axtardı,  lakin  tapa 
bilmədi” (5,29). 
Əslində isə “Əkinçi”nin dili elə H.Zərdabinin istədiyi dil idi, millətə lazım 
olan,  mətbuat  dilinin  tələblərinə  cavab  verən,  hamı  tərəfindən  anlaşılan,  aydın  və 
təmiz  bir  dil  idi.  H.Zərdabinin  həyat  yoldaşı  Hənifə  xanım  Abayeva  “  Həsən  bəy 
Məlikov  Zərdabinin  bioqrafiyası”nda  böyük  maarifpərvərin  dil  məsələsindəki 
mövqeyini  dəqiq  şəkildə  göstərmişdir:  “Həsən  bəy  ömrünün  axırına  qədər  saf 
türkcə  tərəfdarı  olmuşdur.  Türk  dilinə  ərəb  və  fars  kəlmələrinin  qatılmasının 


12 
 
əleyhinə  idi.  O,  bu  barədə  çox  yazmışdır.  Onun  “Əkinçi”sinin  dili  bütün  Qafqaz 
müsəlmanları arasında aydın anlaşılır” (7,27). 
B.Çobanzadə  füyuzatçıların  və  mollanəsrəddinçilərin  nəsr  dilinə  də 
münasibət bildirir. O, “Füyuzat” məcmuəsi və Əli bəy Hüseynzadə başda olmaqla 
osmanlı  ədəbi  nəsrini  qəbul  edənlərin  Azərbaycan  türk  dilini  inkar  etdiklərini, 
Azərbaycan  ədəbi  nəsrinin  inkişaf  etdirilməsi  məsələsi  ilə  məşğul  olmadıqlarını 
göstərir. Müəllifə görə, M.F.Axundzadə irsini davam etdirən mollanəsrəddinçilərdə 
canlı danışıq, dialoq nəsri möhkəm və zəngin olsa da, onlar ədəbi dil və qrammatik 
quruluş məfhumlarından uzaq olmuş, onların əsərlərində çox hallarda nə ismi,  nə 
də feli cümlələr lazımi yerində işlədilməmişdir (5,30). 
Mollanəsrəddinçilərin 
dili 
və 
üslubu  haqqında  çox  mülahizələr 
söylənmişdir.  C.Məmmədquluzadə  özü  də  “Xatiratım”  əsərində  bu  məsələyə 
aydınlıq  gətirərək  yazmışdır:  “Əlbəttə,  bu  dil  ki,  biz  onunla  “Molla  Nəsrəddin”i 
yazırdıq, o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və 
bu  da  bizə  heç  lazım  deyil;  bizim  məqsədimiz  hal-hazırda  öz  fikrimizi  asan  bir 
dillə  Azərbaycan  türklərinə  və  bəlkə  də  sair  türklərə  asan  bir  dillə  yetirmək  idi. 
Zənn edirəm ki, yetirdik də” (8,680). 
B.Çobanzadə XX əsrin əvvəllərində nəsrdə özünü göstərən meyilləri təhlil 
etdikdən sonra belə bir nəticəyə gəlir: “Əsil mənasında bədii nəsr Oktyabr inqilabı 
devrində təşəkkül etdi” (5,30). Biz hesab edirik ki, onun bu fikrində həm o dövrün 
ədəbi ideologiyası, həm də canlı dil və köhnə ədəbi dilin müsbət cəhətləri əsasında 
düzgün istiqamətdə inkişaf edən nəsr haqqında dilşünas alim müşahidəsi öz əksini 
tapmışdır.  Şübhəsiz  ki,  B.Çobanzadə  o  dövrə  qədərki  bədii  nəsri  inkar  etmək 
fikrində  olmayıb.  O,  sadəcə  olaraq,  yeni  dövrdə  yeni  nəsrin,  yeni  nəsr  dilinin 
təşəkkül  etdiyini  aydın  şəkildə  görüb.  Alim  yeni  dövr  nəsrinin  üç  əsas  mənbəyini 
göstərir:  1)  canlı  dil;  2)  rus-Avropa  internasional  ifadə  ünsürləri;  3)  köhnə  ədəbi 
mirasın müsbət cəhətləri (5, 30). 
B.Çobanzadə  yeni  dövrdə  bədii  nəsrin  canlı  dil  hesabına  zənginləşməsinə 
dair  diqqətəlayiq  fikirlər  söyləyir:  “Canlı  dildən  danışıq-dialoq  texnikası  alınaraq 
inkişaf etdirildi. Bundan başqa xalq, geniş kütlə dilində və ədəbiyyatında görülən 
canlı  obraz  və  epitetlər  nəsrimizə  daxil  oldu  və  olmaqdadır.  Təbii  bu  mənbədən 
istifadə etməkdə də yazıçılarımız bir səviyyədə deyildirlər. Burada iki cəhət var: 1) 
öz  qəhrəmanlarının  və  ya  mevzularının  “dilini”  tapmaq,  2)  ayrı-ayrı  rayon 
şivələrinin zənginliklərini ədəbiyyata çıkara bilmək. 
Birinci  məsələdə  inkişafımız  daha  kafi  dərəcədə  deyil,  bu  xüsusda,  Mirzə 
Fətəli  Axundovdan  çox  şeylər  öyrənə  biləriz.  İkinci  məsələdə  isə,  şeirdə  olduğu 
kimi,  nəsrdə  də  bəzi  yazıçılarımızın,  bə’zən  dialektologizm-şivəçilik  çərçivəsində 
qaldığı hiss edilir” (5,30). 
B.Çobanzadə  nəsr  dilində  yeni  epitet,  ibarə  və  obrazların  yer  almasını, 
lüzumsuz  ərəb  və  fars  ünsürlərinin  tərk  edilməsini,  düzgün  quruluşlu  qısa 
cümlələrin  işlənməsini  yeni  dövr  nəsrinin  nailiyyətləri  kimi  qiymətləndirir.  Onun 
qənaətinə görə , yazıçılarımızın çoxu artıq söz işlətmədən qısa cümlələrdən istifadə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə