Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə3/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   2   3   4   5   6   7   8   9   ...   158


 
“suv” , “suğ” özünü önə verir. Söz dil komisyonlarınındır. Bu şəkildə orta məktəb 
səviyyəsindəcə  elm  dilinin    terminoloji  əsası  hazırlanır.  Hər  hansı  bir  elm 
sahəsində (biologiya, riyaziyyat, qrammatika) özbək, azəri, başqırd... şagirdləri bir-
birini  anlayar.  Türk  dünyası  olimpiadalarında  iştirak  edə  bilərlər.  3.  Üçüncü 
dərəcəli  (indiki  ali)  məktəblərdə  həmin  ümumi  türk  bazası  əsasında  beynəlxalq 
(uluslararası)  terminologiya  sisteminə  qoşuluruq.  Bu  mərhələdə  artıq  hidrogen  
(vodorod)  və  oksigen  (kislorod)  terminlərindən  söhbət  gedir.  Bu  halda,  əvvələn, 
beynəlmiləl söz fondu bütün türkcələrdə eyni olur, yəni hamısı beynəlxalq sözü ya 
yunancadan, ya latıncadan və ya başqa bir Avropa dilindən götürməlidir; İkincisi, 
həmin sözlər hər türkcənin yerli fonetik təzahüründə deyil, hamısında eyni tələffüz  
və  yazılışla  işlənir.Beləliklə,  müxtəlif  türk  dövlətlərinin  universitet  tələbələri 
gələcəyin mütəxəssisləri  öz ixtisas sahələrində bir-birilərini anlamaq səviyyəsində 
olurlar. 
B.Çobanzadə  deyirdi ki,  bu prinsiplə  işlədikləri  üçün  Avropa  alimlərinin 
anlaşmasında  problem  yoxdur;  məsələn,  ingilis,  alman,  fransız  riyaziyyatçısı, 
bioloqu,  ya  kimyaçısı  bir-birini  başa  düşür.  Bu  konkret  əməli  təklifdir.  Tətbiq 
mexanizmi aydındır. Deməli, bu, söz deyil, işdir. 
Həmin  üsulla,  beşik  nəğməsi  ilə  öyrəndiyi  yerli  türkcənin  üstündə  hər 
övlad  hərtərəfli  türk  yetişir;  ümumtürk  təfəkkürü  yerli  rənglərlə  zənginləşir.  Və 
zaman-zaman ümumtürk düşüncəsi yerli coğrafi təzahürlərə monumental koloritini 
zərrə-zərrə peyvənd edir. 
Bəli, B.Çobanzadənin təklifi ən doğru və nəticə etibarilə tam mümkündür. 
Ancaq  onun  həyata  keçirilməsi  uzunzaman  tələb  edir.  Hətta  zaman  o  dərəcəyə 
qədər uzana bilər ki, tarixi-siyasi şərait bu işi aktuallıqdan salar. Buna görə də türk 
dövlətlərinin  yaxınlaşması,  əlaqələrini  sıxlaşdırması  və  genişləndirməsi  üçün 
tarixin bu gün verdiyi real şansdan - fürsətdən sürətli istifadə etmək gərəkdir. 
Bugün  türk  xalqalarının  hər  biri  haqqında  düşünmək,  onların  iqtisadi  və 
siyasi  qayğılarını  himayə  etmək  iqtidarında  olan  bir  türk  dövləti  var.  Bu  dövlət 
tarix  boyu  dünyanın  siyasi  coğrafiyasının  müəyyənləşməsində  fəal  iştirak  etmiş 
türkün  indi  həmin  tarixi  missiyanı  yerinə  yetirməyə  qüdrəti  olan  Türkiyə 
Cümhuriyyətidir. Özünün başqa türk dövlətləri ilə və qalan türk dövlətlərinin bir-
biri ilə iqtisadi-mədəni-siyasi əlqaələnməsində Türkiyə televiziyası fəal iştirak edir. 
Bu  əlaqələrdə  birbaşa  anlşmanı  gücləndirmək  üçün  dil  əvəzsiz  vasitədir.  Türkiyə 
türk  millətlərinin  qohum  və  qardaşı  olması  ilə  yanaşı,  həm  də  bugün  Türkiyə 
sayılan,  sözü  keçən  qüdrətli  dünya  dövlətidir.  Buna  görə  də  uluslararası  -  
beynəlxalq əlaqələrdə və bir-birilə əlaqalərdə  yarayan bir  xarici dil  kimi  Türkiyə 
türkcəsini bütün türk xalqları  öyrənməlidir. Qeyd: Türkiyə türkcəsinə “xarici dil”, 
“yabançı  dil”,  “əcnəbi  dil”  demək  nə  qədər  ağır  səslənsə  də,  biz  xarici  dil 
anlayışının  müasir  dünya  mədəniyyətindəki  məlum  beynəlxalq  statusunu  nəzərdə 
tuturuq.  Yüngül-yüngül  sözlərlə  oynamaqdansa,  bu  sözün  arxasındakı  anlayışa 
hörmət  etməliyik.  Bu  həm  də  Türkiyə  türkcəsinin  və  ümumiyyətlə,  türkcənin 



 
beynəlxalq  statusunu  böyüdür  –  otuza  qədər  türk  dövlətində  və  ya  muxtar 
dövlətində xarici dil kimi tədris olunmaq ciddi tarixi-siyasi nüfuzdur.  
İndi  türk  xalqlarının  bir-birini  asan  anlaması  üçün  bu  tədbirlər  çox 
zəruridir.  Həmin  tədbirlərin  həyata  keçirilməsi  tədricən  B.Çobanzadənin 
konsepsiyasının  reallaşması  üçün  də  imkan  yaradır.Bu  işlərdən  bəziləri  dövlət 
başçıları  səviyyəsində  görülməlidir,  dilçilərin  və  ümumiyyətlə,  professionalların 
imkanı xaricindədir. 
 
 
Elbrus Əzizov

 
 
BƏKİR ÇOBANZADƏ BƏDİİ DİLİN TƏDQİQATÇISI  KİMİ
 
 
Azərbaycanda  filologiyanın  inkişafında  böyük  xidmətləri  olmuş  professor 
Bəkir  Çobanzadənin  zəngin  və  çoxşaxəli  elmi  irsində  bədii  dil  məsələlərinin 
tədqiqi  mühüm  yer  tutur.  Görkəmli  türkoloq  Azərbaycanın  həm  klassik  şair  və 
yazıçılarının,  həm  də  XX  əsrin  20-30-cu  illərinin  gənc  yazıçılarının  əsərlərinin 
dilini araşdırmış, bu gün də öz əhəmiyyətini itirməyən diqqətəlayiq nəticələr əldə 
etmişdir. B. Çobanzadənin bədii dil haqqında fikirləri əsas etibarilə onun "Xətainin 
dili  və  ədəbi  yaradıcılığı  haqqında"  tədqiqatında,  "Füzuli  və  onun  yeri",  "Mirzə 
Fətəli  Axundovda  azəri  ləhcəsi",  "Simurqun  hekayələri",  "Yazıçılarımızın  dili 
haqqında " məqalələrində öz əksini tapmışdır. 
B.Çobanzadə  1935-ci  ildə  tamamladığı "Xətainin dili və  ədəbi yaradıcılığı 
haqqında"  tədqiqatında  Xətai  əsərlərinin  dil  və  üslub  xüsusiyyətlərini  diqqətlə 
araşdırmış,  Azərbaycan  ədəbi  dilinin  inkişafında  Xətainin  rolunu  yüksək 
qiymətləndirmişdir.  Araşdırmasını  Xətai  divanının  Britaniya  və  Ərdəbil  nüsxələri 
əsasında aparan tədqiqatçı Xətaini öz şeirlərində Azərbaycan türk dilini daha geniş 
və daha zəngin şəkildə işlədən, dilin müəyyən dialektoloji xüsusiyyətlərinə də yer 
verən  bir  şair  kimi  səciyyələndirir.  B.Çobanzadənin  gəldiyi  nəticəyə  görə,  XVI 
əsrdə  Xətainin  ədəbi  yaradıcılığı  ilə  Azərbaycan  türk  ədəbi  dilində  müəyyən  və 
əhəmiyyətli dəyişiklik baş verir ki, bunun da nəticəsində ədəbi dil köhnə və əsasən 
türkcə fellər üzərində qurulmuş klassik ədəbi dildən uzaqlaşaraq, nisbətən məhdud 
dairədə  olsa  da,  canlı  danışıq  dili  üzərində  inkişaf  edir.  O,  Xətainin  bədii  dilini 
ədəbi  dil  tarixində  müəyyən  bir  mərhələnin  başlanğıcı  kimi  dəyərləndirir: 
"Xətainin əsərlərində işlətdiyi dil bu sahədə müəyyən  mərhələnin başlanğıcı olub, 
bu  zamandan  etibarən  İran  Azərbaycanı  türk  ləhcəsi  və  çox  mümkün  ki,  bu 
ləhcənin  müəyyən  şivəsi  (məsələn,  Təbriz  şivəsi)  ümum  Azərbaycanın  ədəbi  dili  
əsasını təşkil edir. Bu vəziyyət təxmini olaraq XVIII miladi əsrə, yəni Molla Pənah 
Vaqif  və  Molla  Vəli  Vidadi  kibi  Qafqaz  Azərbaycanı  şairlərinin  meydana 
çıxmasına qədər davam edir"  (1, 317). 
 
 
 
 
 
B. Çobanzadə "Füzuli və onun yeri " (1925) məqaləsində Füzulinin bədii 
                                                           

Əzizov Elbrus – Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə