Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə14/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   10   11   12   13   14   15   16   17   ...   158

33 
 
əsərə gətirməyi sənətkarlıq şərtlərindən sayır. O, həyat materialının uğurlu seçimi 
ilə 
bərabər, 
onun 
sənətkar 
düşüncəsindən 
keçirilməsini, 
izah 
və 
qiymətləndirilməsini,  başqa sözlə, həyat həqiqətinin bədii həqiqətə çevrilməsini də 
eyni dərəcədə ideya– bədii mükəmməlliyi şərtləndirən iki vacib amildən biri sayır. 
Həyat  materialı  və  ona  sənətkar  münasibətini  bədii  əsərin  meydana  çıxması  üçün 
əsas  şərtlər  kimi  alaraq  B.  Çobanzadə  bu  qənaətə  gəlir  ki,  “bədii  əsər  bu  surətlə 
mühərrir və ictimai mühitin qarşılıqlı münasibətindən doğur” (4, 197). 
B.Çobanzadənin  ədəbiyyatşünaslıq  görüşlərində  mühərrir  –  sənətkar  anlayışı 
geniş  məzmunludur.  Sənətkarın  dünyagörüşü  və  fərdi  üslubunu  da  öz  içinə  alan 
“mühərrir”  anlayışı  bədii  özünəməxsusluğu  səciyyələndirən  əsas  keyfiyyət  kimi 
təqdim edilir.  
Müəllifin dünyagörüşünün mühitlə qarşılıqlı əlaqə əsasında formalaşdığını və 
burda  ən  müxtəlif  təsiredici  amillərin  mövcudluğunu  nəzərə  alsa  da,  alim  sinfi 
mənsubiyyətdən  doğan  baxışlar 
sistemini  bədii  yaradıcılığın  təbiətinin 
müəyyənləşməsində  həlledici  şərt  kimi  irəli  sürür.  Alim  Q.Pospelova  istinadən, 
“mənşəyi  etibarilə  bədii  əsər  sinfi  idrakın  sözdə  təsbit  edilən  bir  məhsuludur”, 
Preverzevə istinadən isə “bədii əsərin mündəricəsi sözdə təsbit olunmuş sinfi idrak 
məhsuludur”  qənaətlərini  elmi  dövriyyəyə  buraxır  və  onları  müdafiə  mövqeyində 
dayanır.  Burada  sənətkarın  dünyagörüşünün  tərkib  hissəsi  kimi  meydana  çıxan 
sinfilik  ədəbiyyatı  20  –  30  –  cu  illərdə  siniflər  mübarizəsi  kimi  təsəvvür  edən 
sinfilik anlayışından köklü şəkildə fərqlənir.  
B.Çobanzadə, yuxarıda qeyd edildiyi kimi, mühərrir – sənətkar amilini ancaq 
həyat  həqiqətinə  sinfi  baxışa  müncər  etmir.  O,  sənətkar  şəxsiyyətinin  onun  sinfi 
dünyagörüşündən qat – qat geniş anlayış olması qənaətinə gəlir: “Hər şair mənsub 
olduğu,  daha  doğrusu,  meyil  etdiyi  cəmiyyəti  təmsil  etməklə  bərabər,  eyni 
zamanda özünü, öz şəxsiyyətini də göstərir” (4, 197). 
Tədqiqatçı  sənətkarın  yaradıcılığını  onun  həyat  yolu,  tərcümeyi–halı  ilə 
vəhdətdə  öyrənməyi,  sənətkarın  ədəbi  mövqeyinin,  estetik  idealının  düzgün  başa 
düşülməsində  bu  cəhətin  əhəmiyyətli  rol  oynadığını  nəzərə  alaraq  ədəbiyyat 
tarixlərinin  yazılmasında  “mühərririn bioqrafisində ən ziyadə əhəmiyyət veriləcək 
cəhətlərə  diqqət  yetirməyi  zəruri  hesab  edir.  Bədii  əsəri  düzgün  elmi 
qiymətləndirmədə  ənənədən  gələni  və  sənətkarın  yaşadığı  ədəbi  mühitin 
xarakterini nəzərə almağı vacib sayır. Tədqiqatlarda özünə yer alan aşağıdakı fikrə 
şərik  olmaq  lazım  gəlir:  “Tənqidçinin  (B.Çobanzadənin  –  T.S.)  söz  sənətinin 
spesifikası, onun başqa ictimai şüur formaları ilə əlaqəsinə dair baxışları ciddi elmi 
əsasa malik müstəqil bir nəzəriyyədir” (3, 158). B.Çobanzadənin 20 - 30 – cu illər 
ədəbi mühitində birmənalı qarşılanmayan aşağıdakı tezisinə xüsusi diqqət yetirmək 
zəruridir:  “Ədəbiyyatın  özünəməxsus  qanunları  vardır”  (4,  308).  Bu  tezisin 
mayasında duran fikir ədəbiyyatı ictimai həyatın qarşılığı elan etməyin əleyhinədir. 
Bu  tezis  ədəbiyyatın,  hər  şeydən  qabaq,  estetik  hadisə  kimi  dərk  və  elan 
olunmasıdır.  B.Çobanzadə  Lunaçarskinin  fikirlərinə  istinad  edərək  bədii 
yaradıcılıqda  “mühərrirlərin  tabe  olduğu  qanunlar”la  ədəbiyyatın  özünün  “daxili 


34 
 
qanunları”nı  fərqləndirməyi  önə  çəkir.  Onun  bu  mövqeyi,  əslində  ədəbiyyatı 
ideoloji təsir vasitəsinə çevirməyin düzgün olmaması və həm də bunu axıra qədər 
reallaşdırmağın mümkünsüzlüyü ideyasını qabardır. Belə  məlum olur ki, sənətkar 
“tabe  olduğu  qanunlar”  çərçivəsində,  misal  üçün,  yaşadığı  siyasi  –  ideoloji  və  s. 
mühitin  təsiri  ilə  hadisələrin  təbii  inkişafına  təsir  edə,  ona  başqa  bir  təfsir  verə 
bilər,  lakin  sənət  “öz  təbii  qanunları”  ilə  buna  həmişə  müqavimət  göstərir. 
B.Çobanzadə  həqiqi  ədəbiyyatşünaslıq  təhlilinin  dəyərini,  bədii  əsərin  daxili 
qanunlarını  kəşf  edə  bilməkdə  görür.  Sənətə  bu  cür  baxış  sistemində  artıq  əsəri 
ideolojidən  gələnlər,  mövzunun  aktuallığının  “diktələr”i  ilə  qiymətləndirmək 
tendensiyasına  yer  yoxdur.  Burda  söhbət  bədii  əsəri  mükəmməl  sənət  nümunəsi 
kimi ərsəyə gətirən mündəricə və şəkil vəhdətindən, ideya – bədii bütövlüyün üzvi 
sintezindən  gedə  bilər.  B.Çobanzadə  bədii  əsərin  “daxili  qanunları”nı  aşkarlamaq 
baxımından  əhəmiyyətlilik  dərəcəsinə  görə  ilk  yeri  üsluba  verir.  Görkəmli 
ədəbiyyatşünasın  elmi  dərkində  üslub,  ilk  növbədə,  yazıçı  üslubu  –  fərdi  üslub 
mənasında  başa  düşülür.  Onun  sənətkar  üslubuna  verdiyi  xarakteristika  çağdaş 
ədəbiyyatşünaslıq səviyyəsində belə tamamilə dəqiq və elmi səslənir: “İndi bu söz 
altında,    ümumiyyətlə,  bu,  yaxud  digər  sənətkar  əsərinə  əsliyyət,  xarakter  verən 
təsviri  ünsürlərin  yekunu,  heyəti  –  məcmuəsini  anlayırlar...  Üslubu  əsərin  yalnız 
zahiri əlamətləri olaraq almaq icab etməz. Üslub həm mündəricədə, həm də şəkildə 
özünü göstərir. Nə söyləmək və necə söyləmək məsələləri bir – birindən ayrılamaz. 
Öz  fikir  və  duyğusuna  sahib  olmayan  mühərririn  üslubu  da  olmur.  Müəllifi  hər 
şeydən ziyadə onun üslubu göstərir” (4, 309). 
İkinci  halda,  B.Çobanzadə  ədəbi  cərəyanların  keçdiyi  tarixi  inkişaf  yoluna 
üslub  cərəyanları  kontekstində  yanaşır.  Başqa  sözlə,  o,  ədəbi  cərəyanları  bədii 
ədəbiyyatın tarixi inkişaf yolunda  meydana çıxan üslublar kimi təqdim edir. Bizə 
elə  gəlir  ki,  bu  zaman  B.Çobanzadə  üslubla  bədii  metod  anlayışını  eyniləşdirir. 
Çünki  sənətkarlar  eyni  bir  ədəbi  cərəyanda  həyatı  inikas  üsulunun  xarakterindəki 
yaxınlığa görə birləşirlər ki, bu da mahiyyət etibarı ilə üslub yox, metod anlayışını 
üzə çıxarır.  
Onun  ədəbi  cərəyanı  “ədəbiyyat  tədqiqlərinin  verə  biləcəyi  ən  ümumi 
qanunlar”  kimi  izah  etməsi  bu  anlayış  altında  sənətkarın  həyatı  inikas  üsullarını 
nəzərdə  tutduğunu  və  beləliklə,  ədəbi  cərəyan  -  üslub  paralelizmindən  yox,  ədəbi 
cərəyan  - bədii metod paralelizmindən söz açdığını göstərir.  
B.Çobanzadə bədii ədəbiyyatı təhlil və tədqiq zamanı onun həm daxili, həm də 
ən ümumi qanunlarını meydana çıxarmaq və düzgün elmi nəticələrə gəlməyin bir 
yolunu da ədəbi məktəb və cərəyanların tarixinə, spesifikasına yaxşı bələd olmaqda 
görür.  Klassizm,  romantizm,  sentimentalizm,  naturalizm,  impressionizm,  kubizm, 
ekspressionizm,  futurizm  ədəbi  cərəyanları  haqqında  yığcam,  lakin  zamanın 
ədəbiyyatşünaslıq  görüşlərinin  səviyyəsinə  uyğun  məlumat  verən  alim  bu  ədəbi 
cərəyanların rus  və dünya  ədəbi təcrübəsinə daha çox aid olduğunu, rus və dünya 
ədəbi  praktikasında  meydana  çıxdığını  yaxşı  bilir.  B.Çobanzadəyə  görə,  dünya 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə