Giriş. Elektron qurğularının təsnifatı. Elektronika


Bipolyar tranzistorlarin qoşulma sxemləri



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

Bipolyar tranzistorlarin qoşulma sxemləri 
Elektrik dövrələrində tranzistorlar elə qoşulurlar ki, onların elektrodlarından biri giriş, ikincisi çıxış 
elektrodu, üçüncü isə həm giriş, həm də çıxış dövrələri üçün ümumi elektrod olur.Giriş elektrodunun 
dövrəsinə dəyişən siqnal mənbəyi, çıxış elektrodunun dövrəsinə isə yük müqaviməti qoşulur. Hansı 
elektrodun giriş və çıxış dövrələri üçün ümumi olmasından asılı olaraq tranzistorlar üç cür qoşula bilir: 
ümumi baza ilə qoşulma (ÜB); ümumi emitterlə qoşulma (ÜE); ümumi kollektorla (ÜK) qoşulma, şəkil1..
Ümumi bazalı (ÜB)
gücləndirici kaskadda ümumi elektrod bazadır.Giriş siqnalı emitter-baza dövrəsinə 
verilir.Çıxış siqnalı isə kollektor-baza dövrəsindən götürülür. ÜB sxemdə cərəyana görə gücləndirmə 
yoxdur. Gərginliyə və gücə görə gücləndirmə vardır. YB sxemdə siqnallar ÜE sxemə nəzərən az təhrif 
olunur. Çıxış və giriş siqnalları arasında faza sürüşməsi yoxdur. Sxemdən adətən çıxış müqaviməti kiçik 
olan dövrələrdə siqnalları gücləndirmək üçün istifadə olunur.ÜB sxemdən cərəyan gücləndiricisi kimi 
istifadə etmək olmaz
Şəkil1. 
Bipolyar tranzistorun ümumi baza (a), ümumi emitter (b) və ümumi kollektor (c) ilə 
qoşulma sxemləri
Ümumi emitterli
(ÜE
) gücləndirici kaskadda həm gərginliyə həm cərəyana, həm də gücə görə güclənmə 
mövcuddur. ÜE-li sxemdə siqnalların təhrifi nisbətən böyükdür.Çıxış və giriş siqnalları arasında faza 
sürüşməsi φ=π olduğundan belə sxem faza inversiya kaskadı adlandırırlar.
Ümumi kollektorlu(ÜK)
gücləndirici kaskadda ümumi elektrod olaraq kollektor götürülür. Sxemin 
girişini baza-kollektor, çıxışını isə kollektor emitter təşkil edir.ÜK sxemin cərəyana və gücə görə 
gücləndirməyə malikdir, gərginliyə görə isə gücləndirməyə malik deyil.Sxemin çıxış və giriş gərginlikləri 
arasında faza sürüşməsi yoxdur.Sxemdə demək olar ki, siqnallar təhrif olunmur, çıxış siqnalı formaca 
giriş siqnalını təkrarlayır. Bu səbəbdən ÜK sxem emitter təkrarlayıcısı adlanır. ÜE-li sxemdən fərqi yük 
müqavimətini emitter dövrəsinə qoşulmasıdır. ÜK sxemdən gərginlik gücləndiricisi kimi istifadə etmək 
olmaz. Deyilənlərdən görünür ki, hər üç sxemdə gücə görə güclənmə var. Bu sübut edir ki , tranzistor 
aktiv gücləndirici cihazdır.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə