Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   7   8   9   10   11   12   13   14   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

Üç və daha artıq

keçidinə malik olan, bağlı vəziyyətdən açıq vəziyyətə qoşula bilən 
yarımkeçirici cihazlar tristorlar adlanır. Başqa sözlə tristorlar iki dayanıqlı vəziyyətə malik olan 
yarımkeçirici cihazlardır. 
Bağlı vəziyyətdə tristorların müqaviməti on millionlarla Om təşkil edir və o 10- la volt gərginliklərdə 
cərəyanı buraxmır. Açıq vəziyyətdə tristorların müqaviməti əhəmiyyətsiz dərəcədə azdır.Tristorun bir 
vəziyyətdən digər vəziyyətə keçməsi çox qısa zamanda, praktiki olaraq sıçrayışla (təkanla) baş verir.
Tristorunun strukturu üç elektron-deşik keçidindən (EK
1
, KK və EK
2
) ibarətdir. 
və 
keçidlərinə 
emitter keçidləri, KK keçidinə kollektor keçidi deyilir. 
Tristorlar iki növdə buraxılır: dinistorlar şəkil 1a və trinistorlar şəkil 1b. 
b) 
Şəkil 1. Trinistorun (a) və dinistorun (b) struktur sxemləri və şərti işarələri
Dinistorlar 4 qatlı struktura malik idarə olunmayan dioddur. Dinistorlar iki xarici elektrodu – anod və 
katod – var və onlar sabit qoşulma gərginliyinə malikdir. Trinistorlar da 4 qatlı struktura malik idarə 
olunan trioddur. Trinistorlar anod və katoddan başqa üçüncü idarəedici elektrod adlanan elektrodu var. 
Üçüncü elektrod anod gərginliyini dəyişmədən qoşulma gərginliyini dəyişməyə imkan verir.


 Dinistorlar əsasən açar sxemlərində tətbiq edilir. Onlar həm bağlı, həm də açıq vəziyyətdə ola bilir. Volt-
amper xarakteristikasında mənfi diferensial müqavimətli enən sahə olduğundan onlardan praktikada 
geniş istifadə olunur. Dinistorların böyük çatışmazlığı xarici gərginliyi dəyişmədən qoşulma gərginliyini
idarə etməyin mümkün olmamasıdır. Bu çatışmazlıq trinistorlarda aradan qalxır. 

Trinistorlar 4 qatlı struktura malik idarə olunan trioddur. Trinistorlar anod və katoddan başqa üçüncü


idarəedici elektrod adlanan elektrodu var. Üçüncü elektrod anod gərginliyini dəyişmədən qoşulma 
gərginliyini dəyişməyə imkan verir.Trinistorların struktur sxemi, şərti işarələri aşağıdakı kimidir.
 
Trinistorda üçüncü –idarəedici elektrodun köməyi ilə qoşulma gərginliyini idarə etmək mümkündür. 
İdarəedici elektrod trinistorun istənilən bazalarından birinə qoşula bilər. Bu və ya digər bazadan istifadə 
olunması ancaq idarəedici gərginlik mənbəyinin istiqamətinin dəyişməsinə gətirib çıxarır.
İdarəedici elektroda idarəedici gərginliyin verilməsi və anoda düzünə gərginliyin verilməsi ilə trinistor 
açılır. Bu zaman EK2 kecidindən idarəedici cərəyan axır. Bu cərəyan bağlı KK kecidini neytrallaşdırır. 
Qoşulma gərginliyinin kiçik qiymətlərində trinistor açılır və anoddan katoda dogru düzünə cərəyan axır.
İdarəedici cərəyan olmadıqda trinistor dinistora çevrilir. İdarəedici cərəyan trinistoru ancaq bağlı 
vəziyyətdən açıq vəziyyətə keçirir. Trinistor açıq vəziyyətə keçdikdən sonra idarəedici elektrod özünün 
idarəedicilik xüsusiyyətini itirir. Trinistoru bağlı vəziyyətə keçirmək üçün onun anodundakı gərginliyi elə 
qiymətə qədər azaltmaq və ya idarəedici elektroda elə əks istiqamətli impulslar vermək lazımdır ki, 
trinistordakı cərəyan qoşulma cərəyanından kicik olsun 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə