Giriş. Elektron qurğularının təsnifatı. Elektronika


Diskret elektron qurğular



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   2   3   4   5   6   7   8   9   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

Diskret elektron qurğular
(DEQ) diskret formada verilmiş elektrik siqnallarının 
qəbulu, çevrilməsi və ötürülməsi üçün nəzərdə tutulub. Belə qurğular yüksək xətaya 
davamlılığı, kiçik istehlak gücü və dəyəri (qiymıti) ilə fərqlənir. 
Öz növbəsində diskret elektron qurğular (DEQ) 
impulslu və rəqəmli
qurğulara 
bölünür. 
İmpulslu elektron qurğular
ardıcıl impuls siqnallarını formalaşdırır. Analoq 
informasiyanın ardıcıl impulslara cevrilməsi prosesi 
impuls modulyasiyası
adlanır.
Rəqəmli elektron qurğularda
siqnalların kodlaşdırılması, yəni siqnalların müəyyən 
ardıcıllığlı eynitipli impulslara çevrilməsi baş verir. 
Hal hazirda yüksək etibarlılığı, yüksək xətaya davamlılığı, informasiyanı itirmədən 
uzun müddətə saxlama imkanı, enerji uyğunluğu və inteqral texnalogiyalı element bazasının
olmasi sayəsində 
rəqəmsal elektron qurğular
geniş yayılmışdır. 
Bir sıra elektron cihazlarında həm analoq və həm də rəqəmli informasiya olur. 
Belə qurğular 
kimbinasiyalı elektron qurğulara
aiddirlər. 


Analoq elektron qurğulara
aiddir: elektron gücləndiricilər, əməliyyat gücləndiriciləri, 
kommutatorlar, komparatorlar, gərginlik stabilizatorları (düzləndiriciləri) və s. 
İmpulslu elektron qurğulara
aiddir: Multivibratorlar, təkvibratorlar, triqqerlər, 
funksional çeviricilər, mişar formalı gərginlik generatorları, taymerlər və s. 
Rəqəmli elektron qurğulara
aiddir: Məntiqi elementlər, triqqerlər, registrlər
sayğaclar, deşifratorlar, şifratorlar, multipleksorlar, demultipleksorlar, cəmləyicilər və s. 
Kombinasiyalı elektron qurğulara
aiddir: analoq-rəqəm və rəqəm-analoq çevriciləri. 
 
 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə