Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   35   36   37   38   39   40   41   42   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

Üçüncü növ əmrlər
, elementlə yox ünvanlaşma ilə bağlıdır. Onlara şərsiz və şərti 
keçid əmrləri, çağırış, qaytarma və dayanma əmrləri aiddir. Bu əmrlər avtomatik proqram 
hesablayıcısının inkrementi və prosessorun yaddaş katrından düzgün müraciətini təmin 
edirlər.
Ümumi əmrlərin sayı 75- ə yaxındır və bu səbəbdən 175 əməliyyat kodunu 8 bitli 
prosessorda təşkil etmək olar. 
MP yaddaşının iş rejimləri 
 
MP-n yaddaşının 2 iş rejimi var: realyaddaş rejimi və mühafizə olunan yaddaş rejimi. 
Mühafizə olunan rejim (Protected Mode) 32 bitli MP-lərin əsas iş rejimi olub 64 QB-a 
(Pentium Pro-da 64 TB) fiziki yaddaş həcmini ünvanlaşdırmağa imkan verir. Intel 8086 
prosessorunun virtual rejimi (Virtual 8086 Mode yaxud V86) dedikdə mühafizə olunan 
rejimin xüsusi halı nəzərdə tutulur. Bu halda prosessor 8086 modeli kimi işləyir, lakin 32 
bitli verilənlər və ünvan kodundan istifadə edilir. 
Mühafizə olunan rejim Intel 80286 arxitekturundan başlayaraq mövcud olmuşdur. Bu 
rejim 1 ədəd prosessor daxilində bir neçə məsələni bir-birindən asılı olmayaraq yerinə 
yetirməyə imkan verir. Bunun üçün hər bir məsələnin resursları (proqram və aparat 
vasitələri) digər məsələ tərəfindən müdaxilə edilməsi təhlükəsindən mühafizə edilir. 
Əsas mühafizə edilən resurs kimi proqramların, verilənlərin, müxtəlif sistemli 
cədvəllərin (məsələn, kəsilmə cədvəlləri) saxlandığı yaddaş hesab edilir. Bundan əlavə 
müxtəlif məsələlər tərəfindən birgə istifadə edilən aparat təchizatı da mühafizə edilir. Bu 
vasitələrə giriş-çıxış və kəsilmə əməliyyatları ilə mürajiət edilə bilər. 
Yaddaşın mühafizəsi seqmentləşdirmə məfhumuna əsaslanır. Seqment dedikdə 
müəyyən həjmli yaddaş sahəsi nəzərdə tutulur. Seqmentin maksimal həjmi 4 QB-dır (Intel 
8086, 80286 prosessorları üçün 64 KB olmuşdur). Hər bir məsələ üçün seqment əməliyyat 


sistemi tərəfindən ayrılır. Lakin real yaddaş rejimində seqment registrlərinin məzmunu 
dəyişdirilməklə digər məsələ üçün ayrılmış yaddaş sahəsinə müdaxilə etmək təhlükəsi 
qalır. Mühafizə olunan rejimdə seqmentlər məsələ üçün ƏS tərəfindən ayrılır və hər bir 
tətbiqi proqram yalnız onun üçün ayrılmış seqmentlərdən istifadə edir. 
Seqmentin yaddaşdakı yeri selektor vasitəsilə təyin edilir. Selektorlar qabaqcadan 
tərtib edilmiş seqment deskriptorları cədvəlindən deskriptoru seçilir. Prosessor yalnız 
deskriptorları cədvəldə olan seqmentlərə müraciət edir. 16 bitli selektor kodu əvvəlcədən 
proqram vasitəsilə seqment registlərinə yüklənir.
Yaddaşın mühafizəsi seqmentləşdirmə yolu ilə aşağılakıları qadağan edir: 
-seqmentin öz təyinatına uyğun olmayan şəkildə istifadə edilməsi (məsələn, verilənlər 
sahəsini proqram sahəsi kimi istifadə etmək); 
-müraciət qaydasının pozulması (yalnız oxuma rejimi üçün nəzərdə tutulmuş 
seqmentin məzmununun dəyişdirilməsi, yaxud üstünlük dərəcəsi kifayət etməyən halda 
seqmentə müraciət cəhdləri); 
-seqment sərhəddindən kənarda olan elementlərin ünvanlaşdırılması; 
-kifayət qədər üstünlüyə malik olmadığı halda deskriptorlar cədvəlinin məzmununun 
dəyişdirilməsi. 
Mühafizə olunan rejim vasitəsilə bir məsələdən digər məsələyə keçid təmin edilir. 
Hər bir məsələnin vəziyyət (registrlərin məzmunu) xüsusi olaraq ayrılmış məsələnin 
vəziyyətləri seqmentində TSS-də yadda saxlanılır. TSS-in ünvanı məsələnin TR 
registrindəki selektoru ilə müəyyən edilir. 
Virtual yaddaş mexanizmi ixtiyari məsələ üçün 64 QB-a qədər məntiqi ünvanlaşdırılan 
yaddaş sahəsindən istifadə etmək imkanını verir. Bunun üçün hər bir seqment öz 
deskriptorunda xüsusi bitlə göstərilən əlamətə malik olur. Bu əlamət həmin seqmentin 
baxılan zaman anında operativ yaddaşda olmasını müəyyən edir. İstifadə edilməyən 
seqment (bu halda deskriptorda məlumat göstərilir) operativ yaddaşdan diskə köçürülür və 
azad olan sahəyə digər seqment yüklənir. Bundan sonra seqmentin yaddaşda olması 
haqqında məlumat deskriptora qeyd edilir 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə