1
XVI Mövzu:
Hisslər və emosional hallar
PLAN:
1.
Emosiya və hisslər haqqında anlayış.
2.
Hisslərin fizioloji əsasları. Onların siqnal, kommunikativ və tənzimetmə
funksiyaları.
3.
Hisslərin keçirilmə formaları. Emosiyalar. Əhvallar. Affektlər. Stres.
Frustra
siya halları.
4.
Emosional hallar və onların xarici ifadəsi.
5.
Hisslər və şəxsiyyət. Ali hisslər.
ƏDƏBİYYAT:
1.
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. B., “Çinar
-
çap”, 2002.
2.
Ümumi psixologiya. (A.V.Petrovskinin redaktorluğu ilə). B., “Maarif”, 1982.
3.
Общая психология. (Под. ред. В.В. Богословского, А. Г.Королева,
А.А.Степанова) М., «Просвещение, 1981.
4.
Р.С.Немов. Психология. М., «Просвещение», 199
0.
5.
R.İ.Əliyev. Psixologiya. Bakı, Nurlan, 2008. səh 251
-254.
İnsan ətraf xarici aləmin cism və hadisələrini qavrayarkən onlara qarşı
passiv seyrçi münasibətində olmur, həm də müəyyən tərzdə onlara öz
baxışlarını, münasibətini bildirir.
Bəzi hadisələr insanda sevinc, fərəh, digərləri
nifrət və qorxu və ya etinasızlıq münasibəti yaradır. Biz qarşılaşdığımız bəzi
ada
mlara hörmət və ehtiram bəsləyir, digərlərinə nifrət bəsləyir, üçüncü qrup
insanlara qarşı etinasız, soyuqqanlı və laqeyid münasibət bəsləyirik. İnsan
özünün bəzi hərəkətlərinə görə qürur və ya iftixar hissi keçirir, başqa
hərəkətlərinə görə utancaqlıq, vicdan əzabı və ya həya hissi keçirir.
2
Sevinc, kədər, qorxu, həya, günah, məhəbbət, şübhə və s. bütün bunlar
varlıq və hadisələrə insanın münasibətlərinin, onun daxili yaşantılarının
inikasıdır.
Psixologiyada hissələrə belə bir tərif verilir:
İnsanın ətraf xarici aləmin cism və hadisələrinə, başqa adamlara və
özünə münasibətdə əks olunan emosional vəziyyət
hisslər adlanır.
Gündəlik həyatda və bədii ədəbiyyatlarda biz hiss sözünə tez
-tez rast
gəlirik. Bəzən insanın duyğularını, həvəs və arzularını,
bəzən isə dərketmə
fəaliyyətini hiss adlandırırlar. Əslində isə, “hiss”
sözü bir elmi termin kimi canlı
varlıqların beynində təlabatların ödənilməsinə münasibəti əks etdirən
emosional vəziyyətin inikasıdır. Duyğular hissi idark forması olduğu halda,
his
slər emosional vəziyyətin, varlığın inikasıdır.
Emosiyalar
nisbətin bəsit hisslərdir, hisslərin keçirilmə formasıdır. Klakin
emosiyaları heç də insanın bəsit instinktiv
davranış formaları, təbii
təlabatlarının (aclıq, susuzluq, cinsi həvəs və s.) təzahürləri ilə bəsitləşdirmək
olmaz, məsələn, vətənpərvərlik, övlada, anaya məhəbbət, həya, şərəf, namus,
ləyaqət, borc və s. kimi yüksək sosial məzmunlu hissləri
emosiyalarla bir sıraya
qoymaq mümükün olmadığı kimi, əslində bədən insanın ali hisslərinin
keçirilməsi zamanı emosiyaların baş verdiyini də danmaq olmaz. Məsələn, rus
təbiətşünası Timiryazev fotosintez hadisəsini kəşf etdikdən sonra,
labaratoriyada sevincindən uşaq kimi atılıb
-
düşmüş, rəqs etmişdir.
A.S.Puşkin,
“Boris Qodunov” poemasını yazıb qurtardıqdan və əlyazmanı oxuduqdan sonra
gözlərinə inanmamış, “Ay səni Puşkin” deyə qürrələnmişdi.
Emosiyalar
oprqanizmin energetik imkanlarının səfərbərliyə alınmış
təzahürüdür. Onlar oyun, idrak, yaradıcı, təlim, idman, istehsalat
-
əmək və s. kim
i
fəaliyyət sahələrində özünü aydın əks etdirir. İdmançının qələbə sevincini buna
konkret nümunə göstərmək olar.
3
Hisslər ətraf mühitdə baş verən hadisələrdən hansının insan şəxsiyyəti
əhəmiyyətin olduğunu bildirən siqnallar sistemidir.
Emosiyalar öz mənbəyinə görə hisslərdən əvvəl yaranmışdır. Onların
əsasında insanın üzvi
-
ibtidai tələbatları durur. Təmin edilmiş təlabatlar insanda
müsbət emosional vəziyyətlər (razılıq, məmnunluq, sevinc), təmin edilməmiş
təlabatlar isə mənfi emosiyalar (narazılıq, kədər, qüssə, nifrət, inciklik və s.)
yaradır. Hisslər sosial məzmuna malikdir. Onların əsasında
bir
gəyaşayış
zəminində insanlar arasında meydana çıxan münasibətlər ictimai
-sosial
tələbatlar durur.
İnsanın həyatında emosiya və hisslərin rolu və əhəmiyyəti olduqca
böyükdür. Onlar insan ömrünün rəngləridir. Emosiya və hisslər insanı fəaliyyətə
təhrik edir, təlimdə, əməkdə və yaradıcı fəaliyyətdə meydana çıxan çətinliklərin
aradan qaldırılmasının təminatçısı rolunda çıxış edir.
Emosional cəhətdən həyəcan
doğuran hekayə və roman, şer və incəsənət
əsərləri, musiqi insanın əhvali
-
ruhiyyəsini yüksəldir, qavrayış və təfəkkürün
hüdudlarını genişləndirir. Darıxdırıcı və ya yorucu, cansıxıcı təsirlər insanda
apatik
vəziyyət yaradır, mənfi emosional hallar
doğurur. Hisslər həmişə konkret
bir adamın yaşantıları, daxili halətinin təzahürlərindən ibarətdir. Onlar səbəbsiz
olmur və ciddi şəkildə determinləşmiş
səciyyə daşıyır.
Hisslər insanın oyanmış, aktuallaşmış tələbatlarını əks etdirir. Məs, qidaya
olan tələbatın ödənilməsi insanda razılıq, bunun əksi isə narazılıq, inciklik
hissləri doğurur.
Emosialar təsir qüvvəsinə görə fərqlənir. İnsanı fəallaşdıran emosialar
stenik,
fəallığını azaldanlar isə
astenik
adlanır
.
Hi
sslər istiqamətinə görə əx
laqi
(cəmiyyətdə mövcud olan əxlaq
normalarına bəslənən subyektiv münasibət),
zehni
(idrak fəaliyyəti ilə bağlı olan,
onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən),
estetik
(təbiətin, incəsənət əsərlərinin gözəlliyini qavramaq, dərk etmək) olurlar.
4
İnsanın emosional hallarının əsas keyfiyyətləri bunlardır.
1.
Obyektə ikili münasibəti –
bunlara ambivalent hisslər də deyilir. Məsələn
qısqanclıq zamanı nifrət və məhəbbətin birləşməsi. (Sevirəm və nifrət
edirəm, ayrılıq şirin kədərdir, həzz alıram və utanıram) (Polyar hisslər).
Onuncu sinifdə oxuyan oğlanın bir qıza ünvanladığı məktubdan:
“Mən bilmirəm, seni sevirəm, yoxsa nifrət edirəm. Mənə elə gəlir ki, bu
hisslər məndə qorxulu şəkildə bir
-
birinə qarışmışdı. Öz
-
özümə sual verirəm:
“Nəüçün mən səni sevməliyəm?” Cavab tapa bilmirəm.Həm də fikirləşirəm ki,
nifrət etmək üçün də əsasım yoxdur. Bəlkə, sənə qarşı münasibətdə qəribə
vəziyyətə düşməyimin səbəblərini anlamaqda mənə kömək edəsən?
2.
Hisslərin qeyri
-
müəyyənliyi. İnsan yeni bir obyekt gördükdə
həyacanlanır, təəccüb və nifrətlə ona maraq göstərir. Son nəticədə belə
bələdləşmə reaksiyası müsbət və ya mənfi hissə çevrilir.
Hisslərin fizioloji əsasını baş beyin yarımkürələrininqabığı, qabıqaltı
mərkəzlər, qabıqaltı
düyünlər və lambiq sistem təşkil edir. Hisslərin
yaranmasında sinis hüceyrələrinin tərkibindəki ağ maddəyə daxil olan boz
maddə yığınlarının xüsusi rolu vardır. ABŞ tədqiqatçısı Oldz siqnallar üzərində
apardığı təcrübələrlə beyində həzz və ağrı mərkəzlərinin olduğunu sübut
etmişdir.
Hisslərin siqnal və tənzimedici funksiyaları vardır. Onların xarici təzahürü
hisslərin ekspressiyası adlanır. İnsanın xarici görkəmi, baxışları, səsi, mimikası
onun daxili yaşantıları, emosional aləmi haqqında məlumat əldə
etməyə imkan
verir. Psixoloji müvazinətin pozulmasını insanın xarici xarici görünüşündən
duymaq mümükündür. Bununla belə, bir çox insanlar psixoloji maska geyini, öz
hisslərini bəzən gizlətməyə çalışırlar. (Dodağı dişini örtmür).
5
İnsanın emosional vəziyyətləri və onların növləri.
Emosional vəziyyətlər nisbətən davamlı, psixi təzahürlərdir. Bir çox
hallarda onlar insanın psixi və praktik fəaliyyətində ümumi fon yaradır.
Emosional vəziyyətlərə aşağıdakılar aid edilir:
Hissi ton, əhvallar, affekt, str
ess, ehtiraslar, furusturasiya.
Hissi ton
–
psixi fəaliyyəti müşayət edən emosional çalardır. Hissi ton o
qədər də aydın və kəskin xaraci təzahürə malik olmur. Müxtəlif musiqilər,
marşlar insanda hissi ton taradır. Əmək təlimi, idman və ta istirahət, bayr
am
zamanı hissi ton dəyişir.
Əhvallar –
nisbətən zəif cərəyan edən emosional vəziyyətdir. Əhvallar bir
gündə bir neçə dəfə fəyişə bilər. Bəzən isə günlərlə, həflələrlə və aylarla eyni
qala bilər. Dərsin canlı və emosional baxımdan təsirli olması, əməklə istirahəsin
düzgün növbələşdirilməməsi, yarışda uğur insana müsbət, yorucu dərs,
yorğunluq, müvəffəqiyyətsizlik, yuxusuzluq isə mənfi əhvallar yaradır. Xəstə
adamın əhvalı pozulur. Müəllimin dərsdəki əhvalı çox vaxt şagirdlərə də təsir
edir. Adam əsəbi olduqda ən adi bir qıcıq (birinin bərkdən gülməsi) ona mənfi
təsir göstərir. Həyat şəraiti, cibxərcliyinin olub
-
olmaması, mənzil şəraitin,
nəqliyyat, qaz, işığın olub
-
olmaması insanın əhvalına ciddi təsir göstərir.
Affektlər –
(
latınca “ruhi təlatüm, həyəcanlanma deməkdir) coşğun
surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan az müddət, lakin qüvvətli,
partlayış şəklində davam edən emosional vəziyyətdir. Qeyz, dəhşət, hədsiz
şadlıq, qəzəb və s. buna misal ola bilər. Belə hallarda insan ümumi, qəbul
edilm
iş davranış qaydalarını pozur, qeyri
-
adi hərəkət edir, özünü ələ ala bilmir.
Onun şüuru daralır. Belə vəziyyət keçdikdən sonra o, təəssüf və peşmançılıq
hissi keçirir. A.S.Makarenkonun kaloniyada Zadorovu dəmir parçası ilə
döyməsini, IV İvan Qroznunun öz oğlunun başının yarmasını, Nadir şahın öz
oğlunun gözlərinin çıxarmasını və s. buna misal göstərmək olar. (Hamletdə
Otellonun Dezdomonanı boğması).
6
Stress
–
(
ingiliscə “gərginlik” deməkdir). İnsanın gözlənilməz gərgin
şəraitlə rastlaşdığı zamanı keçirdiyi
psixoloji halətdir. O, nisbətən zəif cərəyan
edir, lakin uzun müddət davam edir. Zəlzələ, kasıblıq, daşqın, epidemiyalar, ailə
münaqişələri, ailə üvzünün əziz bir adamının qəfil ölümü belə emosional
vəziyyət doğunun.
Stress terminini 1936-
cı ildə Kanada
fizioloqu N.Selye təklif etmişdir. O,
stress (mənfi), sustress (müsbət) və disstress kimi formalarını göstərmişdir. (Əri
tərəfindən görülərək küçəyə qovulan qadını həyətdə də it qapır) Bu disstress
adlanır. Stressin fizioloji və psixoloji olmaqla 2 növü fərqləndirilir. Belə halda
insanın nitqində, hərəkətlərində dəyişmələr ola bilər.
Frustrasiya -
(latınca aldanma, nahaq gözləmə deməkdir). Bu insanın öz
məqsədinə çatmasına maneçilik törədən real və ya xayali maneələrlə rastlaşdığı
zaman düşdüyü psixi vəziyyətdir. Bu insanda qəzəb, küskünlük, özünüitirmə
kimi hallar doğurur. Məsələn, bir neçə dəfə cəhd göstərsə də ali məktəbə qəbul
oluna bilməyən abuturiyentdə dərsə gecikən tələbədə, əməyinə qiymət
verilməyən alim və ya yazıçıda belə hallar yaranır.
Ehtiraslar
–
qüvvətli, uzun müddətli və dərin hissdir. Bu zaman insanın
iradəsi və hissləri birləşir, insanı çətinlikdən xilas olmaqda kömək edir. Ancaq
ehtiraslar insanı həmişə fəallaşdıra bilmir. Bəzən nir obyektə olan ehtiraslı
münasibət onu passiv şəkildə əzab çəkməyə düçar edə bilir.
(Alkaqol,
narkomaniya, moda düşkünlüyü və s.). Hacı Qaranın pul ehtirasını buna misal
göstərmək olar. Bunlar mənfi ehtiraslardır. Elmə, musiqiyə, incəsənətə, qurub
-
yaratmağa və s. olan ehtirasları isə müsbət ehtiraslara misal göstərmək olar.
M.Qorkinin “Oxumaq həvəsi” adlı hekayəsində bunun bədii ifadəsi verilmişdir.
Ali hisslər.
İnsanın hisslər aləmi zəngin və çoxcəhətlidir. Onların içərisində şəxsiyyətin
sosial-
mənəvi simasını əks etdirən ali hisslər mühüm yer tutur. İnsanın ictimai,
mədəni və mənəvi təlabatlarının təmin edilməsi zamanı meydana gələn davamlı
7
hisslər ali hisslər
adlanır. Onlar bəşəriyyətin ictimai
-
tarixi inkişafının
məhsuludur. Ali hisslərin 4 növü vardır: əxlaqi, intellektual, estetik və praksis
hisslə
r.
1.
Əxlaqi hisslər –
başqa adamların, hərəkət və davranışını və özünün
əməllərinin qiymətləndirilməsi gedişində yaranır: borc, məsuliyyət,
vətənpərvərlik, şərəf, ləyaqət, dostluq və s.
2.
İntellektual
hisslər
-
əqli fəaliyyət prosesində yaranır. İnam, şübhə,
təəccüb, istehza, yumor və s.
3.
Estetik hisslər –
gerçəkliyin esretik qavranılmasının inikasıdır. Zöv,
estetik heyrət, həyəcan, vəhdə gəlmək və s.
4.
Praksis hissslər –
insanın çoxcəhətli nəzəri və praktik fəaliyyətində
(əmək, təlim, idman, oyun) təzahür edir.
Dostları ilə paylaş: |