Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   6   7   8   9   10   11   12   13   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

Sahə tranzistorları 
Keçiricilik xüsusiyyəti ancaq bir işarəli əsas yükdaşıyıcıların ( elektronlar və ya deşiklər) keçirici 
kanal vasitəsilə hərəkətinə əsaslanan yarımkeçirici cihazlara sahə tranzistorları (ST) və va 
unipolyar tranzistorlar deyilir. 


Sahə tranzistorlarının bipolyar tranzistorlardan fərqi ondadır ki, onların hazırlanma texnologiyası 
mükəmməldir, ucuz başa gəlir, böyük giriş müqavimətinə malikdir, məxsusi küylərin səviyyəsi aşağıdır, 
radioaktiv təsirlərə qarşı dayanıqlıdır, inteqral sxemlərdə yerləşmə sıxlığı yüksəkdir. Sahə tranzistorları 
gücləndiricilərdə, generator və çevrici sxemlərdə geniş istifadə olunur. Keçirici kanalın yaranma üsuluna 
görə sahə tranzistorları iki qrupa bölünür: keçidli və izolyasiyalı idarəedici elektrodlu və ya MDY (metal 
dielektrik yarımkeçirici) -n keçidli sahə tranzistorunun əsası elektron keçiricilikli (n) germanium nüvədən 
ibarətdir. Onun hər tərəfində diffuziya üsulu ilə p - tipli sahələr yaradılır. Nüvənin yan tərəflərinə çıxışlar 
(elektrodlar, uclar) bərkidilir: elektronların hərəkətə başladığı elektrod 
mənbə (istok) 
– MMn, 
elektronların gəlib çatdığı elektrod 
mənsəb (stok) 
– 
MMs adlanır. Cərəyan keçirən kanal əks keçiricilikli n 
və iki p- keçiricilikli
 
p sahə arasında yerləşir. Hər iki qatı bir-biri ilə 
birləşərək bir xarici elektrod əmələ gətirir. Bu 
elektroda 
idarəedici elektrod (zatvor) 
– İE deyilir. p-
n keçidli sahə tranzistorunun idarəedici elektrodunda 
işçi gərginlik mənfi işarəlidir. Sahə tranzistorlarının 
çıxış cərəyanı giriş gərginliyi ilə idarə olunur
p-n keçidli sahə tranzistorunun qurluşu, şərti işarəsi Şəkil1 
və dövrəyə qoşulma sxemi şəkil 1-də göstərilmişdir. 
Tristorun struktur sxemi və növləri

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə