Giriş. Elektron qurğularının təsnifatı. Elektronika


İŞIQ DIODU İşıq şüasının enerjisini elektrik enerjisinə və əksinə cevirən elektron cihazlarına fotoelektron



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   8   9   10   11   12   13   14   15   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

İŞIQ DIODU
İşıq şüasının enerjisini elektrik enerjisinə və əksinə cevirən elektron cihazlarına fotoelektron 
cihazları deyilir.
Elektrik enerjisini işıq şüalanması enerjisinə bilavasitə çevirmək üçün ayrılmış yarımkeçirici 
cihazlar optik şüalandırıcılar adlanır
. Bu cihazlar dörd qrupa bölünürlər: işıq şüalandırıcı diodlar, 
lazerlər, elektrolüminissent və təbəqəli şüalandırıcılar. 
Şüalandırıcı yarımkeçirici cihazların daha geniş yayılmış növlərindən biri işıq şüalandırıcı diodlardır 
(İŞD). Foton rekombinasiyasının baş verməsi üçün işıq diodlarının hazırlanmasında qallium fosfid 
(GaP), qallium arsenid (GaAs) və silisium karbiddən (SiC) istifadə edilir. Bu halda qırmızıdan maviyə 
qədər diapazonda görünən işıq süalanması alınır. İşıqlanmanın rəngi qarışığın materialından aslıdır. İşıq 
diodları düz qoşulmuş p – n kecidinə malik olan optik şüalandırıcı cıhazlardır. Düz istiqamətdə verilmiş 
gərginliyin təsirindən keçiddə potensial səddinin hündürlüyü azalır və yükdaşıyıcıların injeksiyası 
başlayır, p – n keçidi sahəsində və keçidin özündə yığılmış yükdaşıyıcılar intensiv rekombinasiya olunur. 
Bu zaman keçiricilik zonasında ( n-qatı ) daha yüksək energetik səviyyədə yerləşən elektronlar, valent 
zonasındakı ( p qatı ) aşağı energetik zonalara keçirlər. Rekombinasiya nəticəsində enerji kvantı – 
foton 
ayrılır. Enerjinin bir hissəsi istilik və ya elektromaqnit şüalanması şəklində yayılır. 
İŞD-da işıqlanmanın parlaqlığı və gücü 

keçidindən injeksiya olunan yüklərin miqdarından, yəni 
diodun konstruksiyasından aslıdı. İŞD– n f.i.ə.-nı yüksəltmək məqsədilə elektron – deşik keçidinin səthi 
yarımdairəvi hazırlanır. Sıralanmış rəngli işıqlanma verən İŞD –n daha çox istifadə olunur. Bunun üçün 
bir yarımkeçirici kristalda müxtəlif aşqarlardan əmələ gəlmiş iki elektron-deşik keçidi yaradılır. Bir keçid 
yaşıl rəngli, digəri qırmızı rəngli şüalanma əmələ gətirir.


Şəkil1. İŞD – n strukturu: a – yarımsferik; b,c – sıralanmış
rəngli işıqlanmalı İŞD-un prinsipial sxemi və şərti işarəsi
Sıralanmış rəngli işıqlanma verən diodun üç çıxışı var,bu da hər bir EDK – nə müxtəlif cərəyanlar 
verməyə imkan verir. Keçidin cərəyanını dəyişməklə sarı-yaşıl rəngdən qırmızı-sarı rəngə qədər, eləcə də 
təmiz yaşıl və təmiz qırmızı rəngdə işıqlanma almaq olar 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə