Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə78/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   74   75   76   77   78   79   80   81   ...   90

aydın olur ki, 8 mart 1921 -ci ildə 11 -ci ordunun xüsusi şöbə rəisinin 
müavini  Freyman  Kladbişenk  küçəsi  ev  55-də  yaşayan 
Məmməddəsən  Hacmskinin  əksinqilabi  fəaliyyətə  görə  həbs 
edilməsi və mənzilində axtarış keçirilməsi üçün göstəriş verir və bu 
zaman  başlıca  diqqətin  yazışmalara  yönəldihuəsini  xüsusi  tapşırır. 
Sənəddə 11-ci ordu xüsusi şöbəsinin fəal hissə rəisinin də imzası var. 
“Yazışmalara  başlıca  diqqət  yetirilməsi”  tələbinin  arxasında 
nə  dayandığını  fəhmli  oxucu  yəqin  ki,  hiss  etməmiş  deyil.  Ölkəni 
bürüyən  əksinqilab,  daha  doğrusu  bolşeviklərin  işğalı  ilə  əlaqədar 
kütləvi etiraz dalğasının M.Hacmskiyə sirayət edib-etmədiyini, onun 
əvvəlki kimi sovet hakimiyyətinə loyal qalıb-qalmadığını yoxlamaq 
üçün həmin yazışmalardan daha etibarlı mənbə ola bilməzdi. 
Bu  əmrin  danışıqsız  yerinə  yetirildiyini  xəbər  verən  fəal 
hissənin  katibi  9  mart  11  -ci  ordu  xüsusi  şöbəsinin  qeydiyyat 
bölməsinə bildirirdi: “Xüsusi şöbə rəisinin müavini yol.Freymanın 
həbs kağızmdakı dərkanarınm təcili yerinə yetirilməsi üçün vətəndaş 
Hacmskinin  yazışmaları  göndərilir”.  Onun  526  saylı  orderlə  həbs 
edildiyi və həbs altında saxlandığı göstərilir, tərtib edilən akta 186 
saylı qəbz əlavə olunurdu. 

Orderlə  eyni  saylı  həbs  vərəqində  isə:  “9  mart  1921-ci  il 
Kladbişensk  küçəsi  ev  55-də  yaşayan  mühəndis  texnoloq,  Xalq 
Komissarları  Şurasında  işləyən  Məmmədhəsən  Hacmskinin 
Filimonov tərəfindən” həbs edildiyi qeyd olunmuşdur. 
Axtanş  keçirən  komissar  Filimonov  tərəfindən  yazılmış 
Protokolda  “Məmmədhəsən  Hacmskinin  mənzilində  Yevdokimov, 
Yeremeyeva və xüsusi şöbə əməkdaşı Kazimirçiklə birlikdə axtanş 
apanidığı, brauninq tapançası və 11 ədəd müxtəlif vəsiqə müsadirə 
edildiyi” göstərilir. 
Növbəti  mərhələnin  icraçısı  11-ci  ordu  xüsusi  şöbəsinin 
müstəntiqi Kuznetsov 9 mart 1921-ci ildə qərara alır : “əksinqilabda 
ittiham olunan” Məmmədhəsən Hacmskinin işinə baxılsın. 
Ancaq  gözlənilmədən  vəziyyət  dəyişir  və  11  -ci  ordunun 
xüsusi şöbəsinin komendantı 9 mart 1921-ci ildə yazılmış 124 
249 


 
 
saylı talona əsasən belə bir göstəriş alır: “bu qəbzi alan kimi 
Məmmədhəsən Hacınskini dərhal həbsdən azad edin.” Hətta azad 
ediləndən dilindən kağız alınması da lazım bilinmir, sənəddə bu 
qrafanın üstündən qara qələmlə xətt çəkilib. 
Göstəriş dərhal yerinə yetirilir və komendant 124 saylı orderə 
əlavə etdiyi bildirişdə 11-ci 
ordunun xüsusi şöbəsinə 
Məmmədhəsən Hacınskinin 
9 martda həbsdən azad 
olunduğu barədə məlumat 
verir. 
Az qala bütün 
sənədləri ilə sizi tanış 
etdiyimiz M.Hacınskinin 
birinci həbsi bununla 
yekunlaşır. Guya ona qarşı 
yol verilmiş bu hərəkətdən 
narahatlıq keçirən yeni 
hökumət M.Hacınskiyə 
etibar etdiyini göstərməyə 
çalışır və o, dalbadal 
müxtəlif vəzifələrə təyinat 
alır. 
Sonrakı mərhələdə 
bunun yalnız zahiri 
münasibət olduğunu
bolşeviklərin 
milli 
hökumətdə vəzifə tutmuş heç bir azərbaycanlıya etibar etmədiklərini 
görəcəyik.  Hələliksə,  M.Hacmski  və  onun  kimi  ilk  addımlarda 
onların hakimiyyətlərinə loyal olan və ciddi etiraz etməyən şəxslər 
barəsində qəti tədbirlər görülməsi “zərurəti” yaranmamışdı. Hələlik 
respressiya  növbəsi  Azərbaycanın  müstəqilliyi  uğrunda  sonadək 
mübarizə aparmaq qətiyyətində olanlarla idi. 
“Azərbaycan  Cümhuriyyəti  sənədlər  və  materiallar  1918- 
1920-ci illər” məcmuəsində Məmmədhəsən Cəfərqulu oğlu 
 
.M, r. ra;ı>if; H H CH w 
.ViHHUC'fp
 
250 


Hacınski (1875-1931) barəsində əlavə olaraq aşağıdakı məlumatlar 
verilib:  “Azərbaycanın  dövlət  və  siyasi  xadimi.  Peterburq 
Texnologiya  institunu  bitirib  (1902).  Bakıda  şəhər  idarəsində 
işləyib.  1904-cü  ildə  “Hümmət”  sosial-demokrat  qrupunu 
yaradanların  arasında  olub.  1911-ci  ildə  “Müsavat”  partiyasının 
üzvü olub. 1917-ci ilin mart ayında Milli Müsəlman şurasının sədri, 
1917-ci  ilin  payızında  Müəssislər  yığıncağının  üzvü  olub. 
Zaqafqaziya  komissarlığında  və  Azərbaycan  Cümhuriyyəti 
hökumətinin müxtəlif tərkiblərində xarici işlər, daxili işlər, ticarət, 
sənaye  və  ərzaq  naziri  olub.  1920-ci  ilin  1  aprelində  hökumətin 
başçısı  təyin  edilərkən  bolşeviklərin  hökumətə  daxil  olması  üçün 
onlarla  danışıqlar  aparıb.  Yeni  kabinetin  formalaşdırılmasmda 
müvəffəqiyyətsizliyə uğrayaraq, 1920-ci il aprel ayının 22-də istefa 
verib.  Eyni  zamanda  “Müsavaf’dan  çıxması  və  Az.KP  (b)-yə 
girməsi  haqqında  bəyanat  verib.  1920-ci  il  aprelin  28-dən  sonra 
sovet idarələrində məsul vəzifələrdə işləyib”. 
1875-ci il martın 3-də Bakıda dünyaya gəlmiş, burada realnı 
məktəbi bitirmiş M.Hacınski mükəmməl təhsil görmüş, zəmanəsinin 
sayılıb-seçilən  ziyahlarmdan  biri  olmuşdur.  Hələ  20-  ci  əsrin 
əvvəllərindən siyasi proseslərə qoşulması onu inqilabi və hökumət 
dairələrində tanıtmış, vəzifə pillələrində irəliləməsi üçün müəyyən 
vaxtlarda mühüm stimula çevrilmişdir. O, institutu bitirdikdən sonra 
bir  müddət  Moskvada  maarifpərvər  ziyalı  və  milyonçu  Şəmsi 
Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmışdır. 
21  dekabr  1930-cu  ildə  ikinci  dəfə  həbs  olunarkən  verdiyi 
ifadədə özünün qızğın  siyasi  fəaliyyətini  gizlətməsə də, o, heç bir 
partiyaya  ginnədiyini  göstərirdi:  “1917-ci  ilə  qədər  mən  heç  bir 
partiyada  olmamışam.  Tələbəlik  vaxtı  sosialist  yoldaşlarla  yaxın 
idim  və  1899-1902-ci  illərin  bütün  tətillərində  iştirak  etmişəm, 
ancaq  partiyaya  yazılmamışam.  1905-ci  il  inqilabı  zamanı 
müliəndis, Bakı şəhər idarəsinin üzvü olarkən mən yenə də inqilabi 
dərnəklərlə  yaxın  idim,  pul  yığırdım,  işə  düzəldirdim,  gizli 
ədəbiyyatın çapı üçün avadanlıq tapılmasında kömək edirdim, ancaq 
partiyaya  daxil  olmadım.  1917-ci  ildə  mənim  müsavata  daxil 
olmağım şərti idi. Partiyanın aqrar məsələ il əlaqədar qurultayı 
251 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə