Fransada idarəetmə və siyasi sistem. Məmmədova Nurdan


І.Parlament üzvlərinin hüquqi statusu



Yüklə 67,15 Kb.
səhifə3/8
tarix04.05.2023
ölçüsü67,15 Kb.
#108475
1   2   3   4   5   6   7   8
Fransada idaretm v siyasi sistem Fran

І.Parlament üzvlərinin hüquqi statusu.
Fransa parlamentinin üzvləri sərbəst mandata malikdir. Konstitusiyaya görə, hər cür imperativ mandat etibarsızdır. Parlament üzvləri bütün millətin təmsilçiləri sayılır. Parlament üzvlərinin geri çağırılması nəzərdə tutulmamışdır.
Parlament üzvləri başqa dövlət vəzifəsi tuta bilməzlər. Onlar yalnız yerli özünüidarə orqanlarına seçilə bilərlər.Ayrı-ayrı hallarda hökumət 6 aydan çox olmayan müddətə müəyyən icra səlahiyyətlərinin həyata keçirilməsini həvalə edə bilər.
Dinc dövrlərdə parlament üzvləri hərbi qulluqdan azaddırlar. Müharibə dövründə və ya müharibə təhlükəsi olduqda onlar səfərbərliyə alına, yaxud hərbi qulluq haqqında müqavilə bağlaya bilərlər. Bu hallarda parlament üzvü mandatı saxlanılır. Hərbi şücaət və ya ona bərabər tutulan hallar istisna olunmaqla parlament üzvləri dövlət təltifləri və fərqlənmə dərəcələri ilə təltif edilə bilməzlər.
Parlament üzvləri toxunulmazlıq hüququna malikdir. Belə ki, parlament üzvləri cinayət başında yaxalanma halları çıxılmaqla, tərkibində olduğu palatanın bürosunun razılığı olmadan həbs edilə bilməz, ona azadlıqdan məhrumetmə və yə azadlığın məhdudlaşdırılması ilə bağlı başqa tədbirlər tətbiq edilə bilməz. Uyğun palata parlament üzvləri barəsində cinayət təqibini, tutulmanı, azadlığın məhdudlaşdırılması ilə bağlı başqa tədbirlərin tətbiqini parlamentin sessiyası müddətində dayandıra bilər.
Parlament üzvləri öz funksiyalarını həyata keçirərkən söylədiyi fikrə və ya səsverməyə görə təqib oluna bilməz, axtarışa və həbsə məruz qala bilməz.
Parlament üzvləri siyasi mənsubiyyətindən asılı olaraq fraksiyalarda (siyasi qruplarda) birləşə bilərlər. Milli Məclisdə fraksiyalarda azı 20 deputat, Senatda isə azı 14 senator olmalıdır. Parlament üzvləri hər hansı siyasi qrupun tərkibinə bilavasitə daxil olmadan onun intizamını özü üçün məcburi hesab edə bilər. Bu halda həmin parlament üzvü uyğun siyasi qrupa qoşulmuş hesab olunur.
Fransa parlamentinin üzvləri yüksək maddi təminata malikdir. Parlament üzvləri ən yüksək və ən aşağı maaşlı dövlət məmurlarının vəzifə okladları arasında orta rəqəmə bərabər miqdarda maddi təminat alırlar. Onların maddi təminatı 2 hissədən ibarətdir: parlament üzvü kimi əməkhaqqı və parlamentin işində iştiraka görə əlavə haqq. Parlamentin işində iştirak etməməyə görə əlavə əmək haqqından tutulmalar ola bilər. Bütün gəlirlərin 55%-inə bərabər məbləğdə gəlir vergisi tutulur. Bundan başqa, parlament üzvlərinin əmək haqqından sosial sığortaya ayırmalar həyata keçirilir.
Parlament üzvləri seçkidən sonra iki ay müddətində uyğun palatanın bürosuna özünün əmlak vəziyyəti haqqında bəyannamə təqdim etməlidir. Deputat mandatı başa çatdıqda da yeni bəyannamələr təqdim olunmalıdır. Bu bəyannamələr «Siyasi həyatın maliyyə aşkarlığı üzrə komissiya» ya göndərilir. Hal-hazırda parlament üzvlərinin əmək haqqı ayda 31.000 frankdan çoxdur.
Parlament üzvləri şəxsi katiblik saxlaya bilərlər. Bunun üçün onlar büdcədən dotasiya ala bilərlər. Orta hesabla hər bir senatorun 3, deputatın isə 2 əməkdaşdan ibarət şəxsi katibliyi vardır.
Bundan başqa, parlamentin binasında hər bir parlament üzvünün iş kabineti vardır, onlar öz seçki dairələrində növbədənkənar və pulsuz telefon rabitəsindən, ölkə daxilində pulsuz və ya güzəştli tariflə nəqliyyatdan, Paris və onun ətrafında hərəkət etmək üçün uyğun palatanın avtomaşın xidmətindən istifadə edə bilərlər.3

Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə