Fransada idarəetmə və siyasi sistem. Məmmədova Nurdan



Yüklə 67,15 Kb.
səhifə4/8
tarix04.05.2023
ölçüsü67,15 Kb.
#108475
1   2   3   4   5   6   7   8
Fransada idaretm v siyasi sistem Fran

B - İcraedici hakimiyyət.
Fransada icraedici hakimiyyət mərkəzi idarəetmə qurumları və əyalət təşkilatlarından meydana gəlmişdir.İcraedici orqanın əsas ünsürləri aşağıdakılardır:
І.Prezident
Fransada prezident həm dövlət başçısı , həm də icraedici orqanın başçısıdır.Digər Avropa ölkələri ilə müqayisədə olduqca geniş vəzifə və ssəlahiyyətlərə malik olan president həm də məhkəmə hakimiyyətinin müstəqilliyinin gerçək zəmanəti statusuna malikdir.Xüsusilə xarici siyasət və milli müdafiə sahələrində yeganə səlahiyyətli bir hakimiyyətinin olması ilə bərabər,başnaziri təyin etmək, hökumətin çağırılması ilə vəzifəsinə son vermək,hökumətə başçılıq etmək,baş nazir və ya hər iki parlamentin təklifi ilə bəzi qanun layihələrini xalq səsverməsinə təqdim etmək, milli birlik və müharibə vəziyyəti haqqında parlamentləri iclasa çağırmaq və ya fövqəladə hal elan etmək,Konstitusiya şurası üzvlərindən üçünü təyin etmək,qanunlara yenidən baxılmasını istəmək mövzularında imza səlahiyyətinə malikdir.Bundan başqa, Konstitusiyaya dəyişikliklə bağlı qanunlarla, digər qanunların və beynəlxalq müqavilələrin nəzərdən keçirilməsi üçün Konstitusiya şurasına müraciət etmək,yüksək vəzifəli dövlət məmurlarının təyin edilməsini təsdiqləmək,davamlı xəstəlik və qocalıqla bağlı təqsirlərin bağışlanması kimi vəzifələri də mövcuddur.Yarı prezidentli sistemi içində hökumətin ən təsirli qolu hesab olunr.4
Birbaşa xalq tərəfindən 7 illiyə seçilən prezident, vəzifə müddəti bittikdən sonra yenidən seçilə bilər.Yenidən seçilə bilmə haqqı prezidentə həm də onun hər hansı bir siyasi partiyaya üzv ola bilməsinə və hər hansı bir siyasi düşüncəni təmsil edə bilməsinə yol açır.Prezidentliyə nazmizəd ola bilmək üçün parlament nümayəndəsi,bələdiyyə başçısı,əyalət məclisi üzvü vəya bölgə məclisi üzvü olmaq,minimum 30 ili təmsil edən və ən az 500 vətəndaşın ictimaiyyətə açıq və yazılı şəkildə namizəd göstərməsi zəruridir.5 Seçkilər iki turdan ibarətdir və mövcud prezidentin vəzifə müdətinin bitməsindən 20-35 gün əvvəl keçirilir.birinci turda səs çoxluğunun 2/3-i zəruridir. Kifayət qədər səs çoxluğu olmazsa il bazar günü ikinci tur keçirilir.Bu turda ən çox səs toplamış iki namizəd yarışır və onlar arasından yenidən ən çox səs toplayan prezident seçilir.Prezident vəzifəsinə Konstitusiya Şurası qarşısında and içərək başlayır.
Prezident fəaliyyətə başlayarkən “Prezidentlik Qərargahı (Elysee)”-dan istifadə edir.Qərargah Kabinet Rəhbəri(chef of cabinet,türkcə qarşılığı Özel Kalem Müdürlüğü) ve Baş Katib(türkcə qarşılığı Özel Kurmay başkanlığı), Ümumi Katiblik olmaqla üç əhəmiyyətli qurumdan ibarətdir. Ümumi Katiblik informasiya və koordinasiya ilə bağlı işlərər cavabdehdir,həmçinin hökumət iclaslarının təşkili və gündəminin hazırlanması vəzifələrini həyata keçirir.Kabinet Rəhbəri siyasi partiyalarla əlaqələri və prezidentin xüsusi və ya rəsmi işlərini həyata keçirir. Baş Katib isə eyni zamanda fransız silahlı qüvvələrinin baş komandiri olan prezidentə hərbi müşavirlik edir.
ІІ. Baş nazir.
Baş nazirin səlahiyyətləri konstitusiyanın 20 və 21-ci maddələrinə əsasən, ölkədaxili tənzimləmələr etmək, hökumət işlərini idarə və koordinasiya etmək,qanunvericiliyi tətbiq etmək, müəyyən səviyyələrdə təyinatlar etməkdən ibarətdir.Bununla yanaşı birbaşa baş nazirə tabe olan əhəmiyyətli qurumlar da vardır. Bu qurumlar aşağıdakılardır:



Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə