Fransada idarəetmə və siyasi sistem. Məmmədova Nurdan


ІІІ. Hökumətin baş katibi



Yüklə 67,15 Kb.
səhifə5/8
tarix04.05.2023
ölçüsü67,15 Kb.
#108475
1   2   3   4   5   6   7   8
Fransada idaretm v siyasi sistem Fran

ІІІ. Hökumətin baş katibi:
Ənənəvi oaraq Danıştay üzvləri arasından təuin olunan və birbaşa baş nazirə tabe olan siyasət və idarəetmə arasında əlaqə qurumudur.Parlamentlə hökumət arasındakı əlaqələrdə çox əhəmiyyətli rola sahibdir.İdari baxımdan birbaşa baş nazirə bağlı icraedici, maliyyə və idarəedici vahidlərinin rəhbəridir. Nazirlər kabineti iclaslarının gündəmlərini hazırlamaq,rəsmi hesabatlar tutmaq və dərc etmək,nazirliklər arası konfransların və digər qurumların iclaslarında iştirak etmək, baş nazirin milli qəzet, kadrların idarəsi,yüksek inzibati araşdırmalar mərkəzi və digər komissiya və komitələrlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı işlər də baş katibin vəzifələrindəndir.
ІV. Nazirlər Kabineti
Fransa konstitusiyasında Nazirlər Kabinetinin strukturu və faliyyəti barədə heç bir konstitusya tənzimləməsi yoxdur.Sadəcə iki istisna vardır ki, bunlardan biri fövqəladə vəziyyət elan olunmasıdır.Nazirlər Kabineti fövqəladə hal elanını parlamentin təsdiqləməsi üçün 15 gün ərzində təqdim etməlidir.İkinci istisna isə Nazirlər Kabinetinin Konstitusiya Şurasına parlamentin səlahiyyət dairəsindən kənara çıxaraq öz səlahiyyətərini qəsb etməsi etirazıdır.
Nazirliklərin sayı dövri olaraq dəyişməklə bərabər,hökumətin qərarı və prezidentin təsdiqləməsi ilə qurulur.Üç tip nazirlik vardır:Birinci tip nazirliklər cədvəl 1-də göstərilən “Dövlət Nazirləridir”.Nazirlər siyasi konyukturaya bağlı olaraq vəzifəyə gəlirlər.Hazırda 14 nəfər nazir vardır.İkinci tip nazirliklər isə nazirlik qurumlarına başçılıq edən “Bakanlar(Ministre)”dır.Bu nazirliklərə “Xüsusi Vəzifəli Nazirliklər “ də deyilir.Status olaraq digər nazirlərlə eyni olsalar da hökumətin icraedici qolunu təşkil etmələri baxımından əhəmiyyətlidirlər və hökumət siyasətinin nailiyyətləri əsasən bunlara bağlıdır.Hazırda 18 ədəd nazirlik vardır və bu nazirliklər aşağıdakılardır:
Daxili İşlər,Xarici İşlər,Ədalət,Təhsil,Kənd təsərrüfatı və balıqçılıq,Mədəni əlaqələr,Müdafiə,Iqtisadiyyat və Sənaye, Məşğulluq və Həmrəylik, Nəqliyyat, Planlama və Bölgə, AB ilə əlaqələr, İctimai Vəzifə və İctimai İslahat, Gənclik,İdman və Elm.
Üçüncü tip nazirliklər isə “Dövlət Katibləri(Secretaries d’Etat )”dir.Baş nazirə birbaşa ya da hər hansı nazirə bağlı olaraq fəaliyyət göstərən katiblər müstəqil olaraq da vəzifələrini yerinə yetirirlər.Katiblərin vəzifələri baş nazir tərəfindən onlara verilən tapşırıqları yerinə yetirmək və parlament və hökumət arasında uyğunlaşmanı təmin etməkdən ibarətdir.
Fransız ali icraedici orqanın tərkibində müstəqil olaraq fəaliyyət göstərən, lakin iyerarxik dövlət idarəetməsində inkaredilməz əhəmiyyətə sahib olan qurumlar da mövcuddur: Dövlət İdarəetməsi Universiteti(ENA), AB prezidenti agentliyi( EU President Agency), Dövlət İdarəetməsi Araşdırmaları Xidməti.

Cədvəl 1. Fransada nazirliklər.
Mənbə: Prof.Dr. Bekir Parlak, Yrd. Doç. Dr. Cantürk Caner, Karşılaştırmalı siyasal ve yönetsel yapılar , Bursa, Alfa Aktüel,2009, s.41.

C - Məhkəmə.
Fransa məhkəmə sistemi iki cürdür.Vətəndaşlar arasındakı problemlər Ali məhkəmə və Müstəqil məhkəmələr tərəfindən həll olunur.Ancaq vətəndaşlarla dövlət arasında bir problem olarsa , məsələlər İctimai Hüquq və ya İdarəedici Məhkəmələr tərəfindən məsələlər öz həllini tapır.
Bundan başqa Fransada Səlahiyyət anlaşılmazlığı məhkəməsi vardır ki, bu da ədliyyə və idarəetmə sahələrində baş verən problemlərin həlli üçün yaradılmışdır.
Fransız məhkəmə hakimiyyətində həmçinin Ombudsman(Mediator)-ın da əhəmiyyətli rolu vardır.Ombudsmanın mərkəzi ofisi Parisdə yerləşir.Lakin ölkənin bütün bölgələrində şöbələri vardır.6
Fransada həmçinin Danıştay və Sayıştay məhkəmə orqanları da mövcuddur.Danıştay idari işlərlə bağlı məhkəmədir,Sayıştay isə dövlət xərclərinə nəzarətlə bağlı olan məhkəmədir.

Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə