Fransada idarəetmə və siyasi sistem. Məmmədova Nurdan



Yüklə 67,15 Kb.
səhifə6/8
tarix04.05.2023
ölçüsü67,15 Kb.
#108475
1   2   3   4   5   6   7   8
Fransada idaretm v siyasi sistem Fran

2. İdarəetmə quruluşu.
2.1. Mərkəzi idarəetmə.
Fransada mərkəzi idarəetmə bölgə,əyalət və mahal adlanan üç vahiddən ibarətdir.Bölgələr və əyalətlər eyni zamanda həm mərkəzi, həm də yerli idarəetmənin təşkilatlandığı idari vahidləridir.Nazirlər kabineti tərəfindən təyin olunan vali bölgə və əyalətlərdə mərkəzi hökuməti təmsil edir.Mahallar da məmurlar tərəfindən idarə olunur.7
A - Bölgə
Fransada bölgə iqtisadi, sosial, mədəni və coğrafi ,həmçinin etnik və dini baxımdan sıx əlaqələrin mövcud olduğu məkanlara verilən addır.1990-cı ildən bəri Fransada 26 bölgə mövcuddur.
Nazirlər Kabineti tərəfindən təyin olunan bölgə valiləri asayiş,kənd təsərrüfatı, səhiyyə , ətraf-mühit və məşğulluq kimi xidmətlərin yerinə yetirilməsindən məsuldurlar.Həmçinin, kənd təsərrüfatı sahəsində yerli idarəetmələrə kömək göstərmək də onların əsas vəzifələrindəndir.
Bundan başqabölgə idarəetməsinə yerli idarəetmələrin büdcələrini nəzarət etmək səlahiyyəti də veriilmişdir.Lakin məhkəmə orqanları və ya iyerarxik quruluşa malik olmayan xidmətlər(təhsil) valinin idarəetməsinə daxil deyil.
B - Əyalət
İyerarxik quruluşda bölgələrdən sonra gələn vahidlərdir.Əyalət valisi də Nairlər Kabineti tərəfindən təyin olunur.Fransada bu gün 100 əyalət idarəetməsi vardır.Əyalət valiləri bölgə valisinin əmrinə tabe olaraq mərkəz tərəfindən verilən vəzifələri qanunauyğun şəkildə yerinə yetirirlər.

C - Mahal
Mahalların başçısı Daxili İşlər Naziri tərəfindən təyin olunan məmurlardır(prefet).Mərkəz tərəfindən verilən əmrləri yerinə yetirməklə məsuldurlar.8
2.2. Yerli idarəetmələr.
Fransada bələdiyyələr, əyalətlər və bölgələr olmaqla üç cür yerli özünü idarəetmə vahidi vardır.Fransız yerli özünü idarəetmələrin göstərdiyi xidmətlətə görə vəzifə bölgüsü və onlarla əlaqəli detallar cədvəl 2-də qeyd olunmuşdur.
A - Bələdiyyələr
Bələdiyyənin qərar alma orqanı olan bələdiyyə məclisi bələdiyyə üzvləri arasından bələdiyyə başçısı və yardımçılarını gizli səsvermə ilə seçirlər.
Seçkilərin təşkil olunması,əsgərik yaşına çatmış gənclərin təsbit edilməsi, müəyyən yaşa çatmış uşaqların icbari təhsil almaları üçün müəyyənləşdirilməsi kimi vəzifələri də yerinə yetirir.
2001-ci il məlumatlarına görə mərkəzi Fransada 36,621 bələdiyyə var. bu
bələdiyyələr əhali sayı baxımından fərlənir. (əhalisi 700 olan bələdiyyə də vardır, 10000 və daha çox əhaliyə sahib olan bələdiyyələr də vardır) .
Bələdiyyə Məclisi: Bələdiyyənin qərar orqanı olan bələdiyyə məclisi, bələdiyyə başçısı, başçı vəkilləri və məclis üzvlərindən ibarətdir.
Bələdiyyə məclisi üzvlüyü seçkiləri 6 ildə bir dəfə keçirilir. Seçki üsulu, bələdiyyənin əhalisinə
görə dəyişir. 3500-dən az adamın yaşadığı bələdiyyələrdə bələdiyyə məclisi, iki turlu əksəriyyətsistemiylə seçilir. İlk turda, həm çox səs toplayan, həm də seçici
sayının ən azından 25%-nə bərabər sayda səs alan namizəd seçilir. İkinci turda, seçicilərin sayı nəzərə alınmadan seçki keçirilir. Əgər bir neçə namizəd eyni
sayda səs toplasa, daha yaşlı olan namizəd seçilmiş olacaq.
Bələdiyyə başçısının iki rolu vardır: Həm dövləti təmsil edir , həm də yerli rəhbərliyin başı kimi çıxış edir. Bələdiyyə başçısı, dövlətin bir agenti olaraq gördüyü işlərə görə vali və kaymakama qarşı məsuldur. Dövlət adına edilən işlər statistikaların toplanması, qanun və qaydaların xalqa şatdırılması və bəzi istintaqlar icra edilməsindən ibarətdir. İkinci rolu ilə məclisin nəzarəti altında, məclis qərarlarının həyata keçirilməsini təmin edir. Bələdiyyə başçısı, bələdiyyə məclisi qərarlarını yerinə yetirir. Büdcəni hazırlayıb məclisə təqdim etmə vəzifəsi onundur. Bələdiyyə gəlirlərini toplayırr, bələdiyyənin mallarını idarə edir. Məclisdən aldığı səlahiyyət əsasında məhkəmələrdə bələdiyyəni təmsil edir.

Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə