Internetin Yaranması



Yüklə 0,75 Mb.
tarix04.05.2023
ölçüsü0,75 Mb.
#108360
Detecting Cyber Attacks Thesis Defense by Slidesgo

Internetin Yaranması

Tarixi

Tarixi

İnternet kompüter - informasiya şəbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60-cı illərindən etibarən ABŞ-da başlanmışdır. İlk olaraq 1962-ci ildə Massaçuset Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder uzaq məsafədən kompüter əlaqəsinin yaradılması ideyasının, 1961-ci ildə L. Kleykrok paket kommutasiya nəzəriyyəsini irəli sürdülər. 1965-ci ildə L. Robert və T. Mervil Massaçuset və Kalifoniyada yerləşən iki TX-2 və Q-32 markalı kompüterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar. Bu təcrübə kompüter şəbəkəsinin yaradılmasında telefon rabitəsindən istifadənin qeyri-effektivliyini və paket kommutasiya nəzəriyyəsinin üstünlüyünü aşkar etdi.

1969-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perespektiv Araşdırmalar İdarəsinə dəvət alan Roberts müasir İnternetin sələfi hesab edilən ilk kompüter şəbəkəsinin planını hazırladı və 1969-cu ilin yanvar ayının 2-də sonradan ARPANet adlanan bu şəbəkə vasitəsilə Los-Anjeles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edildi. Məqsəd hərbi ştablardakı kompüterlər arasında informasiya mübadiləsi yaratmaq idi. Bu məqsədlə aparılan tədqiqatlar ABŞ-nın prespektiv elmi işlər idarəsi (ARPA – Advanced Research Project Agency) tərəfindən maliyələşdirilir və nəticədə 1968-ci ildə bu sistem yaradılır. Dünyada ilk yarımfunksional hesablama şəbəkəsi ARPAnet adlanır (net - tor (set) deməkdir).

Internetin atası

1972-ci ildə B.Kan müasir İnternetin nəzəri əsasını təşkil edən açıq şəbəkə texnologiyası ideyasını irəli sürdü. Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı və İnternetin atası sayılan B. Stefin rəhbərliyi altında TCP/IP protokolu yaradıldı. Bu protokolun yaradılması İnternet arxitekturalı lokal şəbəkəsinin yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra məs. PRNET, SATNET şəbəkələrinin birləşdirilməsini mümkün etdi. 1972-ci ildə isə İnternetin ilk xidmət növü elektron poçt (e-mail) fəaliyyətə başladı.

4.900.000.000

İnternet İstifadəçilərinin Sayı

Internetin Xidmetleri

Xidmetler

Verilənlərin (informasiyanın) İnternetdən çağırılmasının bir çox üsulları vardır. İnternet xidmətləri adlanan bu üsullar aşağıdakılardır: WWW (World Wide Web) – ümumdünya hörümçək toru adlanıb, Internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir. E-mail və ya Elektron poçt (Electronic Mail) – elektron poçt ünvanı İnternet şəbəkəsinə daxil olmuş insanların bir-biri ilə əlaqə saxlamaqlarına şərait yaradır. FTP (File Transfer Protocol) – faylları ötürmə protokoludur. Burada faylların bir kompyüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Telekonferensiyalar (NetMeeting) – Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir.

Internetde Dil

Internetde Dil

İnformasiya resurslarına İnternetin istifadəçilərinin girişinin azadlığı dövlət sərhədləriylə və ya milli domenlərlə məhdudlaşdırılmır, amma dil sərhədləri mövcuddur. İngilis dili internetdə əsas üstünlüyə malik olan dildir. İkinci ən populyar dil çin dili, üçüncü isə ispan dilidir. Dil internetin dövlətlər, regionlar və birinci səviyyəli domenlərə görə bölünmə yanaşı tez-tez istifadə edilən bölünmə əlamətlərindən biridir..


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə