Fransada idarəetmə və siyasi sistem. Məmmədova Nurdan



Yüklə 67,15 Kb.
səhifə7/8
tarix04.05.2023
ölçüsü67,15 Kb.
#108475
1   2   3   4   5   6   7   8
Fransada idaretm v siyasi sistem Fran

B - Əyalət
Əyalət çərçivəsində olan yerli ehtiyacların , yenə əyalətlərdəki mal və xidmətlərə əsaslanaraq təmin edilməsi ilə yaradılan yerli özünü idarəetmələrdir.Əyalətlərin qərar alma orqanı əyalət məclisləridir.Məclis üzvləri ümumi və birbaşa seçki yolu ilə seçilirlər.Əyalət Məclislərinin vəzifə müddəti 6 ildir və hər 3 ildən bir məclis üzvlərinin yarısı yenilənir.
Əyalət Məclisləri seçkilərdən sonrakı ilk iclaslarında əyalət başçısını və yardımçılarını seçirlər.Əyalətin idarəetməsindən sadəcə əyalət başçısı məsuldur.Başçının əsas vəzifələri bunlardan ibarətdir:Büdcəni hazırlamaq və təqdim etmək, xərclərə nəzarət etmək, əyalətin mallarını idarə etmək, fəaliyyətlərin hesabatını hazırlamaq.
C - Bölgə
Bölgələrdə mövcud olan yerli ehtiyacların , yenə bölgələrdəki mal və xidmətlərə əsaslanaraq təmin edilməsi ilə yaradılan yerli özünü idarəetmələrdir.
Qərar alma orqanı Bölgə məclisi olub, üzvləri hər bölgəyə bağlı əyalətlərdən seçilir.Bölgə məclisinin sədri , müavinləri ilə birlikdə məclis üzvləri tərəfindən üç il müddətinə seçilirlər və seçkilər 3 turdan ibarət olur.
Sədrin əsas vəzifələri xərclərə nəzarət edilməsi, dövlət mallarının idarə olunmasından ibarədtdir.O, bölgə planlarının həyata keçirilməsi, maliyyə şərtləri, xidmətlər barədə bılgə məclisinə hesabat verir.
2.3. Yerli özünü idarəetmələrin gəlir və xərcləri .
Fransada yerli özünüidarəetmələrin gəlir qaynaqları aşağıdakılardır:
Yerli vergilər
• Mərkəzi rəhbərlikdən gələn yardımlar
• Xidmət qarşılığı olaraq alınan ödənişlər kimi digər gəlir qaynaqları
• Borcalmalar
Vergi gəlirləri dolayı və birbaşa olmaqla iki yerə ayrılır.Birbaşa vergilər yerli idarəetmələr tərəfindən yığılır.Bu vergilərə torpaq,yol təmizliyi,səki, elektrik nəqli vergiləri aid olunur.Dolayı vergilər isə mərkəzi idarəetmə və ya bölgələr tərəfindən köçürülən vergilərdir.Bu tip gəlirlər yerli idarəetmələrə əhaliyə nəzərən verilir.9



Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə