Fransada idarəetmə və siyasi sistem. Məmmədova Nurdan



Yüklə 67,15 Kb.
səhifə2/8
tarix04.05.2023
ölçüsü67,15 Kb.
#108475
1   2   3   4   5   6   7   8
Fransada idaretm v siyasi sistem Fran

A-Qanunverici orqan
1985-ci ildən bəri Milli Məclis ümumi və birbaşa seçki hüququ əsasında gizli səsvermə ilə 5 il müddətinə seçilən 581 deputatdan ibarətdir.Deputatların 555-i bilavasitə Fransadan, 14-ü Fransanın keçmiş müstəmləkəsi olub "dənizarxası ərazilər" adlanan yerlərdən, 12-i isə Fransadan kənarda yaşayan fransız vətəndaşlarından seçilir. 2 Seçkilər birmandatlı seçki dairələri üzrə majoritar seçki sistemi əsasında 2 dövrədə keçirilir. Seçki dairələrinin sərhədləri əhalinin ümümi siyahıyaalınmasından sonra demoqrafik dəyişikliklər nəzərə alınmaqla dəqiqləşdirilir.
23 yaşa çatmış fəal seçki hüququna malik hər bir Fransa vətəndaşı öz namizədliyini irəli sürə bilər. Namizəd olmaq istəyən şəxs seçkilərə azı 21 gün qalmış uyğun seçki dairəsinin aid olduğu departamentdə (inzibati ərazi vahidi) mərkəzi hakimiyyətin təmsilçisi olan prefektə 2 nüsxədə yazılı ərizə verməlidir. Ərizədə namizəd olmaq istəyən şəxsin adı, soyadı, doğum tarixi və yeri, peşəsi, yaşayış yeri göstərilməlidir.
Bir çox ölkələrdən fərqli olaraq Fransada deputatın müavini də olur. Deputat seçilmiş şəxs vəfat etdikdə və bir sıra digər hallarda müavin deputat mandatı əldə edir. Buna görə də namizəd olmaq istəyən şəxs özünə müavin seçdiyi şəxs barədəki məlumatları da ərizədə göstərməlidir. Hər şəxs yalnız bir seçki dairəsində namizəd ola bilər. Uyğun seçki dairəsində qeydə alınmış seçicilərin dörddə birindən az olmamaq şərti ilə səsvermədə iştirak edənlərin mütləq, yəni yarıdan çoxunun səsini toplayan namizəd seçilmiş hesab olunur. Əgər namizədlərdən heç biri verilmiş səslərin mütləq çoxunu toplamayıbsa 1 həftə sonra səsvermənin 2- ci dövrəsi keçirilir. İkinci dövrədə həmin dairə üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 12,5%-dən çoxunun səsini toplayan namizədlərin hamısı iştirak edir. Bu miqdarda səs toplayan namizəd tək olduqda, yaxud heç olmadıqda daha çox səs toplayan 2 namizəd səsvermənin 2-ci dövrəsinə buraxılır. 2-ci dövrədə səsvermədə iştirak edən seçicilərin nisbi səs çoxluğunu toplayan namizəd seçilmiş sayılır. Namizədlər eyni miqdarda səs topladıqda daha yaşlı namizəd deputat mandatı əldə edir.
Səlahiyyət müddəti başa çatmamış deputat vəfat edərsə, yaxud deputat mandatı ilə bir araya sığmayan vəzifəyə təyin edilərsə onun müavini deputat olur. Seçkilərin nəticələrinin ləğv edilməsi və ya hər hansı başqa səbəb nəticəsində deputat yeri boş qalarsa 3 ay müddətinə ara seçkilər keçirilir. Milli Məclisin səlahiyyət müddətinin bitməsinə bir ildən az vaxt qalanda ara seçkilər keçirilmir.
Senat departamentləri təmsil edən orqan olub 321 üzvdən ibarətdir. Departamentlərin təmsilçilik norması onlarınəhalisinin sayından asılıdır. Senator seçilmək üçün 35 yaşa çatmaq tələb olunur. Senatorların səlahiyyət müddəti 9 ildir. Hər 3 ildən bir Senatın tərkibinin üçdən bir hissəsi yenidən seçilir. Senatorlar qarışıq seçki sistemi əsasında departamentlər üzrə seçki kollegiyası adlanan xüsusi qurum tərəfindən seçilir. Seçki kollegiyasının tərkibinə aşağıdakılar daxildir: Milli Məclisə həmin departamentdən seçilmiş deputatlar; həmin departamentin aid olduğu bölgənin özünüidarə orqanına uyğun departamentdən seçilmiş bölgə müşavirləri; həmin departamentin özünün idarə orqanının üzvləri (baş müşavirlər); həmin departamentin tərkibində olan kommunaların bələdiyyə şuralarının nümayəndələri. Bələdiyyə şurası nümayyəndələrinin sayı həmin kommunanın əhalisinin sayından və bələdiyyə şurası üzvlərinin sayından asılıdır.
Beş və daha artıq senator seçilən departamentlərdə seçkilər proporsional təmsilçilik əsasında keçirilir. Hal- hazırda 13 departamentdə 69 senator bu üsulla seçilir. Qalan departamentlərdə seçkilər mütləq çoxluqlu majoritar seçki sistemi əsasında iki dövrədə (Milli Məclis deputatlarının seçkilərində olduğu kimi) keçirilir. Senatorlarla birlikdə onların müavinləri də seçilir.
Proporsional seçki sistemi əsasında seçilmiş senatorun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə siyahıda səsvermənin nəticələrinə görə sonrakı yeri tutan namizəd senator olur. Majoritar seçki sistemi əsasında seçilmiş senatorun səlahiyyətinə vaxtından əvvəl xitam verildikdə, bunun səbəbindən asılı olaraq boş yerlər Milli Məclisdə olduğu kimi tutulur.
Milli Məclisi Fransa prezidenti vaxtından əvvəl buraxa bilər. Bunun üçün prezident əvvəlcə baş nazirlə və hər iki palatanın sədri ilə məsləhətləşməlidir.Milli
Məclis buraxıldıqdan sonra yeni parlament seçkilərindən bir il keçməmişsə, yaxud ölkədə fövqəladə vəziyyət tətbiq olunmuşsa və ya prezidentin səlahiyyətlərini senatın sədri, yaxud baş nazir həyata keçirirsə Milli Məclis buraxıla bilməz.
Senat heç bir halda buraxıla bilməz.
Digər ölkələrin parlamentləri kimi Fransa parlamenti də qanunvericilik, iqtisadiyyat, nəzarət, xarici siyasət, məhkəmə və başqa sahələrdə səlahiyyətlərə malikdir.
Qanunvericilik sahəsində Fransa parlamenti aşağıdakı qanunları qəbul edə bilər:

  • konstitusiya qanunları;

  • üzvi qanunlar;

  • adi qanunlar.

Konstitusiyaqanunları konstitusiyanın mətnində dəyişiklikedir. Belə qanunların təşəbbüsçüsü yalnızprezident ola bilər. Prezident bu məqsədlə hər iki palatanın xüsusi birgə iclasını - Konqres çağıra bilər.
Üzvi qanunlar bilavasitə Konstitusiyada nəzərdə tutulan məsələlər üzrə qəbul edilir. Məsələn, Konstitusiyanın 25-ci maddəsinə əsasən parlamentin hər iki palatasının səlahiyyət müddəti, üzvlərinin sayı, seçilmə şərtləri üzvi qanunla müəyyən olunmalıdır.
Adi qanunlar sahəsində parlamentin səlahiyyətləri mütləq müəyyən və məhdud xarakter daşıyır. Parlamentin, barəsində qanunlar qəbul edə biləcəyi məsələlərin dairəsi Konstitusiya ilə qəti şəkildə müəyyən olunmuşdur.
Parlament bir sıra məsələlər üzrə qaydalar müəyyən edən qəti qanunlar qəbul edir. Məsələn, vətəndaş hüquqları və azadlıqları, vətəndaşlıq, şəxslərin hüquq qabiliyyəti, ailə münasibətləri, vərəsəlik, cinayət və cəza, cinayət mühakimə icraatı, vergilər, parlamentin hər iki palatasına və yerli özünüidarə orqanlarına seçkilərin qaydaları, mülkivə hərbi qulluqçulara verilən əsastəminatlar, müəssisələrin milliləşdirilməsivə dövlət müəssisələrinin xüsusibölməyə verilməsi, həmçinin bir sıra digər məsələlər üzrə qəti qanunlar qəbul edilir. İcra hakimiyyəti bu məsələlər üzrə normati ve aktlar qəbul edə bilməz.
Bir sıra məsələlər üzrə isə parlament yalnız əsas prinsipləri müəyyənləşdirən qanunlar qəbul edə bilər. Məsələn, milli müdafiənin ümumi təşkili, təhsil, mülkiyyət rejimi, əşya hüquqları, mülki və ticarət öhdəlikləri, əmək hüququ, həmkarlar ittifaqı hüququ və social təminat məsələləri üzrə parlament yalnız ümumi prinsipləri müəyyənləşdirə bilər. Bu sahələrdə müfəssəl tənzimləmə icra hakimiyyəti tərəfindən həyata keçirilir.
İqtisadiyyat sahəsindəki səlahiyyətlərini də Fransa parlamenti əsasən qanunlar qəbul etməklə həyatakeçirir. Belə ki, parlament dövlətin gəlirlərini və xərclərini müəyyənləşdirən maliyyə qanunları, büdcənin icrası haqqında qanunlar, dövlətin iqtisadivə social fəaliyyətini müəyyən edən proqram-qanunlar qəbul edir.
Hökumətin konkret proqramı olduqda parlament müəyyən məsələlər üzrə qanunvericilik səlahiyyətlərini müvəqqəti olaraq hökumətə verə bilər. Bu qayda müvəkkil edilmiş qanunvericilik adlanır.
Fransa parlamentinin nəzarət səlahiyyətləri başlıca olaraq hökumətin fəaliyyətini əhatə edir. Parlametin nəzarət səlahiyyətləri şərtiolaraq 2 qrupa ayrılır: hökumətin siyasi məsuliyyətinə səbəb olabilən və belə məsuliyyətə səbəb olmayan səlahiyyətlər.
Parlamentin hökumət üçün siyasi məsuliyyət və uyğun sanksiya doğura biləcək nəzarət səlahiyyətlərinə etimad haqqında məsələ üzrə səsvermə keçirilməsi və məzəmmət qətnaməsinin çıxarılması aiddir. Lakin hər iki səlahiyyətin həyata keçirilməsi xeyli məhduddur. Hər şeydən əvvəl, bu səlahiyyətlərə parlamentin yalnız bir palatası – Milli Məclis malikdir. Digər tərəfdən, hökumətə etimad göstərilməsi haqqında məsələ yalnız hökumətin öz tələbi ilə müzakirə oluna bilər. Deputatların etimad haqqında məsələ qaldırmaq hüququ yoxdur. hökumət iki halda etimad haqqında məsələni MilliMəclisdə qaldıra bilər:

  • hökumətin proqramına və ya ümumi siyasətinə dair bəyannamə üzrə;

  • konkret qanun layihəsi üzrə.

Birinci halda hökumətin proqramı və ya ümumi siyasəti müzakirə olunduqdan sonar etimad göstərilməsi haqqında məsələ səsə qoyulur. İkinci halda məsələ başqa qaydada həll edilir. Belə ki, konkret qanun layihəsi üzrə etimad haqqında məsələ qaldırıldıqda 24 saat müddətində məzəmmət qətnaməsi irəli sürülüb qəbul edilməzsə, hökumət etimad qazanmış və həmin qanunlayihəsi qəbul olunmuş sayılır.
Hökumətin siyasi məsuliyyətinə səbəb olmayan nəzarət səlahiyyətlərinə parlamentin hər 2 palatası malikdir. Bura ya hökumət üzvlərinə yazılı və ya şifahi suallarla müraciət etmək, təhqiqat və nəzarət komissiyaları yaratmaq aiddir.
Xarici siyasətsahəsində parlamentin səlahiyyətlərinə beynəlxalq müqavilələri təsdiq etmək, müharibə elan etmək və mühasirə vəziyyəti tətbiq etmək aiddir.

Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə