Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   8   9   10   11   12   13   14   15   16

 

40 


Film Fiction | Yanvar, №5 

Kino xəbər

 

 



 

 

 



 

           



Titanik 3D 

60 həfətədə 18 milyon dollar xərcləyərək 3D-yə çevrilən film dünya premyerasında 6 apreldə nümayiş 

olunacaq. Titanikin ölümsüz qəhrəmanları Rouz və Cek 3D formatında görməyə az qaldı. “Paramount” 

studiyası və rejissor Ceyms Kameronun səyi nəticəsində 3D-yə çevrilən Titanik filminin afişası 

yayımlanıb. Filmin məqsədi odur ki, tamaşaçı həmin hadisələrin canlı şahidi olub, özünü Titanikin 

içindəki sərnişin kimi hiss etsin. Bu ən kino tarixində ən yaxşı 3D formatına çevirmə işidir. 

 

2011-ci ilin ən səs-küylü filmi – “Anonim” seçilib. 

Filmin maraqlı süjet xətti böyük əks-səda doğurub. “Anonim” filminin əsas mövzusu dahi Şekspirin 

yaradıcılığı və həyatıdır. Şekspir həqiqətənmi dahi olub? Bu filmdən sonra dramaturqun dahi, yoxsa 

mahir fırıldaqçı olması haqqında müzakirələr başlayıb. Uilyam Şekspir vurğunları rejissor Roland 

Emmerixin bu işini tənqid atəşinə tutublar. Onlar London küçələrinə çıxaraq, filmin yayımlanmasına 

etiraz ediblər. Şekspirin mahir fırıldaqçı kimi təqdim olunması ilə razılaşmayan nümayişçilər tarixi 

faktların qəsdən saxtalaşdırıldığını söyləyiblər. Lakin bütün bunlara baxmayaraq, filmin uğur 

qazanacağına inanan yaradıcı heyət “Anonim”i nümayiş etdirib. 

 

 

 



 

 

Fantastik filmlər. 

İlk fantastik filmi 1895-ci ildə Lui Limerom çəkib. Rejissor 1 dəqiqəlik metomorfik qısametrajlı filmini 

“Mexaniki qəssab” adlandırıb. Film qeyri-adi maşının diri donuz balalarını sosiskaya necə 

çevirməsindən bəhs edir. Maraqlıdır ki, filmdə heç bir xüsusi fəndlərdən, hətta sadə montajdan belə 

istifadə edilməyib.  

Sonuncu fantastik filmlər: “Naməlum uçan obyekt”, “52-ci zona”, “Xaos”, “Vaxt zonası” və s. fantastik 

filmlərin premyerası gözlənilir. Hətta 2035-ci ildə “Kabuslar şəhəri” adlı filmin çəkilişi də plana salınıb.  

 

“Аğacdələn Vudi” cizgi film qəhrəmanı geri döndü.  

Ağacdələn Vudi indi animasiya film şəklində çəkiləcək. Cizgi filmi Universal şirkəti tərəfindən 

animasiyaya çevriləcək. Bu layihənin ssenarisi Con Altsçuler və Dеyv Krinskiya тəкlif еdiləcək. 

 

 



 

 

 



“Elvin və sincablar” 3D  

Bu aydan etibarən (yanvar) “Elvin və sincablar”ı artıq 3D formatında təqdim ediləcək. 

 

2012-ci ilin ən gözlənilən cizgi filmləri 

 

1. Buz dövrü: Kontiental dreyf. 

Premyera: 4 iyul 2012 

Əhvalat müasir dövrlərdə baş verir. Menni, Sid, Dieqo, Elli, Skart və Persik təsadüfən donmuş halda 

tapılırlar.  

 

2. Cəsur. 

Premyera: 21 iyun 2012 

Hadisələr qədimdən bəri miflər və əfsanələr məkanı olan səfalı Şotlandiya dağlarında baş verir. Mahir 

oxatan Merid öz həyat yolunu müstəqil seçmək məcburiyyətindədir. 

 

3. Madaqaskar 3 

Premyera: 6 iyun 2012 

Şir Aleks, zebra Marti, zürafə Melman və begemot qloriya Nyu-Yorka qayıtmaq ümidilə səyyar sirkə 

qoşulurlar.                                    



 

41 


Film Fiction | Yanvar, №5 

Təqvim

 

 



 

 

Eldəniz Zeynalov- dahi azərbaycanlı 

aktyor 1937-ci il  1 yanvar tarixində Bakıda 

dünyaya göz açmışdır. 

 

 



 

Səməndər Rzayev- Azərbaycan kino 

tarixində öz adını qızıl hərflərlə yazdıran 

aktyorumuz 1945-ci ildə Ağsu rayonunda 

dünyaya göz açmışdır. 

 

 

 



Mel Gibson- amerikalı rejissor və aktyor 

1956-cı il 3 yanvar tarixində Nyu-York 

şəhərində dünyaya göz açmışdır.  

 

 

 

Rafael Dadaşov- azərbaycanlı aktyor 4 

yanvar 1946-cı ildə Naxçıvanda dünyaya göz 

açmışdır.  

 

 



 

Culia Ormond- ingilis aktrisa 1965-ci il 

4 yanvar tarixində İngiltərədə dünyaya göz 

açmışdır.  

 

 

 

 

 

 

Kübra Əliyeva-  azərbaycanlı aktrisa 

1944-cü il 5 yanvar tarixində Gəncə şəhərində 

dünyaya göz açmışdır.  

 

 



 

Adriano Çelentano- italyan müğənni, 

aktyor 6 yanvar 1938-ci ildə İtaliyanın Milan 

şəhərində dünyaya göz açmışdır. 

 

 

 

Leyla Bədirbəyli- Azərbaycan-SSRİ xalq 

artisti, SSRİ  və Azərbaycan SSRİ  Dövlət 

Mükafatları Laureatı 8 yanvar 1920-ci ildə 

Bakıda dünyaya göz açmışdır. 

 

 

 



İlham Namiq Kamal-  xalq artisti  9 

yanvar 1949-cu ildə Bakıda dünyaya göz 

açmışdır. 

 

 



 

Cahangir Mehdiyev- azərbaycanlı 

rejissor, aktyor, ssenari müəllifi 13 yanvar 

1951-ci ildə Bakıda dünyaya göz açmışdır. 

 



 

42 


Film Fiction | Yanvar, №5 

 

 

Orlando Blum- ingilis aktyor 1977-ci il 13 yanvar tarixində İngiltərədə dünyaya göz açmışdır. 

 

  



Tofiq Kazımov- azərbaycanlı rejissor 14 yanvar 1923-cü il Bakıda dünyaya göz açmışdır. 

 

 

Stiven Soderberq- amerikalı rejissor və ssenarist 14 yanvar 1963-cü ildə Corciya ştatında   

dünyaya göz açmışdır. 

 

 

Nuriyyə Əhmədova- azərbaycanlı aktrisa 1950-ci il 26 dekabrda Şəkidə dünyaya göz açmışdır. 



 

 

Eqor Konçalovski- rus rejissor 15 yanvar 1966-cı ildə Moskva şəhərində dünyaya göz açmışdır. 

 

 

Cim Kerri- kanadalı aktyor 17 yanvar 1962-ci ildə Ontario şəhərində dünyaya göz açmışdır. 

 

 



Endi Kaufman- amerikali aktyor 1949-cu il 17 yanvar tarixində Nyu-York şəhərində dünyaya 

göz açmışdır. 



 

 

Eldar Quliyev- azərbaycanlı kinorejissor, ssenari müəllifi, aktyor, filmlərin bədii rəhbəri 18 

yanvar 1941-cı ildə Bakıda dünyaya göz açmışdır. 

 

 

Kevin Kostner- amerikalı aktyor 1955-ci il 18 yanvar tarixində ABŞ-ın Kaliforniya ştatında 



dünyaya göz açmışdır. 

 

 

Takeşi Kitano- yapon aktyor, rejissor və ssenarist  1947-ci il 18 yanvar  tarixində Tokyoda 

dünyaya göz açmışdır. 

 

 

Tofiq Bayramov- azərbaycanlı aktyor 22 yanvar 1943-cü ildə Bakıda dünyaya göz açmışdır. 



 

 

Hacı İsmayılov- azərbaycanlı aktyor 22 yanvar 1944-cü ildə Bakıda dünyaya göz açmışdır. 

 

 

Sabir Məmmədov- azərbaycanlı aktyor  24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu 



kəndində dünyaya göz açmışdır. 

 

 



Nastasya Kinski- Amerika əsilli alman aktrisa  24 yanvar 1961-ci ildə Berlində dünyaya göz 

açmışdır. 

 

 

 



Eldar Şengeleya-  Gürcüstanın və SSRİ-nin xalq artisti 26 yanvar 1933-cü ildə Tbilisidə dünyaya 

göz açmışdır. 

 

 

 



Nuri Bilge Ceylan- türk rejissor və ssenarist 1959-cu il 26 yanvar tarixində İstanbulda dünyaya 

göz açmışdır. 

 

 

 



Bricit Fonda- amerikalı aktrisa 27 yanvar 1964-cü ildə Kaliforniyada dünyaya göz açmışdır. 

 

 



 

Elayci Vud- aktyor 28 yanvar 1981-ci il ABŞ-ın Ayova ştatında anadan olmuşdur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə