32
Film Fiction | Yanvar, №5
Səssiz film
I Dünya Müharibəsindən əvvəl Avropada fransız və italyan filmləri qabaqcıl mövqe tuturdu.
Fransız rejissor Ferdinand Zekka ABŞ-da səssiz film komediya ustalarını dərindən təsirləndirəcək bir
komediya janrını (comique) yaradaraq inkişaf etdirdi, həm də serial filmlərini çəkməyi sınaqdan
keçirdi. Fransada hələ də səhnə oyunlarının qarmaqarışıq film tətbiqləri olan “sənət filmi” (filmi d’art)
tətbiq etmələri davam edirdi. İtalyan kinosunda isə 1908 və 1913-cü ildə iki dəfə çəkilən “Pompeyin
son günləri” (Ultimi giorni di Pompei), 1912-ci ildə çəkilən “Kvo Vadis” (Quo Vadis) və 1914-cü ildə
çəkilmiş “Cabirkl” kimi çox sayda fiqur və dekorların istifadə edildiyi, uzunluqları 612 çarx arasında
dəyişən tarixi filmlər diqqət mərkəzində idi.
Amerikalı məşhur kino rejissor və prodüsser Qriffis kinonu əyləncə səviyyəsindən yüksəldərək
insanlarla başlıca ünsiyyət yaratma, ifadə etmə vasitəsinə çevirdi. Sözlər və yazılardan istifadə etmədən
yalnız kinonun izahverici imkanları ilə tamaşaçını təsirləndirən, hiss və düşüncələri ən çarpıcı formada
ekranda əks etdirən Qriffis günümüzdə artıq klassikləşmiş olan kino texnikalarını tətbiq etdiyi kimi,
film çəkmə müddətinin də təməl mərhələlərini inkişaf etdirdi və bütün bu mərhələləri uyğun formada
davam etdirən rejissorun nə qədər vacib biri olduğunu göstərdi. I Dünya Müharibəsi sonrası yorğun və
dağınıq Avropada kino sahəsindəki ən önəmli inkişaflardan biri savaşdan məğlub ayrılmış Almaniyada
oldu. Müharibədən sonra xüsusi nəzarət altına alınmış “UFA” adlı şirkət alman kinosunu Veymar
Cumhuriyyəti dövründə (1919-33) ən üst səviyyəyə çatdırdı. UFA-nın ilk çəkdiyi “Ernst Lubitsch’in
Madame Du Barry” (1919) və “Anna Boleyn” (1920) kimi baxımlı, xüsusi kostyumlardan istifadə
edilmiş tarixi filmlər idi. Amma Almaniya kino sənətinə ən böyük xidmət Robert Vienenin “Doktor
Kaliqarinin müayinəxanası” (Das Kabinen des Dr.Caligari) (1919) filmi oldu. Bu filmdə səhnələr
qəhramanların iç dünyalarını əks etdirə biləcək şəkildə uyğunlaşdırılmış, dekor, işıq və başqa
33
Film Fiction | Yanvar, №5
elementlər filmin mövzusunu və duyğu tonlarını göstərəcək formada, sanki plastik bir ləvazimat kimi
yoğrulmuşdu. 1920-ci illərdə inkişafın pik nöqtəsinə çatan alman ekspersiyası dünya kino səhnəsinə
Fritz Lanq və Fridrix Vilhelm Murnau kimi iki film ustası çıxardı. 1925-ci ildə müflisləşməyin
astanasında olan UFA böyük Amerikan film şirkətlərinin köməyi ilə xilas edildi və bu kömək
qarşılığında alman rejissorlar və texniki işçilər ABŞ-a gedərək orada işləməyə başladı. Daha sonra
Hitlerin iqtidara gəlməsi ilə də çox sayda alman kino adamları ABŞ-a yerləşərək Hollivud kinosuna öz
xidmətlərini göstərəcəkdi.
1920-ci illərin ikinci yarısında Alman kinosu müharibənin yaratdığı kütləvi çöküntünün də təsiri
ilə təsiredici psixoloji mövzulardan həyatı olduğu kimi ifadə edən gerçəkci filmlərə yönəldi. “Yeni
Praqmatizm” (Neue Sachlichkeit) adı verilən bu yönəlmənin ən qabaqcıl təmsilçisi Corc Vilhelm Pabst
oldu.
Müharibə sonrasında kino sahəsindəki ən önəmli inkişaflardan biri də SSRİ-də meydana çıxdı.
Ajitasiya (alman təsiri), propoqanda üçün kinoya xüsusi
bir önəm verən Sovet höküməti, dünyanın ilk
kino məktəbi olan “Dövlət Kino İnstitutu”nu qurdu və ajitasiya və kino kəlmələrindən yaradılan
“Agitki”- propoqanda filmləri kəlməsi ilə tanınan filmlərin istehsalını sürətləndirdi. İmkanlar son
dərəcə qıt olduğuna görə agitkilər çarlıq dövründə çəkilmiş köhnə filmlərin yeni rejissorların
propaqandasını yaradacaq şəkildə yenidən qurulmasıyla hazırlanırdı. Bu çətinlik SSRİ-də bəzi
düzəltmələr üzərində geniş işlər aparılmasına və bəzi qaydaların yaradılmasına gətirib çıxardı. Lev
Vladimiroviç Kuleşov boş kamerayla sınaqlar etdi və yalnız görüntülərin fərqli formada sıralanması ilə
çox dəyişik hiss və görüntülər yaradıla biləcəyini sübut etdi.
Kuleşovun kinoya önəmli estetik xidmətlərindən sonra onun davamçıları Sergey Ayzenştayn və
Vsevolod İllaryonoviç Pudovkin oldu. Qriffis kimi həyatı boyunca az sayda film çəkə bilən Ayzenştayn
mühakimə psixolojisi ilə marksist dialektikanı birləşdirən bir film janrı yaradaraq onu həyata keçirdi.
Pudovkin isə Ayzenştayn kimi dialektik mübarizəni deyil, ifadə güclü əlaqəni əks etdirən bir film
cərəyanı yaradaraq onu təmsil edirdi. Dövrün bir başqa önəmli film adamı, filmlərinin illustrasiyalı
qüsursuzluğu, poetik və təbiiliylə diqqəti çəkən Aleksandr Dovjenkoy idi. Dziqa Vertoy isə qurmaca
kinoya qarşı çıxaraq sənədli film görüntülərinin yaradılmasına söykənən “Kino qlaza” cərəyanını
yaratdı və bu cərəyanı təmsil edərək “Kino Pravda” adı verilən və həqiqəti olduğu kimi göstərən bir
serial çəkdi.
ABŞ-da müharibə sonrası film istehsalı, yayımı və nümayişləri ən qabaqcıl sənaye sahələrindən
biri olmuş və çox geniş bir kütlənin marağını çəkəcək səviyyəyə çatmışdı. Kinonun bilinən başlıca
janrları da bu dövrdə yarandı. Bunlar arasında ən çox maraq göstərilən komediya janrı idi. Mak
Sennettin “Keystone” studiyasında istehsal edilən və “Keystone” komediyaları olaraq tanınan bu filmlər
Çarli Çaplin, Harri Lanqdon, Fatti Arbukl, Meybl Normand və Harol Lloyd kimi istedadlı şəxslərin üzə
çıxmasına şərait yaratdı. Məsələn, Çarli Çaplin məşhur “Şarlo” obrazını bu cür komediyalarda
yaratmışdı.
1920-ci illərin əvvəllərində həftədə 40 milyon amerikalı kinoteatrlara gedirdi. Kinonun yayılan
təsiri və o illərdə Hollivudda materializm, sinizm və cinsi sərbəstlik istiqamətləri ilə özünü göstərən Caz
dövrü filmlərin nəzarət altına alınması istiqamətində təsirlərə səbəb oldu. Hökumətin müdaxiləsinin
qarşısını almaq üçün film istehsalçıları “Hays Ofisi” olaraq tanınan “Amerikalı Kino İstehsalçıları” adlı
təşkilatlarını qurdular. Bu təşkilat filmlərdə edilməməsi və diqqət edilməsi vacib olan məqamları
müəyyən elədi. Sonda günahkarların cəzalandırılması şərtilə ümumi dəyərlə əks davranışların
filmlərdə göstərilə biləcəyinə qərar verildi. Bu imkandan ən çox yararlanan rejissor isə tarixi və çağdaş
mövzulu filmlərində cinsəllik və şiddətə olduqca yer verən və baxımlı izahı ilə diqqət çəkən Sesil de
Mille oldu. Alman mühacir Ernst Lübitsçi isə cinsəl mövzulardakı komediyaları ilə məşhurlaşdı. O
zamanların “Hollivudu”nun ən əks mövqeli rejissoru isə Avstriyadan gəlmiş Erik von Stroheym idi.
Filmlərində əxlaq qaydalarına əks gedərək, əxlaq sərhədlərinin xaricinə çıxan Stroheym, filmlərinin
geniş tamaşaçı kütləsi tərəfindən bəyənilməsinə baxmayaraq, bu kadrların ərsəyə gəlməsinə, həm film
seti, həm də kostyumlar üçün çox pul xərcləməsinə görə prodüsserlərin təzyiqinə məruz qalırdı.
Səssiz filmin son illərində isə ABŞ kinosunda getdikcə artan inhisarçılıq və böyük böhranın ilk
izlərinin nəticəsi olaraq istehsalçı şirkətlərin riskdən qaçmalarına səbəb oldu və bunun nəticəsində
Qriffis, Sennet, Çaplin, Kiton və Stroheym kimi yenilikçi kino insanlarının studiyalarla işləmə imkanları
getdikcə azaldı.