Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   2   3   4   5   6   7   8   9   ...   16

 



Film Fiction | Yanvar, №5 

 

ona asan başa gəlmir. Dehlidə almalarla qarın 



doyurmağa, turistlərin şəkillərini çəkərək pul 

toplamağa məcbur olur. Və nəhayət uzun 

ayrılıqdan sonra Türkiyə öz tərki dünya 

dərvişinə qovuşur. Arıqlamış, saçı ağarmış, 

gözlərində uçurumlar qədər dərinlik olan Nuri 

artıq nə istədiyini dərk etmiş halda idi. Bu halda 

hərbi xidmət ona çox asan gəlir. Burda o Roman 

Polanskinin “Roman” adlı film dərsliyi kitabını 

oxuyur və bu kitabdan sonra o, özünün rejissor 

olacağına əmin olur. Amma kollektiv

qarmaqarışıq setləri düşünmək belə istəmir. 

 

Bütün hərbi xidməti dövründə beynində 



filmləri hansı tərzdə, necə çəkəcəyini düşünür. 

Amma ətrafı onun bu fikrinə bir qədər soyuq 

yanaşır. Hamı rejissorluğun necə çətin sənət 

olduğunu ona anlatmağa çalışır. Nuri bir qədər 

tərəddüd edir. Bu tərəddüd dövrü o, “Memar 

Sinan Univeristetinə” daxil olur, amma 2 il sonra 

anlayır ki, o rejissor olmalıdı, vəssalam. 

Universitetlər sadəcə insanı gec-tez üzləşəcəyi 

problemlərdən uzaq saxlayan bəhanələrdən 

biridi. Bu əminliklə univesiteti yarıda buraxır, 

film sənəti ilə ciddi şəkildə maraqlanmağa 

başlayır.  

 

Filmdə debütü aktyor kimi Mehmet 



Eryılmazın filmində olur. O, aktyorluğa olan 

sevgisini anlayır. Amma bunu bildirmir, gizlədir. 

Çünki, ilk öncə rejissorluqdu. Elə məhz çəkildiyi 

kameranı Mehmetdən satın alan Nuri özünü  

 

sınamaq qərarına gəlir. İlk filmini 1995-ci ildə 



lentə alır. Bu qısa metrajlı film “Koza” adlanır. 

Qısa zamanda özünü ən yaxşı tərəfdən sübut 

edən rejissor adını Türkiyə, o cümlədən dünya 

kino tarixinin ən usta rejissorları sırasına yazır. 

Rejissor filmlərinin bir çoxunda amatör 

aktyorlarla işləyib. Bunlar isə rejissorun öz 

ailəsidi.  

 

Filmləri o qədər içdəndir ki, bunları 



anlatmaq da olmur. İnsanların unutduqları, 

bəzən önəm vermədiyi, bəzən utandığı bir çox 

amilləri o öz filmlərində yada salır. İnsan 

düşüncəsini, hissləri dialoqsuz, heç bir mahnıya, 

kəlməyə ehtiyac olmadan tamaşaçıya yaşada 

bilir. Tamaşaçı və  baş qəhrəman arasında ürək 

bağı yaradır. “Gözəl sənətdi, amma film deyil” 

deyənlər az deyil Nuri Bilge Ceylan filminə 

baxanlar arasında. Amma filmdən qida alanlar 

üçün onun çəkdikləri ən lazımlı filmlərdən 

sayılır. Rejissor üslubuna görə onu İnqmar 

Berqman, Antonioni, Yasudziro Odzu və Andrey 

Tarkovski ilə müqayisə edirlər. 1990-cı ildə isə 

məhz Tarkovskinin filmini izləyərkən filmi 

yarıda buraxıb, zalı tərk etsə də, 4 il sonra isə 

Tarkovskinin eyni filminə baxıb olduqca 

təsirlənmişdi. Filmlərinə ssenariləri özü yazır 

və ən xırda detala qədər ssenaridə qeyd edir ki, 

çəkiliş meydançasında vaxt itkisi olmasın. 

 

“Mənim həmişə alternativ qərarım olur. 

Rejissor çəkiliş zamanı əsas insandı. Mən 



 



Film Fiction | Yanvar, №5 



görəndəki çəkmək istədiyim alınmır, dəxli 

olmayan, lazımsız bir kadrı çəkməyi tapşırıram. 

Niyə? Çünki, mən əgər qərarsız görünsəm hamı 

ruhdan düşə bilər. Ona görə maksimum qərarlı 

görünürəm çəkilişdə. Həmin dəxlisiz kadr çəkilən 

zaman isə mən mənə lazımlı olan kadrları 

seçirəm.” 

 

 

 

 



 

 

 



Dediyinə görə onun filmləri bir günə 

çəkilib, bir ilə montaj oluna bilər, çünki filmdə 

ən önəmli cəhət montaj və kadr seçimini sayır. 

“İstənilən yerdə, məkanda gözəl kadr tutmaq 

olar. Əsas kameranın qoyulması üçün lazım olan 

o “qızıl nöqtəni” tapmaqdı.” 

 

Çəkiliş meydançasında az insan olmasını 



sevir. “Mən əvvəllər filmlərin çəkilişinə baxanda 

dəhşətə gəlirdim ki, burda kim nə edir? 

Rejissorun yanında 30 adam və meydançada 

insanlar ora bura qaçışırlar. Və onların hər birinə 

pul ödənilir və bu bir yana mən həmin rejissorun 

yerinə heç olmaq istəməzdim. Mənim ilk tam 

metrajlı “Kasaba” filmini iki nəfər çəkib- mən və 

assistentim. Bir işi bir nəfər görə bilirsə niyə 10 

nəfər də ona kömək etməlidi?!” 

 

 



 

İndi isə rejissorun filmlərinə nəzər salaq: 

 

1. Koza (1995) 

 

Koza filmi rejissorun debüt filmidi. 20 



dəqiqəlik film “Kann festivalı”nın da qısa 

filmləri arasında nominant olub. Nuri ilk 

filmdəcə tərzi ilə diqqətləri cəmlədi. Kamera 

səssiz olduğundan, səs filmə sonradan əlavə 

olunub. Filmdə əsas rolları Nurinin ata və anası 

ifa edib. Film simvolikalarla zəngindi. Bir növ 

insan düşüncəsi ilə uyğunlaşdırılıb. Bunun 

nəticəsi olaraq ilk baxışdan qarmaqarışıq bir 

film yaranıb.  

2. Qəsəbə ( Kasaba ) 1997 

 

 

 

 



 

“Qəsəbə” filmi ilə Nuri tam metrajlı film 

karyerasına start verdi. Məhz bu filmdən sonra 

ona Tarkovski davamçısı deyilməyə başlandı. 

Film avtobioqrafik sayıla bilər. Təqdimatı 1998-

ci ildə Kannda baş verdi və rəğbətlə qarşılandı. 

Nuri bu dəfə də yaxşı mənada təəcübləndirməyi 

bacarmışdı. Ağır dramatizmlə uzun kadrlardan 

bir ağ-qara film yaratmışdı. Filmdə olduqca 

gözəl kadrlar var ki, bundan sonralar bir çox 

rejissor bəhrələnib. Büdcəsi demək olar ki 

olmayan bu filmi böyük ustalıqla lentə alan Nuri 

artıq rejissorluq üçün doğulduğunu 

təsdiqləyirdi. Filmdə yenə rejissorun 

valideynləri, əmisi oğlu Mehmet Emin Toprak 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə