34
Film Fiction | Yanvar, №5
Münir Özkül
Haqqında söhbət açacağım aktyoru
həqiqətən kino fədaisi adlandırmaq olar. Hətta
bu söz belə bu cür nəhəng aktyor haqqında
təsvirə yetməz. Türkiyə kinosunun atası
adlandırırlar onu. 400-dən çox (rəqəmlərə
diqqət edin) filmdə rol alan aktyor Türkiyə ilə
bərabər dünya kinosunun da ən yadda qalan
aktyorlarından biri sayılır.
Münir Özkul 15 avqust 1925-ci ildə
İstanbulun Bakırköy adlanan ərazisində anadan
olub. Münir lap kiçik yaşlarından tanınır,
sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu
sevgi heç də paşa qorxusundan deyil, əksinə
paşa olmasına rəğmən heç vaxt özünü sıravi
insanlardan ayırmayan birinə bəslənən
sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq
istedadı çox erkən yaşlarında hiss olunmağa
başlamışdı. Ətrafındakı insanları asanlıqla
güldürməyi, yamsılamağı bacaran bu gənc çox
keçmədən elə Bakırköydəki “Halkevi” adlanan
aktyorluq dərnəyinə yazılır. Bununla paralel
olaraq “İstanbul Erkek Lisesi” məzunu olur.
“Halkevi”ndəki çıxışları onu Ankara və İstanbul
dövlət teatrlarına daşıyır. Teatrda növbəti
dayanacağı İstanbul şəhər teatrı olur. O, burada
professional aktyor kimi yetişir. Böyük təcrübə
toplayan aktyor “Səs teatrı”na, daha sonra isə
“Kiçik səhnə teatrı”na keçir. Burda isə o, ilk ən
önəmli rolunu alır. “Siçanlar və insanlar”
tamaşası ilə ciddi bir aktyor imtahanından
uğurla keçən aktyor, tamaşa rəhbəri Muhsin
Ərtuğrulun etimadını qazanır. Həmin tamaşada
Münir Türk teatrının ən usta sənətkarları ilə bir
səhnəni bölüşən ən gənc aktyor idi. Filmə
gəlməsi isə “Yeşilçam”da rejissor asistenti olan
dostunun təklifi ilə olub.
1950-ci ildən başlayaraq daimi olaraq
filmlərdə rol almağa başladı. Ssenarisi Nazim
Hikmət və İhsan Kozaya aid “Üçüncü Səlim”
filmindəki rol ilə böyük kinoya qədəm qoydu.
1951-ci ildə Muhsin Ərtuğrulun “Barbaros
Hayrettin paşa” filmində ilk dəfə baş rolda
göründü. 1957-ci ildə kino ilə paralel çalışdığı
dövlət teatrında rəhbər vəzifəsinə gətirildi. Əsil
şöhrəti isə ona “Arzu Film Yapımları” şirkətində
istehsal olunan filmlər gətirdi.
Müniri daha çox ailə başçısı rollarında
görürdü rejissorlar. Onun arvadı kimi isə vaxtsız
ölümü ilə türk dünyasını yasa boğan, gülüş
kraliçası Adilə Naşit rol alırdı. Bu iki böyük
sənətkar birlikdə mükəmməl ikili adı almışdılar.
35
Film Fiction | Yanvar, №5
Xüsusən “Nəşəli günlər”, “Mavi boncuq”, “Arım,
balım, peteyim”, “Bizim ailə” kimi filmlərdəki
rolları ilə yadda qalsa da, “Hababam sınıfı”
trilogiyasındakı “Kəl Mahmud” obrazı ilə
milyonların qəlbində taxt qurmağı bacardı. Bu
onun aktyorluq zirvəsi idi.
1980-ci illərdə Türkiyədə “video film”
sindromu var idi. Rejissorlar pul xatirinə filmlər
çəkib, məşhur aktyorları da bu filmlərdə
oynadırdılar. Münir də həmin aktyorlardan biri
idi. Ürəyitəmiz, gülərüz bir insan olduğundan
düşünə bilmirdi ki, rejissorlar onun
istedadından sui istifadə edirlər. Olduqca sadə
görkəmli aktyor heç vaxt ona təklif olunan
rollardan imtina etməzdi. Ümumiyyətlə çalışırdı
heç kimin xətrinə dəyməsin. Təsadüfi deyil ki,
“Hababam sınıfı”-na baxan onu tanıyanlar “Bu
elə Münirin özüdü, Mahmud falan deyil”
demişdilər. Ona xas olan özəlliklərdən biri də
ssenariyə tez adaptasiya olması idi. Bircə dəfə
oxuyub, nə cür bir obraz yaradacağını bilirdi.
Ona görə rejissorlar bu aktyorla iş birliyini
sevirdilər. Hər nə qədər zəngin və gözəl kino
karyerası olsa da Münirin həyatı bir o qədər
gözəl keçməyib. Aktyor alkoqolizmlə uzun illər
mübarizə aparıb və 90-ci ilin ortalarında
asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3
ailəsi bahasına başa gəlib. Aktyor düz 4 dəfə evli
olub və 3 uşaq atasıdı. Sonuncu evliliyi 27 il
əvvəl Ümman xanımla baş tutub. Türkiyədə
tanınmış aktrisa və prodüsser Güner Özkul
onun qızıdır.
Hazırda Demans xəstəliyi ilə (məntiqin
itməsi) yaşayır və 2003-cü ildən
bu günə kimi
evindən bayıra çıxmır. Yataq rejimində və zəif
immunitetə sahib olduğundan aktyor hər an
ciddi nəzarətdə saxlanılır. Öz ailəsindən,
həkimlərdən başqa yanına heç kim buraxılmır.
Aktyor xəstəliyi ilə əlaqədar hələ də Kamal
Sunalın, Adilə Naşitin və bir çox dünyasını
dəyişmiş sənət yoldaşlarının sağ olduğunu zənn
edir və gerçəklə yalanı qarışdırır. 2004 və 2011-
ci illərdə aktyorun ölüm xəbəri yayılsa da
aktyor hələ də həyatla mübarizə aparır.
Türkiyənin xalq sənətçisi, “Qızıl portağal” və
onlarla fəxri ad və mükafatlar sahibidir.
36
Film Fiction | Yanvar, №5
Dəlidən doğru xəbər
Lars Von Trier- son dövrlərdə dünya kinosunu yerindən oynadan adamlardan biri, bəlkə də
birincisidir. Danimarkalı rejissor çəkdiyi filmlərdən əlavə gözlənilməz hərəkətləri ilə də yadda qalıb.
Dünya kinosunda ‘’Doqvill’’lə, ’’Manderley’’lə, ‘’Antixrist’’lə yadda qalan rejissor, onlardan öncə öz
‘’dəlilik’’ləriylə də yadda qalıb. Dəlilik dedikdə ilk olaraq Trierin çəkdiyi ‘’Axmaqlar’’ filmini xatırlayırıq.
İndi isə sizə Trierin çəkdiyi filmlərdən əlavə göstərdiyi ‘’performans’’ları təqdim edirəm. Və əlavə
olaraq Trier haqqında bilmədiyiniz bir neçə nüansları qeyd edəcəm.
1. Trierin ‘’E’’ trilogiyasının tərkibində olan ‘’Avropa’’ (Europe) filmi 1991-ci ildə çəkilib. 1991-ci
ildəki Kann mükafatına qatılan film münsif heyətinin xüsusi mükafatına və texniki komissiyanın
mükafatına layiq görülür. ’’Qızıl Palma’’ya can atan Trier jüri heyətinin sədrinə ‘’Cücə’’ adını yapışdırır.
Kiçik bir not: Jüri heyətinin sədri Roman Polanski olub.
2. Trier ‘’Zentropa’’ film firmasının qurucularından biridir. Bu şirkətin tərkibində olan ‘’Puzzy
Power’’ adlı ayrı bir film şirkəti isə pornoqrafiya çəkməklə şöhrət qazanıb. Kiçik bir qeyd: Deyilənə görə
Trierin bu işdə bir başa əli olub və bu şirkət qadın izləyiciləri hədəf kimi seçərək pornoqrafik filmlər
çəkib.
3. 3-cü deyəcəyim faktı kinomanlar yaxşı bilir. Çox uzatmayaq: ’’Axmaqlar’’ filmi. Filmdə
pornoqrafik kadrlar var və Trier Kann film festivalına bu filmi təqdim edib. Kann film festivalı
mərasimində Trier Kanna üstündə ‘’Axmaqlar’’ yazılmış avtobusla gedib.
4. Bütün dünya ‘’Dogma95’’ i və ‘’Axmaqları’’ müzakirə edərkən Trier anidən dinini dəyişir.
Katolik olur. Gülməlidir. Deyilənə görə bu hadisə əsasən Trierin şəxsi həyatıyla bağlıdır.