Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 

27 


Film Fiction | Yanvar, №5 

Henry 


Langlois 

 

 



 

 

Kino dedikdə gözümüzün önünə filmlər



rejissorlar, aktyorlar, aktrisalar, ayrı-ayrı film 

festivalları və ya prodüserlər, uzaq başı 

ssenaristlər gəlir. Amma kino üçün daha fərqli 

və gözəl işlər görənlər də var. Məsələn 

kinotənqidçilər və  ya film arxivçiləri… 

Henri Lanqlua ( Henry Langlois )- yəqin ki, çox 

az adam bu insan barəsində eşidib. H.Lanqlua 

Türkiyənin İzmir şəhərində anadan olub. 

Filmlərin qorunması və onların bərpası ilə 

məşğul olan biri olub. Paris kinoarxivinin 

qurucularından biri olub. Vaxtı ikən dünya 

kinosunun ən önəmli adamlarından olan 

Lanqlua 1936-cı ildə yaratdığı Paris Kinoarxivi 

(Cinémathèque Française') ilk öncə on filmdən 

ibarət olub, amma 1970-ci ildə isə Fransa 

Kinoarxivində yer almış minə yaxın film olub. 

Lanqlua ikinci dünya müharibəsi zamanı bir çox 

filmlərin xilaskarı olub. Faşistlər kitablar kimi 

filmləri də məhv edirdilər və Lanqlua bir çox 

filmin məhv olmasına izin verməyib. Çarli 

Çaplinin ‘’Böyük Diktator’’ filminin orijinal  

 

 



 

 

nüsxələrindən birini faşistlərin məhvindən 



qoruyub. 

 

O, 60-cı illərdə ‘’Yeni Dalğa’’ film 



cərəyanının nümayəndələrinə dəstək verməsi 

ilə də yadda qalır. Qodar, Trüffo, Şabrola verdiyi 

dəstəklərə görə sonradan məhz bu rejissorları 

‘’Kinoarxivinin uşaqları’’ adlandırdılar. 

 

 

 



Maraqlı hadisələrdən biri də 1968-ci ildə 

yaşanır. O vaxtkı Fransa Mədəniyyət naziri 

Andre Morua (yazar) Lanqluanı işdən çıxartmaq 

qərarına gəlir, amma bütün hadisələr məhz 

bundan sonra başlanır. Lanqluanın işdən 

çıxarılmasına etiraz olaraq ‘’Yeni Dalğa’’nın 

bütün nümayəndələri bundan əlavə Kurasava, 

Hiçkok, Fellini və bir çox başqa rejissorlar öz 

etirazlarını bildirirlər. Hətta 1968-ci ildəki Kann 

film festivalı keçirilmir. Deyilənə görə Kann 

festivalının açılış mərasimi olanda Qodar özünü 

səhnədəki pərdə iplərindən asmış (məcazi 

mənada), Trüffo isə səs kabellərini kəsərək 

festivalın keçirilməsini əngəlləmişdi. Məhz 

bundan sonra dünya şöhrətli yazıçı və 

Fransanın Mədəniyyət naziri Andre Morua geri 

addım ataraq Lanqluadan əl çəkmişdir. 

Lanqluaya 1974-cü ildə Kinoya verdiyi töhfələrə 

görə Oskar  təqdim olundu. Bundan başqa 

Parisdəki 13-cü rayona onun adı verilmişdir. 

Lanqlua 1977-ci ildə vəfat etdi. Lanqlua 

haqqında Jak Rişar sənədli film çəkib. Bundan 

əlavə Bertoluççinin ‘’Xəyalpərəstlər’’ filmindəki 

1968-ci il Fransa İnqilabı kadrları məhz 

Lanqluanın arxivindəndir. 

 

 



 

 



 

28 


Film Fiction | Yanvar, №5 

 

Kino səhvlər 



 

 

Saylarımızdan birində sizə kinolarda olan səhvlərdən yazmışdıq. Bu dəfə də kinolardan səhvlər 



təqdim edirik.  

 

İlk səhv “U-571” filmindəndir. Film çəkilərkən amerikalı film yazarı Devid Ayerin yazdığının tam 



əksinə bir addım atılıb. Filmdə şifrə maşını “Enigma”nı ilk ələ keçirənlərin amerikalılar olduğu 

göstərilir. Amma ələ keçirənlər amerikalılar yox, İngilis 

dəniz qüvvələri olmalı idi.  

 

Növbəti  səhvi məşhur aktyor Arnold 



Şvarseneqqerin baş rolunda çəkildiyi  “Kommandos” 

(Commando) filmindən təqdim edirəm. Şəklə diqqətlə 

baxın. Qəzadan sonra ilk kadrda sarı Porşenin sol 

tərəfinin necə bərbad  halda olduğunu 

görəcəksiniz.Lakin növbəti səhnədə isə bərbad günə 

düşmüş tərəf sanki heç qəzaya düşməmiş haldadır.

 

 

 



 Üçüncü səhv çəkilişi o qədərdə uğurlu olmayan 

Miladdan öncə 10000” (10000 B.C) filmindəndir. 

Filmdə olan heyvanların varlığı həmin ildə var olmaları 

şübhə altındadır. Həmçinin filmdə coğrafi cəhətdən 

həmin il üçün mümkünsüz olan səhnələr də yer 

almaqdadır.  

 

Dördüncü səhv kino tarixində ən çox gəlir gətirən 



filmlərdən biri olan “Karib dənizinin quldurları: Qara 

mirvarinin lənəti” (Pirates of the Caribbean: The Curse of 

the Black Pearl) filmindəndir. Kadrlardan birinə işçi 

heyətindən bir nəfər düşüb. Şəkildə daha aydın görəcəksiniz 

səhvi.  


 

İndi isə beşinci səhvi deyək. Bu səhv məşhur 

“Qladiator” filmindəndir. Filmin əsas obrazlarından 

Kommodun filmdə bacısı Lusillaya aşiq olduğu göstərilir. 

Amma tarixi faktdır ki, o əksinə olaraq bacısına nifrət etmiş və 

onu öldürmüşdür. 

 

Altıncı səhv “Harri Potter və Fəlsəfə daşı” (Harry 



Potter and the Philosopher's Stone) filmindəndir. Şəklə diqqət 

yetirin. Yemək zamanı Harri ilk səhnədə Hermiona ilə üzbəüz 

oturub, lakin sonrakı səhnədə 

Harri onun yanında görsənir.  

 

Nəhayət yeddinci və bu 



say təqdim edəcəyimiz 

sonuncu səhv “Titanik” 

filmindəndir. Şəklə diqqət 

edin. Kadrlardan birində 

gəminin dizaynı başqa cür, 

digərində isə başqa cürdü. Rejissorun gözündən bu səhv yayınmışdır.

 

 

 



Beləliklə sizə filmlərdən 7 səhv təqdim etdik. Növbəti sayda 

növbəti 7 səhvlə tanış olmaq diləyiylə… 

 



 

29 


Film Fiction | Yanvar, №5 

Səməndər Rzayev

 

 



 

Nədənsə, adama elə gəlir ki, haçansa yenə 

teatrın pərdəsi qalxacaq və biz yenidən öz 

füsunkar səsi ilə insanı riqqətə gətirən 

Səməndər Rzayevin oyununa tamaşa edəcəyik.  

Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın 

idi ki, ölümündən 18 il ötsə də, hər an canlı bir 

insan kimi xatırlanır. Şaqraq gülüşü, zəhmli 

baxışları, pəhləvan cüssəsi heç zaman 

xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə 

hər birimizin qəlbində elə öz sənəti boyda bir 

qala qurub.  

 

Səməndər Mənsim oğlu Rzayev az yaşasa 



da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il 

ömür sürmüş yaradıcı bir insan üçün bu qədər 

obraz yaratmaq, bu qədər iş görmək, vallah, 

möcüzədir. Ağsuda dünyaya göz açıb. Sonra  

 

İncəsənət İnstitutunda böyük Təhmasibin 



məktəbindən dərs alıb, Sumqayıt Teatrında  

çalışıb. Amma ömrünün, yaradıcılığının ən 

yaddaqalan illərini Akademik Dram Teatrında 

keçirib.  

 

Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. 



Burada teatr da var, kino da, radio da, televiziya 

da. Hər yerdə Səməndər öz ucalığını, 

əlçatmazlığını qoruya bilmişdi.  

 

Səməndər daxilən azad sənətkar idi. O, 



ürəyi tutmayan rolları oynamazdı. Ona görə də 

rollarının çoxunda özünə oxşarlıq var. Onların 

çoxu ağayana, öz sözünü deyən, həm də 

mülayim insanların obrazlarıdır. “Şəhərin yay 

günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də 

dəqiq ştrixlərlə canlandırıb. Səməndərin 

ifasında çox qəribə bir şirinlik vardı. Onun 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə