Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   8   9   10   11   12   13   14   15   16

 

37 


Film Fiction | Yanvar, №5 

 

 



5. ‘’Qaranlıqda rəqs edən’’ filmi Kannda ‘’Qızıl Palma’’nı qazanır, amma kinotənqidçilər və 

tamaşaçılar iki yerə bölünür: Bir tərəf deyir əla filmdir, digər tərəf isə inadla filmi zəif sayır. Filmin 

çəkilişləri zamanı Byorkla olan mübahisələrindən isə danışmağa dəyməz. 

 

6. “Amerika fürsətlər ölkəsi”  trilogiyasını çəkəcəkdi, amma iki filmini-diologiyasını çəkdi. 



’’Doqvill’’ və ‘’Manderley’’i çəkdikdən sonra ‘’Vaşinqton’’u çəkmədi. Kiçik bir qeyd: Trier bu trilogiyanı 

çəkərkən Amerikaya heç getməmişdi. Kafkaya  bənzərliyi də burda üzə çıxır. Kafkanın ‘’Amerika’’ adlı 

kitabı olsa da heç vaxt Amerikanı görməmişdir. 

 

7. ‘’Manderley’’ filmini çəkərkən filmin bir səhnəsi üçün eşşəyi film setində öldürdü



aktyorlardan Con Relli buna etiraz edib, seti tərk etdi, amma montajda bu səhnə filmdən çıxarıldı. 

 

8. Daha bir maraqlı hadisə  isə ‘’Manderley’’ filmindən sonra oldu. Trier müsahibəsində ağılsız 



bir cümlə işlətdi. ‘’Elə bir film çəkmişəm ki, həm zəncilər, həmdə Ku-Klus-Klançılar mənə nifrət edəcək’’ 

…əlavə şərhə ehtiyac yoxdur. 

 

9. 2009-cu ildə ‘’Antixrist’’lə qadınların və kinotənqidçilərin hədəfinə tuş gələrkən, bu tənqid və 



təzyiqlərə cavab olaraq özünü dünyanın ən yaxşı rejissoru adlandırdı. 

 

10.  Və ən nəhayət sonuncusu. Keçən ilki Kann film festivalında söylədiyi sözlər. Hitlerə olan 



simpatiyasını dilə gətirən rejissor Kannda persona non-qrata elan olundu. 

 

Trierin bundan başqa digər maraqlı və ziddiyyətli yönləri də var. Aktyorlarla işləyərkən yaşanan 



mübahisələr (əsasən ‘’Qaranlıqda rəqs Edən’’ və ‘’Axmaqlar’’ filmlərində) də yadda qalan olub. Bundan 

savayı Trier müsahibələrinin birində qeyd eləmişdi ki, rejissorluğu masturbasiya kimi görür və 

kinozallarda filmini seyr edərkən orqazm həddinə gəlir. Həqiqətən də bu rejissorun eqosu yüksəkdi, 

amma gözəl rejissordur. 

 



 

38 


Film Fiction | Yanvar, №5 

Qızıl Qlobus 

 

 

 



 

“Qızıl Qlobus” mükafatı 93 üzvü olan 

Hollivud Xarici Mətbuat Assosiasiyası (HFPA) 

tərəfindən hər il kino və televiziya sahəsində 

uğur qazanmış filmlərə və televiziya 

proqramlarına təqdim edilir. Mükafat mərasimi 

hər il yanvar ayında keçirilir. Dünya miqyasında 

“Oskar” və “Qremmi”dən sonra ən nüfuzlu 

mükafatdır. Kateqoriyalar aşağıdakılardır. 

 

Filmlər üzrə: 



Ən Yaxşı Dram filmi 

Ən Yaxşı Komediya/Myuzikl 

Ən Yaxşı Rejissor 

Ən yaxşı aktyor – dram 

Ən yaxşı aktyor – komediya/myuzikl 

Ən yaxşı aktrisa – dram 

Ən yaxşı aktrisa – komediya/myuzikl 

İkinci planda ən yaxşı aktyor 

İkinci planda ən yaxşı aktrisa 

Ən yaxşı ssenari 

Ən yaxşı musiqi 

Ən yaxşı mahnı 

Ən yaxşı animasiya filmi  

“Sesil Demil adına Fəxri Mükafat” 

 

 

Televiziya: 

Dram janrında ən yaxşı serial 

Komediya janrında ən yaxşı serial 

Serialda ən yaxşı aktyor – dram 

Serialda ən yaxşı aktyor – komediya 

Serilda ən yaxşı aktrisa – dram 

Serialda ən yaxşı aktrisa – komediya 

Ən yaxşı mini-serial və ya televiziya filmi 

Ən yaxşı aktyor – mini-serial və ya 

televiziya filmi 

Ən yaxşı aktrisa – mini-serial və ya 

televiziya filmi 

İkinci planda ən yaxşı aktyor – serial, 

mini-serial və ya televiziya filmi 

İkinci planda ən yaxşı aktrisa – serial, 

mini-serial və ya televiziya filmi 

 

 

Tarix: Mükafat mərasimi başlanğıcını 



1944-cü ildən götürür. Həmin il “20th Century 

Fox” studiyasına yığışan bir qrup xarici jurnalist 

1943-cü ilin ən yaxşılarını mükafatlandırdılar. 

Bütün keçən illər ərzində bu mükafat “Oskar”ın 

əsas proqnozçusuna çevrildi. İlk qaliblər 6 

nominasiyada mükafatlandırıldı:  



“Ən yaxşı film” – “Song of Bernadette” 

(Bernadetin mahnısı) 



“Ən yaxşı rejissor” – Henri Kinq (“Song of 

Bernadette”) 



“Ən yaxşı aktyor” – Pol Lukas “Watch on the 

Rhine” (Raynda Saat) 



“Ən yaxşı aktrisa” – Cennifer Couns (“Song of 

Bernadette”) 



“İkinci planda ən yaxşı aktyor” – Akim 

Tamiroff 

 

“For Whom the Bell Tolls” (Əcəl zəngi) 



“İkinci planda ən yaxşı aktrisa” – Katina 

Paksinou “For Whom the Bell Tolls” 

 

1950-ci ildə “Ən Yaxşı Xarici Dildə Olan 



Film” nominasiyası yaradıldı. İlk mükafatın 

sahibi Vitterio De Sikanın “Velosiped oğruları” 

(1948) filmi oldu. 

 

1950-ci ildə kino sənətinə verdiyi 



töhfələrə görə “Fəxri Mükafat” təsis edildi. İlk 

mükafat rejissor və prodüsser Sesil B. Demilə 

verildi. Hal-hazırda fəxri mükafat onun adını 

daşıyır. 

 

 1952-ci ildən etibarən ən yaxşı film 2 



istiqamətdə seçilməyə başladı: “Ən Yaxşı Dram 

Filmi” və “Ən Yaxşı Komediya/Myuzikl”. 




 

39 


Film Fiction | Yanvar, №5 

Mükafatın ilk rəsmi təqdimat mərasimi 1954-cü 

ildə keçirildi. Kino sahəsindəki uğurlarına görə 

Uolt Disney mükafatlandırıldı. 

 

1955-ci ildən etibarən mükafatlar 



televiziya sahəsindəki fəaliyyətə görə də verilir. 

Mərasim ilk dəfə 1958-ci ildə televiziya ilə 

yayımlanmağa başladı. 1963-cü ilə kimi 

mərasimi yalnız Los-Anceles sakinləri izləyə 

bilirdi. 

 

1963-cü ildə “Miss Qızıl Qlobus” 



mükafatı yaradıldı və ilk qalibləri film sahəsinə 

görə Yeva Siks və televiziya sahəsinə görə 

Donna Duqlas oldu. 

 

Animasiya filmlərinin şöhrətinin artması 



xarici jurnalistlərin nəzərindən yayınmadı və 

2006-cı ildə “Ən Yaxşı Animasiya Filmi” 

kateqoriyası yaradıldı. Mükafatın ilk sahibi 

“Cars” (Maşınlar) filminin rejissoru Con 

Lasseter oldu. 

 

 



 

 

 



Qızıl Qlobusun Rekordçuları:  

Ən çox mükafat qazanan 5 film var. Bunlar 

"Doctor Zhivago"( Həkim Zivaqo) - 1965, "Love 

Story" (Sevgi Hekayəsi)  1970, "The Godfather" 

(Xaç Atası) - 1972, "One Flew Over the Cuckoo's 

Nest" (Qu Quşu Yuvası Üzərindən Uçarkən) – 

1975 və "A Star is Born" (Ulduz Doğuldu) – 

1976 filmləridir. Hər biri 5 mükafat qazanıb. 

"Doctor Zhivago", "One Flew Over the Cuckoo's 

Nest" və  “A Star is Born" filmləri 5 

nominasiyadan maksimum nəticə göstəriblər. 

 

“One Flew Over the Cuckoo's Nest" filmi 



5 əsas kateqoriyanın hamısını qazanan yeganə 

filmdir: Ən yaxşı film, rejissor, aktyor, aktrisa və 

ssenari. 

 

Ən çox nominasiyası olan film 



“Nashville” (1975) filmidir. Film 9 

nominasiyada irəli sürülsə də, yalnız “Ən yaxşı 

mahnı”ya görə mükafatı aldı. "Cabaret" (1972), 

"Bugsy" (1991) və "Titanic" (1997) filmlərinin 

hər biri 8 nominasiya qazanıblar. 

 

"Who's Afraid of Virginia Woolf?" 



(Virciniya Vulfdan kim qorxur?) – 1966 və  

"The Godfather, Part III" (Xaç Atası: III hissə ) 

filmlərini anti-rekordçu hesab etmək olar. 

Filmlər 7 nominasiyada irəli sürülsə də, heç 

birini ala bilmədilər. 

 

Ən çox nominasiyası olan aktrisa Meril 



Strip (26 nominasiya), aktyor isə Cek 

Lemmondur (22 nominasiya). Ən çox mükafat 

qazanan Meril Stripdir. O, 26 nominasiyadan 7-

ni qazanıb. Cek Nikolson isə 6 mükafatla 

ikincidir. Frensis Ford Koppola, Şirli Makleyn, 

Rozalind Rassel və Oliver Stoun isə 5 mükafat 

qazanıblar. 

 

Fəxri mükafatları nəzərə aldıqda ən çox 



mükafat qazanan isə Barbara Streyzanddir (11 

mükafat). 

 

“Ən Yaxşı Rejissor” kimi ən çox 



nominasiyası olan rejissor Stiven Spilberqdir. 

Spilberq 10 nominasiyadan 2 mükafat qazanıb. 

Ən çox mükafat qazanan rejissor Elia Kazandır 

(4 mükafat). Bu kateqoriyada mükafat alan 

yeganə qadın rejissor Barbara Streyzanddır. O, 

“Yentl” (1983) filminə görə mükafatı qazanıb. 

Rozalind Rassel 5 nominasiyadan 5 mükafat 

qazanıb. 4 Oskara namizəd olub, lakin heç nə 

almayıb. 

 

1988-ci ildə 3 aktrisa “Ən yaxşı aktrisa” 



kimi mükafat aldı: Cudi Foster “The Accused” 

(Təqsirkar), Şirli Makleyn “Madame Sousatzka” 

(Madam Susatka) və Siqurnu Uiver “Gorillas in 

the Mist” (Qorillalar dumanda) filmlərinə görə. 

Siqurni Uiver (1988), Coan Plourayt (1992), 

Helen Mirren (2006) və Keyt Uinslet (2008) 

eyni ildə ayrı-ayrı kateqoriyalarda 2 mükafata 

namizəd olan yeganə aktrisalardır. 

 

Eyni ildə ən çox nominasiyası olan aktyor 



Ceymi Foksdur. Həmin il o, 3 müxtəlif 

kateqoriyada namizəd olmuşdu. 

 

Əlcəzair filmi olan “Z” (1969) “Ən yaxşı 



xarici film” mükafatını qazansa da, prodüsserlər 

mükafatdan imtina etdilər. Çünki onlar tələb 

etmişdilər ki, film “Ən yaxşı film” nominasiyası 

da alsın. 1972-ci ildə Marlon Brando “Xaç Atası” 

filminə görə mükafatı qazandı, lakin imtina etdi. 

O, eynilə Oskardan da imtina etdi. 

 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə