Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   8   9   10   11   12   13   14   15   16

 

30 


Film Fiction | Yanvar, №5 

qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma

yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu 

adamları nə vaxtsa, hardasa görmüsən.  

 

Səməndərin səsindəki şirinlik də bu 



münasibətlərə özgə bir doğmalıq gətirirdi. 

Səməndər Rzayev bizim kinoda dublyaj 

sənətinin korifeylərindən idi. O, kinostudiyanın 

dublyaj sexində, demək olar ki, günlərlə filmlərə 

səsini yazdırardı. Səməndər millətini, xalqını 

sevən sənətkar idi. O, həmişə oynadığı rollarda 

milli cizgiləri qabartmağı xoşlayırdı. 

Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl 

azərbaycanlı. Səməndərin səsi, danışığı bir 

orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə 

qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. 

Qəribədir, Səməndər Rzayevə hətta epizodik 

rollar təklif olunanda belə, məmnuniyyətlə 

razılaşırdı. Deyirdi ki, “kiçik açarla da böyük 

qapılar açmaq olur”. Amma elə ki, səhnədə bu 

böyük sənətkarın səsi eşidilirdi, bütün zal 

heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş 

qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər 

Rzayev klassik aktyor sənətimizin ruhunu 

yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.  

   “Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, 

“Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, 

“Dəli yığıncağı...” Bunlar Səməndərin teatrda 

oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma 

onların hər birinə Səməndərin yuxusuz gecələri, 

gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz 

əsəbləri sərf olunmuşdu.  

 

Səməndər Rzayev yaradıcı sənətkar idi. 



O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü 

obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu 

“ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi.  

   Kinoya Səməndərin hansı rolla başladığını 

demək çətindir. Amma onun sənət dostu, xalq 

artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir 

özü bilirdi bir də mən... “Uşaqlığın son gecəsi”. 

Filmin lap əvvəlində küçədə gəzən iki milis 

işçisindən biri Səməndər idi. Amma sonralar o, 

kinoda da öz sözünü dedi. Doğrudur, onun 

aktyorluq potensialı kinomuzda yetərincə 

istifadə olunmasa da, bir sıra yaddaqalan 

obrazları – Səməndərli anları kino tariximizə 

köçürüb. “Çarvadarların izi ilə” filmində 

Səməndər elə Səməndəri oynayırdı. Bu filmin 

əsasında İlyas Əfəndiyevin “Körpüsalanlar” 




 

31 


Film Fiction | Yanvar, №5 

əsəri durur. Səməndər filmin çox da böyük 

olmayan surətlərindən biridir. Amma nəzərə 

çarpan, yadda qalan obrazdır. “Nəsimi”də isə 

rejissor Həsən Seyidbəyli ona Şirvanşah 

İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün 

böyük məsuliyyət idi. Doğrudan da, 

Azərbaycanın tarixində danılmaz xidmətləri 

olan Şirvanşah İbrahimi ekranda yaratmaq 

aktyordan əsl mənada yüksək sənətkarlıq tələb 

edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi 

keçirdi. Səməndər obrazı elə 

özününküləşdirmişdi ki, qarşında tarixi 

şəxsiyyət İbrahim şahın dayandığına 

səmimiliklə inanırsan.  

 

 



Səməndər Rzayevin qəhrəmanları, 

həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan 

insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən 

doğan cəhət idi. Axı, aktyorun öz daxili “mən”ini 

gizlətməsi hər vaxt mümkün olmur. İstər-

istəməz özündəki temperament, psixoloji 

məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin 

aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, 

daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara 

isə öz ruhunun, qəlbinin şirin çalarlarını 

hopdururdu. Bu yöndə yaratdığı obrazlardan 

“Bəyin oğurlanması” filmindəki Hidayət 

müəllimi xatırlasaq, yerinə düşər. “Mənəm ey, 

Hidayət müəllim” və ardınca da Səməndərin 

şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər 

Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu 

səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər 

halda klassik bir epizoddur və bu kiçik səhnə 

filmə xüsusi bir ovqat bəxş edir.  

 

Səməndər Rzayev çox rejissorlarla 



işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən 

Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev 

Səməndəri böyük məmnuniyyətlə filmlərinə 

dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox 

vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul 

idi. Teatrda işləyirdi. Televiziya filmlərində, 

tamaşalarında oynayırdı, “Bulaq” verilişinin isə  

 

daimi aparıcılarından idi. Şakir Şəkəroviç 



(“Evləri köndələn yar”) hər dəfə televiziya 

ekranında görünəndə qəlbimizdə sevinc dolu 

bir dünya yaranır. Bazar günü axşamlar evə 

tələsirdik ki, “Bulaq” verilişində bu böyük 

sənətkarın bulaq kimi təmiz və şəffaf səsini 

dinləyək.  

 

Və günlərin birində “Həyatın dibində” 



tamaşasına xəstə vəziyyətdə gəlmişdi. 

Xəstəxanada idi. Buna baxmayaraq, 

pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. 

Həmin axşam Səməndər teatrda ən ağır və ən 

çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə 

aktyorun son oyunu idi... 

  

Kino sahəsində rolları:  

1.Nəsimi (1974)  

2.Çarvadarların izi ilə (1974)  

2.Babək (1979) 

3.Babamızın babasının babası (1982) 

4.Evlənmək istəyirəm (1983)  

5.Xaş musiqi ilə (1984)  

6.Bəyin oğurlanması (1985) 

 

Mənbə: Azəriart.net 

 

 



 

 

 



 


Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə