Təbiət elmləri namizədi Eldar ilə gənc aktrisa Durna altı ay idi ki, evlənmişdilər, müharibə



Yüklə 56,65 Kb.
Pdf görüntüsü
tarix01.01.2018
ölçüsü56,65 Kb.
#18936


DURNA

 

Təbiət elmləri namizədi Eldar ilə gənc aktrisa Durna altı ay idi ki, evlənmişdilər, müharibə 



başlandı. 

Eldar ehtiyatda olan hərbçi kimi cəbhəyə getməli oldu. 

Ayrıldıqları zaman o, sevgilisinin quzey yerlərdə bitən çiçəklər kimi zərif, solğun üzünə, açıq-

xurmayı iri gözlərinə sürəkli bir nəzər salaraq: 

- Mən sənə nə deyə bilərəm Durna, - dedi. - Hər şeyi gələcək göstərər. 

Bu sözlərlə o nə demək istəmişdi? Özünün salamat qayıdıb-qayıtmayacağınımı nəzərdə 

tutmuşdu? Yoxsa, qoyub getdiyi sevgüisinin etibarınamı işarə etmişdi? 

Bu sonuncu fıkir Durnanın zehnini daha çox məşğul edirdi. Lakin bu işarə nə üçün idi? Bu 

dünyada onun Eldardan əziz, Eldardan yaxın kimi vardı ki? Durna onu sevirdi. Bu sevgi yaşıl 

otlar arası ilə yavaş-yavaş axan, nəcib duyğular təlqin edən bulaqlara bənzəyirdi. 

Durnanın yetimlik, yalqızlıq iztirabları ilə pərvəriş tapmış qəlbi bu sakit, sadə sevginin bəxş 

etdiyi, mehribanlıqla bəxtiyar idi. 

Eldarın gözəl, qonur gözlərinin məxmər kimi yumşaq, mülayim baxışları altında o özünü ata-

anasının himayəsinə sığınmış bir uşaq kimi məsud hiss edirdi. 

Buna görədir ki, Eldar cəbhəyə gedəndən sonra Durnanı ağır bir yalqızlıq duyğusu bürüdü. Oğlu 

kimi ucaboylu, enlikürək, təmkinli qaynanasının böyük səbrlə ona ürək-dirək verməsinə 

baxmayaraq, Durna qərarsız oldu. Bütün ümidini, sevincini Eldarın məktublarına bağladı. 

Bu məktublarda onun təsəvvür etdiyi müharibə dəhşətləri hiss olunmurdu. Eldar gənc həyat 

yoldaşını güldürməyə çalışaraq, cürbəcür məzəli hadisələr təsvir edirdi. Lakin bu arxayınlıq 

Durnanın ürəyini sakit edə bümirdi. 

O, qəzetlərdə oxuduğu xəbərlərdən müharibənin dəhşətini duyur və bu hiss onun əsəblərini 

getdikcə gərginləşdirirdi. 

Birdən məktubların arası kəsildi. Bu, Durna üçün amansız bir hal oldu. O, özünü qarlı çöllərdə 

azmış və heç bir yerə çıxmağa imkanı olmayan adamlar kimi ümidsiz və tək hiss etdi. 

Soyuq qış günləri qurd kimi sürünərək keçirdi. İş vaxtı qurtarar-qurtarmaz, Durna zəif bir ümid, 

bir qorxu ilə evə tələsirdi. Qaynanasının özünü ürəkli göstərməsinə baxmayaraq, tutqun 

simasından yenə də məktub olmadığını anlayır, qəlbinə müdhiş əzablar hakim kəsilirdi. 

Sonra qaynana ilə gəlin, bir-biriləri ilə danışmaqdan qorxurlarmış kimi, səssizcə nahara 

başlayırdılar. 

Nahar könülsüz və məcburi bir hal almışdı. 

Bəzən ana, bir söz olsun deyə, oradan-buradan danışar, Durnanın işindən soruşardı, iakin heç biri 

ürəklərini məngənə kimi sıxan əsl məsələdən söz açmağa cəsarət ctməzdi. Sanki hər biri 

ürəyindəki bu ağır dərdin sezilməsindən qorxardı. 

Nahardan sonra Durna yavaşca qalxıb öz otağına keçər, həmişəki kimi ahəstə, qayğısız yağan 

qara baxaraq, kədərli xəyallara dalardı. 

Qış axşamının qaranlığı Yer üzünü bürüyən zaman Durna o biri otaqdan zəif pıçıltılar eşidər və 

qalxıb qapıya yanaşardı. Qaynanası əllərini göyə qaldırıb dua edərdi. 

Qaynanasının yuxarıda, haradasa, bir nöqtəyə zillənmiş gözlərindəki inam və əzəmət Durnanın 

qəlbində ani bir yüngüllük işığı doğurardı. Qaynanası öz xeyir-dualarını qurtarandan sonra, 

aydın, sakit və mehriban bir sima ilə onun yanına gələr, divar sobasının qabağında oturaraq ötən 

günlərdən, özünün cavanlıq vaxtlarından söhbət edərdi. Belə vaxtlarda o, hər şeyi unutmuş, 

yalnız öz gənclik xatirələrinə dalmış xoşbəxt qocalar kimi görünərdi. 

Lakin Durna bütün bunların ancaq onu əyləndirmək üçün olduğunu bilir və bu, ona əzab verirdi. 

O, əlli beş illik ömrün silinməz izlər buraxıb getdiyi bu nurani simanın arxasında qaranlıq, 

durğun bir göl kimi dayanmış ana iztirablarını görürdü. O, için-için yandığını aydınca hiss etdiyi 

bu qadında olan dağ kimi ağır səbrə heyrət edirdi. Bəzən çox narahat olduğu zamanlarda, ana, 

əllərini qoynunda çarpazlayaraq böyük inamla: 

- Səbr elə, qızım, darıxma, Allah kərimdir, - deyə, təsəlli verərdi. Lakin Durna darıxmaya 

bilmirdi. Onsuz da zəif olan vücudu getdikcə arıqlayır, əsəbi və yorğun olurdu. Cəbhələrdən 

eşitdiyi hər bir xəbər onda narahatlıq, təlaş doğururdu. 




Onun bu vəziyyəti ananı getdikcə daha çox təşvışə salırdı. Ana hər dəfə onu görəndə vicdan 

əzabı çəkirdi. Bu, qəribə bir hiss idi. Elə bil ki, oğlundan məktub gəiməməsində, Durnanın 

iztirablarında o özü təqsirkarmış... Ancaq ana qəlbinin oğul dağı ilə yanması ona o qədər təbii 

göründü ki, bu dərdə başqa birinin şərik olmasını misilsiz bir alicənablıq, fədakarlıq kimi qəbul 

edirdi. 

Buna görədir ki, bir dəfə bədəninin bir parçası bıçaqla kəsildiyi halda «uf» deməyən adamlar 

kimi, ürəyindəki ağrıları gizləyərək: 

- Qızım, Durna, - dedi, - səkkiz aydır ki, Eldardan məktub gəlmir. Dilim-ağzım qurusun, görünür 

ki, başında bir iş var... Yoxsa, hər nə cür olsaydı, bizə bir xəbər yetirərdi. Qızım, görürəm sən də 

çox əziyyət çəkirsən. Mənə baxma... Mən anayam. Əgər, Allah eləməmiş, Eldardan bir soraq 

tutmamış ölsəm, qəbirdə sümüklərim də od tutub yanar. Ancaq sən cavansan, qızım... Nə bilim... 

deyirəm bəlkə... 

Ana özünü itirdi. Cümləsini necə qurtaracağını bilmədi... Lakin Durna onu anladı... O, bütün 

vücudu ilə sarsılaraq, qeyrt-şüuri bir vahimə ilə ayağa qalxdı: 

- Nə danışırsan, ana? - dedi. 

Sonra, nədənsə qorxurmuş kimi, əllərini sinəsinə sıxdı: 

- Mən... mən... yox... Məni bu evdən ancaq ölüm çıxara bilər. 

* * *

 

Qış ağır, üzücü bir yuxu kimi keçib getdi. Bahar gəldi. Kinostudiya yeni bir fılmin ayrı-ayrı 



hissələrini çəkmək üçün dağlara ekspedisiyaya hazırlaşırdı. Ekspedisiyada Durna da iştirak 

etməli idi. Lakin o, belə bir vəziyyətdə ananı tək qoyub gedə bilməyəcəyini qəti qərarla direktora 

bildirdi. 

Bunu bildikdə ana özü işə qarışdı: 

- Get, qızım, - dedi, - vəzifədir, yerinə yetirmək lazımdır. Durnaya müharibədə iki gözündən kor 

qalrmş bir qəhrəmanm nişanlısı rolu tapşırılmışdı. 

Öz xarici gözəlliyini itirmiş sevgilisini əvvəlki məhəbbətlə sevən bir qızın nəcib duyğularını, 

səhnədə də olsa, göstərmək, yaşamaq arzusu Durnanın bütün qışı acı iztirablar, dərin 

ümidsizliklər içində uyuşub qalmış qəlbində bir canlanma, bir maraq oyatdı və o getməyə razılıq 

verdi.


                                                                                                                                                                                                                           

 

Ekspedisiya «Dəvə boynu» adlanan dağlarda düşərgə salmışdı. Bu yerlərin gözəlliyi iyirmi illik 



ömründə şəhərdən başqa bir yer görməmiş Durnanı heyrətə gətirmişdi. Dağlardan üzüaşağı, 

yenicə yarpaqlamış qalın meşə uzanırdı. Meşənin sol tərəfı «Altın taxta» adlanan və başdan-başa 

ağ, çəhrayı çiçəklərlə, qırmızı lalələrlə örtülmüş geniş bir düzənlik idi. 

Səhər, günəş qalxan zaman, təmiz, parlaq şüaların altında lalələrin rəngi açıq-qırmızıya çalır və 

Durnaya elə gəlirdi ki, bütün Altın taxta öz gözqamaşdıran gözəlliyi ilə bəxtiyar bir gəlin kimi 

gülümsəyir. 

Durna nazik yaz paltosunu çiyninə salaraq, meşəyə gedir, yabanı alma, armud çiçəklərinin ətrini 

sinə dolusu udur, təzəcə açılmış yarpaqlar arasında fəğan qoparan sığırçınlara qulaq asır, 

qüdrətin bu sehrli gözəlliyinə heyran olurdu. 

Sonra adi iş günü başlayır, fılmin hissələri, bəzən qıjıltı ilə qayalardan tökülən şəlalə yanında, 

bəzən hər tərəfı qoca palıd ağacları ilə əhatə olunmuş sıldırım keçidlərdə çəkilirdi. 

Təbiətin qüdrətli hökmü altında Durnanın qəlbindəki yara yavaş-yavaş sağalır, ürəyindən daş 

kimi asılan dərdi yüngülləşirdi. Onun tutqun, pərişan ruhunda indi, nə isə, işıqlı hisslər doğurdu. 

Gənc qadının uyuşmuş əsəbləri sanki canlanaraq, təbiətin çoxdan bəri unudulmuş gözəlliklərini, 

sevincini yenidən dərk etməyə başlayırdı. 

Könlündə getdikcə daha aydın hiss etdiyi bu yenilik, bu yüngüllük Durnanı təşvişə salırdı. O, 

bütün nəşəsinin, sevincinin Eldarla getdiyinə o qədər dərindən inanmışdı ki, indi ruhunda baş 

qaldıran bu dəyişikliyə təəccüb edirdi. Bu ona bir günah, bir qəbahət kimi gəlirdi. O, əbədi 

olaraq, öz dərdinin əzablarında yanmaq istəyirdi. Lakin bütün bunlara baxmayaraq, Durna yavaş-

yavaş canlanır, gözlərində parıltı, yanaqlarında allıq zahir olurdu. 

Filmin baş qəhrəmanı, yəni, Durnanın ekrandakı sevgilisi rolunu Bakı teatrlarının birindən dəvət 

olunmuş Soltan adlı aktyor ifa edirdi. Bu, macəralarla dolu, fırtmalı gənclik həyatı keçirmiş otuz 




dörd-otuz beş yaşlarında, ortaboylu, sağlam, gözəl bir kişi idi. Gur qara, qıvrım saçları zərif 

dərili, enli, ağ alnı üzərində qıvrılır, alaya çalan, açıq rəngli gözləri daim parlaq bir atəşlə yanır, 

kiçik, yaraşıqlı dodaqları üzərindən incə bığları ona cəsur, xudpəsənd bir görkəm verirdi. 

Adamlarla, xüsusən qadınlarla danışdığı zamanlar düz və kəsmə burnunun pərləri qəribə bir 

tərzdə qalxıb-enirdi. Danışığında, hərəkətlərində qəti, cəsarətli, sərbəst və çox görüb-götürmüş 

adamlara məxsus bir təbiilik vardı. 

Onun bu filmdə iştirakı ekspedisiya üzvləri arasında mühüm hadisə hesab olunurdu. Hətta, gənc 

aktrisalardan Durnaya həsəd aparanlar da vardı. Onun Durnaya münasibəti çox incə və 

hörmətkaranə idi. Bu, mərhəmətfi bir təbibin öz xəstəsi ilə olan mülayim və yumşaq rəftarına 

bənzəyirdi. O, Durna üçün çətinlik törədəcək heç bir hərəkətə yol vermir, hətta, rejissorun bəzən 

haqlı iradlarına qarşı onu nəzakətlə müdafiə edir, qızın keçirdiyi və ya keçirmış olduğu 

iztirabların nədən ibarət olduğunu bilməsə də, bunu hiss edirmiş kimi görünürdü. 

Durna ilə danışdığı zaman səsi incə bir musiqi kimi axır, burun pərləri daha az tərpənir və adəti 

xilafına olaraq, baxışlarındakı hakim itilik mehriban bir hal alırdı. 

Onun belə münasibəti, gənc qadında özünə qarşı hörmət, təşəkkürə bənzər bir hiss doğururdu. 

Soltan, şikəst olmuş və bunun üçün də sevgilisindən uzaq qaçmağa çalışan bir qəhrəmanın 

faciəsini o qədər məharətlə ifa edirdi ki, Durna belə dəqiqələrdə onun yaşadığı duyğuların 

nəcibliyinə, hərəkətlərinin ülviyyətinə heyran olurdu. 

Filmin çəkilişində elə məqamlar gəlirdi ki, Durna öz sevgilisinin -Soltanın boynunu qucaqlamalı, 

saçlarını oxşamalı olurdu... və o, tərəddüd etmədən, qəlbinə heç bir günahkar hiss gəlmədən 

bütün bu hərəkətləri layiqincə yerinə yetirirdi. Əgər, bu dəqiqələrdə Soltanın qəlbində ona qarşı 

başqa bir duyğunun, məsələn, odlu bir ehtirasın təlatümə gəldiyini desəydilər, heç şübhəsiz ki, 

Durna inanmaz, hətta, təəccüb edərdi... 

Lakin, görünür ki, burada təəccüb ediləcək bir hal da yoxmuş... 

Bir dəfə axşamçağı Durna təkbaşına gəzməyə çıxmışdı. (Bu, filmin artıq çəkilib qurtarmaq üzrə 

olan zamanlarında idi.) Günəş qüruba enirdi. Meşəni dağlardan qopan sərin axşam yeli zaman-

zaman dalğalandırırdı. İndi Altın taxta səhərki kimi gülümsəmirdi, tutqun və qayğıh görünürdü. 

Lalələrin ahəstə yellənişində pərişan bir hal vardı... Otlayıb doymuş bir qulun başım dik tutaraq, 

uzaqlara baxırdı... Qayahqlarda bəzən kəklik səslənir... sonra her şey yenə də kədərli sükuta 

dalırdı. Kəklikotuların ətri havanı bürümüşdü. Bəzi otlar var ki, onların ətri nə qədər gözəl olsa 

da, yenə könülaçıcı olmur... Kəklikotu da belələrindəndir. İnsan qoxladıqca, özündə uzaq və 

qəmgin xatirələrin təsirinə bənzər bir şey hiss edir. 

Durna, qarşısında sakitcə dayanmış quluna baxır, «ehtimal ki, heç bir qayğısı yoxdur» deyə 

fıkirləşirdi. Birdən haradasa at kişnədi. Qulun dərhal qulaqlarını şəklədi. Cavab olaraq, özü də 

kişnədi. Sonra oynaqlaya-oynaqlaya qaçıb, balaca təpənin ardında gözdən itdi. «Yəqin ki, anası 

çağırdı» deyə Durna xəyala daldı. Keçmiş günlər, uşaqlıq çağları yadına düşdü. O da beləcə 

dərdsiz-qəmsiz bir uşaq idi. Nə yar vardı, nə hicran. O da bu balaca qulun kimi anasının səsini 

eşidəndə, qaçıb dizlərinə qapanardı... Bir istəyi olanda, dodaqlarını büzərək, ona söylərdi. Anası 

da şirin-şirin gülümsəyərək, onun uşaq arzularını yerinə yetirərdi. Lakin o böyüdü və bu arzular 

da dəyişdi... Ana isə, uzaqlarda qaldı. Ah, o heç böyüməsəydi... Uşaqlığın o məsum sevincləri ilə 

anasının qolları arasında gözlərini əbədi olaraq qapasaydı... 

Bayaqdan bəri Durnanı boğan göz yaşları birdən-birə qabağı açılmış bulaq kimi axmağa başladı. 

Əlləri ilə üzünü qapayaraq, için-için hönkürdü. Çiyinləri tez-tez qalxıb-enir, əsəbi bütün 

vücudunu sarsıdırdı. 

Birdən lap yaxınlığında bir səs eşitdi: 

- Sizə nə olub, Durna xanım? 

Əllərini üzündən çəkərək, Soltanı qarşısında gördü. Onun bu nagahani zühuru Durnada təəccüb 

və ya çəkingənlik doğurmadı. O, əlləri ilə üzünü qapayaraq, cavab vermədi. 

Soltan onun yanında diz çökərək, əlini yavaşca çiyninə qoyub, təkrar soruşdu: 

- Siz Allah, axı, nə olub? 

Lakin Durna cavab vermir, çiyinləri daha da tez-tez qalxıb-enirdi. Bu zaman Soltan yerə 

oturaraq, o biri əlini də yavaşca onun əlləri üzərinə qoydu, yavaş və riqqətli səslə soruşdu: 




-

 

Nə üçün dərdinizi məndən gizlədirsiniz, Durna? 



 Durnanın başı qeyri-iradi bir hərəkətlə onun çiyninə düşdü. Soltan onun əlini üzündən 

götürərək, öz əlində saxladı və qəti hərəkətlə qızın islaq, qapalı gözlərindən öpdü. Lakin 

Durna göz qapaqlarını qaldırmadı. O indi özünü mehriban bir insan ünsiyyətinə sığınmış 

kimi hiss edirdi. Bu, incimiş, əzab çəkmiş gənc bir qəlbin təsəlli tapdığı ülvi bir hiss idi. 

Lakin, getdikcə, oğlanın təmasından, qızın uzun və müztərib gərginlik keçirmiş əsəblərinə 

bihuşedici nə isə axaraq, bütün vücudunu məst edirdi. 

Birdən o, dodaqlarında sürəkli, odlu öpüş hiss etdi və gözlərini dəhşətlə açaraq, onu iki qolları 

arasına almış kişiyə baxdı. Eyni anda Soltan qaba bir ehtirasla düz onun gözlərinin içinə baxdı. 

Onun baxışlarında indi elə yırtıcı, elə vəhşi və eyni zamanda, elə cazibəli bir ifadə vardı ki, gənc 

qadın bütün vücudu ilə titrəyərək qalxmaq istədi. Lakin oğlanın ikinci busəsi ilə onun 

müqaviməti zəiflədi və o, halsız yarımbayğınlıq içində gözlərini qapadı... 

* * *

 

Həmin günün səhəri Durna xəstələndiyini və heç vəchlə qala bilməyəcəyini direktora bildirərək, 



şəhərə qayıtdı. Qaynanası onu görərkən sevindi, dodaqlarını bir-birinə sıxaraq, dərdli-dərdli 

gülümsədi. 

-Xoş gəldin, ay qızım, sənsiz lap qərardan kəsilmişdim. 

Durnaya elə gəldi ki, bu bir ayın içində qaynanası on il qədər qocalmışdır. 

Qaynanası başqa daha heç bir söz demədi. Bu o demək idi ki, yenə də məktub yoxdur. 

Durna bütün gəlinlik müddətində, ilk dəfə olaraq, qaynanasının üzünə şax baxa bilmədi. 

Paltarını dəyişmək üçün öz otağına keçərkən, onu müdhiş bir qorxu bürüdü. Öz nişanlısı ilə 

qanuni ər-arvad kimi birinci dəfə görüşmüş olduğu bu otağa o, indi yad adamın ağuşundan 

çıxaraq gəlirdi. Ona elə gəldi ki, otağın hər küncündən onun üzünə bir cüt göz zillənib və bu 

gözlər onun yanaqlarına, dodaqlarına yapışan o yad öpüşləri gorür... 

O, bədənində bir üşütmə duyaraq, başını qaldırıb, Eldarın divardakı böyük əksinə baxdı. 

Eldar qəribə bir ifadə ilə gülümsəyirdi. Onun ağıllı baxışları qarşısında Durna titrəyirdi. Sanki 

Eldar, vaxtilə həyat yoldaşı olmuş, əhd-peyman etmiş, lakin ərinin ayrılığından hələ on ay 

keçməmiş yad qollar arasında bayğın dəqiqələr keçirmiş bu qadına acıyırdı. 

Durna onun sözlərini xatırladı: «Hər şeyi gələcək göstərər...» Və utanırmış kimi əlləri ilə üzünü 

örtərək, çarpayıya yıxıldı. Bütün günü başını qaldırıb ananın üzünə baxmağa cəsarət etmədi. 

Qaynanası onun xəstə olduğunu güman edərək: 

- Həkim çağınmmı, qızım? - dedi. Durna vahimə ilə əllərini tovlayaraq: 

- Yox, ana, lazım deyil, - dedi. 

Və o gecə dəhşətli bir yuxu gördü. Gördü ki, Eidar Altın taxtanın lalələri arasında qızıl qanlar 

içində uzanmışdır... Durna, onun üzərinə əyilərək, qapalı gözlərindən öpmək istəyir... Lakin, nə 

qədər çalışırsa, müvəffəq ola bilmir... Elə bil ki, nəsə, naməlum bir qüvvə, görünməz bir əl onu 

tutub saxlayır. Eldar göz qapaqlarını qaldırır və onu görərək gülümsəyir. 

Ah, bu təbəssüm... Durna bütün vücudu ilə titrəyir və qışqırır. 

- Eldar, əzizim, mənəm, mən!.. 

Lakin, Eldar cavab verməyərək, hey gülümsəyir. 

Durna ağlamaq istəyir... Lakin gözlərindən yaş çıxmır... Səsi qəribə, boğuq bir xırıltıya çevrilir. 

Kimsə onu tərpədir... 

Durna diksinərək, gözlərini açdı və əlində su, onun üzərinə əyilmiş qaynanasının sakit, mehriban 

üzünü gördü. 

Qaynanası zəifcə gülümsəyərək dedi: 

- Deyəsən, yuxu görürdün, qızım... al, su iç... 

Durna key bir qorxu ilə qaynanasının gözlərinə baxdı və ona elə gəldi ki, bu gözlərlə onun 

oğlunun gözləri arasındakı oxşayışı birinci dəfədir ki, görür... O, bu gözlərdən öpmək arzusu ilə 

qaynanasının boynuna sarıldı... Lakin, qaynanasının baxışlarındakı o ülvi nur gərıc qadını 

dondurdu. O, öz günahkar dodaqlarını bu müqəddəs gozlərə toxundurmağa cəsarət etmədi... 

Qolları boşalıb yanına düşdü... 

- Su iç, qıznn, - qaynanası hiss ediləcək bir həyəcanla təkrar etdi. 




Durna titrək əlləri ilə stəkanı alıb başına çəkdi. Soyuq su onun əsəblərində bir canlanma əmələ 

gətirdi. Gülümsəməyə çalışaraq: 

- Niyə narahat olursan... Get yat, - dedi. 

Ananın gözləri yaşardı və o, bunu gəlininə göstərməmək üçün çevrilib otaqdan çıxdı. 

Durna ayağa qalxdı. Qıçları titrəyir, gicgahları od tutub yanırdi... O, çarpayının kənarından 

yapışaraq, bir-iki addım atdı. Sonra dayanıb, Eldarın gecə çırağının zəif ziyası ilə işıqlanmış 

şəklinə baxdı və titrəyərək döşəməyə yıxıldı. 

Durna gözlərini açdığı zaman başı üzərində ağ xalatlı gənc bir qız gördü. O, çarpayıya və qıza 

təəccüblə baxaraq, zəif, taqətsiz halda: 

- Bu nədir, bacı, mən xəstəyəm? - dedi. Qız diksinərək başını qaldırdı və: 

- Bəli, çox xəstəydiniz, - dedi. - Sonra qalxıb o biri otağa yüyürdü. Bir dəqiqə çəkmədi ki, 

qaynanası ilə geri qayıtdı. Qaynanası onun alnından öpərək: 

- Şükür Allaha, qızım... Axır ki, ayıldın. Mən bilirdim kı, ayılacaqsan. Ürəyim sakit idi. Bala... o 

məni heç vaxt aldatmayıb; həkimlər məni qorxudurlar ki, ay nə bilim, beyin sətəlcəmidir, 

filandır... Ancaq mən hiss edirdim ki, ayılacaqsan. 

Sonra qaynanası nəsə şad şey söyləmək istədi və birdən nə düşündüsə, susdu... 

Getdikcə sağalması Durnanı sevindirə bilmirdi. Çirkin bir ləkə kimi qəlbinə yapışmış o günahkar 

xatirə ona cəhənnəm əzabı verirdi. 

Bir gün, qaynanası əlində kağız, onun çarpayısına yaxınlaşaraq: 

Qızım, dedi, ayılanda demədim... Fikirləşdim ki, hələ zəifsən, üzülərsən. Budur, gör sənə nə 

verirəm. 

Duma bir anda yerindən qalxaraq məktubu qapdı. Dərhal imzasına baxdı və Eldarın adını 

gordükdə, xəfifcə içini çəkərək, məktubu ürəyinə sıxdı. 

Qaynanası bəxtiyar bir təbəssümlə: 

- Düşmənin arxasındaynıış, qızım, - dedi, - ona görə kağız yaza bilmirmiş. 

Durna hələ də bu məktubu sinəsində tutmuşdu. 

 «Görəsən, Eldar onu bağışlayacaqmı?» 



 1941

 

 



Yüklə 56,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə