Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   2   3   4   5   6   7   8   9   ...   24

191

ekoloji  təhlükə  sahəsi  olan  marjinal 

mühitdə  yaşaması  bu  problemləri 

daha  da  mürəkkəbləşdirir.  Yoxsulla-

rın  subtropik  quraqlıqlar  və  dağətəyi 

çöllər  kimi  ekoloji  təhlükənin 

yüksək  olduğu  və  bioloji  və  resurs-

ların  məhsuldarlığının  aşağı  olduğu 

yerlərdə yaşaması artan tendensiyaya 

çevrilmişdir. Torpaq və digər təbii ehtiyatlardan istifadə imkanının məhdud ol-

ması kənd yerlərində yoxsulluğun digər əsas aspektlərindəndir – ucqar yerlərdə 

yaşayan yoxsul insanların yarısından çoxu kifayət qədər gəlir əldə etməyə im-

kan verməyən çox kiçik torpaq sahələrinə malikdirlər, onların təqribən dörddə 

biri  isə  ümumiyyətlə  torpaqsızdır.  Beləliklə,  həm  ekoloji  şərait,  həm  də  təbii 

ehtiyatların müxtəlifliyindən istifadə etmək imkanı yoxsul insanların öz həyat 

şəraitlərini təmin edə bilməsi üçün əhəmiyyətlidir. “Müxtəliflik” əsasdır, belə ki,  

yoxsul insanların ekoloji şərait dəyişdikdə təbii ehtiyatlardan istifadəni davamlı 

olaraq diversifikasiya edə bilmələri üçün seçimlərinin olması şərtdir.          

Azərbaycan kontekstində, yaşamaq üçün vasitələr və ətraf mühit arasında-

kı əlaqəni təsvir edən ən nümunəvi hal torpaq resurslarının idarə edilməsidir. 

Azərbaycan əhalisinin yarısının kənd yerlərində yaşadığını nəzərə alsaq, kənd 

təsərrüfatı  üçün  yararlı  olan  torpaqların  saxlanması  və  təbii  ehtiyat  bazasının 

mühafizə  edilməsi  xüsusilə  əhəmiyyətlidir.  Keçmiş  illərdə  keçid  dövrünün 

problemlərinin  və  kənd  təsərrüfatı  sektorunda  aparılan  mövcud  islahatların 

nəticəsi olaraq torpaqların məhsuldarlığını azaldan müxtəlif fenomenlər yaran-

mışdır: əkin növbəliliyinin pozulması; örüş və otlaqlardan ifrat istifadə; kom-

mersiya məqsədilə meşələrin qeyri-qanuni surətdə qırılması; irriqasiya və drenaj 

sistemlərinin pis vəziyyətdə olması və s. Bu cür təcrübənin nəticəsi kimi torpaq-

ların 43%-i eroziyaya məruz qalmış, 20%-i duzlaşmış, örüşlərin 70%-i deqrada-

siyaya uğramış və torpaqların məhsuldarlığı azalmışdır. Nisbətən kiçik ölçülü 

(təqribən 1-3 ha) torpaqlara sahib olma və torpaqların deqradasiyası problemi, 

40 faizi kənd təsərrüfatını əsas gəlir mənbəyi kimi görən kənd əhalisinin rifahına 

mənfi təsir göstərir və kənd yerlərində yoxsulluğun yaranmasının əsas amilinə 

çevrilir.  



Ətraf mühit və sağlamlıq

Ətraf mühit insanların sağlamlığına bir neçə yolla – müxtəlif fiziki, kimyəvi 

və bioloji risk faktorlarına məruz qoymaqla təsir göstərir. Ümumdünya Səhiyyə 

Təşkilatına görə beş ən böyük ekoloji risklər – yararsız su və normalara cavab 

verməyən sanitariya şəraiti, qapalı məkanlarda tüstü, qurğuşun təsirinə məruz 

Biomüxtəliflik

 

Yer kürəsində həyatn 

müxtəlifliyidir. O, əhali qruplarnda fərdlər 

və ya bitkilərin fəsilələri  arasndak kimi  

genetik səviyyədə mövcud olan müxtəlifliyi 

– növlərin, ekosistemlərin və yaşayş 

mühitinin müxtəlifliyini ehtiva edir.  



192

qalma,  ətraf  havanın  çirkli  olması  və  iqlimin 

dəyişməsi – qlobal miqyasda ölüm və xəstəlik 

hallarının  10%-nə  və  5  yaşından  aşağı  uşaq-

lar arasında ölüm və xəstəlik hallarının dördə 

birinə görə cavabdehdir. 

Qapalı  və  açıq  məkandakı  çirkli  hava, 

içməyə  yararsız  su  və  qeyri-təkmil  sanitari-

ya  şəraiti  nəticəsində  yaranan  xəstəliklərin 

əsas yükünü kasıb ölkələrdə yaşayan, xüsusilə 

məhrumiyyətlərlə  üzləşən  insanlar  daha  çox 

hiss edirlər. Qapalı məkanda havanın çirkli ol-

ması inkişaf etməkdə olan ölkələrdə təqribən 2 

milyon adamın vaxtından əvvəl ölməsinə səbəb 

olur ki, bu da digər ölkələrdə yaşayan adamlar-

la müqayisədə İİİ aşağı olan ölkələrdə 11 dəfə 

çox adamın ölməsi deməkdir. Bu ölüm halla-

rının yarısından çoxu pnevmaniya səbəbindən 

5 yaşından aşağı uşaqlar arasında yayılmışdır. 

İİİ  aşağı,  orta  və  yüksək  olan  ölkələrdə 

yaşayan  qruplar  ətraf  havanın  çirklənməsi 

səbəbindən daha böyük risklə üzləşirlər. Şəhər 

yerlərində çirkli havanın dünyada hər il 1.3 mil-

yon  insanın  ölümünə  səbəb  olması  müəyyən 

edilmişdir. Orta gəlirli ölkələrdə yaşayan əhali 

bu yükə qeyri-bərabər qatlanır. 

İqlimin  dəyişməsi  malariya  və  denge 

qızdırması  kimi  tropik  xəstəlikləri  yaymaq-

la və əkinlərin məhsuldarlığını azaltmaqla bu 

fərqlərin daha da kəskinləşməsi təhlükəsini ya-

radır. 

Çirkli  su  və  standartlara  cavab  verməyən 



sanitariya və gigiyena şəraiti dünyada yayılan 

xəstəliklərin  10  başlıca  səbəblərindəndir.  İİİ 

aşağı  olan  ölkələrdə  hər  10  adamdan  6-sının 

təmiz  su  əldə  etmək  imkanı  məhduddur,  10-

dan  4-ü  sanitariya  standartlarına  cavab  verən 

tualetlərə  malik  deyildir  ki,  bunlar  da  pis  qi-

dalanma  və  xəstəliklərin  yaranmasına  gətirib 

çıxarır. Diareya xəstəliyi səbəbindən baş verən 

ölüm halları (88%) çirkli su və normalara ca-

 

 



 

 

Haşiyə  7.4 Azərbaycanda insan 



sağlamlğ və ətraf mühitin vəziyyəti  

Əldə olan məlumatlar göstərir ki, 

zərrəciklərlə çirklənmə insan sağ-

lamlğ üçün daha ciddi təhlükə 

yaradr. Hesablamalara görə zərrə-

ciklərlə çirklənmə Azərbaycanda hər 

il 1450-3800 vaxtndan  əvvəl ölüm 

və 9800 xroniki bronxit və digər 

tənəffüs yollar xəstəliklərinin 

törəməsinə səbəb olur.  

Son illər  ərzində Azərbaycanda 

sanitariya normalar və təmiz su əldə 

etmək imkanlar yaxşlaşsa da, bu 

sahələrdə problemlər qalmaqda 

davam edir. Ucqar rayonlarn 

əhalisinin 2002-ci ildə yalnz 62%-

nin təmiz su əldə etmək imkan 

vardsa, 2010-ci ildə bu rəqəm 71% 

olmuşdur, lakin bu rəqəm orta səviy-

yədən yuxar gəlirlər  əldə edən 

ölkələrin orta göstəricisindən aşağ-

dr və diareya 5 yaşndan aşağ uşaq-

lar arasnda ölüm hallarnn 8%-nə 

səbəb olur. 

Sovet dövründə ekoloji cəhətdən 

qaynar nöqtə kimi tannan Sumqayt 

şəhərində son illərdə çirklənmənin 

illik səviyyəsində azalmalar müşa-

hidə edilmişdir. Bununla belə yğlb 

qalmş və mövcud zərərli maddələr 

sağlamlğa ciddi təhlükə (xüsusil 

uşaqlarda) yaratmaqda davam edir.    

Digər ekoloji təhlükə neftçxarma 

sahələrinin yaxnlğnda yerləşən 

yaşayş obyektlərinin radioaktiv tə-

sirə məruz qalmasdr ki, bu da 

xüsusilə uşaqlarda leykimiya və 

radioaktiv təsir nəticəsində inkişaf 

edən digər xəstəliklərin yaranmasna 

səbəb olur.  



Mənbə: Azərbaycann  Şəhər Ekolo-

giyas Profili, 2005, Asiya İnkişaf 

Bank; Ümumdünya Səhiyyə Təş-

kilatnn  hazrladğ Azərbaycann 

Səhiyyə Profili; Ümumdünya Bank-

nn məlumat bazas 


Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə