Fesil indd


Qrafik 7.1: Ətraf mühitin Kuznets əyrisi: inkişaf-ətraf mühit əlaqəsi



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   2   3   4   5   6   7   8   9   ...   24

186

 Qrafik 7.1: Ətraf mühitin Kuznets əyrisi: inkişaf-ətraf mühit əlaqəsi

Sənaye iqtisadiyyatı yüksək dərəcədə xammal-əsaslı olmaqla yanaşı qeyri-

davamlı inkişaf modelidir və aşağıdakılarla xarakterizə oluna bilər: 

-  Yenilənməyən təbii ehtiyatların sürətlə tükənməsi;

-  Yenilənən  resursların  (torpaq,  meşələr  və  s.)  artma  və  yenilənmə 

sürətindən artıq səviyyədə istismarı;  

-  Təbiətin  absorbasiya  qabiliyyətini aşan  dərəcədə  çirklənmə  və  tullantı 

istehsalı. 

Bu  iqtisadi  inkişaf  modelinin  üstünlük  təşkil  etməsi  bu  vaxta  kimi 

görünməmiş  miqyasda  ekoloji  deqradasiyaya  səbəb  olmuşdur.  Son  zamanlar 

ekologiya sahəsindəki meyllər bir neçə cəbhədə insan inkişafı, xüsusilə, insan 

yaşayışını təmin etmək üçün təbii ehtiyatlardan birbaşa asılı olan milyonlarla 

adam üçün mənfi nəticələrə gətirib çıxaran pisləşmə nümayiş etdirir: 

•  Qlobal  miqyasda  torpaqların  təxminən  40  faizi  torpaq  eroziyasının, 

məhsuldarlığın  azalmasının  və  genişmiqyaslı  örüşün  nəticəsi  olaraq  deqrada-

siyaya  uğramışdır. Torpağın  məhsuldarlığı  azalır  və  ən  əlverişsiz  ssenarilərdə 

məhsul itkisi 50 faizə çatır. 

•  Suyun  70-85  faizi  kənd  təsərrüfatı  məqsədləri  üçün  istifadə  edilir  və 

qlobal dən istehsalının təqribən 20 faizi gələcək kənd təsərrüfatının inkişafını 

təhlükəyə məruz qoymaqla sudan qeyri-davamlı istifadə edir. 

•  Meşələrin  qırılması  əsas  problemdir.  1990  və  2010-cu  illər  arasında 

Latın Amerikası və Karib hövzəsi, Saharanın cənub bölgələri daha sonra Ərəb 

ölkələri ən böyük meşə itkisi ilə üzləşmişlər. Digər bölgələrdə az miqdarda meşə 

örtüyünün artması müşahidə olunur. 



187

•  Səhralaşma  dünya  əhalisinin  üçdə  bir  hissəsinin  yaşadığı  quraqlıqlara 

təhlükə yaradır. Bəzi bölgələr, xüsusilə, cənubi Sahara böyük təsirə məruz qalır. 

•  Mənfi ekoloji faktorların gələcək bir neçə on illiklər ərzində dünya ərzaq 

qiymətlərinin 30-50% qalxmasına və kasıb əhalini ağır təsirlərə məruz qoyacaq 

qiymətlərin dəyişkənliyinə səbəb olacağı gözlənilir. 

Bir  çox  faktorlar  ekoloji  məhrumiyyətlərə  səbəb  olur  ki,  bu  cür 

məhrumiyyətlər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə fərqlidir. Haşiyə 

7.2-də  inkişafın  müxtəlif  səviyyələrində  olan  ölkələrdə  mövcud  olan  ən  tipik 

ekoloji risklər öz təsvirini tapmışdır. 

Ekoloji  deqradasiyanın  müəyyən  edilməsində  çoxsaylı  faktorların  rolunu 

təsvir edən ilk cəhdlərdən biri Amerikan ekologiya mütəxəssisi Pol Ehrlix (Paul 

Ehrlich) və fizik Con Holdren (John Holdren) tərəfindən irəli sürülmüş İPAT 

bərabərliyi idi. O, əhalinin (P), sərvətin (A) və texnologiyanın (T) ətraf mühitin 

məruz qaldığı təsirə (İ) multiplikativ töhfəsini təsvir edir.          



I= P x A x T

Ətraf  mühitə  təsir  (I)  resursların  tükədilməsi  və  tullantıların  toplanması 

baxımından ifadə oluna bilər; əhali (P) ümumi əhali sayının ifadə edir; sərvət 

(A) həmin bu əhalinin istehlak səviyyəsini ifadə edir; texnologiya (T) resursları 

əldə etmək və bu resursları faydalı məhsula və tullantıya çevirmək üçün istifadə 

edilən prossesi ifadə edir. Bu düstur ilk dəfə artan dünya əhalisinin ətraf mühitə 

töhvəsini ifadə etmək üçün istifadə edilmişdir, lakin o zaman dünya əhalisinin 

sayı hazırda olduğundan iki dəfə az idi.   

Düstur müxtəlif ölkələrin ətraf mühitlə bağlı öhdəliklərinin səviyyəsini ümu-

mi şəkildə müəyyən etməyə imkan verir. Əhali artımının 90% inkişaf etməkdə 

olan ölkələrin payına düşür, bu da təbii resurslar üzərində daha böyük ağırlıq ya-

radır. BMT-nin proqnozlarına görə 2050-ci ildə dünya əhalisinin sayı 9.5 milyar-




188

da çatmış olacaq. Buna görə də həmin ölkələr əhalinin (P) sayını sabitləşdirmək 

və onun ətraf mühitə olan təzyiqini (İ) azaltmaq üçün təcili olaraq öz demoqrafik 

siyasətlərini yenidən nəzərdən keçirməlidirlər. İnkişaf etmiş və keçid iqtisadiy-

yatı dövründə yaşayan ölkələr nəqliyyat vasitələrinin, sənaye müəssisələrinin və 

digərlərin səbəb olduğu çirklənmənin səviyyəsini azaltmaq üçün qabaqcıl texno-

logiyalar tətbiq etməlidirlər.   

İnkişaf etmiş ölkələr isə öz növbəsində, özlərinin istehlak modelini yenidən 

nəzərdən  keçirməlidirlər.  İnkişaf  etmiş  ölkələrdə  dünya  əhalisinin  beşdə  bir 

hissəsinin yaşamasına baxmayaraq

onlar  qlobal  enerji  resurslarının 

70%-ni,  metal  resurslarının  75%-

ni və meşə resurslarının 85%-ni is-

tehlak  edirlər.  İstehlak  çox  zaman 

inkişaf  etməkdə  olan  ölkələrin  he-

sabına  baş  verir,  belə  ki,  onlar  bu 

resursları təchiz edən, ətraf mühiti 

çirkləndirən sənaye müəssisələrinin 

yerləşdiyi  və  mənfi  ekoloji 

nəticələrin ziyanını çəkən yerlərdir. 

Bu  baxımdan,  davamlı  inkişaf 

kontekstində  fayda  və  zərərlərin 

ədalətli bölgüsü prinsipini nəzərdən 

keçirmək  əhəmiyyətlidir.  Təqribən 

on il bundan əvvəl Amartya Sen da-

vamlılıq və ədalətin birgə nəzərdən 

keçirilməsi  haqqında  bir  ssenari 

irəli sürdü. UNDP-nin İnsan İnkişa-

fı haqqında 2011-ci il Hesabatı is-

tehlak, davamlılıq və insan inkişafı 

arasındakı  əlaqəni  təhlil  edir  (bax: 

Haşiyə 7.3).       

Ədalətsiz  ekoloji  məsuliyyətin 

nümunəsi  kimi  ölkənin  iqtisadi  in-

kişafının  iqlimə  göstərdiyi  ekoloji 

təsirə  görə  məsuliyyət  daşıyan  kar-

bon  dioksidin  emissiyası  modelinə 

nəzər salaq. Belə ki, maşın sürmək, 

hava  soyuducularından  və  təbii 

yanacaq  əsasında  çalışan  elekt-

rik  enerjisindən  istifadə  kimi  bö-



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə