FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə15/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   11   12   13   14   15   16   17   18   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Livanda işləmək qabiliyyəti olanların təqribən 7 faizi iri torpaq sahibkarlığı üstünlük təşkil edən kənd təsərrüfatı sahələrində çalışır. Ölkədə təqribən 400 min ha sahə becərilir. Bunun dörddə biri suvarılır. Sitrus meyvələri, alma, zeytun və tərəvəz yetişdirilməsi nisbətən yaxşı inkişaf etdirilmişdir. Üzümçülük və tütünçülüyün də rolu az deyil. Hər il orta hesabla 330-360 min ton sitrus meyvələri (əsasən portağal və limon), 200 min ton alma, 40 min ton zeytun yığılır. Əldə olunan məhsulun xeyli hissəsi qonşu Ərəb və Avropa ölkələrinə ixrac olunur. Dənli bitkilərdən arpa, buğda, texniki bitkilərdən şəkər çuğunduru və tütün əkinləri üstünlük təşkil edir. Heyvandarlıq kənd təsərrüfatının geri qalmış sahəsidir. Quşçuluq vəbalıqçılıq nisbətən inkişaf etmişdir. Yerli əhalinin qida rasionunun əsasını buğda, paxlalı bitkilər vətərəvəz təşkil edir. Ərzaqla özünü təminat təqribən 30 faiz həddindədir.
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Livanda avto-mobil nəqliyyatı nisbətən yaxşı vəziyyətdədir. Şosse yollarının uzunluğu təqribən 6700 km-dir. Vətəndaş müharibəsi başqa sahələrdəolduğu kimi yol təsərrüfatına da böyük ziyan vurmuşdur. Livandan avtomobil yolu ilə Suriyaya, İsrailə getmək mümkündür. Ölkədədəmiryollarının uzunluğu çox deyil (cəmi 222 km). Qonşu ərəb ölkələrindən çıxarılan neftin bir qismi boru kəmərləri vasitəsilə Livan portuna gəlib çıxır. Beyrut, Tripoli vəSayda ölkənin ən böyük dəniz portları və magistral neft kəmərlərinin son nöqtələridir. Hava nəqliyyatına «Midl end eyrlayn» şirkəti nəzarət edir. Turizm. Livan iqtisadiyyatında özünəməxsus yer tutur. 2003-cü ildə Livana təqribən 800 min xarici turist gəlmişdir. Turizmdən gələn gəlir təqribən 1,0 mlrd. həcmində olmuşdur. Livan ənənəvi turizm ölkəsidir. İkinci Dünya müharibəsindən sonra valyutaların sərbəst mübadiləsi, sadələşdirilmiş gömrük qaydaları, həmçinin qonşu ölkələrlə müntəzəm rabitə sayəsində turizm sahəsindən gələn gəlirlər 1950-1975-ci illərdə on dəfədən çox artmışdır. Sonrakıillərdə ölkədəki silahlı qarşıdurmalar və iri mehmanxanaların dağıdılması nəticəsində turizm tənəzzülə uğramışdır. 1990-cı illərin ortalarından Livan iqtisadiyyatındakı turizm sektorunun mövqeləri qismən bərpa olunmuşdur. 2005-ci ildə ölkəyə gələn turistlərin sayı1,1 mln, turizmdən əldə olunan gəlir isə 5,4 mlrd. dollar təşkil etmişdir. Bu göstəricilər daha yüksək ola bilərdi. Lakin ölkəərazisindəki qeyri-sabitlik turizmin daimi inkişafını məhdudlaşdırır.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə