BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası
2015
UOT 553.3/4:553.2
BÖYÜK QAFQAZ MEQANT
İKLİNORİUMUNUN
DURUCA T
İKİŞ ZONASINDA AŞKARLANMIŞ PERSPEKTİVLİ
ZONALAR VƏ NƏCİB METALLARA AXTARIŞ KRİTERLƏRİ
R.R.NƏZƏROVA
Bakı Dövlət Universiteti
nazarovaramila@gmail.com
Məqalədə Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində aparılan geoloji-
planalma və axtarış işlərinin nəticələri barədə məlumatların təhlili əsasında Duruca tikiş
zonasında müxtəlif tərkibli filizləşmə qeyd olunmuş Küngüt, Baş Küngüt, Daşağıl, Bədəldərə,
Başlay, Qızılqaya, Ağlıq, Filfili, Həmzəli, Şərqi Qırxbulaq, Qalacıq-Dəstəmazçay, Xalxal təza-
hürləri haqqında informasiya verilmişdir. Həmçinin mis-molibden, kükürd kolçedanı tərkibli və
sink, qurğuşun, qızıl, gümüş daşıyan filizlərdə faydalı komponentlərin tutumları göstərilmişdir.
Ayrı-ayrı vaxtlarda aparılmış geoloji - kəşfiyyat işləri nəticəsində bir sıra geoloji
faktorlar və axtarış kriteriləri müəyyənləşdirilmişdir.
Açar sözlər: Böyük Qafqaz, Duruca tikiş zonası, perspektivli zonalar, nəcib metallar
Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində aparılan geoloji
planalma, axtarış, kəşfiyyat işləri nəticəsində geniş nailliyyətlər əldə edilmiş,
müxtəlif metal filizlərinin harada yayılması və ola biləcəyinə istiqamət verən
bir sıra struktur-litoloji bölgülər ayrılmışdır.
Tfan struktur-formasiya zon
ası Böyük Qafqaz meqantiklinoriumunun ən
böyük struktur elementi olub, Yura çöküntülərindən təşkil olunmuşdur. Bu
zona Filizçay, Kasdağ, Mazımçay, Saqator, Katex kimi kolçedan-polimetal və
mis-
kolçedan yataqlarının formalaşmasında mühüm yer tutur.
Tfan struktur-
formasiya zonasının ən aşağı yarım zonası Duruca tikiş
zonası ilə qurtarır.
Duruca tikiş zonası müxtəlif tərkibli filizliliyi ilə xarakterizə olunur və bir
sıra perspektivli təzahürləri özündə cəmləşdirir. Misal olaraq Küngüt, Baş
Küngüt, Daşağıl, Bədəldərə, Başlay, Qızılqaya, Ağlıq, Filfili, Həmzəli, Şərqi
Qırxbulaq, Qalacıq-Dəstəmazçay və Xalxal təzahürlərini qeyd etmək olar.
Küngüt mis-
molibden təzahürü Küngütçayın yuxarı axınında Duruca
strukturunu cənubdan əhatə edən dərinlik qırılması boyu izlənilən mis, molib-
den və polimetal filizləşməsindən ibarətdir. Yan süxurlar gil şistləri, tuflar, tuf
138
qumdaşları və silisiumlu əhəngdaşlarından ibarətdir.
Götürülmüş sınaqlarda 0,018-0,049 % molibden; 0,1% mis; 0,1-0,37 %
sink; 0,12-
0,17 % qurğuşun; 0,4-1,4 q/t qızıl olduğu müəyyən edilmişdir.
Baş Küngüt mis-molibden təzahürü Küngütçayın orta axınında Baş
Küngüt kəndi yaxınlığında, Küngütçay-Zəyzitçay arası sahədə bir-birinə yaxın
ümumqafqaz istiqamətli tektonik pozulmalar boyu izlənilən, hidrotermal
dəyişilmiş, limonitləşmiş Üst Valanjin yaşlı tufalevrolit, tufqumdaşları və tuf-
kon
qlameratlarda yerləşən zonalardan ibarətdir. Birinci zonada 0,075 % mo-
libden; 0,8 q/t qızıl; 8,0 q/t gümüş təyin edilmişdir. Qalan zonalarda 0,4 q/t-
qızıl; 0,1-0,37 % mis; 0,1-0,4 % sink; 0,1-0,2 % qurğuşun aşkar edilmişdir.
Daşağıl mis-molibden təzahürü Daşağılçayın sağ sahilində, Baş Daşağıl
kəndinə yaxın, Vəndam struktur-formasiya zonasının Senoman və Turon
Konyak yaşlı karbonatlı süxurların tektonik təmaslarında turş tərkibli intruziv,
effuziv süxurlarda və bu süxurlarla yan süxurların təmaslarında, Daşağıl əyil-
məsi tektonik strukturasının mərkəz hissəsində yerləşir. Burada dörd filizləşmə
zonası aşkar olunmuş və 0,064-0,12 % molibden; 0,3% mis; 0,8 q/t qızıl; 6,4
q/t gümüş təyin edilmişdir.
Bədəldərə kükürd kolçedanı molibden təzahürü Duruca struktur-for-
masiya zonasını cənubdan əhatə edən Qaynar qırılması boyu Daşağılçayın sol
qolu Bədəldərənin yuxarı axınlarında, Qaynar dərinlik qırılması ilə cənubdan
Senoman yaşlı əhəngdaşlarında, tufalevrolitlərdə və tufqumdaşlarında rast gə-
linir. Molibdenin miqdarı 0,09 %; ayrı-ayrı sınaqlarda 0,013-0,015 % təşkil
edir. Mis, sink və qurğuşunun tutumu azdır.
Başlay təzahürü Qaşkaçay və Şinçay arasında Başlay stansiyasından 1
km şimal şərqdə yerləşir. Burada molibden-kolçedan-polimetal təzahürü terri-
gen-
karbonat tərkibli süxurlarda yerləşir. Başlay təzahüründə əsasən 3 filizləş-
mə zonası müşahidə olunur ki, burada da 0,1-1,2 % mis; 0,002-0,06 % molib-
den; 0,03-
0,8 % qurğuşun; 0,04-09 % sink; 12 q/t-a qədər gümüş müəyyən
edil
mişdir.
Qızılqaya təzahürü Küngütçayın sağ qolunda, Qoturçayın yuxarı axınla-
rında yerləşir. Yer səthində minerallaşma zonası 2,0 km məsafədə izlənib və
götürü
lən əksər sınaqlarda əyar analizlə qızılın tutumu 0,4-3,2 q/t müəyyən
edil
mişdir. Filiz saxlayan süxurlar qismən qrafıtləşmiş, pirit və başqa sulfıd
mineralları ilə zənginləşmiş gil şistlərindən ibarətdir. Bu süxurlarda pirit ümu-
mi kütlənin 3-8 %-ni təşkil edir
Ağlıq təzahürü də eyni tərkibli süxurlarda kvars və sulfıdlərlə zəngin-
ləşmə zonası kimi yer səthində fasilələrlə 5,0 km məsafədə izlənilmişdir. Zo-
nanın qalınlığı 3-15 m arasında dəyişir. Sınaqlaşdırma işləri nəticəsində 0,02-
0,05 % mis; 0,1-0,4 % sink; 0,05-
0,01 % qurğuşun; 0,2-9,75 q/t qızıl; 5,4-8,8
q/t gümüş müəyyən edilmişdir. Ağlıqçayın aşağı axınlarında şlixlərdə qızıl
nişanələri aşkar olunmuşdur.
Filfili təzahürü yer səthində Xalxalçay və Filfiliçay arası sahədə 1000-
1400 m yüksəklik fərqi ilə 2,0 km məsafədə sabit izlənir. Qalınlıq 10-20 m
139
arasında dəyişir. Qızılın tutumu 0,6-3,2 q/t təşkil edir.
Həmzəli təzahürü Həmzəçayın ilk sağ qolu və əsas dərəsi arasında
Duruca strukturu hüdudlarında yerləşir. Burada 3 minerallaşma zonası aşkar
edilmişdir.
I zona
qalınlığı 0,8-13,0 m olmaqla yer səthində 2,0 km məsafədə uzanır.
Bu zonada qızıl və gümüş qeyri-bərabər paylanır və onların tutumu uyğun
olaraq «iz» -
2,8 q/t və «iz» - 8,8 q/t arasında dəyişir.
II zona
sulfıd minerallaşması ilə müşayiət olunan qara rəngli gil şist-
lərindən ibarətdir. Zonanın cənubunda iriölçülü (diametri 50-60 sm) yastı kon-
kresiyalar saxlayan horizonta rast gəlinir və bu horizont sahilində Balıqlısuyun
sağ və sol sahilində uzanma boyu 250 m izlənir, kənarlarda gətirmə süxurlarla
örtülür. Minerallaşma əsasən pirit tərkibli olub (4-7%), möhtəvilər və yuvacıq-
lardan ibarət süxurların yatımına uyğun linza və damarcıqlardan təşkil olun-
muşdur. Linza və damarcıqların qalınlığı 1 sm-ə qədər olub, hər 10 sm-də 1-4
dəfə müşahidə olunur. Tək-tək sınaqlarda qızılın tutumu 0,4 q/t aşkar edilmiş-
dir.
III zona
Həmzəliçayın sol sahilində Qaynar dərinlik qırılması boyu aş-
kar edilmiş, intensiv sulfıd fılizləşməsi daşıyan qara rəngli tektonik brekçiya-
lardan ibarətdir. Zona üzrə 11 m qalınlıqda qızılın tutumu «izi» -1,2 q/t ara-
sında dəyişməklə orta tutumu 0,8 q/t, gümüşün isə orta tutumu 8,8 q/t təşkil
edir. Gümüşün tutumu bəzi sınaqlarda isə 40 q/t-a çatır.
Şərqi Qırxbulaq təzahürü struktur baxımdan Duruca tikiş antiklinalının
şərq hissəsinə düşür və şimaldan Zəngi, cənubdan Qaynar qırılması ilə hüdud-
lanır. Şərqi Qırxbulaq sahəsində “qara şist”lərdə 3 hidrotermal dəyişmiş zona
mü
əyyən edilmişdir ki, bunlardan da iki (II və III zonalar) zona nisbətən yük-
s
ək nəticəli hesab olunur:
II zona üzr
ə qızılın orta tutumu 0,8 q/t, gümüşün isə 7,6 q/t təşkil edir.
Zonanın uzunluğu 2420 m, eni isə 6 m-dir.
III zona üzr
ə qızılın orta tutumu 1,04 q/t, gümüşün isə 12,44 q/t təşkil
edir. Zonanın uzunluğu 8400 m, eni isə 7,0 m-dir. Ümumiyyətlə, götürülmüş
sınaqlarda qızılın tutumu 3,6 q/t, gümüşün tutumu isə 50,4 q/t-na qədər dəyişir.
Qızılın zonalar üzrə yayılmasının təhlilinin nəticəsi imkan verir ki, onun
yüks
ək tutumu üzvü karbon qalıqlar ilə zənginləşmiş argillitlərdə müşahidə
olunur. Bu s
əbəbdən, gilli siderit konkresiyalarında qızılın yüksək tutuma ma-
lik olması heç də təsadüfü deyildir.
Qalacıq-Dəstəmazçay təzahürü İsmayıllı inzibati rayonunda, Zaqatala
Qovdağ strukturunun cənub yamacında, Duruca struktur-formasiya zonasında
yerləşir. Zonanın geoloji quruluşunda Orta Yura, Tabaşir, Paleogen, Neogen və
Dördüncü dövr yaşlı çökmə, terrigen-çökmə, vulkanogen və vulkanogen-çök-
mə süxurlar iştirak edirlər.
Qalacıq-Dəstəmazçay filizləşmə zonası yer səthində dağ qazmaları və
təbii açılışlarla 10 km-dən artıq məsafədə izlənilmişdir. Lakin zonanın fasiləsiz
olaraq 3000 m məsafədə izlənilməsi müəyyən edilmişdir. Nəcib metallar
140
saxlayan zonanın qalınlığı 2,5m-dən 10 m-ədək (orta qalınlıq 4,5 m), tutumu
isə qızılda 0,4-1,6 q/t, gümüşdə 1,6-6,4q/t arasında dəyişir.
Filizləşmə zonasında aparılmış axtarış işləri nəticəsində aşağıdakı amillər
müəyyən olunmuşdur:
-
qızıl incə dispers şəklində olmaqla sulfidlərlə bağlıdır;
-
qızıl-sulfid formasiyası litoloji stratiqrafik nəzarətlə müşayiət olunur;
-
qızılın və gümüşün yerləşməsində aparıcı rol tektonik faktora, ümumiy-
yətlə, qırılma pozulmalarına uyğun gəlir;
-
hidrotermal məhlulların yuxarı horizontlara kanallarla qalxması üçün
Zəngi və Qaynar dərinlik qırılmaları müstəsna rol oynamışdır.
-
nəcib metallar əsas etibarı ilə içərisində üzvü qalıqların geniş yayılmış
olduğu argillit layları ilə əlaqədar toplanmışdır və C
üzvü
–
nin müəyyən miqdarı
ilə mütənasibdir.
Xalxal filiz təzahürü Oğuz rayonu ərazisinin Xalxal kəsimində yer-
ləşir. Aparılmış axtarış işləri nəticəsində Duruca tikiş zonasının Xalxal kəsimi-
nin mərkəzi hissəsinə, en dairəsinə yaxın istiqamətdə uzanan Aralıq zonasının
qızıl saxlayan litoloji struktur səviyyəsi müəyyən edilmişdir.
Qalxma blokunda zonanın parametrləri: uzanma istiqaməti 1700 m; yat-
ma istiqaməti 300 m; qalınlığı 6,2 m; qızılın tutumu 1,28 q/t, gümüşün isə 6,56
q/t təşkil edir.
Ayrı-ayrı vaxtlarda aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində bir sıra
geoloji faktorların və axtarış kriterlərini qeyd etmək olar ki, bunlar da aşağı-
dakılardan ibarətdir:
-
zonanın şimal və cənub sərhədlərində uyğun olaraq Zəngi və Qaynar ki-
mi fılizləşmə üçün əlverişli şərait yaradan regional dərinlik qırılmalarının ol-
ması;
-
filizləşmə üçün struktur-litoloji cəhətdən əlverişli sayılan zonaların ol-
ması;
-
fılizləşməyə əlverişli struktur-litoloji komplekslərin eninə və uzununa
qırılmalarla pilləli-blok xarakterli olması;
-
əvvəllər aşkarlanmış filiz təzahürlərinin və minerallaşma nöqtələrinin
olması:
-
filiz təbiətli geofiziki anomaliyaların olması;
-
Duruca və Vəndam struktur-formasiya zonaları boyu ayrı-ayrı sınaqlar-
da əlvan və nəcib metalların yüksək konsentrasiyalarının təyin edilməsi;
-
piritli, sulfidli və kvarsla zənginləşmiş süxurların geniş yayılması;
-
Böyük Qafqazın cənub yamacları üçün səciyyəvi olan fılizdaşıyıcı və
fılizyerləşdirici stratiqrafik səviyyələrin mövcudluğu;
-
Vəndam strukturunda fıliz əmələgəlmədə rolu ola bilən maqmatik sü-
xurların yayılması;
-
qızılın toplanmasında böyük rol oynayan üzvi karbon birləşməsi qalıq-
141
ları saxlayan süxurların geniş yayılması;
-
«qara şist» qatı ilə bağlı tapılan yataqların Duruca tikiş zonasındakı tə-
za
hürlərlə oxşarlığı (C üzvinin 3-7% arasında olması), sulfıdlərin ümumi süxur
kütləsinin 3- 5%- ni təşkil etməsi, qızılla C
üzvü
arasında mütənasib bağlılıq.
Duruca tikiş zonası daxilində ayrı-ayrı kriterilərin müqayisəsi zamanı on-
la
rın bir neçəsinin əhəmiyyətli və etibarlı olduğunu xüsusi qeyd etmək la-
zımdır.
Antiklinalın şarnir hissəsinə yaxın yerlərdə «qara şist»lərdə (məxsusi
qızıl -0,6- 1,2 q/t) və onun ətrafında bozumtul qara rəngli gil şistləri və qum-
daşı laycıqlarının növbələşməsi qatında müxtəlif istiqamətli çatlarla dolmuş
kvars (sarımtıl südlü rəngdə), sulfıd damarcıqları olan qatlarda (epigenetik qızıl
l-
3,2q/t) qızılın olma ehtimalı daha çoxdur.
Duruca və Vəndam struktur-formasiya zonalarının tektonik təmasında
sul
fidlərlə zənginləşmə zonalarında molibdenin tutumu 0,01 -0,03% -dən yu-
xarı olan yerlərdə səthdə oksidləşmə nəticəsində əmələ gəlmiş qara rəngli qalıq
materialların toplantılarının olması müşahidə olunur.
Əsasən bu kriterilərə malik zonaların izlənilməsi qızıl yataqlarının axta-
rışında müsbət nəticələrə gətirib çıxarır.
Qızıl yataqlarının axtarışında kriterilərdən daha biri qızılın C
üzvü
ilə bağ-
lılığıdır. «Qara şist»lərdə C
üzvü
-
nin miqdarı 3-5% ətrafında olduqda qızıllı filiz-
ləşmənin əmələ gəlməsində müsbət rol oynayır.
ƏDƏBİYYAT
1.
Минерально-сырьевые ресурсы Азербайджана. Баку: Озан, 2005, 808 с. (под ре-
дакции В.М.Баба-заде).
2.
В.Н.Нагиев. Рудные месторождения Азербайджанской Республики. Баку: Элм,
2007,
596 с.
ПЕРСПЕКТИВНЫЕ ЗОНЫ И ПОИСКОВЫЕ КРИТЕРИИ
НА ОБНАРУЖЕНИЕ БЛАГОРОДНЫХ МЕТАЛЛОВ
В ДУРУДЖИНСКОЙ ШОВНОЙ ЗОНЕ МЕГАНТИКЛИНОРИЯ
БОЛЬШОГО КАВКАЗА
Р.Р.НАЗАРОВА
РЕЗЮМЕ
В статье сообщается о результатах геолого-съемочных и поисковых работ прове-
денных на Азербайджанской части южного склона Большого Кавказа. На основе
полученных данных, установлены разнообразие рудоносности и в результате анализа
были отмечены Кунгютское, Баш Кунгютское, Дашагильское, Беделдеринское, Башлай-
ское, Кызылкаяское, Аклыгское, Филфилинское, Гамзелинское, Шерги Кырхбулакское,
Каладжык-Дестемазчайское и Халхалское проявления в Дуруджинской шовной зоне. В
медно-молибдено-колчеданных, серно-колчеданных и цинк, свинец, золото, серебро-
носящих рудах были определены содержания полезных компонентов.
142
В результате проведенных в разные времена геолого-разведочных работ опреде-
лены ряд геологических факторов и поисковых критериев.
Ключевые слова: Большой Кавказ, Дуруджинская шовная зона, перспективные
зоны, благородные металлы
PROSPECTIVE ZONES AND SEARCH CRITERIA
OF THE NOBLE METALS IN THE DURUJA ZONE
OF THE MAJOR CAUCASUS MEGANTICLINORY
R.R.NAZAROVA
SUMMARY
The article studies the results of geological survey and search work conducted in the
Azerbaijani part of the Major Caucasus. On the basis of the information, different ore-bearing
manifestations as Kyungoot, Bash Kyungoot, Dashagyl, Badaldara, Bashlai, Gyzylgaya, Aglig,
Filfily, Hamzaly, East Girkhboolag, Galadjig, Dastamazchay, Khalkhal have been defined.
These ores contain the following minerals: copper-molybdenum, sulfur pyrites, zinc, lead, gold
and silver.
Key words: Major Caucasus, Duruja zone, prospective zone, the noble metals
Redaksiyaya daxil oldu: 16.02.2015-ci il
Çapa imzalandı: 23.06.2015-ci il
143
Document Outline - UOT 553.3/4:553.2
- BÖYÜK QAFQAZ MEQANTİKLİNORİUMUNUN
- DURUCA TİKİŞ ZONASINDA AŞKARLANMIŞ PERSPEKTİVLİ ZONALAR VƏ NƏCİB METALLARA AXTARIŞ KRİTERLƏRİ
- R.R.NƏZƏROVA
- Bakı Dövlət Universiteti
- nazarovaramila@gmail.com
- Açar sözlər: Böyük Qafqaz, Duruca tikiş zonası, perspektivli zonalar, nəcib metallar
Dostları ilə paylaş: |