7
18-24 may 2017-ci il
Bu, bir həqiqətdir ki, cəmiyyətin
inkişafına alimlərin verdiyi töhfə
əvəzedilməzdir. Alim olmaq, əsl
elmə yiyələnmək çox da asan ol-
mayıb, yuxusuz gecələrə qatlaş-
maq, qarşıya çıxan maneələrə sinə
gərmək, dünyəvi elmlərə yiyələn-
mək və bütün həyatını elmə sərf
etmək insan ömrünün ən mənalı,
şərəfli və qürurlu anlarıdır. Həmin
çətin, kəşməkəşli yolları keçən,
bütün həyatını elmə sərf edən və
dünyanın fundamental elmləri sı-
rasına daxil olan coğrafiya elm-
ləri sahəsində uzun illər tədqiqat
aparan, özünəməxsus elmi ya-
radıcılığı olan şəxslərdən biri də
alim-pedaqoq Zahid Səttar oğlu
Məmmədovdur. O, görkəmli alim
və kamil pedaqoq kimi tanınır.
Böyük Baharlılar nəslinin nü-
mayəndəsi olan Zahid Səttar oğlu
Məmmədov 1947-ci il may ayının
22-də anadan olmuş, 1966-cı ildə
Mincivan dəmir yolu orta mək-
təbini bitirmişdir. Elə həmin ildə
Azərbaycan Dövlət Pedaqoji Uni-
versitetinin Coğrafiya və biologi-
ya fakültəsinə daxil olub, 1970-ci
ildə isə həmin fakültəni bitirib
coğrafiya ixtisasına yiyələnmiş-
dir. 1970-1972-ci illərdə Respub-
lika Təhsil Nazirliyinin təyinatı
əsasında Sabirabad şəhər orta
məktəbində müəllim işləmişdir.
O, müəllim işlədiyi illərdə mətbu-
at səhifələrində öz məqalələri ilə
çıxış edirdi. Zahid Məmmədovun
elmə olan həvəsi onun Azərbay-
can Elmlər Akademiyasının aka-
demik H.Ə.Əliyev adına Coğra-
fiya İnstitutuna gəlməsinə səbəb
olur. 1972-ci ilin sentyabr ayından
Zahid Məmmədovun elmi yara-
dıcılığının ilk günləri Coğrafiya
İnstitutundan başlayır. Görkəmli
alimlərin əsərlərini mütaliə edən
və özünün iqtisadi coğrafi biliyi-
ni zənginləşdirən Zahid müəllim
1973-cü ildə akademik H.Ə.Əliyev
adına Coğrafiya İnstitutunda İqti-
sadi Coğrafiya ixtisası üzrə əyani
aspiranturaya daxil olur. Akade-
mik H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun elmi şurasında “Nax-
çıvan MSSR-in maddi istehsalının
və nəqliyyat iqtisadi əlaqələrinin
inkişafının iqtisadi-coğrafi prob-
lemləri” adlı dissertasiya möv-
zusu təsdiq olunur. Elmi rəhbəri
mərhum iqtisad elmləri doktoru,
professor Balaca Əbdürrəhmə-
novun qayğıkeşliyi nəticəsində
o, 1980-ci ildə dissertasiya işini
mü vəffəqiyyətlə mü dafiə edərək,
coğrafiya elmləri namizədi alim-
lik dərəcəsi alır. Zahid müəllimin
bundan sonra yaradıcılığının ən
parlaq dövrü başlayır. Xüsusilə,
onun gənc yaşlarında akademik
Həsən Əliyev, akademik Budaq
Budaqov, akademik Asəf Nadi-
rov, akademik Ziyad Səmədza-
də, Azərbaycan MEA-nın müxbir
üzv ləri Ənvər Şıxlinski, Əli Nuri-
yev, iqtisad elmləri doktoru, pro-
fessor Balaca Əbdürrəhmənov və
iqtisad elmləri doktoru, professor
Kamal Tağıyev, coğrafiya elmləri
doktoru, professor Balacaxanım
Nəzirova kimi görkəmli alimlə-
rin əhatəsində olmasını və həmin
alimlərlə elmi məsləhətləşmələri-
ni gənc alim Zahid Məmmədovun
elmi dünyagörüşünün formalaş-
masına və elmi potensialının yük-
səlməsinə təsir göstərən müsbət
amil kimi qiymətləndirmək olar.
Akademik Həsən Əliyev məktə-
binin yetirməsi olan gənc alim Za-
hid Məmmədov Azərbaycan alim-
ləri ilə yanaşı, keçmiş SSRİ-nin
nəqliyyat problemləri ilə məşğul
olan görkəmli iqtisadçı, iqtisadi
coğrafiyaçı alimlərindən profes-
sor İ.V.Nikolçki, A.T.Xruşşov,
Ç.M.Lappo, İ.P.Alampiyev və s.
alimlərlə yaxınlıq etmiş və elmi
məsləhətlər almışdır. Zahid müəl-
lim müstəqil elmi-tədqiqatında
“Böyük Qafqazın sosial-iqtisadi
inkişaf problemləri”nə dair he-
sabat işlərində “Şəki-Zaqatala”,
“Quba-Xaçmaz”, “Dağlıq Şirvan”
iqtisadi rayonlarının nəqliyyat
sistemlərinin təkmilləşdirilməsi
problemləri, “Naxçı van MSSR-in
nəqliyyat iqtisadi əlaqələrinin sə-
mə rələşdirilməsi”,“Gəncə-Qazax”
iqtisadi rayonuna dair aparıl mış
tədqiqat işində nəqliyyatın sə-
mə rəliliyi bölməsini yerinə yetir-
mişdir. Həmçinin, Coğrafiya
İnstitutunda dərc olunmuş “Azər-
baycanın konstruktiv coğrafiyası”,
“Böyük Qafqazın təbii resursları”
adlı monoqrafiyaların müəlliflə-
rindən biridir.
Gənc alim Zahid müəllimin elmi
yaradıcılığının ikinci dövrü Azər-
baycanın müstəqillik əldə etdi yi
vaxtdan bu günədək olan döv rü
əhatə edir. Azərbaycanın müstə-
qilliyi onun dünya inteqrasiyası-
na qoşulması üçün əlverişli şərait
yaratdı. Zahid müəllim yeni iqti-
sadi şəraitdə ölkəmizin nəqliyyat
iqtisadi əlaqələrinin müasir prob-
lemlərinin tədqiq olunmasının
ölkə iqtisadiyyatı üçün önəmli
olduğunu dərk edərək 1992-ci il-
dən “Azərbaycan Respublikasının
nəqliyyat və nəqliyyat iqtisadi
əlaqələrinin inkişafının iqtisadi
coğrafi problemləri” doktorluq
dissertasiyası üzərində işləyir və
1996-cı ildə doktorluq dissertasi-
yasını mü vəff əqiyyətlə müdafiə
edərək, coğ rafiya elmləri dokto-
ru alimlik dərəcəsini, 2005-ci ildə
professor elmi adını alır. Professor
Zahid Məmmədovun Azərbay-
canın nəqliyyat sektoruna dair
yazdığı fundamental monoqrafi-
yaları Azərbaycan elminə böyük
töhfələr vermiş və verməkdədir.
Avropa İttifaqı Birliyi tərəfindən
həyata keçirilən TASİS və TRA-
SEKA proqramlarının Azərbay-
can iqtisadiyyatına və nəqliyyat
sisteminə göstərəcəyi təsir mexa-
nizmi ilk olaraq professor Zahiz
Məmmədovun elmi tədqiqatların-
da əsaslandırılmışdır (TASİS və
TRASEKA proqramlarının koor-
dinatoru Azərbaycanda akademik
Z.Ə.Səmədzadə olmuşdur). Eyni
zamanda, professor Zahid Məm-
mədovun elmi araşdırmalarında
Azərbaycanın nəqliyyat sistemi-
nin Avrasiya məkanında mərkəzi
mövqe tutması, nəqliyyatın spe-
sifik xüsusiyyətləri və rəqabətə
davamlılığı uzaqgörənliklə təh-
lil olunmuş, bir sıra beynəlxalq
əhəmiyyətli layihələrdə: Avropa
– Qafqaz – Asiya, Trans Qafqaz,
Trans Xəzər, Şərq – Qərb, Şimal
– Cənub, qədim “İpək Yolu”nun
bərpası, Bakı – Tbilisi – Qars dəmir
yolu, Bakı – Tbilisi – Ceyhan, Bakı
– Tbilisi – Qars ixrac boru kəməri
layihələrində öz yerini tapmışdır.
Onun yazdığı fundamental əsər-
lərdə irəli sürülən elmi ideyalar
respublika nəqliyyat sisteminə
tətbiq edilərək, istər qlobal, istər-
sə də regional səviyyədə nəqliyyat
iqtisadi əlaqələrinin intensiv in-
kişafına təsir göstərmişdir. Onun
yaradıcılığına diqqət yetirdikdə
6 monoqrafiya, 3 dərslik, çoxsaylı
proqram və metodik vəsaitlər və
160-dan çox məqalənin müəllifi
olduğu aydın görünür. Professor
Z.S.Məmmədovun elmi tədqiqat-
ları əsasında yazdığı fundamental
əsərlər siyahısında “XXI əsr: İqti-
sadi inkişafın nəqliyyat faktoru”,
Bakı, 2002, “Regionların iqtisadi
inkişaf problemləri”, Bakı, 2007,
“Naxçıvan təbii sərvətləri” Bakı,
1993, “Azərbaycan Respublikası-
nın xarici iqtisadi əlaqələri”, Bakı,
2004, “Azərbaycan Respublikası-
nın region ölkələrinə inteqrasiya-
sı” Bakı , 2015, “Təbiətdən istifa-
dənin iqtisadiyyatı” Bakı, 2010 və
s. əsərləri hər bir elm adamının
stolüstü kitabı olmaqla, ölkəmizin
iqtisadiyyatına, xüsusilə, nəqliy-
yat sektoruna töhfələr verən qiy-
mətli əsərlər hesab edilir.
Professor Z.Məmmədovun elmi
fəaliyyətinin mühüm bir tərəfi
elmi pedaqoji fəaliyyətdir. Hələ
gənc yaşlarında Zahid müəllim
Azərbaycan MEA Coğrafiya İns-
titutunda işlədiyi vaxtda respub-
likamızın bir çox ali məktəblərin-
də iqtisadi və sosial coğrafiyanın
müasir problemlərinə dair tələblər
və ixtisaslı müəllim kollektivi qar-
şısında mühazirələr oxumuşdur.
Professor Z.Məmmədov 1994-cü
ildən elmi-pedaqoji fəaliyyətini
Azərbaycan Kooperasiya Univer-
sitetində davam etdirir. Univer-
sitetdə on beş ildən artıqdır ki,
“Ekologiya və Coğrafiya” kafed-
rasına rəhbərlik edir. Kooperasiya
Universitetində işlədiyi vaxtdan
bu günədək ekologiya və coğrafiya
ixtisası üzrə bakalavr və magistr
səviyyəsində ixtisaslı kadrların
hazırlanmasında var gücü ilə ça-
lışır. Bu cəhətdən rəhbərlik etdiyi
kafedranın proqram təminatı yük-
sək səviyyədədir. İşlədiyi kafedra-
nın universitetin elmi tədqiqat iş
planına uyğun olaraq regional sə-
viyyədə müxtəlif istiqamətli möv-
zuları yerinə yetirməklə fəaliyyət
göstərməsini təmin etməklə bə-
rabər, kafedranın dərsliklərlə tə-
min olunmasını diqqət mərkəzinə
yönəldir. Professor Zahid Məm-
mədovun bakalavrlar üçün yazdı-
ğı dərsliklər: “Azərbaycanın xarici
iqtisadi əlaqələri”, Bakı, 2004, “Tə-
biətdən istifadənin iqtisdaiyyatı”,
Bakı, 2010, “Azərbaycanın iqtisadi
və sosial coğrafiyası” (müştərək)
dərslik, Bakı, 2010 tələbələr tərə-
findən maraqla oxunur. Zahid
müəllim Azərbaycan Kooperasiya
Universitetində istər ekologiya və
coğrafiya ixtisasları üzrə, istərsə də
iqtisad fakültələrində oxuyan tələ-
bələrin yüksək səviyyədə biliklərə
malik olduqlarını qeyd edir. Onun
rəhbərlik etdiyi kafedranın müəl-
limləri mühazirə və məşğələləri
təlimin müasir metodlarından və
texniki avadanlıqlardan istifadə
etməklə yüksək səviyyədə həyata
keçirirlər.
Zahid müəllim elmdə öz sözünü
demiş və fundamental əsərləri ilə
elmdə özünü təsdiq etmiş alim
və pedaqoqdur. Professor Zahiz
Məmmədov istər respublika, istər-
sə də beynəlxalq miqyasda keçiril-
miş konfrans və simpoziumlarda
doğma Azərbaycanımızı ləyaqətlə
təmsil edərək öz elmi çıxışları ilə
hörmət qazanmışdır. Respublika-
dan kənarda Rusiya Federasiyası,
Qazaxıstan, Gürcüstan, İran İslam
Pespublikası (Təbriz şəhəri, 1993)
və s. ölkələrdə keçirilmiş konf-
ranslarda etdiyi çıxışlar alimə hör-
mət qazandırmışdır.
Pofessor Zahid Məmmədov gənc
yaşlarında doktorluq dissertasiya
işini müdafiə etdiyindən, çoxsaylı
dissertasiyaların müdafiə şurası-
nın üzvü olmuşdur. O, 20 ildən
çoxdur ki, Azərbaycan MEA aka-
demik H.Ə.Əliyev adına Coğrafi-
ya İnstitutunda, 10 il Azərbaycan
MEA İqtisadiyyat İnstitutunda, 6
il müddətində Azərbaycan Döv-
lət Aqrar Universiteti nəzdində
fəaliyyət göstərən dissertasiyala-
rın müdafiə şuralarının üzvü ol-
muşdur. Həmçinin, Azərbaycan
Kooperasiya Universitetində elmi
şuranın və elmi metodik şuranın
üzvü olmaqla fəaliyyət göstərir.
Eyni zamanda, son zamanlar Bakı
Dövlət Universiteti və Azərbaycan
Kooperasiya Universiteti nəzdin-
də yaradılmış müdafiə şurasının
üzvü seçilmişdir. Pofessor Zahid
Məmmədovun üzvü olduğu dis-
sertasiyaların müdafiə şuralarında
dissertantlara, doktorantlara mü-
dafiə zamanı qayğıkeşliklə etdiyi
çıxışlar hər bir iddiaçının ürəyincə
olmaqla onlara böyük uğur gətir-
mişdir. Bu da alimin qayğıkeş, zi-
yalı, ədalətli və obyektiv alim-pe-
daqoq olmağından irəli gəlir. Bu
səbəbdən də o, müxtəlif illərdə
müdafiəyə təqdim olunmuş çox-
saylı iqtisadi və iqtisadi coğrafi
sahədə, istər fəlsəfə doktoru, istər-
sə də elmlər doktorluq dissertasi-
yalarının opponentləri olmuş və
onlar müvəffəqiyyətlə müdafiə
edərək iddiasında olduqları elmi
adları almağa nail olmuşlar.
Akademik Ziyad Səmədzadənin
ideya müəllifi və baş redaktoru
olduğu 7 cildlik Böyük İqtisadi
Ensiklopediyanın redaksiya heyə-
tinin üzvlərindən biri olmaqla,
respublikamızın tanınmış digər
alimləri və dövlət xadimləri kimi
Zahid müəllim haqqında da bib-
lioqrafik məlumat verilir. Həmçi-
nin, “Azərbaycanın nəqliyyat qov-
şaqları” adlı elmi məqaləsi “Böyük
İqtisadi Ensiklopediya” I cilddə,
(Bakı, 2012) dərc olunmuş dur.
Zahid müəllim akademik H.Ə.Ə-
liyev adına Coğrafiya İnstitutunda
fəaliyyət göstərən “Coğrafiya” cə-
miyyətinin üzvüdür. “Qızıl qələm
“mükafatı laureatıdır.
Hörmətli Zahid müəllim, Sizi 70
illik yubileyiniz və elmi-pedaqoji
fəaliyyətinizin 45 illiyi münasibə-
tilə təbrik edir, Sizə həyatda möh-
kəm can sağlığı, elmi-pedaqoji
fəaliyyətinizdə bundan sonra da
müvəffəqiyyətlərə nail olmağınızı
arzu edirik.
Akademik
Ziyad SƏMƏDZADƏ
“Elm Çində də olsa, onun dalınca gedin”.
Həzrəti Muhəmməd (s.ə.s)
Azercell Telekom MMC abu-
nəçiləri üçün daha bir sərfə-
li kampaniyaya başlayıb. 11
may 2017-ci il tarixindən eti-
ba rən Azercell abunəçiləri
1001 Smartfon kampaniyası
çərçivəsində LG Flex 2 tele-
fonunu və əlavə olaraq, LG
qol saatını hədiyyə olaraq
əldə edə bilərlər. Ayda cəmi
45 AZN ödəməklə abunəçilər
4G dəstəkləyən smartfonları,
hər ay 5GB internet hədiy-
yə və ölkə daxilində sərfəli
zəng etmək (1 dəq=0.06 AZN)
im kanı qazanacaqlar. Kampa-
niyaya qoşulmaq üçün, abu nə-
çilər Azercell Müştəri Xidmətlə-
ri Ofislərinə yaxınlaşıb, mövcud
təkliflərdən birini se çə bilərlər.
Qeyd edək ki, Azercell 1001
Smartfon kampaniyası çərçi-
vəsində güzəştli təkliflərini
yay boyunca davam etdirə-
cək.
Azercell Telekom MMC uğurları
sırasına daha birini əlavə edib.
Azercell-in sosial şəbəkədəki
aktivliyi “Socialbakers” şirkəti
tərəfindən yenidən dəyərləndi-
rilib və şirkət “Socially devoted”
sertifikatına layiq görülüb. “So-
cialbakers” şirkətinin apardığı
araşdırma göstərib ki, 2017-ci
ilin yanvar-fevral-mart aylarında
Azercell şirkəti rəsmi Facebook
səhifəsində istifadəçilərin verdi-
yi sualların 100%-ni cavablandı-
rıb. Azərbaycanda mobil opera-
torlar arasında yalnız Azercell
bu uğura imza atıb. 2012-ci ildən
indiyə qədər Azercell Facebook
səhifəsində istifadəçilərin verdi-
yi sualların operativ şəkildə ca-
vablandırılmasına görə dəfələrlə
“Socially devoted” adına layiq
görülüb. Onu da qeyd edək ki,
Azercell ölkədə bu sertifikatı
alan ilk mobil operatordur. Ser-
tifikata layiq görülmək üçün
səhifə istifadəçilərinin ildən-ilə
artan müraciətlərinin cavablan-
dırılma səviyyəsi ölçülür. Yük-
sək istifadəçi sayı ilə bərabər
Azercell həmçinin, səhifədəki
abunəçilərin fəallığı və aktiv is-
tifadəsi baxımından da dəfələrlə
ilk yerləri qazanıb. Bu yenilik-
lərin tətbiqində məqsəd abunə-
çilərlə daha sıx əlaqə qurmaq,
onlara yeniliklər haqqında məlu-
matları çatdırmaq, abunəçilərin
zamanına qənaət edərək onlara
xidmət göstərməkdir.
Azercell-in Facebook-da rəsmi
səhifəsi Azərbaycanda ən po-
pulyar səhifələrdən biridir və 9
ildir ki, fəaliyyət göstərir. Şirkə-
tin rəsmi Facebook səhifəsində
Azercell-in tətbiq etdiyi yenilik-
lər, tarif və kampaniyalar, keçi-
rilən sosial layihələr və xidmət-
lər haqqında ən son xəbərləri
almaq mümkündür.
Azercell Telekom MMC-nin mütaliə
sevərlər üçün təqdim etdiyi “Gənc-
lər kitab oxuyur" layihəsinin təqdi-
matı baş tutdu. Mayın 12-də Gənc-
lik Mall TM-də yerləşən Starbucks
kafesində keçirilən təqdimat məra-
simində layihədə qiraətçi qismində
iştirak edən 11 nəfər gənc tamaşaçı-
lara təqdim olundu. Təqdimatda iş-
tirak edən Azercell şirkətinin Korpo-
rativ Ünsiyyət şöbəsinin rəhbəri
Nigar Şıxlinskaya lahiyənin məqsə-
di, gözləntiləri barədə öz fikirlərini
bildirdi: “Əlinə kitab alıb otağın bir
küncündə yerini rahatlayıb oxu-
yan insanların sayı get-gedə azalır.
Yeni texnologiyalar, müasir cihazlar,
ən əsası isə İnternet həyatımıza elə
sürətlə daxil olub təməl salır ki, köh-
nə faydalı vərdişlərə artıq vaxt qal-
mır. Odur ki, kitabı yaşatmaq üçün
onu müasir həyata uyğunlaşdırmalı-
yıq. Bu layihədə məqsədimiz onlayn
kitab oxumağı təbliğ etmək, mütaliə
mədəniyyətinə yeni çalar qatmaq və
gənc azərbaycanlı yazarlara özlərini
tanıtmağa kömək etməkdir. Bununla
yanaşı, oxu günlərində şəhərimizin
sakinləri və qonaları xoş asudə vax-
tı keçirmək, həm tanınmış, həm də
gənc yazarlarla görüşmək imkanı
qazanacaqlar”.
IV Ümumdünya Mədə-
niyyətlərarası Dialoq Fo-
rumu çərçivəsində Bakıda
səfərdə olan İSESCO-nun
baş direktoru və İslam
Dünyası
Universitetləri
Fe derasiyasının (FUIW)
baş katibi Əbdüləziz bin
Os man əl-Tuveycri ilə
UNEC rektoru, professor
Əda lət Muradov arasında
iş çi görüş keçirilib.
Azərbaycanın sivilizasiya-
la rarası və dinlərarası dia-
loqa, eləcə də müsəlman
ölkələri arasında əla qələrin
inkişafına mühüm töhfə
verdiyini qeyd edən qonaq,
İSESCO nəzdin də fəaliyyət
göstərən FUIW-in islam
dünyasını təm sil edən uni-
versitetlər arasında əmək-
daşlıq üçün səmərəli plat-
forma olduğunu diqqətə
çatdırıb. 2017-ci ilin ölkə-
mizdə “İslam həmrəyliyi
ili” elan edildiyini vurğu-
layan Ə.Muradov qonağa
Azərbaycan ali təhsilində, o
cümlədən UNEC-də həyata
keçirilən islahatlar barədə
məlumat verib. Ə.Muradov
UNEC-in FUIW-in idarə
heyətinə üzv seçilməsin-
də göstərdiyi dəstəyə görə
təşəkkür edib və bununla
da UNEC-in FUIW-in fəa-
liyyətində daha aktiv iştirak
etmək imkanı qazandığını
bildirib.
UNEC-də görkəmli dövlət
və elm xadimi, əməkdar hə-
kim, professor Əziz Əliye-
vin anadan olmasının 120
illiyinə həsr olunan “Res-
publikada qida və tekstil
sənayesinin inkişaf pers-
pektivləri” möv zusunda
I Respublika elmi-praktik
konfransı keçirilib.
UNEC-in Elm və inno-
vasiyalar mərkəzinin di-
rektoru, professor Sakit
Yaqubov Prezident İlham
Əliyevin “Azərbaycanın
görkəmli dövlət və elm xa-
dimi Əziz Əliyevin 120 il-
lik yubileyinin keçirilməsi
haqqında” sərənca mı nı
ali min respublikada sə-
hiyyə sisteminin in kişafı is-
tiqamətindəki fəa liy yətinə
verilən yüksək qiymət ad-
landırıb. Konf ransın möv-
zusunun əhə miyyətindən
danışan S.Ya qubov ölkə
prezidenti İlham Əliyevin
qida və tekstil sənayesinin
inkişafına xüsusi önəm
verdiyini vurğulayıb. Kon-
frans işini plenar iclas və
bölmələrdə davam etdirib.