BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2014
UOT 94”19/...
UOT 341.7
“ƏRƏB BAHARI” ABŞ-ın GEOSİYASİ MARAQLARI
KONTEKSTİNDƏ
N.C.ƏSƏDOV
Azərbaycan Dillər Universiteti
n_asadov@mail.ru
2010-
cu ildən başlayaraq bu günə qədər davam edən və geosiyasi proseslərə cox güclü
təsir edən “ərəb baharı” Şimali Afrikanın siyasi vəziyyətində köklü dəyişikliklərə səbəb oldu.
Bu proseslər ABŞ-ın Yaxın Şərq siyasətində fərqli istiqamətin formalaşdığını göstərdi.
Məqalədə ABŞ prezidentləri C.Buş və B.Obamanın Yaxın Şərq siyasəti müqayisəli təhlil edilir
və ABŞ-ın geosiyasi maraqları araşdırılır.
Açar sözlər: ABŞ, Suriya, demokratiya, islahat, Afrika
Artıq üç ildən artiq davam edən və dünya mətbuatında ”ərəb baharı” kimi
ad
landırılan proseslər 18 dekabr 2010-cu ildə Tunisdə Məhəmməd Buəzizi adlı
bir gəncin özünü yandıraraq öldürməsindən sonra başladı. Bundan sonra küçə-
lərə çıxan tunislilər işsizlik, korrupsiya və yoxsulluğun aradan qaldırılması ilə
əlaqədar şüarlar səsləndirməyə başladılar. Hakimiyyət qüvvələri ilə xalq
arasındakı toqquşmalar insan tələfatlarına səbəb oldu. Nəticədə iqtisadi şüarlar
siyasi şüarlarla əvəz olunmağa başladı [2]. Ölkə başçısının son islahatları da
heç bir nəticə vermədi. Artıq 23 ildir dövləti “analoqu olmayan iqtisadi yük-
səliş”ə çatdıran müsəlman monarxlarından biri Zeynalabdin bin Əli qaçmağa
məcbur oldu. Demək olar ki, əksəriyyətinin monarxlar tərəfindən idarə olun-
duğu və xalqının amansızcasına istismar olunduğu digər ərəb ölkələrində
inqil
abın qələbəsi təkanverici qüvvə oldu.
Ərəb baharının nəticəsi ən yaxşı halda demokratik rejimlərin bərqərar
olduğu müsəlman dövlətinin yaranması ola bilər. Bu quruluş kimin marağın-
dadır? Təbii ki, ilk öncə 22 dövlətdə yaşayan ərəb xalqının. Beynəlxalq nöqteyi
nəzərdən baxdıqda isə mürəkkəb bir görüntü yaranır. “Demokratiya ixrac
məhsulu ola bilər” deyərək çox keçmədən isə “demokratiyanı müsəlman dün-
yasına yaymaq” ideyası ilə çıxış edən Riçard Xaasın xələflərini yəqin ki, bu
gediş qane edir. “Demokratiya kartof deyil ki, onu planlaşdırdığın yerdə
əkəsən” [7] deyən, Rusiya Federasiyasının keçmiş xarici işlər naziri Sergey
125
İvanovun xələflərini isə yəqin ki, bu kartofun ixrac məhsulu olması narahat
edir. “İlanın ağına da qarasına da lənət” deyən teokratik ərəb şeyxləri, İran
mollaları və Çin sosialistləri də Rusiyanın narahatlığını bölüşürlər. Demokrati-
ya
nı özləri icad etsə də, onu amerikanlardan öyrənən avropalıların, “Demokra-
ti
ya bərbad bir dövlət formasıdır. Lakin təəssüf ki, digərləri də bir o qədər
bərbaddır” deyən dahi siyasətçisi Çörçilin müasirlərinin
isə ABŞ-ı dəstəklə-
məkdən başqa əlacı yoxdur.
Məlumdur ki, ABŞ dünyanın super gücü olaraq xarici siyasətini təkcə
prezidentlərin öhdəsinə verməz, dolayısı ilə siyasət prezidentdən prezidentə,
pa
rtiyadan partiyaya dəyişməz. Seçkilərdə qalib gəlmiş prezident bu fikrə
düşsə belə onu bu fikrindən daşındırarlar (C.Kennedini misal göstərmək olar).
ABŞ-da xarici siyasətin formalaşmasını təmin edən beyin mərkəzləri fəaliyyət
göstərir [6]. Onlar dünyanın istənilən regionunda istənilən dövlət haqqında
bütün məlumatlara sahib olmaqla, bu məlumatların təhlilini aparmaqla dövlə-
tin xarici siyasətini müəyyən edirlər. Belə bir uzunmüddətli fəaliyyətin nəticə-
sini hər dəfə seçkilərdə qalib gəlmiş prezidentə uyğun olaraq formalaşdırmaq
qarşısıalınmaz qarışıqlıq yarada bilər. Əsas siyasi xəttdən vaz keçmədən üslub
dəyişdirməklə bu strategiya öz varlığını qoruyub saxlayır.
Buna görə də, əslən, radikal və təcavüzkar siyasət yürüdən və qatı xris-
tian olan C.Buşdan sonra müsəlman ölkəsi Keniyadan olan ABŞ-ın ilk qara-
dərili prezidenti Barak Hüseyn Obamanın hakimiyyətə gəlməsini müsəlman
aləminin xilası kimi dəyərləndirən islam ümməti tezliklə bu gəlişin də dövlətin
bir nömrəli məqsədi olan “ABŞ-ın dominantlığı və ona rəqib ola biləcək gücün
meydana gəlməsinə imkan verməmə”yə xidmət edəcəyini anlayacaqdılar.
Sadəcə olaraq Buş adminstrasiyası ABŞ-ın xarici siyasətinin əsas problemlərini
həll etdikdən sonra (Əfqanıstan və İraq müharibələri) ABŞ-a qarşı yönəlmiş
olan mənfi münasibətin aradan qaldırılması ABŞ-ın imperialist maraqlarının
ümumbəşəri maraqlardan üstün olmadığını göstərmək üçün humanist Obamaya
ehtiyac var idi. Bütün dünyaya bir sıra dinc məqsədlərindən danışaraq bu yolda
əməli addımlar atan Obama adminstrasiyası mənfi imici yox etməklə yanaşı
ABŞ-ın maraqlarını da həyata keçirməyə başladı.
2001-2009-
cu illər ərzində ABŞ-a başçılıq etmiş C.Buşun 20 sentyabr
2002-
ci ildə nəşr olunmuş 49 səhifəlik Milli Təhlükəsizlik Strategiyasında,
xarici siyasətdə önəm veriləcək əsas məsələlər 7 bölmədə öz əksini tapdı. Eyni
məsələlər Obamanın 4 iyun 2009-cu ildə Qahirədəki çıxışında əsas başlıqlar
kimi qeydə alınmışdır. Bunlar, Əfqanıstan və İraqdakı vəziyyət, Fələstin prob-
lemi, başda nüvə olmaqla kütləvi qırğın silahlarının yayılması problemi,
demok
ratiyanın dünyaya yayılmasını təmin etmək, din azadlığının dünyada hər
kəs üçün təmin edilməsi, qadın hüquqlarının qorunması və qloballaşmanın
iqtisadi fürsətlərindən yararlanmaq [8].
Buş doktrinasının həyata keçirilməsində Buşun istifadə etdiyi sərt üslub
Barak Obamanın siyasətində özünü göstərmir, lakin eyni siyasət davam etdi-
rilir. Barak Obamanın, hakimiyyətə gəlməmişdən əvvəl vəd verdiyi dəyişim,
126
üslub dəyişkənliyindən başqa bir şey olmadı. Əksərən belə olur, müxalifətdə
olan
da həqiqət deyilir, iqtidara gələndə həqiqətdən qaçılır. Seçki kompa-
niyalarında xalq, sülh, demokratiya, iqtidarda öz yerini dövlət, müharibə və
bürokratiyaya verir [4].
Obamanın dəyişiklik deyərək hakimiyyətə gəlməsi bir
sıra vədlər verməsinə səbəb oldu. Bu vədlər Buşun prezidentliyi dövründə
bütün dünyada, xüsusən də müsəlman aləmində ABŞ-a qarşı yaranmış nifrəti
aradan qaldıra bilərdi. Çünki bu vədlərə ABŞ qoşunlarının İraqdan çıxarılması,
əksəriyyətini müsəlman məhbuslar təşkil edən Quantanamo həbsxanasının
ləğv olunması, İsrail-Fələstin problemində Fələstini bərabərhüquqlu dövlət
kimi tanımaq məsələsi aid idi. Artıq birinci prezidentlik dövrünü başa vuran
B.Obamanın 4 illik fəaliyyətində bu vədlərdən yalnız birinin həyata keçirilməsi
-
ABŞ qoşunlarının 2012-ci ilə qədər İraqdan çıxarılması ilə bağlı vədi 2011-
ci ilin dekabrın 18-də yerinə yetirildi. Quantanamo hərbi bazasının 2010-cu
ildə bağlanması ilə bağlı sərəncam verməsinə baxmayaraq bu sərəncamın
yerinə yetirilməməsi və 2012-ci ilin sentyabr ayında Fələstini vaxtilə Buşun
debatlar üçün klub adlandırdığı BMT-yə qəbul olunması məsələsində 107
dövlətin lehinə səs verməsinə baxmayaraq ABŞ-ın İsrailin yanında yer alaraq
[3] əleyhinə səs verməsi Obamanın da məqsədlər baxımından idealist, vasitələr
b
axımından isə realist siyasətə sadiq qaldığını göstərdi.
Hakimiyyətə gəlişinin ilk altı ayını Buşdan miras qalan iqtisadi böhranın
aradan qaldırılması və bu məsələ ilə avropalı müttəfiqlərinin başını qatan Oba-
ma Müsəlman dünyasına böyük müraciətə hazırlaşırdı. Buşun siyasi fəaliy-
yətini yalnız tənqid etməklə belə müsbət imic qazana biləcəyini bilən Barak
Obamanın C.Buş adminstrasiyasının aqressiv siyasətinin əksi olaraq, sülh is-
ma
rıcları bir müddət dünya ictimaiyyətinin diqqətini yayındırmağa kömək etdi.
Yüz gün bitdi, iqtisadi böhran bitdi, ancaq insanlar,
dəyişiklik deyəndə nələrin
nəzərdə tutulduğunu, prezidentin 2009-cu ilin aprel ayının 6-7-də Türkiyəyə
[9] və 2009-cu ilin iyunun 4-də Misirə etdiyi səfərlərindəki çıxışlarından
öyrəndi. Buş adminstrasiyasından sonra, Yaxın Şərqin ABŞ-ın siyasi maraq
hədəfindən çıxarılacağına ümid edən müsəlmanların ümidi, B.Obamanın Misir
universitetlərindəki çıxışı ilə boşa çıxdı. Bu çıxış ABŞ-ın ən azı 4 il daha Yaxın
Şərqi həyati maraq dairəsinə saldığını göstərdi: zorakı ekstremizm, İsrail-
Fələstin münaqişəsi, İranın nüvə proqramı, Əfqanıstanda antiterror müharibə,
İraq məsələsi, dini azadlıq və s. məsələlər haqqında nitqi bunu sübut edir.
Əsas siyasi silahı demokratiya olan ABŞ-ın digər rəqiblərinə qarşı üstün-
lüyü də elə demokratiya oldu. Demokratik quruluşa keçid uğrunda mübarizə
aparan xalqı dəstəkləməkdən asan nə ola bilər ki?
Başqa bir uğur isə, Çinlə bağlıdır. Çin Xalq Respublikasının son on ildə
dünyanın iqtisadi cəhətdən nəhəng dövlətləri hesab olunan Almaniya və Yapo-
ni
yanı arxada qoyaraq ABŞ-ın ardınca ikinci pilləyə yüksəlməsi, qarşıdakı
onil
likdə də dünya liderinə çevrilməyi hədəfləməsi rəsmi Vaşinqtonu ciddi
narahat etməyə başlayıb. İndi Vaşinqtonun qarşısında duran ən başlıca vəzifə
Pekinin i
ddialarının qarşısını almaqdır. Bu səbəbdən də, Vaşinqton bir neçə
127
istiqamətdə fəal iş aparmağa başlayıb ki, onlardan biri də Çini enerji mən-
bələrinə çıxışdan məhrum etmək və yaxud da onu tamamilə məhdudlaşdır-
maqdan ibarətdir. Bunu ABŞ-ın maliyyə nazirinin sabiq müavini Pol Kreyq
Robertsin açıqlamasından da görmək olar. ABŞ-ın Liviya ilə bağlı mövqeyini
şərh edərkən sabiq nazir müavini deyib ki, Vaşinqtonun əsas məqsədi Çini
Aralıq dənizi regionundan sıxışdırıb çıxarmaqdır.
Məsələ ondan ibarətdir ki, son illər Çin bu regiona çox böyük məbləğdə
sərmayələr yatırmaqla enerji qaynaqlarını ələ keçirməyə başlamışdı. Son illər
Liviya, Anqola, Sudan, Fil Dişi Sahili və Nigerin əsas tərəfdaşına çevrilən
Çinin bu ölkələrin təbii sərvətlərini öz əlinə keçirməklə yanaşı, həm də öz
ideologiyasını bu regiona yayması Vaşinqtonu qəti hərəkətlərə sövq edirdi. Bir
neçə il əvvəl Niger Çinlə müqavilə bağlayaraq uran və neft yataqlarını Pekinin
istifadəsinə verdi. Ötən il bu ölkədə baş verən çevriliş nəticəsində Çin şirkətləri
böyük itkilərə məruz qaldılar. Bundan əvvəl isə Çin Sudanda tayfalararası
münaqişələrin alovlanması və ölkənin bölünməsi nəticəsində bu ölkədəki
mövqelərini itirmişdi.
Fil Dişi Sahilinin sabiq prezidenti Qbaqbo ölkəsində kəşf edilən neft
yataqlarını Çinlə bölüşməsinin "qurban"ı oldu. Ötən ilin sonunda bu ölkədə
keçirilən prezident seçkilərində Qərbin dəstəklədiyi Uattara qalib gəldi. Ancaq
Qbaqbonun seçkinin nəticələrini tanımaqdan imtina etməsi Qərbin müdaxiləsi
ilə nəticələndi və Çinlə əməkdaşlıq bu tiranı da hakimiyyətdən saldı. Eyni
proses Liviyada da müşahidə olunur. Bir müddət əvvəl Liviya diktatoru Müəm-
mar Qəddafi ABŞ-ın Çini regiondan sıxışdırıb çıxarmaq üçün region ölkələ-
rinin liderlərini əməkdaşlığa çağırmasına qoşulmamış və Pekinlə əməkdaşlığı
gücləndirmişdi [1]. Liviyanın şərqində əllidən artıq layihə həyata keçirən və
layihələrə böyük məbləğdə sərmayə qoyan Çin şirkətləri inqilab dalğasının bu
ölkəyə sıçraması nəticəsində yüz milyonlarla dollar itiriblər. Həmin şirkətlərin
itkiləri daha da artmaqdadır. Neft idxalında Afrikanın payının artmaqda davam
etməsi və yaxın illərdə bunun ümumi neft idxalatının 25 faizini təşkil edəcəyi
də rəsmi Vaşinqtonu regionda güclənməyə və rəqiblərini sarsıtmağa vadar edən
əsas amillərdəndir. Bunun üçünsə ən asan yol region ölkələrinin despot
liderlərinə qarşı mübarizə aparan müxalifəti dəstəkləmək və onun hakimiyyətə
gəlişini təmin etməkdir. İndi məlum olur ki, 2008-ci ildən başlayaraq ABŞ
Şimali Afrika və Yaxın Şərq ölkələrindəki müxalifət qüvvələri ilə fəal şəkildə
işləyib və onlara külli məbləğdə maliyyə yardımı edib. Çox maraqlı məqam-
lardan biri də odur ki, məhz 2008-ci ildə ABŞ silahlı qüvvələrinin Birləşmiş
Afrika Komandanlığı yaradılıb. Qısa adı "Afrikom" olan bu komandanlığın
qarşısında duran əsas vəzifə isə regiondakı vəziyyəti nəzarətdə saxlamaqdır. [5]
Bu komandanlıq ABŞ şirkətlərinin işlədiyi ərazilərdə asayişi bərpa etməklə
yanaşı, həm də Çinin aqressiv ekspansiyasına qarşı mübarizə aparan diplomatik
korpusa və biznes dairələrinə də lazımi dəstəyi göstərir. Elə həm də bu
səbəbdəndir ki, Vaşinqtonun gördüyü tədbirlər artıq öz nəticəsini verir və Çin
son on ildə Şimali Afrika və Yaxın Şərqdə qazandığı mövqeyin əhəmiyyətli
128
hissəsini "ərəb baharı" nəticəsində itirib. ABŞ-ın mövqeləri isə əhəmiyyətli
dərəcədə güclənməkdədir.
Digər bir rəqib Rusiyanın proseslərə nə dərəcədə müdaxilə edə biləcəyi-
ni demək üçün Rusiyanın öz daxilində gedən proseslərin səngiməsi lazım idi.
Rusiyada keçirilən Duma seçkilərinin ABŞ-ın dövlət katibi Hillari Klinton
tərəfindən tənqid edilməsi Putinin təmsil etdiyi partiyanın qələbəsini şübhə
altına salmaqla geniş etiraz aksiyaları ilə müşayiət olundu. Öz daxili işlərinə
başı qarışan Rusiya adminstrasiyasının siyasi liderlərinin də mövqeləri bir-
birindən kəskin fərqləndi. Qərbin, BMT Təhlükəsizlik Şurasının mandatına
uyğun olaraq, Liviya diktatoru Müəmmar Qəddafiyə qarşı hərbi əməliyyatlara
başlaması Rusiya rəhbərliyində təmsil olunan siyasi liderlər tərəfindən fərqli
qarşılandı. Əgər prezident Dmitri Medvedev Liviya diktatoruna qarşı hərbi
əməliyyatları dəstəkləyirdisə, baş nazir Vladimir Putin Qərbin Liviyaya hərbi
müdaxiləsinə sərt reaksiya verərək, onu orta əsr "Xaç yürüşləri" ilə müqayisə
etdi. Liviyada Müəmmar Qəddafi əleyhinə mübarizə aparan qüvvələr isə
Putinin bu bəyanatına Rusiya bayraqlarını yandırmaqla cavab verdilər. Liviya
müxalifətinin Benqazidə qurduğu Milli Keçid Şurası isə bəyanat yayaraq
Qəddafi dövründə bağlanmış müqavilələrə münasibətin bu gün üsyançılara
bəslənən münasibətdən asılı olacağını bildirdi. Benqazidəki müxalifət açıq
şəkildə bildirir ki, kim onlara dəstək versə, Liviyanın sərvətlərinin istismarında
iştirak edəcək. Qəddafini dəstəkləyən və ya tərəfsiz qalmağa cəhd edənlər isə
Liviyadan getməli olacaqlar. Buşun ya bizim yanımızdasınız ya da bizim
qarşımızda prinsipi məsələnin qəlizləşdiyini görən Kreml dərhal hərəkətə
keçdi. Əvvəlcə prezident Dmitri Medvedev Putinin fikirinin Rusiyanın siyasəti
olmadığını açıq bəyan etdi. Bunun ardınca isə prezident xüsusi nümayəndəsi
Mixail Markelovu Liviyaya göndərdi. Markelovun qarşısında qoyulan əsas
vəzifə isə Benqazi ilə münasibətlər yaratmaqdan ibarət idi. Tripoli ilə yanaşı
Benqazidə də olan Markelov hər iki tərəfin humanitar yardım haqqındakı
xahişlərini nəzərə ala biləcəklərini bəyan etdi və Rusiyanın Liviyada savaşan
hər iki tərəfə eyni münasibət bəslədiyini nümayiş etdirməyə çalışdı [1].
Markelovun Liviya səfərinin ardınca müxalifətin Benqazidə qurduğu
hökumətin üzvləri Moskvada peyda oldular və onlar hörmətlə qarşılandılar.
Bunun ardınca prezident Dmitri Medvedev Müəmmar Qəddafinin hakimiy-
yətdən çəkilməsi üçün vasitəçilik etməyə çalışdı. Onun bu missiyası uğurlu
alınmasa da, Rusiyanın Liviya ilə bağlı siyasətində hansı dəyişikliklərin baş
verməsini görmək baxımından əhəmiyyətli məqamdır. Rəsmi Moskvanın BMT
Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbuluna və sanksiyaların
tətbiqinə qarşı çıxması, prezident Dmitri Medvedevin Bəşər əl-Əssədlə telefon
danışığı zamanı ona öz dəstəyini vəd etməsi bu ölkədə də Rusiya əleyhinə aksi-
yalara səbəb oldu. "Əl-Cəzirə" telekanalının Suriyadan yayımladığı görüntü-
lərin birində Bəşər əl-Əssəd hakimiyyətinə qarşı mübarizə aparan qüvvələrin
Rusiya bayraqlarını yandırması aydın görünürdü. Bu dəfə isə prezidentin
səhvini baş nazir Vladimir Putin düzəltməyə çalışdı. Belə ki, Fransa baş naziri
129
ilə görüşdə Putin Bəşər əl-Əssədə qarşı təzyiqlərin artırılmasının vacibliyi
haqqında bəyanat verməklə vəziyyəti düzəltmək istədi. Bütün bunlar isə
göstərdi ki, Rusiya Şimali Afrika və Yaxın Şərqdə baş verən proseslərə təsir
etmək gücündə deyil və hadisələrin arxasınca sürünür. Liviyada milyardlarla
dollarlıq müqavilələri və tenderləri itirən Rusiya getdikcə daha çox geri çəkilir
və Yaxın Şərqdəki mövqelərini sürətlə itirir [1]. İran kimi Rusiyanın da son
ümidi Suriyadır. Suriya ətrafındakı proseslərin bu qədər uzanması isə iki cəbhə
arasındakı rəqabətin hələ ki, qalibinin olmamasından irəli gəlir.
ƏDƏBİYYAT
1.
Сəfərov X. ABŞ rəqiblərini "Ərəb baharı" ilə vurur http://www.mia.az/news/16547.html
2.
Tunis inqilabi(2010-2011), http://az.wikipedia.org/wiki/Tunis
3.
http://aran.irib.ir/xeberler/yaxin-serq/item/1307
4.
Akyeşilmen Nezir “Obama doktrini” 06.06.2009
http://www.yenisafak.com.tr/yorum/?i=190739
5.
Африканское командование вооруженных сил США ru.wikipedia.org/wiki/
6.
Уткин А.И. Американская стратегия для ХХ века. М.: Логос, 2000, 272 стр.
7.
Gause F., “Can Democracy Stop Terrorism?” //Foreign Affairs”, September/October 2005,
vol.84, 71 p.
8.
Obama adopts the Bush Doctrine. By Charles Krauthammer | May 23, 2011.
WASHINGTON, http://articles.chicagotribune.com/keyword/bush-doctrine4243
9.
Remarks-By-President-Obama To The-Turkish parliament,
http://www.whitehouse.gov/the_press_office/
«АРАБСКАЯ ВЕСНА» В КОНТЕКСТЕ ГЕОПОЛИТИЧЕСКИХ
ИНТЕРЕСОВ США. МЕНЯЮТСЯ ЦЕЛИ ИЛИ СРЕДСТВА?
Н.Дж.АСАДОВ
РЕЗЮМЕ
«Арабская весна» имеющая сильное влияние на геополитичесие процессы, на-
чавшись в 2010 году, продолжается и сегодня, стала причиной коренных изменений в
Северной Африке. Эти процессы показали формирование новых направлений в полити-
ке США относительно Ближнего Востока. В статье изучаются геополитические интере-
сы США, также проведен сравнительный анализ политики Дж. Буша и Б. Обамы на
Ближнем Востоке.
Ключевые словa: США, Сирия, демократия, реформа, Африка
130
THE "ARAB SPRING" IN THE CONTEXT OF GEOPOLITICAL
INTERESTS OF THE UNITED STATES
N.J.ASADOV
SUMMARY
The Arabian spring making a deep influence on the geopolitical process beginning from
2010 caused radical changes in the political radical changes in the political position of North Af-
rica. This process indicated the formation of a new direction in the USA’s Middle East policy.
The article makes a comparative analysis of the USA’s Middle East policy pursued by presidents
Bush and Obama is and studies in its USA’s geopolitical interests.
Key words: USA, Syria, democracy, reform, Africa
131
Dostları ilə paylaş: |