Baki slavyan universiteti Fakültə mtt və İt qrup mtt-304 Fənn – Pedaqoji psixologiya Mövzu – Pedaqoji fəaliyyətin psixologiyasi



Yüklə 26,86 Kb.
tarix31.12.2021
ölçüsü26,86 Kb.
#81605
H.Səbinə



BAKI SLAVYAN UNİVERSİTETİ

Fakültə - MTT və İT

Qrup - MTT-304

Fənn – Pedaqoji psixologiya

Mövzu – Pedaqoji fəaliyyətin psixologiyasi

Müəllim – Aybəniz Xəlilova

Tələbə - Hüseynzadə Səbinə

Bakı 2021

Pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf, şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir. Pedaqoji fəaliyyət pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji qanunauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyətin psixologiyasından danışarkən müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tuturuq.

Pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edəbilərik:

1) pedaqoji fəaliyyətin motivləri - insan yetişdirməklə əlaqədar ictimai tələbat;

2) pedaqoji fəaliyyətin məqsədi ─ cəmiyyət üzvlərinin tərbiyəsi;

3) pedaqoji fəaliyyətin predmeti ─ insan;

4) müəyyən iş və əməliyyatların məcmuundan ibarət olan fəaliyyətin özü ─ ayrı-ayrı öyrədici, inkişafetdirici və tərbiyələndirici iş və əməliyyatlar;

5) pedaqoji fəaliyyətin vasitələri ─ məktəbdətəlim və tərbiyənin məzmunu, forması və metodları;

6) pedaqoji fəaliyyətin şəraiti ─ cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən təchiz olunması,

7) pedaqoji fəaliyyətin nəticəsi ─ şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması.

Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir.

Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Pedaqoji fəaliyyət müəllimin şagirdlərə təsirini əhatə edir. Pedaqoji ünsiyyət ─ birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir.

Psixoloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir:

1) cəmiyyətin sosial sifarişindən doğan ümumi ilkin məqsədlər,

2) təlim fənninin spesifikliyindən irəligələn konstruktiv məqsədlər,

3) sinfin konkret tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.

Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır. Bu prosesdə şagirdlər zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir. Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.

Psixoloji ədəbiyyatda həmin keyfiyyətlər aşağıdakı kimi xarakterizə olunur:

1) Hər bir müəllim öz fənninə dərindən yiyələnməli;

2) idrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli;

3) ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı bacarmalı;

4) şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif kommunikativ vasitələrdən istifadə edəbilməli və s.

Bütün bu keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.

Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya onun əməyinin xarakterini müəyyənləşdirən psixi keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubi və s. ilə xarakterizə olunur. Professor A.İ.Şerbakov müəllimin yiyələnməli olduğu pedaqoji bacarıq və vərdişləri dörd qrupa bölür:

1) məlumatverici bacarıq və vərdişlər;

2) səfərbəredici bacarıq və vərdişlər;

3) inkişafetdirici bacarıq və vərdişlər;

4) istiqamətləndirici bacarıq və vərdişlər.

Bu bacarıq və vərdişlərin mahiyyəti aşağıdakı şəkildə xarakterizə olunur. Məlumatverici bacarıq və vərdişlər:

- elmi materialları didaktik yolla işləməklə tədris materialı şəklinə salmağı bacarmaq; - əsas didaktik vahidləri (anlayış, bacarıq və inam) ayırmaq, onların təşəkkülü və inkişafı yollarını işləyib hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;

- müvafiq məktəb fənninə dair xarakterik metodlar sistemini təkcə tətbiq etməklə kifayətlənməmək, eyni zamanda onları inkişaf etdirmək;

- proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək;

- şagirdlərin anlayacağı, məntiqi, aydın, qısa və ifadəli şəkildə danışmaq;

- əks əlaqəni təmin etmək;

- şagirdlərin muzeyə, təbiətə, istehsalata ekskursiyalarını təşkil etmək, onları kənd təsərrüfatı əməyi ilə tanış etmək, məşğələləri tədris emalatxanalarında və tədris təcrübə sahəsində aparmaq.

Səfərbəredici bacarıq və vərdişlər:

- şagirdlərin diqqətini səfərbərliyə

almaq və onlarda 576 təlimə və əməyə davamlı maraqlar yaratmaq; onları oxumağa öyrətmək;

onları öz iş yerini hazırlamağa, kitabla, alətlərlə işləməyə alışdırmaq;

- şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmək bacarığı aşılamaq;

- kollektivin inkişafına rəhbərlik etmək, şagirdlərin kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi bacarmaq;

işləri dəqiq planlaşdırmaq, ona nəzarət etmək və obyektiv olaraq qiymətləndirmək.

İnkişafetdirici bacarıq və vərdişlər:

- tədris prosesində müşahidə metodundan və müxtəlif məktəb təcrübələrindən istifadə etmək;

- bütün tədris metodlarını yaş fiziologiyası, psixologiya, pedaqogika və məktəb gigiyenasının müasir nailiyyət və məlumatları əsasında tətbiq etmək;

- təlim və fikri iş sisteminin formalaşması prosesində şagirdlərin əqli fəaliyyətini idarə etmək;

- təlim prosesində şagirdlərdən müstəqil təfəkkür tələb edən problem situasiya yaratmaq;

- şagirdlərə əvvəllər əldə etdikləri bilikləri tətbiq etməyi, müqayisə və müstəqil əqlinəticə, fəal idrak fəaliyyəti tələb edən suallar vermək.

İstiqamətləndirici bacarıq və vərdişlər:

-elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibəti təşəkkül etdirmək;

- şagirdlərdə tədris fəaliyyətinə və elmə, məhsuldar əməyə və cəmiyyətin tələblərinə, öz şəxsi istiqamət və imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;

- şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, estetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.

Müəllimin bu cür pedaqoji bacarıq və vərdişləri onun ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəffəqiyyətlə həyata keçirməsinə imkan verir.



Yüklə 26,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə