Mövzu qadin sosial siyasəTİn obyekti KİMİ



Yüklə 93,91 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü93,91 Kb.
#8035


 

 

Mövzu 6.



 QADIN SOSİAL SİYASƏTİN OBYEKTİ KİMİ 

 

1. Qadın sosial təhlükəsizliyin obyekti kimi 

2.  İnkişaf etmiş ölkələrdə mövcud olan sosial siyasətin qender aspektləri 

 

1. Qadın sosial təhlükəsizliyin obyekti kimi 

Sosial təhlükəsizlik anlayışı daha ümumi kateqoriyaya malik olan milli 

təhlükəsizlik sahəsinin bir hissəsidir. Sosial təhlükəsizlik,  şəxslər və sosial qrupların 

mühüm maraqları, hüquq və azadlıqların pozulması  təhlükəsindən müdafiə olunması 

deməkdir. Ümumilikdə isə sosial təhlükəsizlik obyekti dedikdə,  şəxsiyyət və onun 

cəmiyyətin həyat və sosial fəaliyyəti sahəsində mövcud olan həyatı  əhəmiyyətli hüquq 

və azadlıqlara malik olması başa düşülür: yaşamağa, çalışmağa və  əlverişli  şəkildə 

iştirak etməyə olan hüququ və s. Sosial təhlükəsizliyin obyekt və subyektləri, 

cəmiyyətdə mövcud olan inkişaf etmə  şərtlərinin dəyişilməsi üzrə  dəyişikliyə  məruz 

qalırlar. Lakin bu zaman konkret sosial-iqtisadi şəraitdə daha məhdud olan və sosial 

müdafiəyə ehtiyacı olan sosial təhlükəsizlik sahəsinin nüfuzlu obyektlərinidə  nəzərdən 

keçirmək lazımdır. Bazar münasibətlərinə keçid şəraitində sosial təhlükəsizliyin  ən 

nüfuzlu obyektlərinin icrasına qadın, uşaq, əlil və s.-ləri daxil etmək mümkündür. 

Məlum olduğu kimi, qadınlar özünəməxsus psixoloji və demoqrafik xüsusiyyətləri, 

çoxsaylı funksiyaları  və müəyyən sosial statusu ilə  fərqlənən iri sosial qrupu təşkil 

edirlər. Qadınların həyatı  cəhətdən  əhəmiyyət kəsb edən sosial maraqlarına 

aşağıdakılar daxildir: qadınların hüquq bərabərliyinin və onların iqtisadi ehtiyatlar əldə 

etməsinin təmin olunması; ana və  uşaqların mühafizə olunması isə  qəbul olunma 

zamanı meydana çıxan peşəkar seqreqasiya və ayrıseçkiliyin bütün formalarının 

qarşısının alınması; qadınlara qarşı tətbiq edilən zorakılığın aradan qaldırılması; qadın 

və kişilərin isə ailə vəzifələrinin tarazlaşdırılmış şəkildə bölüşdürülməsi. 

Qadınların sosial təhlükəizliyinin səviyyəsi  əksər hallarda onların status 

mənsubiyətindən asılı olur. Sosial təhlükəsizlik və sosial siyasət biri-birindən qarşılıqlı 

şəkildə asılı olur. Sosial siyasət – cəmiyyətin sosial təhlükəsizliyinin dövlətin strateji 

məqsədi kimi təmin olunmasını həyata keçirən bir vasitədir. Dövlətin sosial siyasəti nə 

qədər həqiqi olarsa, sosial təhlükəsizlilinin səviyyəsi də bir o qədər yüksək olar. 

Sosial siyasət cəmiyyət və  şəxsiyyət, eləcə  də  cəmiyyət və qadın sosiumu 

arasında mövcud olan münasibətləri tənzimləyir. Bu tənzimlənmənin  əsası,  şəxslərin 

sosial hüquqlarının realizə olunmasını  təmin edən sosial təminat sistemindən təşkil 

olunmuşdur. Bu o deməkdir ki, dövlət  əhalinin müxtəlif qruplarına qarşı özünün 

paternalist siyasətini həyata keçirir. İnkişaf etmiş ölkələrin heç biri dövlətinin paternalist 

siyasəti olmadan fəaliyyət göstərə bilməz. Lakin bütün bunlara baxmayaraq, qeyd 

etmək lazımdır ki, keçid dövründə olan ölkələrdə  hələ indiyə  qədər tam şəkildə olan 

sosial siyasət işlənib hazırlanmamışdır. Bununla əlaqədar olaraq həm  şəxsi, həm də 

ailə təhlükəsizliyi ilə bağlı olan təhdidlərin sayı artmaqda davam edir. 

Sosial təhlükəsizlik tədbirləri – həyat tərzinin keyfiyyətində baş verən dəyişikliklər 

ilə  əlaqədar olan təzahürün, proseslərin və  şəxslərin mühüm əhəmiyyətə malik olan 

hüquq və azadlıqların məhdudlaşdırılmasıdır. Qadınların təhlükəsizliyinə aid olan əsas 

təhdidlər hansılardır? 

İlk növbədə bura qadınların sosial statusunu azaldan sosial ayrıseçkilik daxildir. 

Qadınların sosial cəhətdən olan ayrıseçkiliyini ikivahidli olan plan üzrə  nəzərdən 

keçirmək daha məqsədəuyğundur. Bir tərəfdən bu – müxtəlif  şəkildə olan sosial-

peşəkar, yaş  və statuslu vəzifə qruplarından ibarət olan demoqrafik birliyi əhatə edən 

kütləvi sosial təzahür, digər tərəfdən isə obyektin vəziyyətini məntiqə uyğun olaraq 

dəyişdirən sosial prosesdir. Bu proses bir sıra ailələrin təsiri nəticəsində qadın 




 

 

sosiumunun müxtəlif şəkildə olan sosial təsisat və birliklər ilə qarşılıqlı sürətdə fəaliyyət 



göstərməsini təyin edir. 

Qadınların hüquq bərabərliyinin pozulmasına təsir göstərən subyektlərə 

aşağıdakı  şəxlər daxildirlər: konkret şəkildə olan demoqrafik xüsusiyyətlərə, sosial 

vəzifələrə  və qender fərdiliyinə malik olan kişilər (təhlil ailə – müsbət münasibətləri 

səviyyəsində həyata keçirildikdə); cinslərin münasibətlərini tənzimləyən və yaxud də işçi 

qüvvəsinin məşğulluğunun müxtəlif sahələri üzrə bölüşdürülməsi məsələlərinə dair olan 

hakim mövqeyi qender prinsiplərinin inkişaf etməsinə şərait yaradan və ya bu prinsipləri 

pozan dövlət strukturları. 

Qadınların hüquq bərabərliyini sosial cəhətdən pozan subyektlərin təsiri həm 

bilavasitə olaraq fərdi davranış aktlarında, həm də hakim orqanlar tərəfindən qəbul 

edilən qərarlar vasitəsi ilə öz əksini tapır. 

Qadınların hüquq bərabərliyinin sosial cəhətdən pozulmasının  əsasını onların 

kişilər ilə sosial cəhətdən qeyri-bərabər olması təşkil edir. Bu qeyri-bərabərliyi insanların 

ehtiyat, hakimiyyət və nüfuz kimi sosial rifahları qeyri-bərabər  şəkildə  əldə etməsi 

şərtləri ilə əlaqədardır. 

Qadınların hüquq bərabərliyinin sosial cəhətdən pozulması  şərtlərinin ləğv 

edilməsinin  əsas məqsədi cinslərin eyni hüquqa malik olması, onların cəmiyyətdə 

qender simmetriyasını əldə etməsi, qadınların şəxsi təhlükəsizliyinə qarşı yaranan əsas 

təhdidlərin aradan qaldırılması və eləcə də qadınlar tərəfindən zəhmətkeş qadın, ana və 

ictimai xadim funksiyalarının yerinə yetirilməsindən təşkil olunmuşdur. 

Sosial təhdidlərin yaranması, cəmiyyətdə cinayətkarlıq hallarının mövcud olması 

və  cəmiyyətin kriminallaşdırılması ilə  əlaqədardır; ailədə zorakılıq (fiziki, psixoloji, 

seksual). 

Qadınların sosial təhlükəsizliyinə qarşı yönələn ciddi təhdid, tibbi xidmət və 

sağlamlığın mühafizə edilməsi  şərtlərinin pozulmasından ibarətdir. Sağlamlığın 

mühafizə olunması sisteminin ən  əsas problemi tibbi xidmətlərin ödənişli olmasına 

əsaslanır. Dövlət konkret olaraq ailə üzvlərinin sağlamlığının ödənişli  şəkildə 

qorunmasını ailənin öz öhdəsinə buraxdığı üçün o bununla qadın və  uşaqların 

təhlükəsizliyin təmin edilməsinə qarşı yönələn təhdidləri də gücləndirir. 

Məlum olduğu kimi, şəxsiyyətin sosial statusu təhsilin səviyyəsi ilə  sıx  şəkildə 

əlaqədardır. Son onillər  ərzində  təhsil sisteminin təhlil olunması zamanı qender üzrə 

olan aspektlərə xüsusi diqqət ayrılmışdır.  İnsan hüquqları üzrə beynəlxalq sənədlərə 

müvafiq olaraq qadınların təhsil sahəsində olan hüququ aşağıdakı kimi müəyyən 

edilmişdir; ümumi şəkildə  əlverişli olan ödənişsiz ümumi təhsili  əldə etmək hüququ; 

ümumi  şəkildə  əlverişli olan ali təhsilə yiyələnmək hüququ; peşə  və ya ixtisasın 

seçilməsi zamanı eyni şəraitin yaradılması; kişi və qadın rolunun stereotipli 

konsepsiyasının təhsilin müxtəlf növ və  səviyyəsi üzrə aradan qaldırılması; təqaüd və 

təhsilə olan digər müavinət alınması üçün eyni imkanların yaradılması və s. Ümumilikdə 

Azərbaycanın təhsil sahəsində iştirak edən qadınların hüquqları ilə əlaqədar olan şərait 

bir sıra problemlərin mövcud olması ilə xarakterizə olunur. Qeyd etmək lazıdır ki, təhsil 

kişilərə nisbətən qadınların maddi səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyətə 

malik deyildir. Bizim cəmiyyətdə yaşayan qadınlar arzu etdikləri təhsilə yiyələnmək üçün 

daha az imkana malikdirlər. Məktəb və  məktəbdən sonrakı  təhsil sistemi qender üzrə 

olan stereotiplərin qarşısının alınmasına  şərait yaratmır. Təhsil sistemində qadınlara 

qarşı qapalı  şəkildə olan seksizm fəaliyyət göstərir (məsələn, qadınların hakim 

mövqelərdə olan əhəmiyyəti). 

Həmçinin bu sahədə mövcud olan yeni tendensiyaları  də  nəzərdən keçirmək 

mümkündür. Məsələn, bu gün ümumi şəkildə  əlverişli olan təhsil hüququ təhlükə 

altındadır. Bundan başqa,  əldə edilməsinin kommersiyalaşdırılması da tətbiq edilir. Bu 



 

 

isə kişilər ilə müqayisədə, qadınların hüququnun pozulmasına  şərait yaradır. Dünya 



təcrübəsindən məlum olduğu kimi, valideynlərin demək olar ki, əksər hissəsi daha çox 

oğlanlar təhsil alması üçün müəyyən məbləğdə pul ödəyirlər. 

Təhsildə mövcud olan qender üzrə fərqlər, əksər hallarda, xüsusi ilə də qadınlar 

tərəfindən real problem və qadın hüququnun təhdid olunması kimi qəbul edilmir. 

Son illər  ərzində ölkələrin  əksəriyyətində pensiya təminatı üzrə olan qender 

meyarlarına qarşı maraq oyanmışdır. Bu, yuxarı yaş qrupunda mövcud olan 

yoxsüllüğünün feministləşməsi problemi ilə  əlaqədardır. Məsələn,  1996-cı ildə ABŞ-da 

yaşayan qadınlar yoxsul təbəqənin 71%-ni təşkil edirdilər. Digər ölkələrdə buna oxşar 

mənzərə müşahidə olunurdu. Məsələ burasındadı ki, pensiya sistemi indiyə kimi, ailə 

başçısı olan ər və evdar qadın olan arvadın  ənənəvi modelinə uyğun olan prinsiplərə 

əsaslanır. Lakin bu gün qadınların əksəriyyəti ödənişli fəhlə kimi çalışırlar. Ev vəzifəsinin 

iş ilə uyğunlaşdırılması, onların  əmək bazarında olan peşəkar məşğulluğuna müəyyən 

təsir göstərir. Aşağı ödənişli olan müvəqqəti yerlərində yüksək səviyyədə olan 

təmərküzləşmə və eləcə də uşaqlara və qocalara xidmətin göstərilməsi ilə əlaqədar olan 

vasitələr qadınlar üçün daha xarakterikdir. Qadın məşğulluğunun bu xüsusiyyətlərə 

malik olması  nəticəsində qadınların pensiya ilə kifayət qədər təmin edilməsinə  və 

pensiya ödənişlərinin aşağı səviyyədə olmasına şərait yaradır. 

Bununla  əlaqədar olaraq, qadınların pensiya təminatı üzrə olan problemlərini 

pensiya sisteminin dəyişdirilməsi vasitəsilə  həll etmək vacibdir. Pensiya sisteminin 

qadınların məşğulluq xüsusiyyətlərinə uyğunlaşdırılması, kişi və qadınlırın qender üzrə 

olan vəzifələrinin islahatlaşdırılası olmadan mümkündür deyil. Qender neytrallığının əldə 

olunması  məqsədi ilə pensiya sisteminin islahatlaşdırılması üzrə  həyata keçirilən 

tədbirləri növbəti istiqamətlərə ayırmaq mümkündür. Bu istiqamətlərin birinin çərçivəsi 

daxilində qadınların iqtisadi inkişafa ödənişsiz ev əməyi  şəklində  əmanət qoyması ilə 

pensiya sisteminin islahatlaşdırılması  zəruriyyəti meydana çıxır. Digər istiqamətin 

çərçivəsi daxilində isə müasir pensiya sisteminin ayrı-ayrılıqda olan çatışmayan 

cəhətlərinin təhlili həyata keçirilir. 

Birinci istiqamətin inkişaf etməsi, 70-ci illərdə yaranan və BMT-nin mütəxəssisləri 

tərəfindən fəal  şəkildə  işlənib hazırlanan qadınların iqtisadi inkişaf sahəsində  iştirakı 

haqqında olan konsepsiya ilə  əlaqədar olmuşdur. Bu konsepsiyanın tərəfdarları 

"gözəgörünməz" qadın əməyini nəzərə alınması və qiymətləndirilməsi mülahizəsini irəli 

sürürlər. Qadınlar ev təsərrüfatı ilə məşğul olaraq, ictimai cəhətdən sərfəli olan işi yerinə 

yetirirlər. Məhz buna görə  də onlar özlərinin bu rifaha olan qoyuluşlarının cəmiyyət 

tərəfindən tanınması və o cümlədən də bu rifahın bir hissəsinin pensiya səviyyəsi üzrə 

əldə olunmuş hüququna malikdirlər. Kişilərin  əmək bazarında uğurlu  şəkildə ödənilən 

fəaliyyəti – «müştərək istehsalatın» nəticəsidir. Qeyd etmək lazımdır ki, əgər qadınlar 

evdə  uşaqlara qulluq etməsəydilər və yaxud da ev təsərrüfatı ilə  məşğul olmasaydılar 

kişilərin əmək fəaliyyəti ilə məşğul olması qeyri-mümkün ola bilərdi: 

Qadınların iqtisadi inkişaf sahəsində tuttuqları yeri BMT-nin çoxsaylı sənədlərində 

müdafiə olunur və onun rəsmi konsepsiyasını  təşkil edir. Lakin konsepsiyanın inkişaf 

etməsindən, onun konkret praktiki tədbirlərdə həyata keçirilməsinə qədər olan yolu çox 

uzundur. Məhz bu səbəbdən də ödənilən məşğulluq sahəsindən kənarda olan əmək 

məsrəflərinin  əksər hissəsi hələ indiyə  qədər qəbul olunmamış  və qiymətləndirilməmiş 

hesab edilir. BMT-nin tədqiqatlarına  əsasən, bu qiymətləndirilmələrin miqyası iri ola 

bilər.  Əgər qadınların ödənişsiz olan fəaliyyəti bazar əməliyyatları kimi nəzərdən 

keçirilirsə və qiymətləndirilseydi, onun ödənilməsi üçün 22 trln. amerikan dolları kimi iri 

məbləğ lazım olardı. 

Qadınların inkişafa olan qoyuluşlarının qiymətləndirilməsi yalnız sosial ədalətlik 

haqqında olan məsələlərə  əsaslanır.  İnsanın sosial statusu onun pul qazanmaq 



 

 

qabiliyyəti ilə müəyyən edildiyi üçün iş vaxtını kifayət qədər  əmək bazarına ayırma 



imkanına malik olmayan qadınlar, kişilər ilə müqayisədə sosial ierarxiyanın daha aşağı 

pilləsində yerləşməli olurlar. 

Bununla  əlaqədar olaraq, «evdar qadının pensiyası» adlı pensiya təminatının 

daha yeni növünü həyata keçirmək ideyası irəli sürürlər. Lakin bu ideya hətta feminist 

hərəkatının tərəfdarları tərəfindən belə yüksək qiymətləndirilmir. Onlar əsas sübut kimi, 

ev təsərrüfatında çalışan  şəxslərə pensiyanın verilməsinin qadınların  əmək bazarında 

olan işlərdən imtina etməsinə  şərait yaratdığını  bəyan edirlər. Bu problemin işlənib 

hazırlanması, pensiyaların hesablanması zamanı ev əməyinin hansı növünün nəzərə 

alınmasının zəruri olduğuna dair məsələlərin həll olunmasını  təsdiq etimşdir. Pensiya 

sisteminə görə kim haq ödəməlidir? Bu növ məsələlərin həll edilməsi zamanı müəyyən 

konsensusu əldə etməyin qeyri-mümkün olması ev təsərrüfatında çalışan şəxslər üçün 

zəruri olan pensiya təminatının həyata keçirilməsini ləngidən yeganə vasitə deyildir. 

İctimai inkişafın müasir mərhələsində mövcud olan əsas maneələr – bu ideyanın həyata 

keçirilməsi ilə  əlaqədər olan iri maliyyə itkiləri və  mədəniyyəti patriarxal dəyərlər ilə 

zəngin olan cəmiyyətin hazırlıqsız olmasından təşkil olunmuşdur. Bütün bunlara 

baxmayaraq, bu üsulun tərəfdarları  gələcəkdə  həyata keçirilməsi mümkün olan bu 

ideyaların rəyat qabiliyyətinə inanırlar. 

Pensiya təminatı sisteminin qender üzrə olan problemlərinin tədqiq olunmasının 

ikinci istiqamətlərinə  gəldikdə isə, onun çərçivəsində kişi və qadınların qeyri bərabər 

olan imkanlarını pensiya təminatı ilə möhkəmləndirən müxtəlif ölkələrdə pensiya 

sisteminin qurulması xüsusiyyətləri tədqiq edilir. 

Ölkələrin  əksəriyyəti üçün işlənmiş saat və minimal əmək haqqının miqdarı 

mühüm  əhəmiyyət kəsb edir. Belə qaydaların tətbiq edilməsi, pensiya təminatı 

sistemindən, qeyri tam şəkildə olan iş gününə malik olan və yaxud da müvəqqəti şəkildə 

məşğul olan işçilərin kifayət qədər olan sayının ixtisar olunmasına şərait yaradır. Aşağı 

ödənişli qeyri-proporsional olan yüksək təmərküzləşmə və eləcə də iqtisadi qeyri-fəallıq 

üçün daha xarakterik olduğundan, məhdudiyyətlər ilk növbədə qadınlrın ümumi 

vəziyyətinə mənfi təsir göstərir. Məsələn, mütəxəssislərin göstəricilərinə əsasən, 1894-

cü ildə ABŞ ölkələrdə qadınlar tam iş günündə çalışayan insanlrın 80%-ni təşkil edir, 

iqtisadi cəhətdən qeyri fəal olan əhalinin tərkibi isə demək olar ki, əmək qabiliyyətinə 

malik olan qadınların yarı hissəsindən təşkil olunmuşdu. 

Hətta yüksək  əmək haqqı  və tam şəkildə olan məşğuluq belə  hər zaman 

qadınların pesiya sistemindən əlverişli şəkildə istifadə etməsnə şərait yaratmır. Burada 

söhbət sığorta haqqının ödənilməsi üçün zəruri olan minimal dövrün təyin edilməsindən 

gedir. Məsələn, Avstriya və İspaniyada sığorta haqqlarının ödənilməsinin minimal dövrü 

15 il, Böyük Britaniyada – 10 il, İtaliyada isə 16 ili əhatə edir. Göründüyü kimi, minimal 

sığorta dövrü nə qədər uzun olarsa, qadınların pensiya almaq hüququnu əldə etməsi də 

bir o qədər çətin ola bilər. Çünki onların əmək fəaliyyəti əksər hallarda uşaqların anadan 

olması və tərbiyə edilməsi zamanı dayandırılır. 

Qadınların pensiya almaq imkanına mənfi təsir göstərən pensiya sisteminin təşkil 

edilməsinin digər xüssiyyəti – pensiyaların hesablanma qaydasından ibarətdir. 

Pensiyaların hesablanması zamanı  əmək hayatının son dövründən istifadə olunur. Bu 

variant qadınlar üçün daha zəruridir. Tədqiqatlardan göründüyü kimi, maliyyə 

münasibətlərində son iş dövrü deyil, məhz elə ilk iş dövrü qadınlar üçün uğurlu hesab 

olunur. Bundan başqa, onlardan əksəriyyəti ev təsərrüfatı ilə əlaqədar olan işlərə daha 

çox vax ayırırlar. Orta əmək haqqına  əsaslanmış pensiyaların səviyyəsinin 

hesablanması da ideal deyildir, belə ki, bu zaman qadınlar tam şəkildə məşğul olmayan 

və  aşağı ödənişli işlərin sırasına daxil edilirlər. Məhz bu səbəbdən də  tədqiqatçıların 

əksəriyyəti bəzi ölkələrdə  fəaliyyət göstərən «qazancların  ən yaxşı ili» adlı üsuldan 



 

 

istifadə edilməsini təklif etmişdirlər. Pensiyaların bu üsula əsasən hesablanması da 



mümkündür. 

 

2. İnkişaf etmiş ölkələrdə mövcud olan sosial siyasətin qender aspektləri 

Feminist cərəyanın tədqiqatçıları sosial dövlətin siyasətinin də mövcud olan 

qender bərabərliyinin müxtəlif aspektlərini təhlil edirlər. Bu zaman cinslərin 

bərabərliyinin təmin edilməsində meydana çıxan dövətlərarası  fərqlər sosial dövlətin 

müxtəlif olan modelinin konteksti çərçivəsində nəzərdən keçirilir. 

Daha geniş  şəkildə yayılmış nöqteyi nəzərlərə  əsasən, sosial dövlət öz 

vətəndaşlarına rifahın müəyyən səviyyəsini zəmanət verən ictimai quruluşun bu növünü 

ifadə edir. Burada söhbət vətəndaşların minimal həyat səviyyəsinin məşğulluğun yüksək 

səviyyəisinin  əldə olunması hesabına təmin olunmasından gedir. Dövlətin müdaxiləsi 

hakimiyyət və  vətəndaşlar arasında mövcud olan müqavilə münasibətlərini həyata 

keçirən mexanizm kimi nəzərdən keçirilir. Sosial dövlət fenomeninin təhlil olunması 

əsasən bazar və ya dövlət dilemmasında cəmlənir. Ailənin sosial təminatda olan rolu, 

evdarlığın sosial tələbatları və qadınların əmək bazarında olan vəziyyəti kimi məsələlər 

isə bir qayda olaraq nəzərə alınırlar. Hal-hazıda dövlətin rifahının dövlət–bazar–ailə 

üçlüyündə toplanması üsulu daha geniş vüsət almışdır. 

Müasr Avropada «bərabərlik mədəniyyətinin» inkişaf etməsi, kişi və qadınlar 

arasında hüquq bərabərliyini təmin edilməsi məsələsini ilk plana çəkən beynəlxalq 

təşkilatların siyasəti ilə tamamlanmışdır. Bərabərlik mədəniyyətini, dövlət və  cəmiyyət 

tərəfindən həyata keçirilən və eləcə də cinslər arasında mövcud olan iqtisadi, sosial və 

siyasi ehtiyatların bərabər  şəkildə bölüşdürülməsinə yönələn tədbirlərin məcmusu kimi 

müəyyən etmək mümkündür. BMT, Avropa Şurası, MOT və Avropa parlamenti, 

konvensiya, qətnamə, tövsiyyə  və direktivləri qəbul etməklə, bu istiqamətdə müəyyən 

islahatların həyata keçirilməsnə şərait yaradırlar. 

BMT-nin sənədlərində qeyd olunduğu kimi, qadınların sosial siyasətdə 

«benefisiar» kimi və bu siyasətin iştirakçıları kimi olan rolunu da fərqləndirmək 

mümkündür. Hökümətin bu qadınların bərabər  əmək haqqının verilməsi və sosial 

güzəşlərin (işsizliyə görə müraciət, pensiya təminatı, məktəbə  qədər müəssisələrin 

xidmətlərinin ödənilməsi və s.) təqdim olunması kiim tədbirlərin həyata keçirilməsinə 

şərait yaradır. Burada söhbət sosial siyasətin «müştərilik» meyarından gedir. Bu 

problemin digər tərəfi «partnyorluq siyasəti adlanan» və qadınların hakimiyyət 

strukturlarında iştirak etməsini genişləndirən istiqamətdir. 

Son on illər ərzində Avropada bərabərlik haqqında olan qanunvericilik sahəsinin 

nümunəsi kimi qender bərabərliyinə dair çoxsaylı proqramlara malik olan İsveç 

nəzərdən keçirilir. Bundan başqa, Avropa İttifaqına daxil olan dövlətləri, qender 

bərabərliyi siyasətinin həyata keçirilməsi nöqteyi-nəzərindən «liderlər» və 

«autsayderlər» qrupuna ayırmaq mümkündür. Sosial siyasətin bu aspektlərini uşaqlara 

xidmətin göstərilməsinə görə analıq və valideynlik məzuniyyətinin çox və davamlı 

olması, məzuniyyət dövrü ərzində müavinətin miqdarının çox olması, uşaqların məktəbə 

qədər olan tərbiyəsinə dair ictimai proqramların  əlverişli olması, pensiya sisteminin 

uyğunlaşma qabiliyyətinə malik olması kimi də  nəzərdən keçirmək mümkündür. Bu 

siyasətdə  əsas lider dövlətləri Skandinaviya ölkələri, orta vəziyyətdə olan dövlətlər 

Almaniya, Niderland və Avstriya, «autsayder» ölkələri isə Yunanistan, İtaliya və İspaniya 

dövlətləridir. Skandinaviya ölkələrində  bərabərlik və sosial demokratiya prinsiplərinə 

olan meylliliyin tarixi kökləri vardır. Bu ölkələrdə yaşayan parlamentar qadınların sayı, 

qadın əhalisinin rifahına müsbət təsir göstərən dövlət siyasəti və sosial texnologiya üçün 

zəruri olan «kritik kütlənin» sayından çox olmuşdur. Mühüm əhəmiyyətə malik olan 



 

 

dövlət sektoru iş verən təşkilat kimi iştirak etməklə, uşaqlara xidmətin göstəriləmsini 



təmin edərək, təhsil, tibbi yardım və sosial təminatı əlverişli edir. 

Sosial siyasətin «müştəri» və «partnyorlüq» aspektləri üzrə olan məluatlar ölkələr 

arasında mövcud olan mühüm fərqləri əks etdirir. Qadınlar sosial siyasətin benefisiarları 

kimi nəzərdən keçirən konsensus daha inandırıcı görünür. «Müştəri» və «partnyor» 

göstəriciləri arasında olan təzad Fransa və Belçika üçün daha çox xarakterikdir. Bu 

ölkələrin hər ikisi «müştəri» siyasəti sahəsində lider olsalar da, partnyor siyasətində 

outsayder kimi iştirak edirlər. Portuqaliya, Yunanistan və Britaniya partnyorluq siyasətini 

həyata keçirməklə «müştəri» aspektinə  də müraciət edir. Norvec və Niderland 

göstəricilərinin müqayisə edilməsi qadınlara sosial siyasətin partnyorları kimi münasibət 

göstərilməsini təsdiq edir. 

Liderlər qrupuna daxil olan Niderland və «autsayderlər» qrupuna daxil olan 

İrlandiyada «bərabərlik mədəniyyətinin» formalaşması xüsusiyyətlərini nəzərdən 

keçirək. Bu iki ölkənin nümunələri bərabərlik mədəniyyətinin formalaşması üsullarında 

oxşar və fərqli cəhətləri əks etdirir. 70-i illərin sonuna qədər hər iki ölkədə qadının yalnız 

evdə  və  ərindən asılı olması haqqında vahid mövqe hakim idi. Əmək fəaliyyətinin 

demək olar ki, bütün növləri kobud şəkildə «kişilərə yaraşan» və «qadınlara yaraşan» 

xüsusiyyətlərə ayrılmışdı. Cəmiyyət isə  əməyin qender üzrə bölüşdürülməsinə  şərait 

yaradırdı. 70-90-cı illərdə hər iki ölkədə qadınların sosial siyasətin benefisiarları olması 

haqqında mühafizəkar nöqteyi nəzərlər yenidən nəzərdən keçirildi. 

80-ci illərdən etibarən Niderlandın ictimai təfəkkürü və hökumət siyasətində 

mühüm dəyişikliklər baş verdi. Vergi verən  şəxslərin himayəsində olan ailə üzvlərinin 

sayının artmasından narahat olan hökumət  əməyin  əhali tərəfindən təsdiq edilməsi 

ideyasını səbirli şəkildə qəbul etməyə məcbur oldu. 1990-cı ildə dövlətin maliyyə dəstəyi 

ilə təmin olunan uşaqlar üçün məktəbə qədər müəssisələrin inkişaf etdirilməsi haqqında 

qanun qəbul edildi. Məhz buna görə  də  uşaqların tərbiyə olunması  və  işin biri-birinə 

uyğunlaşdırılması holland qadınları üçün tipik olan bir vəziyyətdir.  İrlandiyada isə 

kişilərin qadınlardan asılı olması konsepsiyası öz qüvvəsini qoruyub saxlamaqda davam 

edir. Bu şərait işsizliyin yüksək səviyyəsi ilə birlikdə hökumətə  və onun sosial 

partnyorlarının qadınların muzdlu işdə  iştirak etməsi haqqında olan tədbirlərin həyata 

keçirilməsinin qəbul olunmaması arzusunu izah edir. Vergi qoyuluşuna dair islahatların 

həyata keçirilməsi və  uşaqların məktəbə  qədər olan müəssisələrinin inkişaf etdirilməsi 

ideyası da hökumət dairələri tərəfindən dəstəklənmir.  İrlandiya cəmiyyəti  ərdə olan 

qadınların işləməsinə qarşı açıq düşməncilik münasibəti bəsləməsə  də, o qadınların 

məşğulluğunun məktəbə qədər yaş həddində olan uşaqların tərbiyə edilməsi və onların 

anaları ilə olan qarşılıqlı münasibətlərinə  mənfi təsir göstərəcəyinə görə narahatçılıq 

keçirir. 

Avropa İttifaqının bütün ölkələrində yaşayan və ali savadı olan qadınların iqtisadi 

cəhətdən olan fəallığı, ali təhsili olmayan qadınlara nisbətən yüksəkdir. Həm İrlandiya, 

həm də Niderland yüksək peşəkar ixtisasa malik olan qadınların məşğulluq səviyyəsinin 

orta ixtisaslı qadınlara nisbətən yüksək olduğu ölkələrdir. Uşaqların anadan olması 

qadınların iqtisadi fəallığına eyni təsir göstərsə də, bu effekt daha çox İrlandiyada özünü 

biruzə verir. AVB ölkələri arasında  İrlandiya uşağı olan və 20-39 yaş  həddində olan 

qadınların məşğulluğuna görə  ən sonuncu yerlərdən birini tutur (41%). Bu 

tendensiyaları Niderlandda da müşahidə etmək mümkündür. Lakin Niderland ailələrində 

İrlandiyaya nisbətən az uşaq olduğu üçün dövlət ərdə olan və işləyən qadınlara yardım 

edərək, onları tam iş vaxtı olmayan iş yerlərində yerləşdirir. Beləliklə, Niderlandda ailəni 

dolandıran iki şəxs iştirak etdiyi ailə modelinin genişləndirilməsinə yönələn tendensiyalar 

nəzərdən keçirirlir. Niderland sosial müavinətlərin həm keyfiyyət, həm də  kəmiyyət 

göstəricisinə görə  İrlandiyadan üstündür. Əgər nümunə kimi qadınların sağlamlıq 



 

 

göstəricilərini nəzərdən keçirsək, görərik ki, Niderland qadınların həyat davamiyyətinə 



görə ABŞ-nın digər ölkələri arasında dördüncü yeri, İrlandiya isə onuncu yeri tutur. Bu 

şərtləri nəzərə alsaq İrlandiyanı qadınlara münasibətdə daha ədalətli siyasəti həyata 

keçirən dövlət adlandırmaq olar. 

Qadınların sosial hüququnun təmin olunması planında yüksək reytinqə malik olan 

ölkələrin sırasına Norvec də daxildir. Ölkənin parlamenti tərəfindən qəbul olunmuş «90-

cı illər dövrü ərzində mövcud olan bərabərlik siyasəti haqqında» qanunda kişi və 

qadınların bərabər hüquqa malik olmasına istiqamətlənmiş  əsas tədbirlər öz əksini 

tapmışdır. Bu qanunda əsas diqqət iki məqama cəmləşmişdir: birinci məqamda 

uşaqlara olan xidmətlərin yaxşılaşdırılması, ikinci məqamda isə qadınların  ədalətli 

şəkildə olan əmək haqqını alması üzrə olan iqtisadi asılılığı öz ifadəsini tapmışdır. 

Qanun növbəti ideoloji müddəalara əsaslanır: kişi və qadınlar biri birindən əhəmmiyyətli 

şəkildə  fərqlənirlər. Bu cəmiyyət üçün müsbət hal hesab edilsə  də, bu fərqlər qender 

üzrə olan qeyri-bərabərliyin mövcud olmasına  şərait yarada bilər, bərabərlik siyasəti 

eyni şəkildə həm qadın, həm də ki, kişilərin marağını nəzərə almalıdır. 

3 yaşından 10 yaşına qədər olan uşaqların həyat  şərtlərinin yaxşılaşdırılmasına 

yönələn hökumət proqramı növbəti tədbirləri nəzərdən keçirir: 

 

- məktəbə qədər olan tərbiyə mərkəzlərinin sayının çoxaldılması; 



- 6 

yaşından etibarən ibtidai təhsilin həyata keçirilməsi; 

- dövlətin təhsil müəsisələrində uzadılmış gün qruplarının sayının artırılması. 

 

Bundan başqa 3 yaşına qədər olan uşaqların ailə  tərbiyəsinin təşviq edilməsi 



üzrə  də  bəzi tədbirlər həyata keçirilir. Bu məqsədlə evdə qalan valideynlərə hökumət 

tərəfindən maliyyə dəstəyi təqdim olunmalıdır. Bu zaman növbəti üsullar mühüm hesab 

edilir: 

 

-  1 yaşından 3 yaşına qədər uşaqlara xidmətin göstərilməsinə görə  təyin olunan 



məzuniyyətlərin müddətini artıran  əmək qanunvericiliyində  dəyişikliklərin həyata 

keçirilməsi; 

- uşaqlara xidmət göstərilməsi üzrə olan məzuniyyətin istifadə edilməsinin daha sadə 

olan sxeminin tətbiq edilməsi: məzuniyyətlərin ödənilməsi dövrü ərzində valideyn öz 

vəzifəsinin peşəkar məşğulluğu ilə birlikdə yerinə yetirilməsini biri-birinə 

«uyğunlaşdıra» bilər. Məzuniyyət dövrü ərzində ödənilən müavinətin ölçüsü ananın 

əmək haqqının 80%-ini təşkil etməlidir; 

- ataya 


uşağa qulluq etmək üçün zəruri olan «mütləq» dörd həftəlik məzuniyyətin 

təqdim olunması. Bu dörd həftə ödəniliş məzuniyyətin ümumi müddətinə daxil edilir; 

- ailə üzvlərinə xidmətlərin göstərilməsi, qadınlara pensiya ilə  təmin olunmaq 

hüququnu təqdim edir. 

 

6 yaşından  10 yaşına qədər olan uşaqlara aid olan tədbirlər qrupu qadınların 



əmək bazarında olan vəziyyətini yaxşılaşdırır. Bununla da qadınlar öz peşəkarlıq 

şanslarını kişilər ilə müqayisədə yüksəldir və ya onların peşəkarlıq səviyyəsinə bərabər 

edirlər. 3 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulan tədbirlər kompleksi ailə 

qulluğunun inkişaf etdirilməsinə yönəldilmişdir. 

Cinslərin bərabərlik prinsiplərini işləyib hazırlayan zamanı növbəti  əsas 

müddəalardan  əsaslanır; qadınların fərd kimi nəzərdən keçirilməsi, qadınların ailə 

üzvləri kimi qəbul edilməsi və hər iki aspektin nəzərə alınması. Qadınlar haqqında olan 

ikili təsəvvürlər bir sıra hallarda bərabərlik siyasəti ilə təzahür olunur. Tədbirlərin bəziləri 




 

 

qadınların iqtisadi statusunun yüksəldilməsinə, bəziləri isə qadınların vəziyyətinin ana 



kimi yaxşılaşdırılasına yönəldilişdir. 

Müxtəlif ölkələrdə ailə modeli müxtəlif səviyyəyə uyğun olaraq şəklini dəyişir. Bu 

və ya digər ölkələrdə ailə haqqında olan ənənəvi təsəvvürləri növbəti göstəricilər üzrə 

müzakiə etmək mümkündür: 

 

- vergi 


qoyuluşu və sosial təminat sistemində qadınlara qarşı olan münasibət; 

- sosial 

rifahların təmin olunma səviyyəsi; 

-  ərli qadınların məşğuluğunun xüsusiyyətləri. 

 

Sadalanmış göstəricilər ailənin ailə başçısı kişi olan modelinin üç növünü 



xarakterizə edir. Birinci növ ailə ilə ailə başçısı kişi olan modelin tarixi cəhətdən  əks 

etdirən ölkələr aiddirlər. Bu qadınların məşğulluq xüsusiyyətlərinə malik olması dövlətin 

məktəbə qədər təşkilatlarının inkişaf etməsini və ana olan qadınların hüququ cəhətdən 

müdafiə olunmasını izah edir. Uzun illər ərzində qadınlar və kişilər arasında olan qeyri-

bərabərlik də bununla izah olunur. Bu modelin inkişaf etdiyi ölkələrdə dövlət və ailənin 

«məsuliyyət zonasının» aydın  şəkildə  məhdudlaşdırılması hökm sürür. Patriarxat 

normaların riayət olunmasına görə sosial nəzarətin funksiyaları kütləvi sahənin 

institutları tərəfindən həyata keçirirlir. Bu növə daxil olan ölkələrə Almaniya və Britaniya 

aiddir. 

İkinci tip ümumi rifahı yüksək olan dövlətin ailə başçısı olan kişi ilə «keçid» 

variantını ifadə edir. Bu ölkələr tam iş vaxtı ilə məşğul olan qadınların əksər hissəsi ilə, 

eləcə də qadınlar üçün nəzərdə tutulmuş sosial zəmanətlərin məcmüəsi ilə xarakterizə 

olunurlar. «Patriarxat nəzarəti» funksiyaları ailə  təsisatı  tərfindən yerinə yetirilir. 

Qadınların həyat yoldaşı, ana və muzdlu fəhlə kimi olan hüququ isə cəmiyyət tərəfindən 

qəbul olunur. 

Ümumi rifahı yüksək olan dövlətlərin üçüncü tipinə isə ailə başçısı kişi olan 

ailənin daha «zəif» modeli aiddir. Bu ölkələrə aşağıdakılar xasdır: tam iş vaxtı rejimində 

çalışan qadınların yüksək paya malik olması, vergi qoyuluşu və sosial təminatın fərdi 

sistemi, dövlət inkişaf etmiş  məktəbə  qədər müəssisələri və valideyn məzuniyyətini 

maneəsiz  şəkildə  əldə etmək imkanı. Bu dövlətlərə  İsveçi nümunə göstərmək olar. 

Burda ailəni dolandıran iki şəxsi olan ailə modeli formalaşmışdır. 

Feminist hərəkatı  və dövlətin sosial siyasəti arasında hansı qarşılıqlı 

münasibətlər fəaliyyət göstərir? Tarixi cəhətdən güclü olan feminist hərəkatı  və 

qadınlara tam şəkildə  vətəndaşlıq hüququnu təqdim edən sosial siyasət arasında 

mövcud olan qarşılıqlı münasibəti aydınlaşdırmaq qeyri-mümkündür. Bu proseslərin 

inkişaf etməsi ziddiyyətli xüsusiyyətə malik olmuşdur. Məsələn, Fransa və İsveçin sosial 

siyasəti qadınlar üçün daha çox imkan yaradır. Lakin bu heç də qadın hərəkatının güclü 

olmasına  əsaslanmır. Məlum olduğu kimi, həm Fransa, həm də  İsveçdə qadınlar 

müvafiq dövlət tərəfindən təqdim olunan mənfəətin qorunmasında mühüm rol 

oynamışdırlar. Yalnız bu fakt qeyri-adidir ki, kifayət qədər güclü olan ingilis feminizmi 

sosial siyasət sahəsində ciddi nəticələrin yaranmasına səbəb olmuşdur. 

Tədqiqatçıların  əksəriyyəti belə bir qənaətə  gəlmişdilər ki, qadınların ictimai 

hərəkatının təsiri dövlətin sosial təminatı  tədbirlərinin cəmiyyət və «səxavətlilik» 

xüsusiyyətinə  tərs münasibdır. Dövlət bürokratiyasının inkişaf etmiş sistemi və dövlət 

müdaxiləsinin uzun müddətli  ənənələrinə malik olan güclü dövlətlər «zəif ölkələr» ilə 

müqayisədə qadınlar üçün nəzərdə tutulmuş proqramlar daha dar olan siyasi çərivələrə 

yerləşdirmişdirlər. Daha güclü və geniş olan qadın hərəkatına malik olan ABŞ qadınları 

və uşaqlar üçün nəzərdə tutulmuş və az inkişaf etmiş sosial müavinətlər sisteminə malik 




 

 

olmuşdurlar. Beləliklə, güclü olan qadın hərəkatı özü-özlülüyündə dövlətin rifahında təsir 



göstərən güclü qender siyasətinin həyata keçirilməsinə şərait yaratmır. 

Qender münasibətlərinin sosial dövlətin inkişafı şəraitində dəyişilməsini də qeyd 

etmək lazımdır. Bu növ irəliləyişlərin  əhəmiyyəti sosial siyasətdə baş verən dəyişiliklər 

ilə  əlaqədar olaraq, özünü daha aydın  şəkildə biruzə verir. Məsələn, Holland 

hökumətinin indiki siyasətində qadınların  əvvəlcə analıq vəzifəsini, sonra isə  işçi kimi 

vəzifəsini yerinə yetirməsi nümayiş etdirilir. Bunun nəticəsində özündə analıq və 

məşğulluqu cəmləşdirən qadınlar üçün zəruri olan ikili model yaradılır. Bu ikili model 

digər ölkələrdə də öz əksini tapmışdır. 

Almaniyada nöqteyi-nəzərlərin tənqid olunası keçmiş ADR qadınlarının 

fəaliyyətində öz əksini tapmışdır. Bu qadınlar məşğulluq problemlərini nəzərə 

çarpdırmağa daha çox meyllidirlər və onlar uşağlara xidmətin göstərilməsini daha 

yüksək qiymətləndirirlər. 

Beləliklə, müasir şəraitdə sosial dövlətlərin haqqında olan təsəvvürlərin  şəklinin 

dəyişdirilməsi prosesi baş verir. Ölkələrin  əksəriyyəti vətəndaşlıq modellərindən 

məşğulluğun ödənilməsi modelinə keçən qender siyasətinin  şəklinin dəyişdirilməsi 

müşahidə olunur. 

 

  

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 



 

1.  Гендер и общество /под ред. Широбоковой А.А, и др./. – Иркутск, 2000 

2.  Дегтярь  Л.  Процесс  трансформации  и  положение  женщин //Вопросы 

экономики, 2000, № 3 

3.  Женщина и социальная политика /гендерный аспект/. - М.,1992 

4.  Обеспечение  равенства  полов:  политика  стран  Западной  Европы  /под  ред. 

Ф.Гардинера/. - М.,2000 

5.  Пфау-Эффнгер  Б.  Опыт  кросс-национального  анализа  гендерного  уклада 

//Социологические исследования, 2000, № 11 

6.  Силласте  Г.Г.  Женщина  как  обжект  и  субжект  социальной  безопасности 

//Социологические исследования, 1998, № 12 

7.  Силласте  Г.Г.,  Кожамжарова  Г.  Социальная  дискриминация  женщин  как 

предмет  социологического  анализа //Социологические  исследования,  1997, 

№ 12 


8.  Теоретико-методологические  аспекты  проблем  гендерного  обучения  в 

системе 


высшего 

образования 

/материалы 

научно-практической 



конференции/. – Б., 2002  

 

Document Outline

  • ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI

Yüklə 93,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə