F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix23.10.2017
ölçüsü266,78 Kb.
#6395
1   2   3   4   5   6   7   8   9

                                

                                                  

 

26 


 

tərkibli gübrələrin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına 

təsirini öyrətməyə başlayır. Respublikada üzümçülərin bugünkü 

uğurlarında  torpaqşünaslarımızın  çox  böyük  əməyi  vardır. 

Ümumiyyuətlə,    Həsən  Əliyev  Azərbaycanda  üzümçülüyün 

inkişafına daim fikir vermişdir.  

 

V  iştirakçı:

   


Akademik  Həsən  Əliyevin  “Həyəcan  təbili” 

əsərindən hikmətli sözlər:  

Təbiəti düşünərkən:-“Təbiətdə heç bir ünsürün “təklik eqoizmi” 

yoxdur.  Bir  ünsür  digərinə  söykənəcəkdir  və  ya  digərindən 

söykənəcək istəyir”.  

-“Su  yaşıllığı  saxlayır,  yaşıllıq  suyu.  Torpaq  anadırsa,  su 

övladdır,  meşə  bu  övladsız  dodağı  çat-çat  olub  yanacaq, 

dirigözlü  “ölüyə”  dönəcək.  Bunlar  hamısı  aydındır.  Bircə 

qaranlıq qalan odur ki,   biz bəzən gündəlik fəaliyyətimizdə niyə 

bunları yaddan çıxarırıq?” 

Azərbaycan təbiəti: -“Azərbaycanda yerin altı tükənməz xəzinə, 

üstü canlı muzeydir”.  

-Mən dünyanın bir çox ölkələrini gəzdim, lakin Qafqazın təbiəti 

qədər  gözəl,  romantik,  dilbər  guşəyə  rast  gəlməmişəm. 

Qafqazda da təbiət ən gözəl nemətlərini bizim respublikaya bəxş 

etmişdir.” 

Torpaq  sərvəti:-“Torpaq  Vətən  deməkdir.Tarix  boyu  torpaq 

üstündə  ölüm-dirim  döyüşləri  olmuş,  torpaq  milyonları 

udmuşdur.” 

-“Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpağındır.” 

-“Torpaq  bizim  “çörək  ağacımız”,...  yaşayışımızın  ibtidasıdır. 

Məhz  buna  görə  də  torpaq  bizim  üçün  əzizdir,  doğma  və 

müqəddəsdir”. 



                                

                                                  

 

27 


 

-“Hər  şey  torpağın  üstündə  bitir.  Bu  mənada  insan  üçün 

torpaqdan kənarda təbiət anlayışı yoxdur”.  

-“Ağaclara  su  verilsə,  lazımi  qulluq  göstərilsə,  torpağı  ağac 

bitkilərinin elə özləri əmələ gətirər.  

Meşə  sərvəti:-  “Meşə  sərvətimiz,  meşə  varlığımız,  meşə-

məişətimizin bir hissəsidir”.  

-Məlum həqiqətdir ki,  meşəni-Yer kürəsinin bu  yaşıl kəmərini 

bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur.” 

-

 



Meşə böyük sərvətdir, əvəzsiz xəzinədir.   

Quşlar haqqında:-“Quş səsi olmasaydı, təbiət lal-kar olardı. Quş 

aləmi təbiətin  ən canlı poetik hissəsidir. Quşsuz təbiət mizrabsız 

tara bənzər”. 

 

VI  iştirakçı:  Müəllif  yazıb  ərsəyə  gətirdiyi  kitablarla 

respublikamız daxilində sanki ətraf mühiti vərəqləyir, onun təbii 

mənzərəsini göz önünə gətirməklə, əlvan rənglərdən danışmaqla 

bərabər,  bu  əlvanlığın  pozulmaq  qorxusundan  da    həyacanla 

söhbət açır. Bu düzənlikləri münbit torpağın əmələ gəlməsi üçün 

bəzən min ildən artıq  vaxt keçir.  Məlumdur ki,  insan heç vaxt 

onu  əhatə  edən  mühitin  düşməni  olmamışdır.  Lakin  insan 

təbiətdən istədiyini qopararkən, bəzən onun yarasını bağlamağı 

yaddan çıxarır. Təzəsini əkməmiş köhnəsinə sahib çıxır. Təbiət 

isə ona qarşı yönələn bu güclü hücumdan sonra özünübərpanın 

öhdəsindən  gələ  bilmir.  Çoxdan  bəri  Azərbaycan  Təbiəti 

Mühafizə Cəmiyyətinin sədri kimi  içtimai vəzifə daşıyan alim 

respublikamızı,  demək  olar  ki,  qarış-qarış  gəzib,  hər  gədikdə 

dayanıb, təbiəti müşahidə eləmiş, hər cığırla addımlayıb flora və 

faunamızın  vəziyyətini  öyrənmiş,  həmişə  də  qeydlər  aparıb 

mətbuat  səhifələrində  oxuculara  öz  sözünü  demişdir.  Həsən 

Əliyevin həyəcanla danışmağında, elmi dəlilləri “ələyib ortaya 



                                

                                                  

 

28 


 

tökməsində”,  son  nəticədə  insanı  öz  beşiyini  qorumağa 

səsləməsində ali məqsədi budur.  

     Kitabxanada akademik Həsən Əliyevdən   bəhs edən  xatirə 

gecəsi  də  təşkil  etmək  olar.

 

  Alimin  xatirəsinə  həsr  olunmuş  



“Dedilər ki, təbil çal, qoy hamı eşitsin” adlı gecəyə görkəmli elm 

adamları,  alim  və  akademiklər,  ekoloqlar,  torpaqtşünaslar, 

bioloq və s. ixtisas sahibləri ilə  yanaşı oxucular və ali məktəb 

tələbələri    də  dəvət  olunurlar.  Qonaqlar  akademikin    şəkilləri, 

müxtəlif  adda  əsər  başlıqları  və  hikmətli  sözlərinin 

çərçivərələrlə bəzədilmiş zalda əyləşirlər. Gecənin qonaqlarına 

öncə  Həsən  Əliyev  haqqında  hazırlanmış  slayt  təqdim  edilir. 

Gecəni açıq elan etmək üçün aparıcılar səhnəyə yaxınlaşırlar. 

 

I  aparıcı:  -  Salam,  dəyərli  qonaqlar,  bu  təbiət  ətirli,  torpaq 

hərarətli gecədə xoş gördük sizləri. Gəlin bu gün təbiət anamızı 

sırf görkəmli şəxsiyyət dahi insan Həsən Əliyevin qəlbi ilə sevək 

və  bu  gün  akademikin  gözüylə  ona  bir  daha,  bir  daha  məftun 

olaq.  Axı  varlığının  ilk  günündən  təbiət  insanın  evi,  yaşamaq 

üçün  qida  mənbəyi  olmuşdur.  İllər  keçdikcə,  insanlar  təbiətin 

isti,  soyuğunu  dərk  etdikləri  kimi,  onun  flora  və  faunasından 

istifadənin səmərəli yollarını da müəyyən etmiş, özlərinə lazım 

olan nemətləri qorumuş nəsildən-nəslə ötürmüşlər.  

 

II  aparıcı:    İnsanlarda  təbiətə  qarşı  mədəni  rəftar,  sağlamlığın 

təminatçısı baxımından həmişə qiymətli olmuş və bu gün də öz 

dəyərini  qoruyub  saxlayır.  Belə  şəxsiyyətlərdən  biri  uzun  illər 

Azərbaycan təbiətinin böyük təşəbbüskeşi, Azərbaycan xalqının 

dünya şöhrətli alimi, akademik Həsən Əliyev olmuşdur.  Həsən 

Əliyev  üçün  Azərbaycan  təbiəti  müqəddəs  varlıq  idi.  Necə 

deyərlər, o, ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alaraq ilin 




                                

                                                  

 

29 


 

bütün  fəsillərində  özünəməxsus    gözəllikləri  olan  vətənimizi 

gəzir,  təbiətin  dərdini  öyrənir,  qayğısına  qalırdı.  Talış 

dağlarından  bağlamış  Böyük  Qafqazın  ətəklərinədək,  Kür 

qırağından  başlamış  Göy-gölə  kimi  meşələrdə  ağacları,  körpə 

fidanları tanıyır, palıdların, çinarlarların yaşını bilirdi.  

 

I aparıcı:

 

Həsən Əliyev  haqqında müasirlərinin xatirələrindən, 



alimin özünün təbiət haqqında yazmış olduğu saysız-hesabsız, 

olduqca  dəyərli  əsərlərindən  məlum  olur  ki,  gecələr 

budaqlarında quşları qonaq saxlayan, yayın istisində  kölgəsində 

insanlara sərinlik verən çinarları çox sevərmiş. Təsadüfi deyil ki, 

xalqımız qədim zamanlardan bu əzəmətli, uzunömürlü florasına 

məğrurluq  rəmzi  kimi  baxmışdır.    Yurdumuzun  bəzəyi  olan 

çinarlar  nəinki  öz  şairlərimizin,  bəstəkarlarımızın,  həm  də 

xaricdən  gələn  qonaqların  və  səyyahların  da  diqqətini  cəlb 

etmişdir.    

 

II  aparıcı:

 

Azərbaycan  torpağını  addım-addım,  qarış-qarış 



gəzən,  hər  qayaya,  hər  bitkinin  yarpağına  nəzər  salan,  hər 

torpağın profilinə diqqət yetirən, flora və faunanın özünəməxsus 

dilini bilən vətənpərvər alim Azərbaycan florasının simvolu olan 

Eldar  şamının  geniş  sahələrində  introduksiyasından,  Şərq 

palıdının pasportlaşdırılmasından, nadir, relikt endem ağacların 

qorunub  saxlanılması  və  artırılmasından,  hər  əkilən  bitkinin 

pöhrələnməsindən  və  başqa    faydalı  işlərdən  nə  qədər  böyük 

fərəh  hissi  duyurdusa,  ayrı-ayrı  rayonlarda  təbii  meşəliklərin 

qırılaraq  əkin  sahələrinə  çevrilməsindən,  təbiətə  qarşı  nankor 

münasibətdən  də  eyni  dərəcədə  narahatlıq  hissi  keçirir  və 

bunlara  qarşı  barışmaz  mövqedə  duraraq  daim  mübarizə 

aparırdı. 




                                

                                                  

 

30 


 

I aparıcı

:  


Həsən Əlirza oğlu  Əliyev Talış dağlarını, ona yaxın 

bölgələrin 

təbii 

sərvətlərini 



insanların 

səxavətini  

dəyərləndirməklə  bərabər,  gələcəkdə    bu  diyarın  sağlamlıq 

ocaqlarına çevrilməsini lazım bilirdi. Buna görə  də   Lənkəran, 

Lerik, Masallı Yardımlı rayonlarının ərazisində  Həsən Əliyevin 

görmək  istədiyi  sağlıq  ocaqları,  turist  düşərgələri,  istirahət  və 

əyləncə  mərkəzlərinin    sayı  ildən-ilə  artmaqdadır.  Mənalı 

ömrünü Azərbaycan təbiətinin qorunub saxlanılması, ölkəmizdə 

ekoloji durumun yaxşılaşdırılmasına həsr etmiş akademik Həsən 

Əliyev  məktəbi,  onun  məqalələri,  çıxışları,  kitabları  həmişə 

müasirdir.  Onun  əsərlərində  biz  təbiətimizə  həmişə  övlad 

qayğısı ilə döyünən ürəyinin səsini eşidirik. Bu səs təbiətimizi 

qorumaq  üçün  çalınan  həyəcan  təbilidir.  Müasir  şəraitdə 

ölkəmizdə təbiətin qorunması, meşəliklərin salınması sahəsində 

dövlət səviyyəsində məqsədyönlü işlər aparılır.  

Bu  arada  məktəblilər  Musa  Urudun  akademik  H.Əliyevin  əziz 

xatirəsinə həsr etdiyi “Umud evi” adlı şeiri deməyə başlayırlar.   

               Eləcə açıqdır bu köhnə qapı,  

 

   Eləcə bərəkət gülür bu evdən.  



 

   Bir az dağ havası vurur  adamı, 

 

   Bir az torpaq ətri gəlir bu evdən. 



 

               Kimi son ümid tək baxıb bu evə   

               Kimi çörək yeri bilib gəlibdi.  

               Kiminin üzünə gülüb taleyi,  

               Kimi taleyinə gülüb gəlibdi. 

 

              İşığa gələn də, paya gələn də  



              Keçib bu qapıdan, girib bu evə.  

              Ümidi, sevinci götürüb gedib,  




                                

                                                  

 

31 


 

              Ağrını, nisgili verib bu evə.  

 

              İşıq süzgəcindən, haqq mizanından 



              Keçən tək adamlar keçib bu evdən. 

              Kiminin əlini çörəkli edib,  

              Kimi də əlini çəkib bu evdən.  

 

              Üzüdönüyü də, mərdi də görüb, 



              Bu ev umu tutmaz, küsü saxlamaz. 

              Ömrü yeddi simdə, pərdədə görüb, 

              Bir də bu dünyaya umud bağlamaz.  

 

             Hər perikən quşun qalıb dərdinə, 



             Hər solan çiçəklə solubdu bu ev.  

             Ağacın yerinə, daşın yerinə 

             Həyəcan təbili çalıbdı bu ev. 

 

             Günəşlə bəsləşən, yerlə səsləşən  



             Bir adam ömrüdü bu evin ömrü.  

             Sənətkar ömrüdü, alim ömrüdü,  

             Yaradan ömrüdü bu evin ömrü.     

                                       

 

I aparıcı: Akademik Həsən Əliyevin respublikada xüsusi çəkisi 

və hörməti var idi. Onu ürəkdən sevənlər, onun gördüyü işlərdən 

fərəhlənənlər,  onun  qayğıkeşliyini,  ədalətsizliyə  qarşı  söz 

deməsini  bəyənənlər  az  deyildir.  Onu  xalqa  sevdirən  onun 

talantlı  torpaqşünas  olması,  Azərbaycan  təbiətində    baş 

verməkdə olan neqativ cəhətlərə qarşı çıxaraq cəsarətlə həyəcan 

təbili  çalması,  respublikada  kadr  hazırlığına  qayğı  göstərən, 

mərd,  dəyanətli  bir  insan  olması  idi.  Alim  əməyi  itmir. 




                                

                                                  

 

32 


 

Azərbaycan  elminin  qızıl  fonduna  daxil  olmuşların  biri  də 

məhsuldar vətənpərvər  alim,  akademik    Həsən Əliyevdir.   Əsl 

alim nur mənbəyidir.

 

Belə alim bütün dünyaya nur saçmalıdır. 



Əgər onun elm işığı bütün dünyaya yayıla bilmirsə, heç olmasa 

öz  ətrafını,  öz  şəhərini,  yaxud  kəndini  və  ya  evini 

işıqlandırmalıdır.  Bu  idi  akademik  Həsən  Əlirza  oğlu  

Əliyev.Torpağı nurla dolsun! 



Həsən Əliyevdən bəhs  edən xatirə  gecəsinin sonunda məktəbli 

oxucular  sevilən  şairimiz  Musa  Yaqubun  Həsən  əliyevə  həsr 

etdiyi “Yaşıl heykəl” şeirini səsləndirirlər.  

                       Burda xatirəndir könlündə bitən,  

                        Mənə yarpaq-

 

yarpaq uzanıb əlin. 



                        O qartallı qaya sənin abidən,  

                        Müqəddəs ardıclar yaşıl heykəlin. 

 

 

 



Zümrüd göllərin var dağlar qoynunda  

 

 



İzini saxlayar Şöykəm yaylağı. 

 

 



Arçanlar minillik ömrün donunda,  

 

 



Durub damar-damar qucub torpağı.  

 

 



 

O gümüş çay kimi ömrün axında, 

 

 

Ey Vələs, ey Palıd, ey Çinar kişi.  



Vətən torpağının hər bucağında  

            Eşqi, məhəbbəti, izi var kişi.  

 

 

Qarabağ kitabı, Qafqaz kitabı,  



 

Gözünlə oxunub sətirbəsətir. 

 

Meşələr saxlayır bu haqq-hesabı,  



 

Pöhrələr sanıram ruhundan bitir. 

 



                                

                                                  

 

33 


 

 

O Qafqaz dağları, Kür qıraqları,  



 

Seyrangahın olub, Həsən müəllim.  

 

Hər kəsilən ağac könlün qubarı... 



 

Duman ahın olub,  Həsən müəllim. 

 

                       Sənin də dərdini bilmədik elə. 



           Yandın təbiətə qəlbində işıq.  

           Həyəcan təbili çalırsan hələ, 

           Hələ biz bu səsə ayılmamışıq. 

 

          Həyəcan təbili,  dözdün birtəhər, 



          Düşündün bu təbil bizi saxlayar.  

 

                      Hələ çox mişarlı, baltalı əl var,  



 

          Baxma meşəmizə, ruhun ağlayar. 

 

 

          Ustad könlü ipək, ruhu bənövşəm.  



 

          Demə ki, tək elə söz acıyam mən. 

 

          Mən bir çinar əkib, gül bitirmişəm,  



                      Bununla ruhuna duaçıyam mən.  

 

 



 

  

 



 

 

 



   

                         

 

 

 



 

 



                                

                                                  

 

34 


 

Ədəbiyyat siyahısı: 

Əsərləri 

 

Əliyev H. Həyəcan təbili : Təbiət haqqında monoqrafiya. - 

Bakı : Elm, 2007. - 204 s.  



Haqqında 

Budaqov B. Çay kimi çağlayan ömür. - Bakı : Elm, 2007. - 

200 s.  


Elin oğlu : Akademik Həsən Əliyev haqqında xatirələr. - Bakı 

: Elm, 2007. - 184 s. : rəngli foto. 

 

Dövri mətbuatda 

 

Ağazadə A. Ədalətə tapınan şərəfli ömür yolu  // Respublika. - 

2009. - 13 sentyabr. - N 204. - S. 3.  

Budaqov B. Təbiət elminə həsr edilmiş ömür : Həsən Əliyev 

haqqında // Azərbaycan. - 2007. - 4 sentyabr. - S.6.   

Cabbarov V. Dünya səviyyəsində tanınmış insan : Həsən 

Əliyev - 100// Təhsil problemləri. - 2007. - 21-30 sentyabr. - 

S.3.  


Elcanlı S. Şabrandan Şabrana... // Azərbaycan. - 2011. - № 2. - 

S. 146-154. - 1. Daim oxunan kitab və ya deməyə 

bilmədiklərim ; 2. Bir xatirənin yaşıl işığı ; 3. Sirli təbəssüm 

çiçəkləri və ya Şəhərlərin şahı Şabran. – Məqalədə Həsən 

Əliyev haqqında da məlumat verilir. 

Fətəliyev K. Unudulmaz elm xadimi : Həsən Əliyev - 105// 

Respublika. - 2012. - 15 dekabr. - № 280. - S. 13.  

Göyçaylı Ş.  Böyük təbiətşünas - alim : Həsən Əliyev haqqında 

// Azərbaycan. - 2007. - 29 avqust. - S.6.   



                                

                                                  

 

35 


 

Göyçaylı Ş. Təbiətşünaslığa və ətraf mühitin mühafizəsinə həsr 

edilmiş ömür : Həsən Əliyev haqqında // Azərbaycan. - 2011. - 

15 dekabr. - № 277. - S. 6.  

Hacıyev E.   Azərbaycan təbiətinin vurğunu : Həsən Əliyev - 

100 // Xalq qəzeti. - 2008. - 9 yanvar. - S. 5.  

Hacıyev V.  " Həyəcan təbili" nin sədaları : Həsən Əliyev - 100  

// Azərbaycan. - 2007. - 5 oktyabr. - S.6.  

Haqverdiyev H. Akademik Həsən Əliyevin milli vətənpərvərlik 

qayğısı unudulmur // Respublika. - 2016, - 31 avqust. - № 190. 

- S. 3.  

Haqverdiyev H. Dünya şöhrətli alim : Həsən Əliyev - 100 // 

Azərbaycan. - 2007. - 26 oktyabr. - S. 6.  

Həsənov İ.  

" O təbiəti öz varlığı qədər sevirdi : 

Mingəçevirdə akademik  Həsən Əliyevin 100 illik yubileyi // 

Xalq qəzeti. - 2007. - 25 aprel. - S.5.  

Hüseynov B. Təbiətə və elmə bağlı ömür : Həsən Əliyev  // 

Xalq qəzeti. - 2015. - 15 dekabr. - № 276. - S. 6.  

Hüseynov E. Ekoloji anomaliyalar qlobal fəlakətə 

çevrilməkdədir // Xalq qəzeti. - 2007. - 22 may. - S.6.   

Xəlilzadə F. Dan yeri ağaranda : Həsən Əliyev - 105 // 

Azərbaycan. -  2012. - 16 dekabr. - № 281. - S. 7.  

Xəlilzadə F. Təbiətin özü kimi əbədi : torpaqşünas alim, kənd 

təsərrüfatı elmləri doktoru Həsən Əliyev haqqında // Kaspi. - 

2014. - 16 dekabr. - № 206. - S. 10.  

Xəlilzadə F. Vətənpərvər alim xeyrxah  əməlləri ilə yaşayır : 

akademik Həsən Əliyev // Azərbaycan. - 2009. - 15 dekabr. - 

№ 278. - S. 5.  

Xəlilzadə F. Zirvələrə ucalan alim : Həsən Əliyev - 100 // 




                                

                                                  

 

36 


 

Azərbaycan. - 2007. - 17 fevral. - S.6.   

Xəlilzadə F. Zümrüd hüsnün vurğunu : torpaqşünas, kənd 

təsərrüfatı elmləri doktoru Həsən Əliyev haqqında  // 

Azərbaycan. - 2010. - 15 dekabr. - № 275. - S. 6.  

İmanov F. Təbiəti mühafizənin zirvəsində əbədiləşmiş alim : 

akademik Həsən Əliyev haqqında // Azərbaycan. - 2013. - 15 

dekabr. - № 277. - S. 5.  

Qafar T. Təbiətin loğmanı : Həsən Əliyev - 100 // İki Sahil. - 

2007. - 30 oktyabr. - S. 6.  

Qocayeva A. Təbiət vurğunu : Həsən Əliyev haqqında // 

Azərbaycan. - 2008. - 14 dekabr. - S. 4.  

Quliyev R. Kənd Təsərrüfatı Akademiyasına şərəf və şöhrət 

gətirən ilk məzunlardan biri : Həsən Əliyev- 90 // Azərbaycan. 

- 2007. - 16 dekabr. - S. 5.  

Mehdixanlı T. "Həyəcan təbili" hələ də eşidilir : Həsən Əliyev 

- 100 // Azərbaycan. - 2007. - 27 mart. - S.4.   

Məmmədov Ə. Ana təbiətimizə övlad qayğısı : Həsən Əliyev - 

100 // Mədəni- maarif. - 2007. - № 6. - S.19-23.  ; Ədəbiyyat 

qəzeti. - 2007. - 18 may. - S.1,5.   

Məmmədov Q.  Azərbaycan təbiət elminin patriarxı : Həsən 

Əliyev - 100 // Azərbaycan. - 2007. - 5 iyun. - S.6.   

Məmmədov Q. Azərbaycan torpaqşünaslıq elminin inkişafında 

akademik Həsən Əliyevin böyük rolu olub : Həsən Əliyev - 

100 // Azərbaycan. - 2007. - 9 sentyabr. - S.2.  ; Yeni 

Azərbaycan. - 2012. - 25 dekabr. - № 237. - S. 8.  

Məmmədov Q. Ömrünü təbiət elmlərinə həsr etmiş görkəmli 

alim : Həsən Əliyev // Azərbaycan. - 2015. - 15 dekabr. - № 

276. - S. 11.  



                                

                                                  

 

37 


 

Məmmədov Q. Təbiətşünaslıq elmimizin iftixarı : [Həsən 

Əliyev haqqında] // Azərbaycan. - 2016. - 15 dekabr. - № 278. 

- S. 7.  

Məmmədova S. Təbiətə vurgun alim : Həsən Əliyev - 100  // 

Azərbaycan. - 2007. - 10 noyabr. - S. 4.  

Mirtəqəvi H. Comərdlinin comərd oğlu : akademik Həsən 

Əliyev haqqında  // Azərbaycan. -  2012. - 18 dekabr. - № 282. 

- S. 7.  

Mirzəyev R. Təbiət vurğunu alim : Həsən Əliyev - 100 // 

Azərbaycan. - 2007. - 14 mart. - S.6.  

Mükərrəmoğlu M.  Akademik Həsən Əliyevin 100 illiyinə həsr 

olunmuş tədbirlər keçirildi // Xalq qəzeti. - 2007. - 19 aprel. - 

S.7.   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                                

                                                  

 

38 


 

                “Təbiət  fədaisi, elm təşnəsi-Həsən Əliyev”    



                                       (metodik vəsait) 

 

 

 



  

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 26 

Çapa imzalanmışdır:28.02.2017 

Tirajı:100 

Pulsuz 


 

 

 



 

 

 



 

 

Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə