Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası 2010



Yüklə 46,85 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü46,85 Kb.
#50038


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

Ə.HAQVERDİYEVİN FACİƏSİNDƏ ÜMUMİLƏŞDİRMƏ  

VƏ FƏRDİLƏŞDİRMƏ 

 

M.HƏSƏNOVA (SARACLI) 



Bakı Dövlət Universiteti 

M.Hasanova@mail.ru 

 

Məqalədə Ə.Haqverdiyevin faciə yaradıcılığı analitik təfəkkür süzgəcindən keçirilir və 



müəllifin  fərdi  yaradıcılıq  üslubu  dəyərləndirilir.  Bu  faciələrdə  Ə.Haqverdiyevin  apardığı 

ümumiləşdirmə və fərdiləşdirmənin nəticəsi olaraq yaratdığı tip və tragik xarakterlər göstərilir.   

 

Taleyini xalqın taleyi ilə bağlayıb, millətin yüksəlişini öz yüksəlişi sayan maarifçi 



mütəfəkkirlərimizdən biri də Ə.Haqverdiyevdir. On bir il ərzində ədəbiyyatımıza  4  

kamil  faciə  əsəri  bəxş  edən  Ə.Haqverdiyev  bu  faciələrdə  mənən  millətin  dərdini, 

ağrısını yaşadı və ona əlac aramağa çalışdı. 

Onun faciələrində müəllifi narahat edən məsələlər bunlardır: 

-  ən  əvvəl  yazıçıнын  cəmiyyətdə  öz  mövqeyini  itirən  mülkədarlığın  süqutunu 

təsvir etməsi. Mülkədar dudmanlarının dağılmasını onların şəxsi faciəsi, səhv əməllə-

rinin nəticəsi kimi dəyərləndirilməsi. 

- mülkədarlığın təbiətinə xas olan tipik xüsusiyyətləri ümumiləşdirməyə və fər-

diləşdirməyə (əsasən ümumiləşdirməyə) çalışması; 

-  mülkədarlığın  zülmünə  qarşı  maarifçi-ziyalı  münasibətini  qoyması.  Maarifçi 

proqramla əxlaqi münasibətlərin həllinə çalışması. Xüsusilə, qadın hüquqsuzluğu mə-

sələsinin önə çəkilməsi; 

- insanliğın xislətində yaşayan «nəfsi əmmarənin» (əmredici nəfslərin) ifşasına 

çalışılması; 

- hər cür despotizmin ifşa edilməsi. 

Mülkədarlığın təbiətində olan hansı tipik xüsusiyyətlər ümumiləşdirilib? 

- hər cür yeniliyə qarşı düşmən mövqe. 

- istismarçı təbiətə maliklik. 

- əxlaq düşkünlüyü, əxlaqsız və mədəniyyətsizlik. 

- kasıba, məzluma, halal zəhmətlə dolananlara qarşı mənfi münasibətdə olmaq. 

«Dağılan tifaq»da (1896) Nəcəf bəy tövbə və etiraz məqamında, tanrı dərgahın-

da günahlarının bağışlanması üçün kömək umanda da tragik qəhrəman kimi müsbət 

obraza çevrilə bilmir. 

Bunun səbəbi bir tərəfdən bəd əməllərinin nəticəsi olaraq düşdüyü vəziyyətdir-

sə, digər tərəfdən «özünüdərk» məqamının həddindən artıq gecikməsi idi. 

Ə.Haqverdiyevin özünəməxsus orijinal üslubu faciələrində də diqqət çəkir. 

Qeyd etdiyimiz kimi, Nəcəf bəy güclü müəllif ümumiləşdirməsi ilə yaradılmış 

konkret bəy tipidir. Buna baxmayaraq, müəllif ona özünə xas olan fərdi keyfiyyətlər 

 29



də vermişdir: 

- həddən ziyadə bədxərc və israfçıdır. Ancaq bu israfçılığı faydasız işlərə sərf edir; 

-  şöhrətpərəstdir.  Haqqında  yazılmış  şit  bir  mədhiyyəyə  görə  Mirzə  Bayrama 

bir kisə buğda, bir kisə düyü, bir at bağışlayır. Məqsədi isə yalandan ad-san qazan-

maq və saxta şöhrətə sahib olmaq idi: «Hər yerdə deyəcək ki, Nəcəf bəy mənə bir at 

peşkəş  elədi.  El  ağzı,  çuval  ağzı,  bir  azdan  Aləm  danışacaqdır  ki,  Nəcəf  bəy Mirzə 

Bayrama at bağışlayıb. Yabının da adını qoyacaqlar ərəb atı»; 

- başqa bəylərlə müqayisədə qatı istismarçı təbiətə malik deyil. 

- ailə başçısı kimi idarəçilik qabiliyyəti olmasa da, oğluna və övladına münasi-

bətdə  sərt və səhv mövqedədir. 

Müəllif əsərdə Azərbaycan qadınlarının hüquqsuz vəziyyətini, acınacaqlı vəziy-

yətini  Nəcəf  bəyin  arvadı  Sona  obrazı  vasitəsilə  ümumiləşdirmişdir: «Pərvərdigara, 

məgər sən övrət tayfasını yaradanda insan yaratmayıbsan? Xudaya, nə vaxtadək bizim 

dilimiz bağlı olacaq? Nə vaxt, görəsən, biz də ürəyimizdəkini açıq deyəcəyik, sözlə-

rimiz ürəyimizdə qalıb dərd, vərəm olmayacaq? Yəni görəsən, o günləri görəcəyik, ya 

yox?». 


Əsərdə Sona xanımın yuxusu, teyfi dramaturgiyamız üçün yeni olmaqla bərabər 

müəllif idealının daha dolğun təqdiminə xidmət edir. 

«Bəxtsiz  cavan» (1900) faciəsində  maarifçiliyin  işıqlı  ideallarına  mane  olan 

mülkədarlığın vəhşi təbiəti başqa bir aspektdən səciyyəvi xüsusiyyətlərlə ümumiləş-

dirilmişdir.  Bu  əsərdə  ağa-rəiyyət  münasibətlərindəki  antaqonizm  açılmış,  Fərhad 

kimi  maarifçi  ziyalı  surəti  bu  antaqonizmə  qarşı  qoyulmuşdur.  Eyni  zamanda  bu 

qəhrəman maarifçiliyin əsas missiyası olan inqilab deyil, təkamül yolunu seçənlərdən 

idi.  Elm  və  maarif  yolu  ilə  yaşadığı  mühitin  eybəcərliyini  onlara  dərk  etdirmək  is-

təyirdi.  Lakin  onun  bu  arzuları  hələ  cəmiyyət  üçün  «yad»  göründüyündən qəbul 

olunan deyildi. 

Fərhad gimnaziyada qazandığı mütərəqqi ideyalarla tərbiyə aldığı mühitin dini 

baxışlarını  ümumiləşdirməyə  çalışan  bir  müsəlman  gənci,  müsəlman  ziyalısı  kimi 

islam əxlaqına tapınan maarifçilərimizin ümumiləşdirilmiş obrazıdır. 

Kəndlilər  Hacı  Səməd  ağanın  böyük  müamilə  ilə  borc  verməsini  nəql  edəndə 

Fərhad  təəccüb  edir: «Məgər  mənim  əmim  belə  iş  görür?  O  ki,  bir  mömin,  namaz 

qılan, şəriətdən baxəbər şəxsdir. O, niyə belə eləyir?». 

«Bəxtsiz cavan»da «atalar» və «oğullar»  arasında gedən fikir mübarizəsi tipik 

şəraitdə güclü ümumiləşdirmə vasitəsilə tam dolğunluğu ilə göstərilmişdir. 

«Atalar» - Hacı Səməd ağalar köhnəlmiş cəmiyyətin, kütləşmiş beyinlərin müda-

fiəçiləridirlərsə, «oğullar»  orta  əsr  ənənələrinə  dözə  bilməyən,  mühafizəkar  «atalara» 

qarşı mütərəqqi ideyalar irəli sürən, elmi və maarifi tətbiq edən xalqa, millətə yaxın-

laşıb onun dərdlərinə şərik olan gözüaçıq gənclərdir. 

Müəllif əsərdə hadisələrin  milli zəmində,  milli xarakterlər əsasında bədii həlli-

nə çalışmış, buna  «Hamletsayağı» nail olmuşdur. 

Mənfi xarakterlər daha güclü olduğundan Fərhadın tragizmini qüvvələr nisbə-

tinin  qeyri-bərabərliyi  yaradır.  Haqverdiyevin  ən  qüvvətli  pyeslərində  ciddi  fəlsəfi-

ictimai problemlər daha çox əxlaqi mətləblərlə əlaqələndirilir (T.Mütəllimov). «Dağı-

lan tifaq»dakı tarixi süqutu göstərəndə də, «Bəxtsiz cavan»da antaqonizmin mahiyyə-

tini  açanda  da  ədib  əxlaqi  səbəbləri  ön  plana  çəkir,  bunlara  qarşı  maarifçi-islahatçı 

proqramı qoyur. 

 30



«Pəri  cadu» (1901) faciəsində  insanları  halallıqdan  yayındıran  pis  nəfslərin 

ifşası verilir. «Nəfsi əmmarə»nin faciələrə səbəb olduğu göstərilir. 

«Pəri  cadu»  bəzi  ədəbiyyatşünaslar  tərəfindən  dram  kimi  qiymətləndirilsə  də, 

biz professor  X.Əlimirzəyevin mövqeyində duraraq əsəri faciə kimi dəyərləndiririk. 

Çünki əsərdə nəfsin törətdiyi faciələr bir deyil, bir neçədir. «Nəfsi əmmarə»nin faciə 

yağışına qərq etdiyi bu əsər faciə janrının bütün tələblərinə cavab verir. 

Bu əsərlə Ə.Haqverdiyev Azərbaycan ədəbiyyatında simvolizmin əsasını qoy-

muşdur. Bir milli yazıçı kimi o, bir üsluba yaradıcı şəkildə yanaşaraq onu xalqın milli 

düşüncəsi, təfəkkür tərzi ilə bağlaya bilmişdir. 

Müəllif göstərir ki, nəfsə uyan insan bəlalara düçar olar. Şamama cadu sifətində 

ortaya  çıxan  «nəfsi  əmmarə»  həm  Qurbanın,  həm  Hafizə  xanımın,  həm  də  Pərinin 

təbiətində olub, onların hamısını məhv edir. 

Pəri kimi gözəl, saf bir qadının ərinin ona xəyanət edib varlı bir qadınla evlən-

məsi,  düşdüyü  iztirablı  həyat  nəticəsində  mənən  dəyişərək  kin-küdurət  mücəssəmə-

sinə  çevrilməsini  Ə.Haqverdiyev  inandırıcı  səhnələrlə  göstərir.  Qisas  hissi  onu  Pəri 

caduya, neçə-neçə qəbahətlərin səbəbkarına çevirir.  Allahın varlığını belə inkar edən 

bu qadın dərvişin nəsihətlərini qətiyyətlə rədd edib deyir: «İndi gərək yerin-göyün cə-

mi qara qüvvələrini köməyə çağıram, onlarla əlbir olub nəinki  öz ərimdən, bəlkə cə-

mi bivəfa kişi tayfasından qisas alam.  Yetişin harayıma, ey İblisin qoşunları». 

Tanrı dərgahından qovulandan bəşərdən intiqam almaq təşnəsi ilə yaşayan İblis 

dərhal səhnəyə atılır: «Gedək mənimlə, ey insan qızı! Bu gündən sənin adın Pəri ca-

dudur və bu əcinnələri də verirəm sənin ixtiyarına. Bu qoca qarı Şamama cadunu da 

sənə  qulluqçu  verirəm.  Dünyanı  gəzib  harada  mehriban  ər-övrət  var,  arasına  dava 

salıb, kişilərinə qan uddurub sənin yanına gətirsin. O qədər kişilərdən qisas alacaqsan, 

ta  bir  nəfəri  sevincə.  Ondan  sonra  qan  içmək  qurtaracaq  və  ömrünün  axırınacan 

istirahət edəcəksən». 

-  Pəri  cadu  və  Şamama  cadu  surətləri  müəllif  tərəfindən  olduqca  məharətlə 

işlənmiş, insan psixologiyasının təzadlı qüvvələrinə ayna tutan  Haqverdiyev qüvvətli 

tip, tragik xarakter yarada bilmişdir. Bu qadınlar öz çirkin niyyətlərinə çatmaq üçün 

Qurbanı öz ailəsindən uzaqlaşdırıb (Pəri odunçu Qurbana vurulmuşdu), Hafizə xanım 

kimi  zəngin,  məkrli  qadının  əlində  alətə  çevirirlər.  Miskin  vəziyyətdə  qalan  arvadı 

Səlimədən bir parça çörəyi belə əsirgəyən, qapısına pənah gətirdiyi üçün onu döydü-

rüb qovduran Hafizə xanımın hərəkəti Qurbanı mənən tərpədir: «Ay balam, yazıqdır, 

niyə qovursan? Elə bil allah yolunda verirsən, bir-iki manat verib yola salaydın». 

«Nəfsi əmmarə»nin ilk qurbanı onun öz ailəsi olur. Yazıq Səlimə özünü və kör-

pəsini zəhərləyib öldürdükdən sonra Qurbanın səbri son nöqtəyə çatır, bütün varlığını 

bürüyən qisas hissi ilə Hafizə xanımı öldürür.  

Bütün  bu  tragik  vəziyyətlərdən  sonra  Qurbanı  növbəti  dəfə  Şamama  cadu  və 

Pəri cadunun caynağında görürük. Əcinnələr onu qovub Pərinin hüzuruna gətirdikdən 

sonra o, əvvəl hər şeyin bitdiyini, xoşbəxtliyə qovuşduğunu zənn edir. Səlimə körpəsi 

ilə  gözünə  görünəndə  o  yenidən  özünə  gəlir  və  Pərini  öldürür.  Özü  isə  Şamama 

cadunun caynağında məhv olur. 

Əsərdəki sehrli qüvvələr Pərinin qisasçılıq hissinin yardımçısı kimi çıxış etsələr 

də, «nəfsi əmmarə»nin daha mükəmməl ifşasında əhəmiyyətli rola malikdirlər. 

Ə.Haqverdiyev  yaradıcılığının  özünəməxsusluğu  ondadır  ki,  o  güclü  tragik 

vəziyyətlər  yaratmaq  ustasıdır.  Qeyd  etdiyimiz  kimi  teyf,  yuxu,  cin,  şeytan,  əcinnə 

 31



kimi  simvolik  obrazlar  və  yardımçı  vasitələrin  iştirakı  əsərin  ideyasının  açılmasına 

xidmət etməklə yanaşı, obrazların ümumi və fərdi xüsusiyyətlərinin təqdiminə də yar-

dım edir. Bu baxımdan Qurban obrazı da yoxsul zümrələrin ağır güzəranının daşıyıcı-

sı kimi ümumiləşmiş tip, eyni zamanda  özünəməxsus fərdi cizgiləri ilə seçilən (qü-

ruru, humanizmi, heysiyyəti , zahiri və daxili dünyası və s.) güclü tragik xarakterdir. 

«Ağa Məhəmməd şah Qacar» (1907)  N.Nərimanovun  «Nadir şah»ından sonra 

ikinci tarixi faciə əsəridir. Müəllif Ağa Məhəmməd şah Qacarı güclü və mürəkkəb bir 

xarakter  səviyyəsinə  qaldıra  bilmişdir.  Onun  qaniçənliyi,  məkri,  ziddiyyətli  dünya-

görüşü xarakterin canlı və mürəkkəb alınmasına yardımçı olur. 

Ə.Haqverdiyev göstərir ki, tarixin özü Qacarın gələcək həyatının tragik istiqa-

mətini müəyyənləşdirir. O, İrana əvvəlki şöhrətini qaytarmaq üçün qəsbkarlıq siyasə-

tini  seçir və  öz  tragik  vəziyyətini  daha  da  ağırlaşdırır.  Ağa  Məhəmməd  şah  Qacara 

həsr olunmuş əsərlər içərisində bu əsər daha tarixi və orijinaldır. 

Müəllifin  özünəməxsus  üslubu  Qacar  surətinin  daha  təbii,  kamil  və  qüvvətli 

xarakter kimi təqdiminə səbəb olmuşdur. 

Ə.Haqverdiyev milli yazıçı kimi Qacarın qaniçənliyinin, qəsbkarlığının fonun-

da  onun  vətənə  məhəbbətini,  vətən  sərhədlərini  genişləndirmək,  Nadir  dövründəki 

şöhrətini qaytarmaq üçün öz yaxınlarını qurban verməkdən belə çəkinmədiyini bədii 

boyalarla göstərir və Qacarın güclü tragik xarakterini yaratmış olur. 

Eyni  varlıqda  yaşayan  bir-birinə  zidd  iki  qüvvənin  çarpışması  əsər  boyu  izlə-

nilir. Bu Qacarın varlığında yaşayan iki əks qüvvədir. Biri parçalanmış vətəni birləş-

dirmək,  ölkədə  güclü  dövlət  qurmaq,  onun  iqtisadi  qüdrətini  bərpa  etmək  istəyən 

ağıllı, qətiyyətli hökmdar, digəri bütün bəşərə nifrət edib onu qan çanağında boğmağa 

hazır olan qaniçən despotdur. 

Sonda Qacarın qətli işıqlı ideallarla şər qüvvələrin mübarizəsində xeyirin qələ-

bəsi kimi əxlaqi məna kəsb edir və ədalətin təntənəsi kimi səslənir. 

Ağa Məhəmməd şah Qacar obrazı ümumiləşdirilmiş bir hökmdar tipi olsa da, 

güclü xarakterdir. 

Ə.Haqverdiyev Qacar obrazında əsasən bu detalları ümumiləşdirmişdir: 

a)  qüdrətli, cəsarətli bir hökmdardır; 

b)  qaniçən despotdur

c)  məkrli və hiyləgərdir

ç)  güclü idarəçilik qabiliyyətinə malikdir. 

Müəllif Qacarı qeyd etdiyimiz kimi öz fərdi keyfiyyətləri ilə də fərqləndirir: 

- parçalanmış İranı birləşdirməyə çalışan ağıllı, qətiyyətli siyasətçidir. 

- İranın keçmiş şöhrəti ilə öyünüb onu qaytarmağa çalışan vətənpərvərdir. 

-  bütün  cəhdlərinə  baxmayaraq  özünü  Şah  İsmayıl,  Şah  Abbas  səviyyəsində 

görməyib, onların taxdığı atributları hələ özünə layiq bilməyən təvazökar sərkərdədir. 

Ən nəhayət, dünya nemətlərindən məhrum edildiyi üçün özünün şəxsi faciəsi-

nin  heyfini  bütün  cəmiyyətdən,  bütün  bəşərdən  almağa  qadir  olan  və  bunu  bacaran 

tragik xarakterdir. 

ƏDƏBİYYAT 

1.

 



Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2-ъи ъилддя, I ъ. Bakı: Lider, 2005, 500 s. 

2.

 



Mütəllimov T. Əbdürrəhimbəy Haqverdiyevin poetikası. Bakı: Yazıçı, 1988. 324 s. 

3.

 



Qarayev Y. Azərbaycan ədəbiyyatı. XIX-XX yüzillər. Bakı: Elm, 2002. s.274-277. 

4.

 



Əlimirzəyev X. Klassiklərimizin ideal və poetik sənət dünyası. Bakı: Elm və təhsil, 2009, 

s.183-242. 

 32



ОБОБЩЕНИЕ И ИНДИВИДУАЛИЗАЦИЯ В ТРАГЕДИИ А.АХВЕРДИЕВА 

 

М.ГАСАНОВА (САРАДЖЛЫ) 

 

РЕЗЮМЕ 

 

В статье анализируются аналитические воображения в трагедийном  творчестве 



А.Ахвердиева и оценивается индивидуальный метод творчества автора. В этой трагедии 

А.Ахвердиев  приводит  итоги  обобщения  и  индивидуализации  в  типах  и  трагических 

персонажах. 

 

SPECIALIZATION AND GENERALIZATION IN A.HAQVERDIYEV'S TRAGEDY 



 

M.HASANOVA (SARAJLI) 

 

SUMMARY 

 

A.Haqverdiyev's  òðàýåäèåñ àðå úðèòèúiçåä òùðîóýù àíàëéòèú òùèíêèíý àíä òùå author’s 



úðåàòèâå ñòéëå èñ ùèýùëé åñòèìàòåä in the article. Òùå ïåðñîíàýåñ àíä òðàýåäé úùàðàúòåðñ are 

shown as the results of generalization

 and specialization carried out by A.Haqverdiyev. 

 

 



 

 

 33



Yüklə 46,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə