F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix23.10.2017
ölçüsü266,78 Kb.
#6395
1   2   3   4   5   6   7   8   9

                                

                                                  

 

23 


 

yüksəldi.  İyirminci  əsrin  90-cı  illəri  Azərbaycan  elminin 

zirvəsidir.  Azərbaycanda  bir-birinin  ardınca  açılan  orta 

məktəblər,  texniki  peşə  məktəbləri  ali-orta  və  xüsusilə  ali 

məktəblər  sınanmış  tədris  üsulu  ilə 

 

genişprofilli  kadrlar 



hazırlayırdı.  Bu  kadrların  böyük  əksəriyyəti

 

(xüsusilə  1920-



1940-cı illərdə) surətlənmə yolu ilə orta məktəbi bitirib, ali təhsil 

alaraq  istehsalata  gedirdi.  Azərbaycanda  maarifin  inkişafının 

coşqun axınına qoşulan və Azərbaycan elminin inkişafı yolunun 

ilkin çığırı ilə getməyə başlayanlardan biri də Həsən Əlirza oğlu 

Əliyev oldu. Həsən Əliyev elmdə öz məqsədyönlü və dönməz 

əməyi  ilə  ilkin  nailiyyətlər  qazanmış  və  qısa  müddətdə 

respublika  elminin  mühüm  sahələrində  rəhbərlik  etməyə 

başlamışdır.  Deməli,  Azərbaycan  elmini  Həsən  Əliyev  həm 

şəxsən  özü,  yetirmələri,  yaratdığı  məktəbin  üzvləri  inkişaf 

etdirmiş,  həm  də  onun  rəhbərliyi  sayəsində  respublika 

səviyyəsində  elmin  təşkili  və  inkişafı  öz  yoluna  düşmüşdür. 

Akademik  Həsən  Əliyevin  elmindən  daim  fayda  gəlmişdir. 

Çünki  onun elmindən torpaq  ətri gəlir, torpaqda  bitən bitkiyə, 

onun  üzərində  gəzən  canlı  aləmə,  ondan  axan  suya,  torpaqla 

təmasda olan havaya havadarlıq, arxa olmaq sədası gəlir. Təbiət 

ona havadar olanı öz yaddaşına yazmaqla onu uzunömürlü edir. 

Təbiətə ümidli arxa olmaq vətənə  arxa olmaq deməkdir. Ətraf 

mühiti  qoruyan,  eyni  zamanda  da  bəşəriyyətin  həyat  mənbəyi 

olan bərəkətli torpağı, sağlam havanı, saf suyu, əlvan növlü flora 

və faunanı-biosferi qoruyur. Təbiətin yaratdığı akademik Həsən 

Əliyevdə  deyilən  bütün  keyfiyyətlər  öz  əksini  tapmışdı. 

H.Əliyev həddən artıq çalışqan və istedadlı  bir alim idi. O, fiziki 

və əqli imkanı daxilində elmə nə verə bilərdisə, onun maksimum 

dərəcədə  verirdi.  Həsən  Əliyev  elmdə  nəyə  nail  olmuşdusa, 

onların  hamısını  kağıza  köçürdü,  çap  etdirdi.  Bütün  bunlar 



                                

                                                  

 

24 


 

Həsən müəllim tərəfindən həm elmi, həm elmi-kütləvi, həm də 

şifahi-mühazirə yolu ilə həyata keçirildi.  

II  iştirakçı:  Akademik  Həsən  Əliyev  öz  əsərləri  ilə 

torpaqşünaslıq    elmini  zənginləşdirmişdir.  Çöl  şəraitində 

apardığı çoxillik  elmi tədqiqatların nəticələri coğrafiya elminin, 

xüsusən onun torpaqşünaslıq sahəsinin inkişafında mühüm rol 

oynamışdır.  Onun  elmi  nəticələri  və  tövsiyələri  kənd 

təsərrüfatının inkişafına təkan vermişdir. Öz yüksək işgüzarlığı, 

tükənməz enerjisi, məqsədli fəaliyyəti sayəsində  Həsən müəllim 

daha çox elmi  əsərlər  yaza bilərdi.  Lakin  alim  elmi  - tədqiqat 

fəaliyyəti  ilə  yanaşı,  elmi  içtimai,  təşkilatı  işlərə,  elmin 

nailiyyətlərinin  istehsalata  tədbiqinə  çox  vaxt  və  enerji  sərf 

etmişdir. Burada alimin çoxşaxəli elmi əsərlərini müfəssəl təhsil 

etmək  imkanı  olmadığından,  biz  əsasən  Həsən  Əliyevin 

torpaqlara  və  ətraf  mühitin  mühafizəsinə  həsr  edilmiş 

monoqrafik əsərlərdən bəhs edilir.  



III  iştirakçı:  Akademik  Həsən  Əliyev  Azərbaycan  ərazisi 

torpaqlarının 

hərtərəfli 

tədqiqi 


nəticəsində 

yazılmış 

“Azərbaycan  torpaqları”  (Bakı,  1953)  kitabının  həm 

müəlliflərindən, həm də redaktorlarından biri idi. Kitabın birinci 

bölməsi-“Böyük Qafqazın torpaqları”  Həsən Əliyev tərəfindən 

yazılmışdır. Bu bölmədə dağ-çəmən, dağ-meşə, dağ-çöl, ovalıq-

meşə və çəmən-bataqlıq, torpaqların torpaqəmələgətirici şəraiti

torpaqların  12  yarımtipli  və  31  növü    verilmişdir.  Bu 

monoqrafiya orijinal üslubuna, faktiki materialların zənginliyinə 

görə  respublikanın  torpaqşünaslıq  elmində  əvəzedilməz  vəsait 

kimi  böyük  əhəmiyyətə  malikdir. 1964-cü ildə alimin  “Böyük 

Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları 

(Azərbaycan ərazisi)” kitabı çap edilmişdir. Əsərdə dağ-çəmən, 



                                

                                                  

 

25 


 

dağ-çəmən-çöl,  meşə-çöl,  çöl,  ovalıq-çöl-meşə,  yarımsəhra  və 

allüvial  torpaq  tipləri  daxilində  ayrılmış  36  torpaq  növündən, 

torpaqəmələgətirici 

amillərdən, 

torpağın 

genetik 

xüsusiyyətlərindən və onların kənd təsərrüfatının inkişafındakı 

rolundan  bəhs  edilir.  1966-cı  ildə  Həsən  Əliyevin  “Qəhvəyi 

meşə  torpaqları”    adlı  monoqrafiyası  çap  edilmişdir. 

Azərbaycanın  meşə,  quru  subtropiklərinin  qəhvəyi  -meşə, 

meşədənsonrakı  torpaqlarına  həsr  edilmiş  bu  əsərdə  mövcud 

olan  xüsusiyyətləri  verilmişdir.  Bu,  ölkəmizdə  qəhvəyi-meşə 

torpaqlarına həsr edilmiş ilk dəyərli əsərdir. Əsər İsraildə ingilis 

dilinə tərcümə edilmiş və çap olunmuşdur.  

 

IV  iştirakçı:

 

Həsən  Əlirza  oğlu    Əliyevin  1957-ci  ildə 



Azərbaycan  EA  Coğrafiya  İnstitunda  təşkil    etdiyi  meşə 

torpaqlarının    coğrafiyası  şöbəsinin  əməkdaşlarının  çoxillik 

tədqiqatları nəticəsində ərazisini meşə və meşələrin ətrafındakı 

meşədən  sonrakı  torpaqların  bir  sıra  torpaq  xəritələri  tərtib 

edilmişdir.  Həsən  Əliyev  respublikamızın  müxtəlif  təbii 

rayonlarının  15-dən  artıq  torpaq  xəritəsinin  müəllifidir.  Bitki 

örtüyü  hər  hansı  bir  landşafın  ilkin  aynasıdır.  Onun  tədqiqi, 

eləcə  də  meşə  örtüyünün  öyrənilməsi  böyük  elmi-nəzəri  və 

əməli  əhəmiyyət  kəsb  edir.  Akademikin  bir  sıra  məqaləsi 

qiymətli ağac növlərinə həsr edilmişdir. O, xalq təsərrüfatın elmi 

problemlərinin həlli məsələləri ilə daim maraqlanmış, 1949-cu 

ildən başlayaraq, respublikanın yem bitkilərinin əkininə xüsusi 

fikir  vermişdi.  Onun    “Azərbaycanın  bəzi  yem  bitkilərinin 

payızda  əkilməsi”  (1961)  kitabçası  və  bir  sıra  məqalələri 

maldarlığın  möhkəm  yem  bazasının  təşkilində  bir  sıra 

tədbirlərin elmi əsaslarına həsr edilmişdir. Həsən müəllim 1946-

cı ildən  başlayaraq bəzi kimyəvi maddələrin, xüsusilə manqan 



Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə