11
Qafqazı dünyanın zəngin təbiət muzeyinə bənzədirlər.
Azərbaycan təbiəti isə bu muzeyin ən qiymətli incisidir.110 illik
yubileyini qeyd edəcəyimiz Həsən Əliyevin də müqəddəs ruhu
həmin muzeyin həmişəyaşar eksponatıdır.
Görkəmli akademik Həsən Əliyevin yubileyi ilə əlaqədar
olaraq, “Ömrünü təbiət elmlərinə həsr etmiş görkəmli alim” adlı
“dəyirmi masa” təşkil etmək olar. Dəyirmi masa zamanı
tələbələr H.Əliyevin bir şəxsiyyət kimi həyatdakı və elm
aləmindəki rolu, mövqeyindən bəhs edir.
Kitabxanaçı: Zəngin və rəngarəng biomüxtəlifliyi ilə seçilən
ölkəmizin füsünkar təbiəti uca yaradanın xalqımıza bəxş etdiyi
ən böyük ərməğandır. Nadir meşələri, flora və faunasının növ
müxtəlifliyi ilə seçilən ölkəmizin məftunedici təbiəti uca
Yaradanın xalqımıza bəxş etdiyi ən böyük ərməğandır. Elm
tariximizə nəzər yetirsək görərik ki, respublikamızın bu
gözəlliklərini, təbiətin biz insanlara verdiyi faydanı zamanında
dərk edən, gələcək nəsillərə ətraf mühitə sevgini aşılayan elm
adamları çox deyil. Onların sırasında Azərbaycan elminin
cəfakeşlərindən olan, böyük təbiət alimi, akademik Həsən
Əlirza oğlu Əliyevin xüsusi yeri var. O, Azərbaycan xalqının
çox hörmətlə yanaşdığı, dərin rəğbət bəslədiyi elm xadimi, sadə,
zəhmətsevər, yüksək və həssas duyuma malik bir ziyalı idi. O,
taleyin sərt rüzigarları ilə üzləşsə də, fitri qabiliyyəti və təhsilə
olan sonsuz marağı sayəsində əvvəlcə kənd təsərrüfatı
texnikumunu, sonra isə ali məktəbi vaxtından əvvəl bitirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
respublikasının əməkdar elm xadimi, dövlət mükafatı laueratı,
kənd
təsərrüfatı
elmləri doktoru, professor, ABŞ-ın
Ümumdünya Universitetinin fəxri elmlər doktoru Həsən Əliyev
bu gün də yaddaşlarda ən xoş və səmimi hislərlə xatırlanır.
12
Həsən Əliyev respublikanı qarış-qarış gəzib dolaşar, onun
gözəlliklərini lentə köçürər və bu lentləri Bakıdan başlamış
dünyanın əksər ölkələrində keçirilən elmi məclislərdə söylədiyi
məruzələrində nümayiş etdirərdi. Eyni zamanda, dünyanın
başqa ölkələrində səfərdə olarkən lentə aldığı gözəl təbiət
sujetlərini də əyani şəkildə ali məktəb tələbələrinə və orta
məktəb şagirdləri qarşısında çıxış edərkən ğöstərərdi. Onun
çıxışları həmişə maraqla qarşılanırdı. O, bununla insanlarda
təbiətə məhəbbət hissi aşılayırdı. Xüsusilə bu işdə alimin elmi-
kütləvi səpkidə yazıb 1982-ci ildə çap etdirdiyi “Həyəcan təbili”
kitabının ötən əsrin 50-ci illərdən sonra respublikanın təbiətində
baş verən ekoloji problemlərin ölkə içtimayətinin diqqətinə
çatdırılması baxımından əhəmiyyəti misilsizdir. Qeyd etmək
lazımdır ki, yüksək ixtisaslı elmi kadrların yetişməsinə də xüsusi
qayğı və diqqət göstərən Həsən Əliyevin rəhbərliyi ilə alimlik
dərəcəsi almış neçə-neçə elmlər doktoru, elmlər namizədi var və
onlar təbiətin müxtəlif sahələrinin aktual elmi problemlərinin
araşdırılması ilə bu gün də məşğuldurlar. Çox mənalı və şərəfli
ömür yaşamış alim özündən sonra gələn nəsillərə zəngin elmi irs
ərməğan qoyub getmişdir. 60 ildən çox davam edən elmi
yaradıcılıq fəaliyyətində 800-ə qədər elmi məqalə,
monoqrafiya, 140-a qədər müxtəlif təyinatlı xəritələrin, xeyli
sayda elmi-kütləvi əsərlərin müəllifi olması onu göstərir ki,
akademik ömrünün sonuna kimi çox gərgin və məhsuldar
işləmişdir. Odur ki, Azərbaycan təbiətinin qorunmasından və
təbiət elminin inkişafından söz düşəndə adı həmişə birincilər
sırasında çəkilir. Böyük alim və ziyalı, təvazökar insan Həsən
Əliyev təbiətşünaslıq sahəsində ömrünün sonuna qədər tədqiqat
aparmış, çoxlu sayda əsərin və təbiət abidələrinin müəllifi
olmuşdur. O, təbiəti öz həyatından artıq sevirdi. Torpqaşünaslar,
13
meşəçilər,
melioratorlar,
bioloqlar,
coğrafiyaşünaslar,
aqronomlar, ekoloqlar onun elmi əsərlərindən bəhrlənirlər.
Akademik həyatını bütünlüklə təbiətə bəxş edən nadir
insanlardan idi. Ona görə də təbiətşünas alimlər və mütəxəsislər
Həsən müəllimi həmişə özlərinin məsləhətçisi bilirdilər.
I iştirakçı: Onu Azərbaycandan kənarda da yaxşı tanıyırdılar.
Əsərləri rus, ingilis, fransız dillərində çap olunaraq ABŞ-da,
Almaniyada, Rusiyada, Fransada, Yaponiyada və başqa
ölkələrdə
yayılmışdır.
Akademikin
biogeosenologiya,
biocoğrafiya, torpaq eroziyası sahələrində apardığı elmi-
tədqiqat
işləri
xarici
alimlər
tərəfindən
yüksək
qiymətləndirilmişdir.
Hələ
1960-cı
ildən
Brüsseldə
“Azərbaycanın dağlıq rayonlarında torpaq eroziyasının inkişafı
və bu prosesin qarşısının alınması” adlı monoqrafiyası çap
olunmuş, elm adamları onu yüksək qiymətləndirmişlər.
Akademik Coğrafiya insitutuna rəhbərlik etdiyi illərdə torpaq-
ekoloji tədqiqatçılara və meşəçilik elminin inkişafına geniş yer
verirdi. Azərbaycanda 40 min hektardan artıq meşə altından
çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını
müəyyənləşdirmişdir. Böyük alim ilk dəfə dağ yamaclarında az
istifadəli torpaqlarda, quru fitomeliorasiya işlərinin həyata
keçirilməsinin elmi təşkilini uzun illər araşdırmış və bu sahədə
xeyli tövsiyələr vermiş, ömrünün sonuna qədər həmin
tədqiqatları davam etdirmişdir. Həsən Əliyev 1949-1952-ci
illərdə Azərbaycanda EA Botanika İnstitutuna rəhbərlik etdiyi
zaman institutun meşəçilik labarotoriyası və həmin ətrafda
Botanika, Mərdəkan qəsəbəsində isə dendrologiya bağlarının
zənginləşdirilməsinə nail olmuşdur. Alim bütövlükdə dağlıq və
düzən ərazilərin ekocoğrafi problemlərinin kifayət qədər
öyrənilməsinə nail olmuşdur. Onun bu baxımdan “Böyük
Dostları ilə paylaş: |