8
Görkəmli alim Həsən Əliyevin anadan olmasının 110 illik
yubileyi ilə əlaqədar olaraq, bir sıra tədbirlər; kitab müzakirəsi,
oxucu konfransı, icmal, dəyirmi masa, ədəbi-bədii gecə və s.
keçirilə bilər. Bu böyük şəxsiyyətin yaradıcılığını, ölkəmizə
olan qayğı və xidmətlərini gənc nəslə və oxuculara çatdırmaq
məqsədilə kitabxanada kitab sərgisi təşkil oluna bilər. Sərgiyə
müxtəlif başlıqlar verilə bilər: “Təbiət elminə həsr edilmiş
ömür”, “Təbiət vurğunu alim”, “Böyük təbiətşünas-alim”, “Elm
xadimi-Həsən Əliyev”, “Ömrünü vətənə həsr etmiş görkəmli
alim”, “Təbiət və elmə bağlı ömür”, “Həsən Əliyev-110”,
““Həyəcan təbili” nin sədaları”, “Azərbaycan elminin Həsən
Əliyev zirvəsi”, “Təbiət qədər ədəbiyaşar alim”, “Fədakar alim
ömrü”, “Ziyalı zirvəsi-Həsən Əliyev”, “Xeyirxah insanın
xeyirxah əməli”, “Nurlu şəxsiyyət”, “Xatirəsi əziz tutulan insan-
Həsən Əliyev”, “Ötmə, an, dayan”, “Unutmaz o dağlar, o düzlər
səni”, “Təbiətin və insanların böyük dostu”, “Günəşə inanan
insan”, “Çay kimi çağlayan ömür”, “Görkəmli təbiətşünas,
böyük ziyalı”, “Elm fədaisi”, “Gözəlliyin poetik ifadəçisi,
qayğıkeş insan”, “Təbiəti öz varlığı qədər sevən insan”,
“Təbiətin özü qədər əbədi”, “Təbiətşünaslıq elminin iftixarı”,
“Xatirəmin yaşıl işığı”, “Unudulmaz elm xadimi”, “Canı və
varlığı
təbiət olan alim-Həsən Əliyev”, “Azərbaycan elminin
korifeyi”. Bundan əlavə H.Əliyevin müxtəlif illərdə çəkilmiş
foto stendi, kitabları və onun haqqında dövri mətbuatda yazılan
materiallar sərgidə öz yerini alır. Görkəmli insanların akademik
haqqında söylədikləri sitatlar və şeir parçaları da sərgidə verilir.
9
Görkəmli şəxsiyyətlərin
Həsən Əliyev haqqında
söylədikləri:
Həsən Əliyevi həmişə əli qələmli, qoltuğu kitablı görmüşük.
Həmişə axtarışda, həmişə qayğıda.
Məmməd Araz,
Xalq şairi
Həsən Əliyev Azərbaycanın torpağını işıqlandıran, torpağın
üstünü, xüsusən onun meşələr və heyvanlar aləmini dərindən
bilən, torpağımızı qarış-qarış gəzib dolanan alimlərdən idi.
Şamil Qurbanov,
Professor
Akademik Həsən Əliyev ömrünün 70 ilə qədərini təbiət
haqqında elmi axtarışlara, müxtəlif dövlət və içtimai vəzifələri
yerinə yetirməyə sərf etmişdir.
Oqtay Məmmədov,
“Maarif” nəşriyyatının əməkdaşı
Təbiəti qorumaq, həm də millətimizin gələcəyini qorumaq, onun
maddi rifahını yaxşılaşdırmaq deməkdir. Təbiətə Həsən Əliyev
qədər həssas və qayğılı münasibət göstərən ikinci bir şəxs
təsəvvür etmək çətindir. Həsən müəllimin bir tədqiqatçı kimi
özünəməxsusluğu ondan ibarətdir ki, o elmi tədqiqatların
nəticələrini həyata tətbiq etməyə çalışdı.
Abel Məhərrəmov,
Professor
10
Həsən Əliyev şəxsi keyfiyyətlərini, xalqı qarşısında təmənnasız
xidmətlərini, çoxtərəfli elmi, içtimai fəaliyyətini xatırlayanda
yadıma Həsənbəy Zərdabi düşür.
Qərib Məmmədov,
Professor
Həsən Əliyev elmdə olduğu kimi, həyatda da öz sözünü demək
bacarığına malik idi. O, təbiətən demokratik fikirli şəxsiyyət idi.
Budaq Budaqov,
Akademik
Akademik Həsən Əliyevin ömür yolu bütün varlığı ilə sevdiyi
Azərbaycan təbiətinin göy qurşağına bənzəyir. Onun rəng
çalarlarında yaşamağın, xalqa ləyaqətlə xidmət etməyin hikməti,
möcüzəsi həkk olunub.
Fərəməz Maqsudov,
Akademik
Həsən müəllim özü boyda bir ürək idi, bu ürəkdə Azərbaycan
adlı məmləkətə və bu məmləkətin insanlrına böyük məhəbbət
vardı.
Firdovsi Əliyev,
K/T. elmləri namizədi