F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix23.10.2017
ölçüsü266,78 Kb.
#6395
1   2   3   4   5   6   7   8   9

                                

                                                  

 

17 


 

Həsən müəllimin  təbiəti mühafizə  və təbiəti bərpa sahəsindəki 

elmi  tədqiqatları  və  tövsiyələri  bu  gün  də  fəaliyyətimiz  üçün 

önəmlidir.  



V iştirakçı:  Bütün  bunlar vətənsevər və  istedadlı alim, böyük 

ziyalı  Həsən  Əliyevin

   

Azərbaycan  elminin  inkişafına  verdiyi 



töhfələrin yalnız kiçik bir qismidir. Bu gün  Azərbaycanın elmi-

təqdiqat institutlarında və ali təhsil məktəblərində çalışan onlarla 

torpaqşünas alim Həsən Əliyev məktəbinin yetirməsidir. Həsən 

Əliyev  gələcəyi duyur və gənc alimlərin istedad və bacarığını 

həmin istiqamətə yönəldirdi. O, bütün ömrünün hər dəqiqəsini, 

hər  anını  xalqına,  vətəninə  həsr  etmiş,  ən  böyük  arzusu  

Azərbaycan təbiətinin  zəngin,  torpaqlarını bərəkətli,  insanların 

bu sərvətin əsl sahibi görmək olmuşdur. Akademik Həsən Əlirza 

oğlu  Əliyev onu tanıyanlar tərəfindən daim xatırlanır və sevilir.  

Konfransın  sonunda  kitabxanaçı  bu  fikirlərlə  konfransı 

yekunlaşdırır. 

    Ziyalı  şəxsiyyət  Həsən  Əliyevin  həyatı  və  gördüyü 

təqdirəlayiq  işləri  oxuculara  tanıtmaq  və  onları  bu  haqda  

bilgiləndirmək  məqsədi  ilə  kitabxanada  keçirilən  tədbirlərdən 

biri  də  “Alimdir  gözümdə  ən  əziz  insan”  adlı  “oxucularla 

söhbət”  adlanır.  Kitabxanaçı  bunun  üçün  ilk  olaraq  akademik 

haqqında dəyərli fikirlər söyləyir: 

 Kitabxanaçı: Hər bir xalqın bəşər mədəniyyəti tarixində  yeri və 

mövqeyi onun mədəniyyəti, elmi və sənəti ilə müəyyən olunur. 

Yəni xalqı yaşadan, ona qol-qanad verən bu alimlərdir. Elmdə, 

sənətdə iz qoymamış xalq başqa xalqlara üstünlük eləyə bilməz. 

Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvi demişkən: 

 

 



                                

                                                  

 

18 


 

            Elmlə, hünərlə-başqa cür heç kəs 

            Heç kəsə üstünlük eyliyə bilməz! 

            Rütbələr içində seçilir biri- 

            Hamıdan ucadır alimin yeri! 

Azərbaycanın  böyük  alimi,  mütəfəkkiri  Cəmaləddin  Əfqani 

deyir:    “Dünya  elm  üstündə  bərqərar  olur.  Elmi  bəşəriyyətin 

əlindən alsan, daha dünyada insan qalmaz”. Alim onu da qeyd 

edir ki, “Əsl alim nur mənbəyidir. Belə alim bütün dünyaya nur 

saçmalıdır. Əgər onun elm işığı bütün dünyaya yayıla bilmirsə, 

heç olmasa, öz  ətrafını, öz şəhərini, yaxud kəndini və ya evini 

işıqlandırmalıdır”.  Belə  alimlərdən  biri  də  XX  əsrin  cəfakeş  

alimi  Həsən Əlirza oğlu  Əliyevdir. O, Azərbaycanın torpağını 

işıqlandıran, torpağın üstünü, xüsusən də meşələr və heyvanlar 

aləmini  dərindən  bilən,  torpağımızı  qarış-qarış  gəzib  dolanan 

alimlərdən idi. Bu böyük alimin təbiətə olan ülvi məhəbbətinə 

ana  təbiət  də  borclu  qalmamış,  özünün  sirlərlə  dolu  elm 

xəzinəsinin qapılarını onun  üzünə taybatay açmış, bu çətin, ağır 

zəhmət  yolunda  ona  bələdçi  olmuşdu.  Bunun  nəticəsidir  ki, 

Həsən  Əliyevin  elmin  müxtəlif  sahələrində  saldığı  cığırların 

xəritəsi çox geniş və əhatəli idi. Onun elmə, içtimai vəzifələrə, 

ölkəmizdə keçirilən elmi yığıncaqlara, kitablar, elmi məqalələr 

yazmağa, kadrlar hazırlamağa, ölkəmizi qarış-qarış gəzib onun 

təbiətinə,  ekologiyasına  nəzarət  etməyə,  radio  və  televiziyada 

çıxışlar etməyə, ailə qayğılarına sərf etdiyi vaxtı toplayıb illərə, 

aylara, saatlara böləndə  adama elə  gəlir ki,  bir saniyə də  yatıb 

dincəlməmişdir.

 

Həsən  Əliyev    uşaqlıqdan  təbiət  vurğunu  idi. 



Elə  ilk  addımından  təbiəti  öyrənməyə  başladı  və  ixtisas 

seçməkdə  çətinlik  çəkmədi.    Dəyərli  oxucular,  gəlin  onun  öz 

hissləri  ilə,  öz  qəlbi  ilə  duyduğu  fikirləri  dinləyək.  Bu  zaman 

onun  hər  bir  ağaca,  kola,  yaşıllığa,  bütövlükdə  təbiətə  olan 




                                

                                                  

 

19 


 

vurğunluğunu,  heyranlığını  görəcəyik.  Onun  uğaqlıq  illərində 

qeyd  etdiyi  xatirələrdə  belə  böyük  bir  sevgi  gizləndiyinin  bir 

daha  şahidi  olacağıq.  Məncə,  onun  hər  cümləsində  gizlənən 

duyğular  dünyanın  ən  hündür  şəlaləsindən,  ən  böyük 

nehirlərindən  çağlayan  sular  qədər  coşğundur.  Ümimilikdə, 

Həsən  müəllimin  incə  qəlbindən  süzülüb  gələn  böyük  sözləri 

oxuduqca, təbiəti bir daha, bir daha sevirik, çünki təbiətə həm öz 

gözlərimizlə, həm də dahi alimin gözləri ilə boylanırıq.   

            

 

            Həsən Əliyevin müdrik kəlamları: 

“Doğma  ana  övladı  üçün  fəryad  etdiyi  kimi,  torpaq  da  fəryad 

edir. Övlad ana üçün, ana övlad üçün şirin olduğu kimi, torpaq 

da bütün insanlar üçün şirindir. Canlı təbiətə göz açan insanlar 

həmişə “ana torpaq”, “ana vətən” deyə ondan bir anlıq ayrılmaq 

istəmirlər.  Ana  döşündən  süd  verib  körpəsini  ərsəyə  gətirdiyi 

kimi, ana torpaq da bütün insan nəslinə, onların xidmətində olan 

bütün  canlılara  “süd”  verib  böyüdür,  yaşadır,  tükənməz 

qidalarını onlardan əsirgəmir...” 

“Uşaq var oynamağa başlarkən qışqırır ki, “Mən kiminləyəm?!” 

uşaq da var, məğrur dayanıb “Kim mənimlədir?!”-deyə soruşur. 

Belə  uşaqlar  böyüyəndən  sonra  birinci  sərkərdə,  rəhbər,  lider, 

olan şəxsə çevrilir”.  

“Yaşıllıq  əhatəsində  insanı  işıqlı  fikirlər  öz  ağuşuna  alır,  xoş 

əhval-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir 

ki,  meşəni-yer  kürəsinin  bu  yaşıl  kəmərini  bircə  an  təsəvvür 

etməsək,  demək,  bəşər  də  yoxdur.  Yaşıllığa  ölçüsüz-biçimsiz 

hücum  insana  qarşı  yönəlmiş  ən  ağır  müharibədir.  İnsan  ağlı, 

insan zəhməti  bu “müharibəni” dəf etməyə qadirdir”.   



Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə